Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2832/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi X2 Maraqlı şəxs1nə qarşı ərizəsinə dair mülki iş (Açar sözlər: “nikah akt qeydinin bərpa edilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi X2, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi X2 Maraqlı şəxs2 cəlb edilməklə Maraqlı şəxs1nə qarşı “nikah akt qeydinin bərpa edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi X5 Maraqlı şəxs1nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Maraqlı şəxs2 ilə Ərizəçi arasında 21 iyul 1990-cı il tarixdə Xocalı şəhərində bağlanmış nikah akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi 21 iyul 1990-cı ildə Maraqlı şəxs2 ilə Xocalı şəhərində nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 17 iyul 1992-ci il təvəllüdlü X6 və 26 sentyabr 1994-cü il təvəllüdlü X13 adlı övladları anadan olmuşlar. Erməni işğalı nəticəsində 1991-ci ildə doğma torpaqdan məhrum olaraq ailəlikcə qaçqın düşmüş, nəticədə demək olar ki, bütün ev əşyaları və üstəlik bir çox şəxsi sənədlər o cümlədən nikah şəhadətnaməsi orada qalmışdır. Hazırda o, faktiki nikah münasibətində olma faktının qeydə alınması barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, başqa yolla nikah münasibətində olması, nikah qeyd edilməsi faktı barədə lazımı sənədi əldə edə bilmir. Bundan bir müddət sonra o, Maraqlı şəxs1nə faktiki nikah münasibətində olma faktının qeydə alınması və nikah şəhadətnaməsinin verilməsi barədə müraciət etmişdir. Maraqlı şəxs1nə onların nikahlarını rəsmiləşdirməsindən imtina etmiş və ona tövsiyə etmişlər ki, məhkəməyə müraciət etsin. Hazırda ona lazım olan sənədləşmə işlərinin aparılması üçün nikah şəhadətnaməsini və ya nikah haqqında qeydi başqa yolla əldə edə bilmir və məcbur olub məhkəməyə müraciət edir.
İş materialları :
3. Maraqlı şəxs1 tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, itmiş sənədlərin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiklərindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpasının mümkün olmadığı bildirilmişdir.
4. AA seriyalı, 262872 nömrəli “məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi 1992-ci ildə Xocalı rayonundan məcburi köçkün düşmüşdür.
5. XVİİ-ЖГ seriyalı, 296748 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1992-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs2, anası X3r.
6. XİX- ЖГ seriyalı, 252192 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1994-cü il tarixində Bakı şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs2, anası X3r.
7. X1 Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Maraqlı şəxs2 və X2 nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2019-cu ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir.
8. 83 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2025-ci il tarixli arayışıdan görünür ki, Maraqlı şəxs2 Rizvan Teymurov 28 nömrəli yataqxananın 49 nömrəli otağında qeydiyyatdadır. Xocalı rayonunda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır.
9. 83 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2025-ci il tarixli arayışıdan görünür ki, Ərizəçi Rizvan Teymurov 28 nömrəli yataqxananın 49 nömrəli otağında qeydiyyatdadır. Xocalı rayonunda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasında iştirak edən ərizəçi X5 ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iş yükünün çoxluğunu nəzərə alaraq işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi həm əmisi qızı, həm də gəlinləridir. Onların toyları 1990-ci ilin yay ayında olmuşdur. Toyları Xocalıda olmuşdur. O və qardaşı Xankəndində anadan olmuş, ərizəçi Daşbulaqda anadan olmuşdur. Köçkün düşdükləri üçün toy Xocalıda olmuşdur. X10 köçkün düşdükləri ildə olmuşdur. Onlar 1991-ci ildə, ərizəçi isə ailəsi ilə birlikdə 1992-ci ildə Xocalıdan çıxmışlar. Çıxan zaman ərizəçi hamilə idi. Ərizəçi və Maraqlı şəxs2 güllə yarası aldıqları üçün az bir müddət Ağdamda qalmış, daha sonra isə Bakıya köçmüşlər. Ərizəçinin oğlu və qızı var, aralarında 2 il fərq var idi. Toyda bütün qohumlar iştirak etmişdir.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, Maraqlı şəxs2 onun sinif yoldaşıdır. Maraqlı şəxs2 ilə eyni rayonda yaşamışlar. 1990-ci ilin iyul ayında ərizəçinin toyu olmuş və o da orada iştirak etmişdir. Xankəndində anadan olmuşdur. 1967-ci ildən 1988-ci ilə qədər orda yaşamış, sonra Xocalıya gəlmişdir. Toy kənddə, mağarda olmuşdur. Xocalıdan 1992-ci ildə birlikdə çıxmışlar. Ağdama gəlmiş, daha sonra Oğuza keçmişdir. Ərizəçinin iki uşağı var, oğlunun adı Əlidir. İndi Bakıda yaşayır, ərizəçi ilə qonşudur. Ərizəçinin qızı evlənib, oğlu nişanlıdır. Uşaqlarının nə vaxt olmasından xəbəri yoxdur.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:
1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X1 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.5. Nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, X1 dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalarının :
14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
21. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir.
İşin faktiki halı :
19. Ərizəçi X5 ilə Maraqlı şəxs2 arasında xx.xx.1990-ci il tarixdə Xocalı rayonunda nikah bağlanmış, lakin 1992-ci ildə Ermənilərin Xocalını işğalı zamanı nikah haqqında şəhadətnamə orada qalmışdır. Ərizəçi müxtəlif sənədləşmə işləri apararkən ondan Maraqlı şəxs2 ilə nikahda olmasını təsdiq edən nikah haqqında şəhadətnamə tələb olunur. Lakin nikahın bağlanılması haqqında akt qeydi Xocalıda qaldığıdan sənədin əldə edilməsi mümkün olmamışdır.
20. Ərizəçi X5 nikah haqqında akt qeydinin bərpası üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin nikahın bağlanılmasını təsdiq edəcək sənədi təqdim edə bilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi mümkün olmamışdır. Belə olduğu təqdirdə, ərizəçi X5 məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X5 ilə Maraqlı şəxs2 arasında xx.xx.1990-ci il tarixində Xocalı rayonunda bağlanmış nikahın qeyd edilmə faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
22. Məhkəmə qeyd edir ki, X5 ilə Maraqlı şəxs2 arasında xx.xx.1990-ci il tarixdə Xocalı rayonunda bağlanmış nikahın qeyd edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
23. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
24. Belə ki, X5 ilə Maraqlı şəxs2 xx.xx.1990-cı il tarixdə Xocalı rayonunda nikahlarının bağlanılması faktı, iş materialları, ərizəçinin izahatı və şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyətli fakt olması və ərizəçinin hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktı təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.
26. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən X4 ünvanlanmış 3-16-5/7-1290/15/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilə bilinmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün olmamışdır.
27. Göründüyü kimi, ərizəçi nikah qeydinin bərpası ilə bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından bərpa etmək mümkün olmamışdır. Ərizəçinin nikah haqqında qeydinin bərpası başqa qaydada mümkün deyildir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 14-cü bəndində qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
29. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli olduğu üçün məhkəmə belə nəticəyə gəlir ki, Maraqlı şəxs2 ilə ərizəçi X5 arasında bağlanmış nikah faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun həyat yoldaşı olan Maraqlı şəxs2 ilə arasında xx.xx.1990-cı il tarixdə Xocalı rayonunda bağlanmış nikahın qeyd edilmə faktı müəyyən olunmalıdır.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
Nəticə :
31. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və Maraqlı şəxs2 ilə X5 arasında xx.xx.1990-ci il tarixdə Xocalı şəhərində bağlanmış nikah akt qeydinin qeydə alınması faktı müəyyən edilməlidir.
32. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. Maraqlı şəxs2 ilə X5 arasında xx.xx.1990-ci il tarixdə Xocalı şəhərində bağlanmış nikah akt qeydinin qeydə alınması faktı müəyyən olunsun. Qətnamə nikahın bağlanması barədə akt qeydinin aparılaraq nikah haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva