Məhkəmə qərarları › İş №2(007)-2890/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2890/2021

19.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2890/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi X13 İnstitutunun nümayəndəsi X28 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X24, onun vəkili və nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi X1rşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X31 Xidməti, X24 və X25 cəlb edilməklə “əmək prosesində ayrı-seçkiliyin aradan qaldırılması məqsədi ilə intizam tədbirinin görülməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi X1rşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X31 Xidməti, X24 və X25 cəlb edilməklə “əmək prosesində ayrı-seçkiliyin aradan qaldırılması məqsədi ilə intizam tədbirinin görülməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əmək münasibətləri çərçivəsində ona qarşı yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması məqsədi ilə Elmi X13 İnstitutunun "X7”nın müdiri X14 intizam qaydasında cəzalandırması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "X6 İnstitutundun "X4"da "həkimlaborant" vəzifəsində çalışır. Sözügedən tibb müəssisəsində əmək fəaliyyətinin müddəti hazırkı zamana münasibətdə 22 il təşkil edir. O, hər zaman işində vicdanlı, nizamintizamlı, dəyanətli və proqressiv olmağı bir həkim kimi özünə borc bilmişdir. Buna baxmayaraq, artıq 3 ildir ki, cavabdeh tibb müəssisəsinin direktoru, tibb elmləri doktoru X21 tərəfindən çalışdığı "X7" şöbəsinə müdir təyin edilən X14 qeyri-adekvat, qanunsuz, habelə münasib əmək şəraitinə xas olmayan qeyri-etik əməllərinin qüvvədə qalmasından əziyyət çəkir. Müəssisə rəhbərliyi tərəfindən ayrı-seçkiliyə, xoş olmayan rəftara, hədəqorxuya, laqeydliyə məruz qalır. Belə ki, barəsində bir sıra həmkarları ilə bərabər şikayətçi olduğu şəxs- X24 bu günə qədər əmək prosesində hər cür konfilikt və inciklik yaratmaq bahasına əlindən gələni əsirgəmir. Elə bu üzdəndir ki, İddiaçı 12.02.2020-ci il tarixdə çalışdığı şöbənin ondan başqa 10 nəfər əməkdaşının imzası ilə təsdiq olunmuş yazılı şikayət ərizəsi ilə cavabdehi təmsil edən şəxs- direktor H.Qədirovaya müraciət etmişdirlər. Lakin həmin şikayət ərizəsinə görə gözlənilməz və ağlasığmaz şəkildə o və həmkarları çalışdıqları şöbənin bağlanılması təhdidi ilə, daha dəqiq işlərini itirmək təhlükəsi ilə üzləşmişdirlər. Bu münasibət isə birmənalı olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə zidd olmaqla yanaşı, həmin məcəllənin 16-cı maddəsinin tərkibini (ayn-seçkilik) özündə ehtiva edirdi. Həmin gündən etibarən mövcud vəziyyət daha şiddətli şəkildə narazı subyektlərin əlehinə qüvvədə qaldığından, şöbə müdiri N.A.Səlimova bundan bəhrələnərək yeni-yeni qanunsuz və usandırıcı- əmək prosesində qarşılıqlı anlaşma və kompramis meyillərini sıradan çıxardan əməllərə yol vermişdir. Nəticədə, adı çəkilən şəxsin həqiqətə uyğun olmayan qərəzli təqdimatı əsasında cavabdeh 05 noyabr 2020-ci il tarixdə, 822 nömrəli əmrlə iddiaçıya yazılı qaydada xəbərdarlıq etmişdir. Sözsüz ki, ayrı-seçkiliyin kuliminasiya həddinə çatdığı belə bir şəraitdə emosianal balansın pozulmaması qeyri-mümkündür. Arzuolunmaz mənəvipsixoloji vəziyyət isə heç şübhəsiz, əməyin keyfiyyətinə təsirsiz ötüşməyə bilməz. Cavabdeh bunun fərqində olsa da, mövcud vəziyyətin aradan qaldırılmasında maraqlı deyil. Təqib, təxribat, təzyiq, hədə-qorxu, qeyri-insani rəftar və ən əsası ayrı-seçkiliyə məruz qoyma X6 İnstitutunda son 3 ildə əmək şəraiti baxımında xarakterik hallara çevrilib. Laqeyidlik və ayrı-seçkilikdən doğan cəzasızlıq şəraiti ayrı-ayrı hüquq pozmaların yaranmasına, eləcə də ümidsizliyə məhkum olmuş aqibətin müşahidəsinə zəmin yaradıb. Qeyd olunan mühakimənin təsdiqidir ki, şöbə müdiri Nuriyyə Səlimovanın təşəbbüsü ilə qızı X27 07 may 2021-ci il tarixdə, "KDL" işçilərinin "Whatsapp" qrupuna "səs ismarıcı" göndərərək həmin ismarıc vasitəsilə şəxsən onun ünvanına təhqiramiz ifadələr işlətməklə, laboratoriyanı başına uçurdacağı ifadəsi ilə ona açıq-aşkar hədə-qorxu gəlmişdir. Faktla bağlı İddiaçı 16 may 2021-ci il tarixdə direktor Həqiqət Qədirovaya müraciət etməyinə baxmayaraq, N.Səlimova barəsində intizam qaydasında heç bir tədbir görülməmişdir. Bu da bir daha ondan xəbər verir ki, X6 İnstitutunda həqiqətən xoşagəlməz nəticələrə gətirib çıxarda biləcək dözülməz ayrı-seçkilik, özbaşınalıq və namünasib əmək şəraiti mövcuddur. Qeyd edilən hallarla bağlı onun tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X31 Xidmətinə müraciət edilmiş, xidmətin 10 fevral 2021-ci il tarixli məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Odur ki, dözülməz zərurət yaratdığından məsələyə məhkəmə qaydasında baxılmalı, cavabdehin ayrı-seçkilik siyasəti və təşəbbüsü nəticəsində X24 tərəfindən məruz qaldığı hüquq pozuntusuna, özbaşınalığa obyektiv və hüquqi qiymət verilməli, nəticə etibarı ilə məlum şəxsin əmək intizamına zidd olan hərəkətlərinə görə intizam qaydasında cəzalandırılması vəzifəsi cavadehə həvalə olunmalı, bu barədə qanuni və ədalətli qətnamə qəbul edilməldir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, işlədiyi 22 ildə keçmiş rəhbərlik tərəfindən təşəkürnamə almış, Həqiqət Qədirova gələndən köhnə işçilərə qarşı təhdidlər etməyə başlamış, son 4 ildə nə qədər elmlər namizədi işdən çıxmış, şöbə müdir xəstə görmür, xəstədən qanı tibb bacıları götürür və qanı aparata qoyduğu halda bir xəstənin qanında kriatinin yoxlanılmış və normal çıxdığı üçün Həqiqət xanım onu çağırıb bir neçə işçini yığıb, analizin cavabının düzgün olmadığına görə onu təhqir etmiş və töhmət vermiş, töhmətə görə iddiaçı onları məhkəməyə verdiyini və sonra məhkəmədən işi geri götürmə əvəzində töhməti ləğv edəcəklərini bildirdikləri üçün, məhkəmədən işi geri götürdükdən sonra töhməti ləğv etmişdirlər. Əlavə olaraq qeyd etmişdir ki, şöbə müdiri Nuriyyə işçiləri təhqir edir. Bununla bağlı icbari sığortaya da müraciət etmişdir. Həqiqət xanım Nuriyyə nə deyir ona inanır. Həqiqət xanım mexaniki səhvə görə ikinci dəfə yenə ona töhmət verib. Nuriyyə nə qədər səhv edir, ürək xəstəsinə vərəm diaqnozu qoyur, vərəm xəstəsinə ürək diaqnozu qoyur, amma ona heç nə etmirlər. Şikayətinin Həqiqət xanımdan olduğunu, Səlimova Nuriyyə barəsində tədbir görülmədiyini, şahidləri olduğunu bildirmişdir. Həmçinin o bildirdi ki, İnistutda maliyyə fırıldaqlığına yol verilmiş Covid xəstələri ilə işləməyən həkimlərə əmək haqqı yazılmışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi X13 İnstitutu tərəfindən iddia tələbi ilə bağlı yazılı etiraz təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, İddiaçı mütəmadi şəkildə müxtəlif instansiyalara və media orqanlarına X6 İnstitutun işgüzar nüfuzuna xələl gətirmək üçün şər və böhtan xarakterli şikayətlərlə müraciət etməsinin növbətisi olduğu üçün, rədd edilməlidir. 09.02.2017-ci il tarixində X6 İnstitutuna yeni təyin olunmuş direktor professor Həqiqət Qədirova tərəfindən İnstitutda vərəmin və digər ağciyər xəstəliklərin müayinə və müalicəsini təkmilləşdirmək və mövcud olan bir sıra neqativ halları (nizam-intizamın pozulması, özbaşınalıq, korrupsiya və s.) aradan qaldırmaq üçün təcili tədbirlər görüldü. Qısa müddətdə nizam- intizam gücləndirildi, özbaşınalıq halları və xəstələrdən şikayətlər minimuma endirildi. İnstitutun ştatında olan 470 əməkdaşın böyük əksəriyyəti aparılan işləri dəstəklədi, lakin bəzi əməkdaşlar illərlə işlədiyi anormal formada işləmələrinə davam etməyə çalışdılar və nəticədə onlara qarşı intizam tənbeh növləri tədbiq edildi. Belə həkimlərdən biri- X3 həkim-laborantı İddiaçıdır. X24, ETAXİ-nin X3 sabiq müdiri A. Alxasovanın işində yol verdiyi kobud qanun pozuntularına görə vəzifədən azad olunmasından sonra, 2018-ci ilin fevral ayında həmin vəzifəyə təyin olunmuş və həmin vaxtdan laboratoriyada qanuni iş rejiminin bərqərar olunmasına çalışmışdır. Laboratoriyada nizam-intizamın gücləndirilməsi, müayinələrin mövcud qayda üzrə aparılması, testlərin və reaktivlərin sərfiyyatının tənzimlənməsi və s. işlər görülmüşdür. Bütün bunlar, qanun çərçivəsində işləmək istəməyən və şəxsi maraqlarını üstün tutan Laboratoriyanın bəzi işçiləri, o cümlədən İddiaçı tərəfindən qəbul edilmir. İddiaçı həm özü, həm də ona tərəfdaş olan və özünü əsassız olaraq “ictimai vəkil” adlandıran Samir Zeynalov müxtəlif rəsmi instansiyalara müraciət edərək, eləcə də, media vasitəsilə İnstitutun rəhbərliyinə və onun bir çox işçilərinə qarşı qarayaxma kampaniyasını aparırlar. Bu illər ərzində İddiaçı dəfələrlə Laboratoriyada ixtişaşlar yaratmış, işçiləri müxtəlif çirkin vasitələrlə (hədələməklə, qarğışlamaqla və s.) laboratoriya müdirinə qarşı itaətsizliyə çağırmışdır. Məhz, bu səbəbdən İddiaçı 05.11.2020-ci il tarixində xəbərdarlıq edilmişdir ki, həmin xəbərdarlığı bəhanə edərək hazırki şikayət ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddiasını əsaslandrmaq üçün 12.02.2020-ci il tarixində çalışdığı laboratoriyanın özündən başqa 10 nəfər əməkdaşının imzası ilə yazılı şikayət ərizəsi ilə İnstitutun direktoru H.Qədirovaya müraciət etdiklərini və şöbənin bağlanması təhdidi və işinin itirməsi təhlükəsi ilə üzləşdiyini bildirmişdir. Lakin, əslində 12.02.2020-ci il tarixli şikayət Tibbi Ərazi Bölmələrinin X32 Heyyətinin sədri Ramin Bayramlıya, surətləri isə Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevə və ETAXİ-nin direktoruna ünvanlansa da, rəsmi olaraq heç bir yerə göndərilməmiş və İnstitutun dəftərxanasına rəsmi qaydada daxil olmamışdır ki, ona münasibət bildirilsin. İnstitut 05 noyabr 2020-ci il tarixli xəbərdarlıqla bağlı bidirir ki, şöbə müdiri N.Səlimovanın yazılı təqdimatına əsasən, İddiaçı daxili intizam qaydalarını pozduğunu nəzərə alaraq, ona 822 №-li Əmrlə Xəbərdarlıq edilmişdir və eyni zamanda şöbə müdiri N.Səlimovaya şöbədaxili neqativ halların qarşısını almaq məqsədi ilə öz vəzifələrini əmək münasibətlərini tənzimləyən hüquq normaları çərçivəsində həyata keçirməsi tapşırılmışdır. Koronavirus pandemiyasının ilk günlərindən COVİD-19 pandemik xəstəxana kimi fəaliyyət göstərən və karantin tələblərinə ciddi riayyət edilməsi tələb olunan ETAXl-də İddiaçı dəfələrlə qeyri-qanuni əməllər etmiş və bunu sübut edən materialları ozü mediada yerləşdirmişdir. Belə ki, o, reaktivlər saxladığı soyuducuda ərzaq saxlamasını və ya infeksion nəzarət qaydalarını kobud şəkildə pozaraq iş yerində bayram yığıncağını təşkil etməsini ictimaiyyətə çatdırmışdır. Məhz bu və digər əməllərinə görə, İddiaçı töhmət əvəzinə xəbərdarlıq edilmişdir. Xəbərdarlq verilməsindən 4 gün sonra - 09.11.2020-ci il tarixində İddiaçı Azərbaycan Respublikası Prezidentinə şikayət ərizəsi ilə müraciət etmiş və İnstitutun rəhbərliyi haqqında qərəzli və təhqiredici ifadələr işlətmişdir. Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən daxil olmuş məktuba əsasən aparılmış araşdırma zamanı şikayətin saxta dəlillər əsasında tərtib edildiyi sübuta yetirilmiş və bu barədə 13.01.2021-ci il tarixli əsaslandırmış cavab məktubu göndərilmişdir. İddiaçı həmin şikayətlə bağlı İnstitutun direktoru H.Qədirovanın adına 01.02.2021-ci il tarixli bildirişlə müraciət edərək şikayətin öz maraqlarını qorumaq məqsədi ilə yazıldığını etiraf etmiş və bununla bağlı üzr istədiyini bildirmişdir. İşinə bu cür yanaşan həkim-laborantın professional fəaliyyətində də qüsurların olması təsadüfi deyil. Belə ki, İddiaçı apardığı biokimyəvi analizlərlə bağlı həkimlərdən iradlar daxil olur. Məs., 2020-ci ilin iyul ayında İnstitutda COVİD-19 infeksiyası ilə yatan xəstə Hikmət Babayevin biokimiyəvi analizlərində kobud səhvlərə yol verilmişdir: 25.12.2020-ci il tarixində X33 qızı tərəfindən İnstituta daxil olmuş ərizədə qanın biokimyəvi analizlərinə aid ciddi uyğunsuzluqlar qeyd edilmişdir. Şikayəti araşdıran komissiyanın rəyində analizin qeyri-düzgün aparılması qeyd edilmişdir. İddiaçı isə izahatında əsassız dəlillərlə özünə bəraət qazandırmağa çalışmışdır. X33 biokimyəvi müayinəsinin qeyri-düzgün aparılmasına və bununla xəstənin həyatını təhlükə altına qoyulmasına görə, İddiaçı 12.01.2021-ci il tarixində töhmət verilmişdir. "Əmək prosesində ayrı-seçkiliyə yol verilməsinə dair” iddia tələbinin əsassız olduğunu sübut edən vacib faktı misal gətirmək olar. 18 fevral 2021-ci il tarixli, 154 №-li əmrlə laboratoriyada sanitar vəzifəsini icra edən X22 məhz İddiaçı xahişini rədd etdiyinə və ona qarşı subordinasiya qaydalarını pozduğuna görə Xəbərdarlıq edilmişdir. Şöbə müdiri N.Səlimovayla müqayisədə digər işçilərə, o cümlədən İddiaçı qarşı münasibətdə İnstitut rəhbərliyi tərəfindən ayrı-seçkiliyə yol verilməsi barədə iddia tələbinin əsassız olmasına daha bir sübut ondan ibarətdir ki, N.Səlimovaya da, işdə yol verdiyi nöqsanlara görə 07 may 2021ci il tarixli, 229 №-li Əmrlə Xəbərdarlıq edilmişdir. Bu o deməkdir ki, əmək fəaliyyətinin həyata keçirilməsi prosesində hər bir işçiyə qarşı hüquq və vəzifələri baxımından eyni dərəcədə və bərabərlik prinsipi əsas götürülərək münasibət göstərilir. Şöbə daxili intizam qaydalarının pozulmasına görə hər hansı bir işçinin, o cümlədən həkim-laborant İddiaçı barəsində şöbə müdiri N.Səlimova tərəfindən verilmiş təqdimat üzrə aparılmış araşdırma ilə işçinin doğurdan da hər hansı nöqsana yol verdiyi müəyyən edilirsə, bu halda şübhəsz ki, əmək məcəlləsinin tələblərinə uyğun tədbir görülməlidir. Bu baxımdan İddiaçı işdə yol verdiyi nöqsanlarla bağlı daxil olmuş təqdimatlar əsasında müvafiq tənbeh tədbirlərinin tətbiq edilməsi əmək prosesində ayrı- seçkiliyə yol verilməsi kimi qiymətləndirilə və ya əsassız iddia tələbinin irəli sürülməsinə səbəb ola bilməz. İddiaçı N.Səlimovanın qızı Minurə Səlimovanın 07.05.2021-ci il tarixində Laboratoriya işçilərinin “WhatsApp” qrupuna göndərdiyi ‘’səs ismarıcını” İnstitutla işçilər arasında olan əmək münasibətlərindən irəli gələn ayrı-seçkiliyin nəticəsi kimi qələmə verməyə çalışmışdır. Halbuki, bu şəxsi münaqişə zəminində baş verən hadisədir və onun İnstituta aidiyyəti yoxdur. İddiaçı bununla bağlı 17.05.2021-ci il tarixli ərizə ilə İETAXİ-nin direktoruna müraciət etmiş və ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçılnin böhtançı və təxribatçı siması onunla xarakterizə olunur ki, o öz qərəzli məqsədlərinə çatmaq üçün təsdiqini tapmayan ərizə və şikayətlərlə müraciət edərək iftira dolu məlumatlarını sübuta yetirə bilmədiyi halda, hər dəfə yazılı təkzib vermək, üzr istəməklə vəziyyətdən çıxmağa çalışmışdır.Buna misal olaraq, özünü "ictimai vəkil” adlandıran Samir Zeynalovun vasitəsi ilə 10.03.2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə böhtan dolu şikayət məktubu ilə müraciət etdiyini, lakin məsələni araşdırarkən şikayətini təkzib etdiyini göstərmək olar. İddiaçı Azərbaycan Respublikası Prezidentinə ünvanladığı 09.11.2020-ci il tarixli şikayət ərizəsi ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinin 05.01.2021-ci il tarixli məktubu daxil olmuş və həmin şikayətlə əlaqədar İnstitut tərəfindən aparılmış araşdırmalar nəticəsində hazırlanmış 13.01.2021-ci il tarixli cavab məktubunda İddiaçı şikayət ərizəsinin əsassız olduğu faktlarla təsdiq edilmişdir. İddiaçı Azərbaycan Respublikası insan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) Aparatına göndərdiyi şikayət ərizəsi ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 03.03.2021-ci il tarixli məktubu daxil olmuş, şikayət ərizəsində göstərilən xüsusatların araşdırılması məqsədi ilə İddiaçı dəvət olunmuş, ərizə ilə tanış olduqdan sonra həmin şikayətdən xəbəri olmadığını və ona məxsus olmayan email ünvanından göndərildiyini bildirərək şikayətdə göstərilənləri təkzib etmişdir. İddiaçı 01.06.2020-ci il tarixli şikayət ərizəsi ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət edərək, laboratoriya müdiri N.Səlimovanın qeyri-qənaətbəxş idarəçilik fəaliyyəti və tabeliyində olan işçilərə psixoloji təzyiq göstərməsini bildirmiş və həmin şikayətlə bağlı iddialara cavab olaraq, laboratoriya müdiri N.Səlimova və laboratoriyanın digər işçiləri tərəfindən imzalanmış və TƏBİB-ə ünvanlanmış 21.07.2020-ci il tarixli məktubla şikayətin əsassız olduğu və heç bir faktiki halla sübuta yetirilmədiyi qeyd edilmişdir. Həmçinin şöbə müdiri N.Səlimova təqdimatla müraciət edərək A. Əsədlinin məqsədyönlü qarayaxma kampaniyası nəticəsində onun iş fəaliyyətini nüfuzdan salmağa çalışdığını və yalnış məlumatları ictimailəşdirdiyini bildirmiş, həmin təqdimatda göstərilənlərin təsdiq edilməsi məqsədi ilə X3 13 nəfərdən ibarət işçilərinin imzasıyla müraciət qəbul edilmişdir. İddiaçı X6 İnstitutu haqqında “Bizim Media” internet saytında 18.05.2021-ci il tarixində dərc olunmuş sonuncu təxribat xarakterli müraciəti ilə İnstitutun ünvanına ağır ittihamlar irəli sürərək “Ağciyər institutunda maliyyə fırıldağı- COVİD xəstələri ilə işləməyən həkimlərə maaş yazılır" başlıqlı məqalə dərc etdirilmiş, böhtan dolu iddialarını media vasitəsi ilə ictimailəşdirmişdir. Bununla bağlı 19.05.2021-ci il tarixli, T/X 119 №-li əmrlə araşdırma komissiyası yaradılmış və İddiaçı iştirakı ilə aparılmış araşdırmalar nəticəsində mediada yayımlanan məlumatların heç biri təsdiqini tapmadığı üçün Komissiya tərəfindən təkzib edilərək müvafiq rəy verilmiş və bu barədə “TƏBİB’’-ə araşdırmanın nəticəsi barədə məktub göndərilmiş, İddiaçı təsdiqini tapmayan təxribat xarakterli əməlləri pislənmişdir. İddiaçı müxtəlif instansiyalara və media vasitələrinə İnstitutun işgüzar nüfuzuna xələl gətirən bu cür əsassız məlumatlarla müraciət etməsi, aparılmış araşdırmalar nəticəsində konkret faktlarla təkzib edildiyindən, onun növbəti dəfə “əmək prosesində ayrı-seçkiliyə yol verilməsinə dair" iddia tələbinin də, tamamilə əsassız olduğunu təsdiq etmiş olur. İddiaçı münasibətdə İnstitut rəhbərliyi tərəfindən ayrı-seçkilik edilmiş olsaydı onun barəsində verilmiş 12.01.2021-ci il tarixli 16 №-li Töhmət əmri 27.04.2021-ci il tarixli, 215 №-li digər əmrlə vaxtından əvvəl ləğv edilməzdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi X13 İnstitutunun nümayəndəsi X28 və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 yazılı etirazın məzmununa uyğun izahat verərərk iddia tələbinin təmin olunmamasını xahiş etdilər. Həmçinin onlar bildirdilər ki, iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ yoxdur. Qanunvericilikdə bir işçinin digər işçiyə tənbeh verilməsini tələb etmək səlahiyyəti olmadığını, iddia ərizəsinin düzgün tərtib edilmədiyini bildirərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdilər. Bundan başqa cavabdehin nümayəndəsi X28 bildirdi ki, iddiaçı tərəfindən İnistitutda baş verən maliyyə firıldaqlığı ilə bağlı sosial şəbəkələrdə doğru olmayan məlumatlar yayılmışdır ki, bu məlumatlarda müvafiq qaydada araşdırılmış öz təsdiqini tapmamışdır. İnistitut tərəfindən 19.10.2021-ci il tarixdə X26 işlək vəziyyətdə olmayan soyuducuda yerləşən reaktivlərin köçürülməsi ilə bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət verilmişdir. İş üzrə şahid qismində ifadə vermiş X11 məhkəmədə verdiyi şahid ifadəsi sübut qismində qəbul edilməməlidir. Belə ki, onun məhkəmədə verdiyi ifadəsindən də müəyyən olunur ki, o, baş laborant vəzifələrini icra etdiyi halda onun ştat açılması ilə əlaqədar vəzifəyə başqa şəxsin təyin edilməməsini düşünərək İnistituta qarşı öz şəxsi maraqları zəminində ifadə vermişdir. Qeyd olunan ştatın açılması nəzərdə tutulsa da hələ həmin ştata onlara verilməmişdir. Həmin vəzifə üçün magistr təhsili olan şəxs təyin oluna bilər. Nuridənin təhsili bakalavr pilləsidir. Göstərilənlərə əsasən onun ifadəsi sübut kimi qəbul edilə bilməz. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X24 İddiaçı iddiasının təmin olunmamasını məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, onun iddiaçıya qarşı Şuşa rayon Məhkəməsində şərəf və ləyaqətini ləkələməsi ilə bağlı iddia tələbinə, eyni zamanda Nəsimi rayon Məhkəməsində isə xüsusi ittiham qaydasında ərizəsinə baxılır. Cavabdeh təşkilatda şöbə müdürü və fəlsəfə doktorudur. 22 ildir həmin təkilatda işləyir. 4 ildir şöbə müdürü işləyir. Tərəfindən heç bir işçiyə nalayiq söz deyilməmiş, iş yerində yayılmış bu söz-söhbətə görə işdən çıxmaq üçün ərizə yazsa da, heç bir nöqsanı olmadığı üçün işdən çıxarılmamışdır. Aynur onun şəkilərini gizlin Samirə ötürərək onu nüfuzdan salmağa və iş fəaliyyətinə xələl gətirməyə çalışmışdır. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X14 vəkili və nümayəndəsi X15 iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququnun olmamasını, intizam tənbeh tədbirinin müəssisənin rəhbərliyinə aid məsələ olmasını bildirərək İddiaçı iddiasının təmin olunmamasını məhkəmədən xahiş etdi Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında X31 Xidmətinin nümayəndəsi və X25 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs X25 iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. O bildirmişdir ki, o, ictimai vəkil və hüquqşünasdır. Cavabdeh təşkilatda baş verən əmək ayrı-seçkiliyini və haqsızlıqları sosial şəbəkələrdə ictimailəşdirmişdir. Cavabdeh təşkilatda çalışan iddiaçı Aynur xanım 2 il bundan qabaq ona institutda olan neqativ hadisələrin olmasını bildirmiş və ona şikayət xarakterli məlumat ötürmüş, o da bu məlumatları araşdırmağa başlamışdır. İnistitutun rəhbəri Həqiqət xanım onu da xüsusi ittiham qaydasıda məhkəməyə vermişdir. O, bu işə cəlb edilmə səbəbinin cavabdehin etiraz ərizəsində onun adını hallandırması ilə əlaqələndirmişdir. Həqiqət xanım xırda bir xətaya görə Aynur xanıma töhmət verdiyi halda, böyük xətaya yol verən Nuriyyə xanım xəbərdarlıq verməsi əmək ayrı-seçkiliyidir. İnstitut məcburiyyət qarşısında qalaraq Nuriyyə xanım barəsində rəy vermişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində ifadə vermiş X18 ifadəsində bildirmişdir ki, institutda həqiqətən də ayrı-seçkilik var. Uzun müddət baş laborant vəzifəsinin funksiyalarını o, icra etdiyi halda, onu deyil, başqa şəxsi həmin vəzifəyə qoymuşlar. Universitetlər açıldığı günü ayın 29-da işə gecikdiyi üçün ona xəbərdarlıq verilmiş, başqa işçilər isə cəzalandırılmamışdır. İşçilər Həqiqət xanımın yanına Nuriyyədən şikayətə getmişlər, Həqiqət xanım Nuriyyəni danlamışdır. Həqiqət xanımdan onun başqa yerə göndərilməsini xahiş etmiş, Həqiqət xanımın isə onu başqa yerə göndərə bilməyəcəyini, yalnız institutun daxilində iş yerini dəyişə biləcəyini, istəyirsə ərizə yazıb işdən çıxa biləcəyi ona bildirmişdir. Covid xəstələri ilə işləməyən həkimlərə maaş yazılmışdır. Əvvəlki rəhbərlik tərəfindən şöbə müdirliyinin Aynura təklif olunduğunu, amma Aynur xanımın bunu istəmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Elmi X13 İnstitutunun 16 nömrəli 12 yanvar 2021-ci il tarixli “İntizam tənbehinə cəlb edilmə barədə” əmrin surətindən görünür ki, həkim-laborant İddiaçı xəstə X19 23.12.2020-ci il tarixli biokimyəvi müayinəsini qeyri-düzgün apardığına və bununla da xəstənin həyatını təhlükə qarşısında qoyduğuna görə, Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “Töhmət” verilmişdir. - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Elmi X13 İnstitutunun 215 nömrəli 27 aprel 2021-ci il tarixli “Əmrin ləğv edilməsi barədə” əmrin surətindən görünür ki, həkim-laborant İddiaçı verilmiş 12.01.2021-ci il tarixli, 16 nömrəli “İntizam tənbehinə cəlb edilmə barədə” əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 190-cı maddəsinin 2-ci bəndinə əsasən ləğv edilmişdir. - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Elmi X13 İnstitutunun 320 nömrəli 29 iyun 2021-ci il tarixli “İntizam tənbehinə cəlb edilmə barədə” əmrin surətindən görünür ki, həkim-laborant İddiaçı İnistitutda ALAT reaktivi olmadığı halda müayinə blanklarında və “Biokimyəvi müayinələrin qeydiyyatı” jurnalında 15 xəstənin qan nümunələrinin biokimyəvi ALAT müayinəsi nəticələrini qeyd edərək, saxtalaşdırmasına və bununla kobud qanun pozuntusuna yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən “Töhmət” verilmişdir. - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Elmi X13 İnstitutunun 229 nömrəli 07 may 2021-ci il tarixli “Xəbərdarlıq edilməsi barədə” əmrin surətindən görünür ki, laboratoriya müdiri X20 İnstitutun rəhbəri və kollektivə qarşı subordinasiya qaydalarını pozduğuna görə, Azərbaycan Respublikası ƏM-nin 186-cı maddəsinin 3-ci bəndinə əsasən “xəbərdarlıq” verilmişdir. - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Elmi X13 İnstitutunun 598 nömrəli 19 oktyabr 2021-ci il tarixli “İntizam tənbehinə cəlb edilmə barədə” əmrin surətindən görünür ki, KDL-in müdiri X16 işlək vəziyyətdə olmayan soyuducuda yerləşən reaktivlərin köçürülməsi ilə bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət verilmişdir. - Elmi X13 İnstitutu haqqında “Bizim.Media” internet saytında 18.05.2021-ci il tarixində dərc olunmuş “Ağciyər İnstitunda maliyyə fırıldağı- Covid xəstələri ilə işləməyən həkimlərə maaş yazılır” başlıqlı məqalədə İnstitut barədə qeyd edilən məsələlərin araşdırılması məqsədi ilə 19.05.2021-ci il tarixli, T/X 119 №li əmrlə yaradılmış araşdırma komissiyasının rəyinin surətindən görünür ki, göstərilən iddianın əsassız olduğu müəyyən olunmuşdur. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddia tələbinin qanuni əsası kimi istinad olunan Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi “cavabdeh X8 İnstitutu tərəfindən əmək münasibətləri çərçivəsində ona qarşı yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması məqsədi ilə X6 institutunun "X4ın müdiri X38 qızının intizam qaydasında cəzalandırması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir, çünki X14 cavabdeh tərəfindən intizam icraatı qaydasında cəzalandırılması məsələsi institutun özünə aid səlahiyyəti olmaqla, onun tərəfindən tətbiq edilər. Bunun məhkəmə qaydasında iddiaçı tərəfindən tələb edilməsində onun hüquqi ixtiyarı, başqa sözlə qanuni əsası mövcud deyildir. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “d” bəndinə əsasən işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarındandır. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci bəndinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona həmin bənddə nəzərdə tutulan intizam tənbehlərindən birini verə bilər. İddiaçı tərəfindən məhkəmədə belə hazırkı iddianı qaldırılmasına dair subyektiv hüququ olmamaqla yanaşı X2 əmək ayrı-seçkiliyinə yol verilməsini bildirərərk İnistituta qarşı məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsində Nuriyyə Səlimovanın konkret olaraq nə vaxt, hansı xətaya yol verməsi əsaslandırılmadan rəhbərlik tərəfindən həmin işçinin intizam qaydasında cəzalandırılması vəzifəsinin məhkəmə tərəfindən təmin edilməsi ilə həmin işçi tərəfindən yol verilmiş əmək ayrı-seçkiliyinin aradan qaldırılmasının bərpa ediləcəyini iddia etməsi ağlabatan deyildir. Qeyd olunmalıdır ki, əmək qanunvericiliyi işçi barəsində işəgötürənə tənbeh tətbiq edilməsini vəzifə kimi yox, onun hüququ kimi müəyyən etmiş və bunun qaydasını və verilməsi üçün konkret müddətlərini və şərtlərini müəyyənləşdirmişdir. İşçi tərəfindən intizam xətasına yol verilməsi faktını aşkar etmək, onu yoxlamaq və işçiyə intizam tənbehini tətbiq etmək işəgötürənə aid səlahiyyət olmaqla, yalnız onun tərəfindən işçinin əməyə münasibəti, şəxsi keyfiyyətləri və sair nəzərə alınmaqla tətbiq edilə və ya edilməyə bilər. İddiaçı tərəfindən intizam tənbehi verilməsi istənilən X23 tərəfindən və ya İnistitutun digər rəhbərliyi tərəfindən konkret olaraq hansı amillərə görə işçilər arasında əmək ayrı seçkiliyinə yol verilməsi əsaslandırılmamışdır. Bununla bağlı məhkəmə xüsusi ilə vurğulayır ki, Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndində işəgötürən tərəfindən əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməsinin müəyyən edilməsi üçün konkret amillər sadalanmışdır ki, yalnız bu amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəbul oluna bilər. Həmçinin qeyd olunmalıdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Elmi X13 İnstitutunun 598 nömrəli 19 oktyabr 2021-ci il tarixli “İntizam tənbehinə cəlb edilmə barədə” əmri ilə KDL-in müdiri X16 işlək vəziyyətdə olmayan soyuducuda yerləşən reaktivlərin köçürülməsi ilə bağlı rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət verilmişdir. Həmçinin məhkəmə iş üzrə şahid qismində ifadə vermiş X10 ifadəsini şəxsi münasibətlər zəminində, onun uzun müddət gözləntisi olan vəzifəyə təyin edilməməsi düşüncəsinin emosional təsiri altında verilməsi kimi qəbul edərək sübut növü kimi qəbul etmir. Ona görə şahid ifadəsi cavabdehə qarşı əmək kollektivində əmək ayrı-seçkiliyinə yol verilməsi faktının təsdiqi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı “cavabdeh X8 İnstitutu tərəfindən əmək münasibətləri çərçivəsində ona qarşı yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması məqsədi ilə Elmi- Tədqiqat Ağciyər Xəstəlikləri institutunun "X4ın müdiri X14 intizam qaydasında cəzalandırması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi X1rşı iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X31 Xidməti, X29 və X25 cəlb edilməklə “Elmi X13 İnstitutuna tərəfindən əmək münasibətləri çərçivəsində ona qarşı yol verilmiş ayrı-seçkiliyin aradan qaldırılması məqsədi ilə Elmi X13 İnstitutunun "X7”nın müdiri X14 intizam qaydasında cəzalandırması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar