Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2831/2019 14.08.2019 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pulun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pulun ödənilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, Cavabdeh qeydiyyat ünvanı Qəbələ rayonu, Bum qəsəbəsidir. Ona görə də işin ərazi aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəsatətin təmin edilməsinə və işin ərazi aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, vəsatəti və mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. İşdən göründüyü kimi, iddiaçı ərizə ilə müraciət edərək, işin ərazi aidiyyatı üzrə başqa məhkəməyə göndərilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 36-cı maddəsinə əsasən yaşayış yeri məlum olmayan,yaxud Azərbaycan Respublikasında yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh qeydiyyat ünvanı Qəbələ rayonu, Bum qəsəbəsidir. Qeyd olunanlra əsasən mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və pulun ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Qəbələ rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2831/2019
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2831/2019
14.08.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver