Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2856/2020 07.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğum aktı qeydinin bərpa edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “doğum aktı qeydinin bərpa edilməsi” haqqında ərizə və həmin ərizəsinə dəqiqləşdirilmə ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, yəni xx xxx 1963-cü ildə Ermənistan SSR, Vardenis rayonu, Zod kəndində anadan olmuş Ərizəçi Ermənistan SSR Vardenis rayonu, Zod kənd Sovetliyində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə ata qrafasmda X16, ana qrafasmda isə X11 qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxx 1963-cü ildə Ermənistan SSR, Vardenis rayonu, Zod kəndində anadan olmuş və onun doğumu Ermənistan SSR Vardenis rayonu, Zod kənd Sovetliyində qeydə alınmışdır. Bunu təsdiq edən şəxsiyyətini təsdiq edən digər sənədləri vardır. X4 olmuş və 03 avqust 2005-ci ildə Bakı şəhərində ölmüşdür. Anası isə X11 XX.XX.1943-cü ildə Ermənistan SSR, Vardenis rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olmaqla, burada yaşayır. X1 və bacısı X5 doğum haqqında şəhadətnamələri vardır. Onların doğumu da Ermənistan SSR Vardenis rayonu, Zod kənd Sovetliyində qeydə alınmış, ata qrafasında X16, ana qrafasında isə X11 qeyd olunmuşdur. Məlum hadisələrlə əlaqədar Ermənistandan Azərbaycan Respublikasına gəlmişdir. Şəxsiyyət vəsiqəsi olsa da, doğum haqqında şəhadətnamənin əslini itirmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, Qeydiyyat Şöbəsi onun doğumu Ermənistan Respublikasında qeydə alındığından Bakı şəhəri Nizam rayon Qeydiyyat Şöbəsi doğum akt qeydini bərpa etməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsinin məzmununa uyğun izahat verdi və və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Hacıyeva Nigar Aydın qızı şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçi onun oğludur. Ərizəçi xx.xx.1963-cü ildə Ermənistan respublikasının Vardenis rayonunun Zod kəndində anadan olmuşdur. Atası X12r. Məlum hadisələrlə bağlı 1989-cu ildə Bakıya gəlmişlər. Məhkəmə iclasında X6 şahid qismində ifadə verərək bildirmişdir ki, Ərizəçi onun bacısı oğludur. Ərizəçi 1963-cü ildə, Ermənistanda Vardenis rayonunun Zod kəndində anadan olmuşdur. Məlum hadisələrlə bağlı 1989-cu ildə Bakıya gəlmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İ-ЗЖ 130040 nömrəli nikahın bağlanmsı haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətində görünür ki, X16 ilə X8 15 iyul 1962-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabınbda 38 nömr ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. - AZE 03472559 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 XX.XX.1943-cü il tarixdə Ermənista, Vardenis rayonunda anadan olmuşdur. - AZ-İ 141900 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X16 03 avqust 2005-ci il tarixdə ölmüşdür. - İ-CЛ 274431 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 12 iyun 1972-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. X4, anası X9r. - İ-ЗЖ 051077 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 06 yanvar 1970-ci il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. X4, anası X9r. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1963-cü il tarixdə Ermənista, Vardenis rayonu, Zod kəndində anadan olmuşdur. - ГЛ nömrəli 092290 hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1963cü il təvəllüdlü Hacıyev Mais Əziz oğlu Ermənistan SSR-nin vardenis rayonunda anadan olmuşdur. - Nizami rayon Qeydiyyat şöbəsinin Ərizəçi ünvanlanmış 17 sentyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, doğum haqqında akt qeydinin bərpası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən müddəalar”a uyğun olaraq aparılır. Bununla bağlı müvafiq sənədlər şöbəyə təqdim olunmadığına görə ərizəsinin icrası imkan xaricindədir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunur; - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri və qeydiyyat haqqında 11 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi, xx xxx 1963-cü il tarixdə Ermənistan SSR, Vardenis rayonu, Zod kəndində doğulmuşdur. 28 aprel 2005-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxx 1963-cü il tarixdə Ermənistan, Vardenis rayonu, Zod kəndində doğulmuşdur. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini ala bilmədiyindən, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, Ərizəçi xx xxx 1963-cü il tarixdə Ermənistan SSR, Vardenis rayonu, Zod kəndində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilməklə, onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx xxx 1963-cü il, doğulduğu yer Ermənistan SSR, Vardenis rayonu, Zod kəndi, X4; anası X3 yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında yeni şəhadətnamənin verilməsinin Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1963-cü il tarixdə Ermənistan SSR, Vardenis rayonu, Zod kəndində anadan olmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxx 1963-cü il, doğulduğu yer Ermənistan SSR, Vardenis rayonu, Zod kəndi, X4, anası X3 yazılsın. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Doğum haqqında yeni şəhadətnamənin verilməsi Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2856/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2856/2020
07.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver