Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2917/2022 29.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsi cəlb edilməklə “mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsi cəlb edilməklə “mənzilə köçürmə və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbini dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m torpaq sahəsi üzərində tikilmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin mənzillərdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahdan övladları anadan olmuşdur. Nikahları Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. O, cavabdehlə birgə nikahda olarkən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.metr tikilmiş, 78 kv.metr fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri əldə etmişlər. Cavabdeh ona manelər törədir. Onun mənzillərə köçürülməsi və həmin mənzillərdən istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasına zərurət yaranmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etsə də ailə məsələləri ilə əlaqədar qanunvericiliyin tələbi ilə mediasiya sesiyasından keçmədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1769/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdehlə aralarında razılığa gəlməyə çalışsa da cavabdeh onun vəsaiti hesabına inşa edilmiş mənzilləri ondan almağa çalışır. Bununla bağlı mediasiya qrumuna müraciət etmiş, lakin cavabdeh mediatorun da çağırışlarına gəlməkdən boyun qaçırmış, bununla bağlı Arayış təqim olunmuşdur. Cavabdeh məhkəməyə etiraz verərək, iddianın rədd edilməsini və iddiaçı tərəfindən ödənilən xərclərin ona aid edilməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, birinci növbədə iddiaçının iddia tələbinin söykəndiyi heç bir nə hüquqi, nə də rəsmi sənədi mövcud deyildir. İddiaçının iddia etdiyi əmlaklar birgə nikah dövründə onlara məxsus olmamışdır. Həmin əmlakların iddiaçı ilə cavabdehin adına reyestrdə hüquqi qeydiyyata alınmasına dair heç bir sübut mövcud deyildir. İddiaçı iddia ərizəsində məhkəməyə səhv məlumatlar vermişdir, guya Südçülük sovxozu ərazisində tikilmiş fərdi yaşayış evi və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmişdir, halbuki, həmin daşınmaz əmlaklardan biri - Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evi onun qardaşı olan X20 məxsusdur, digər Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m. tikilmiş, 78 kv.m. fərdi yaşayış evi isə cavabdehin bacısı olan X13 məxsusdur və onların sahibliyində və istifadəsindədir. Belə ki, Mənzil-Kommunal Təsərrüfat Birliyinin 67 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 179 nömrəli arayışdan görünür ki, qardaşı X1 2/7 saylı mənzildə qeydiyyatsız yaşayır, yaşadığı və özü tikdiyi Qafqaz küçəsi 2/7 ünvan üçün 2016-2022-ci illər üzrə məişət tullantıları ilə bağlı vəsaiti X27 ödəmişdir. Mənzil Kommunal Təsərrüfat Birliyinin 67 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 18 nömrəli cavab məktubundan görünür ki, Qafqaz küçəsi 2/7 ünvanda Avtandil Nicat oğlunun yaşaması barədə məlumatları yoxdur. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə numayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 156 nömrəli arayışdan görünür ki, İddiaçı Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ərazidən qəsəbə nümayəndəliyindən qeydiyyatdan keçməmişdir. Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 218 nömrəli arayışından görünür ki, X3 bələdiyyəsində vergi ödəyicisidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” barədə xx.xx.2018-ci il tarixli aktda İddiaçı adı yazılsa da onun özünü imzası və "xxxx" QSC-nin nümayəndəsinin imzası həmin aktda mövcud deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin bildirişinin heç bu işə aidiyyəti yoxdur, çünki məhkəmə həmin bildirişə diqqət yetirsə görünər ki, həmin bildiriş Mirnazir Seyidzaminin adına verilmişdir. Ramana Bələdiyyəsi tərəfindən İddiaçı adına vergi ödəyicisi kimi verilmiş xx.xx.2019-cu il tarixli şəhadətnamə ona qanunsuz və əsassız olaraq verilmişdir, çünki həmin torpaq sahəsi Azərbaycan Respublikası Abşeron rayon İHB tərəfindən 15 aprel 2010-cu il, 357 № ilə verilmiş sərəncama əsasən başqa bir şəxsə verilmişdir. O bildirir ki, qeyd edilən torpaq sahəsi başqasının mülkiyyətində olduğu halda İddiaçı həmin torpağa dair vergi ödəyicisi ola bilməz. O, Ramana Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 60 nömrəli arayışı qanunsuz və əsassız hesab edir. Bələdiyyənin sədri İ.U. Rzayeva arayışda yazır ki, guya 180 kv. metr torpaq sahəsi və 78 kv.m əmlakı İddiaçı məxsusdur, halbuki Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3212 nömrəli məktubdan və ona əlavə edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Abşeron rayon İHB tərəfınən 15 aprel 2010-cu ildə, 357 № ilə verilmiş sərəncama əsasən Abşeron rayon Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsinin mülkiyyətçisi X22 olmuş, o, etibarnamə ilə hüquqlarını X16 ötürmüş, o da, hüquqlarını etibarnamə ilə X10 ötürmüşdür. X17 vəfat etdiyi üçün həmin torpaq hazırda onun arvadı- hüquqi varisi X11 istifadəsindədir. O hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südcülük sovxozu ərazisində 180 kv.m. torpaq sahəsi 78 kv. m. fərdi yaşayış evi ilə birlikdə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçının və cavabdehin heç bir hüquqları yoxdur. Yuxarıda qeyd edildiyi kimi həmin tikililər başqa şəxslərin istifadəsindədir. Həmçinin, həmin torpaq sahəsi yaşayış evi ilə birlikdə L.Mustafayevaya məxsusdur. Qafqz küçəsi, 2/7 ünvanında yerləşən fərdi yaşayış evini isə qardaşı onlara sığıncağa vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, onlar cavabdehlə birgə nikah dövründə olduqları müddətdə iki evləri olmuş, amma evlərin sənədləri olmamışdır. Evlərlə bağlı Bələdiyyə sənədi var. Evlərin hər ikisi nikah dövründə tikilmiş, onlar əvvəldən birlikdə yaşamışlar, sadəcə nikah gec bağlanmışdır. Evlərin hər ikisinin layihəsi var. Onlar Nizami rayonunda yaşamışlar, Ramanadakı torpağı alanda 6000 manatı özü vermiş, 6000 manatı Arif vermişdir. Sonra Mahir ona demişdir ki, Arifin həyətinə çığır az düşür, buna görə də ona həmin puldan 1000 manat qaytarmışlar. Verilən pullar da Fəxmirə ilə onundur. Belə ki, o, özü Mahirlə makler, Fəxmirədə dükanda işləmişdir. Eyni zamanda, 6-7 il şirkətdə işləmişdir. Orada o, ev tikmiş və ev tikiləndən sonra oranı kirayə vermiş və kirayə haqqını Fəxmirə almışdır. Onlar Ramanada bələdiyyə vergisi verməmişlər, orada kirayəçi yaşayır. Həmin ev onunla Fəxmirənindir, hətta Fəxmirənin haqqı ondan daha çox olmuşdur. Arif də evini onun evinin arxasında tikmişdir. Ramanadakı torpaq da 99 illiyinə Arifin adına etibarnamə verilmişdir. O, həmçinin bildirdi ki, cavabdeh 5 nəfərlə bərabər onu zorla evdən qovmuşdur. O, evdən qovulanda anası da onlarda olmuşdur. Hazırda, orada-burada, rayonda qalır. Cavabdehin qardaşı deyir ki, evi onlara vermişdir. Orada, su da, telefon da onun adınadır, hətta işığı cavabdehin adına keçirmişdirlər, o da onu geri qaytarmışdır. Eyni zamanda, cavabdeh tərəfindən məhkəmə iclasına dəvət olunan şahidlər, həmçinin X7 da yalan ifadə vermişdir, çünki X7 hal-hazırda onun qaynı Mahirin yanında onun vaxtilə gördüyü işləri görür. Evdə özü işləmiş, ustalıq etmişdir. Qardaş bacı arasında olan müqavilə də əsassızdır. Qafqaz küçəsindəki torpağı alanda o, ona aid olan Babək prospektində yerləşən başqa evini 59 min manata satıb 30 min manat verərək bu torpağı almış, 74 min manat da evin tikilməsinə xərcləmişdir. Bütün bunlara Fəxmirənin ailəsi kömək etməmişdir. Oradakı bütün əşyalar da Fəxmirə ilə onundur. Biləsuvarda bir evi var başqa evi yoxdur, bir otaqlı evini də yoldaşına satıb vermişdir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil etiazın məzmununa uyğun izahat verərək iddianı qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti və Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin nümayəndəsi X31 iddia tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığı bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Bələdiyyədə araşdıraraq müəyyən edilmişdir ki, X9 xanım vergi ödəyicisi kimi qeydiyyata alınmamış, Avtandil isə vergi ödəyicisi kimi hazırda qeydiyyatdadır. Bununla bağlı sorğuya cavab məktubunu da məhkəməyə təqdim etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında X25 şahid qismində ifadə verərək göstəmişdir ki, onun kəndçisi Fəxri adında şəxs ona zəng edib usta işi olduğunu demiş, o da Avtandilin həyətində işləmişdir. Tarix olaraq təqribən 2016-2017-ci il Fəxri evin içini təmir etmiş, o, həyətə və həyətdəki mağazaya suvaq çəkmişdir. Evin içi yadında deyil, orada təmir gedirdi, evdə heç kəs yaşamırdı. Ev birmərtəbəli, təqribən 2-3 otaqlı normal ev olmuşdur. Həmin ev Babək prospektində yola yaxın yerdə olmuşdur, həyətə girəndə orada sol tərəfdə mağaza və yaxınlıqda şadlıq sarayı da var idi. Ona Fəxri ev sahibi kimi Avtandili təqdim etmiş və pulu Avtandildən alacağını bildirmişdir. Ona pulu Avtandil vermiş, yadında deyil üstündən zaman keçib, elə olurdu pulu hissə-hissə vermişdir. Mağaza da Avtandilin olmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında X26 şahid qismində ifadə verərək göstəmişdir ki, onun tərəflərlə heç bir qohumluğu yoxdur. Ramana qəsəbəsində 3 sot olan torpağı o, 11000 manat məbləğə Arif adlı şəxsə satmış və pulu ondan almışdır. O, Mustafayev Arifin avtomobilini də götürmüşdür. Həmin 3 sotun içində 2 ev tikilmişdir. Ramana qəsəbəsində Mustafayev Arif ilə onlar qonşudurlar. Laləgilin də orada evləri var və orada yaşayırılar. Oradakı evlərin birində tikiləndən kirayəçi yaşayır. Mustafayev Arif iddiaçının bacısı Lalənin həyat yoldaşı olmuş və rəhmətə getmişdir. O, Lalənin bacısı Fəxmirəni tanımır. Mustafayev Arif özü torpağı görmüş, torpağının satıldığını da bilmişdir, Mustafayev Arif torpağı oğlanları üçün almışdır. Tikilən evlərin birində Arifin oğlu Orxan yaşayır, diğərində isə kimin yaşadığını o bilmir. Həmin evi usta tikmiş, evi tikdirən Arifin qardaşı Mahir olmuş, amma ustaların pulunu kimin verdiyini bilməmişdir. Avtandil də oraya gəlib-getmişdir, Avtandil orada yaşamır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında X27 şahid qismində ifadə verərək göstəmişdir ki, o, cavabdehin qardaşıdır. Tərəflər 2009-cu ildən ailə həyatı qurmuş, yeni ailə həyatı qurandan sonra Biləsuvar rayonunda yaşamışlar. O, öz həyətində kirayə verdiyi evlərin birində bacısını yerləşdirmiş, iş-güc olmadığı üçün həyətdə qardaşının mağazasının içini mal ilə doldurub bacısının işlətməsinə vermişdir. Bu müddətdə Avtandil də bacısının yanında boş-boş gəzmişdir. Bir-iki il sonra Zabratda təmirsiz həyət evi almış onlara vermişdir ki, onlar düzəldib orada qalsınlar, amma Avtandil 3 il qalıb heç nə etməmişdir. O da sonra Zabratdakı evi satmışdır. Onun Xətaidə 2 otaqlı evi olmuş, sonra bacısı onlara qalmaq üçün verməsini dediyi üçün o da həmin evi onlara vermişdir. Yəni bu evləri o satılana qədər bacısına qalmağa vermişdir. İddiaçının, anası və bacısı Fəxmirəni döydüyü üçün onlar onu gedib gətirmiş, sonrdan Avtandil gəlib özü Fəxmirəni aparmışdır. Bir il bundan qabaq onlar Avtandili evdən çıxarmışlar, yenə bibisi ilə Avtandil gəlib yalvarmışlar, Avtandil özü də Qurana əl basıb demişdir ki, bu sonuncudur, bir də belə şey olsa onu evdən çıxartsın, hətta bu sözlərə Aftandilin bibisi də şahid olmuşdur. Evli olduqları illər ərzində Aftandil içki aludəçisi olmuş, hələ də içir, özünü apara bilmir, heç bir səbəb olmadan bıçağa əlini atır öldürməklə təhdid edir, özündə olmur, doğma uşağını yerəçırpmışdır. Demək olar ki, hər il onlar Avtandili evdən çıxarırlar, sonra yenə gəlirlər, yalvarırlar, həmişə də o, onları barışdırır ki, bacısının ailəsi dağılmasın. Son dəfə bacısı gecə saat 3-də elə bir vəziyyət yaratmışdır ki, qonşular Avtandili tutmuş, bacısı da gecə paltarında qaçıb onun evinə gəlmişdir. İndi o, gözləməlidir ki, Avtandil bacısını öldürsün? Bundan başqa bacısı onunla barışmaq istəmir. Avtandil evdən 15000 manat pul oğurlamışdır. İddiaçının bu içki məsələsinə görə o, onu öz yanında gəzdirir ki, gözü onun üstündə olsun, pis əməllərdən çəkindirsin. Avtandil bu illər ərzində ailəsinə bir manat da pul xərcləməmişdir, heç aliment də ödəmir. O, həmçinin bildirdi ki, o, evləri bacısıgilə müvəqqəti yaşamaq üçün vermiş, axırıncı verdiyi evi bacısına artıq satmayacağını demiş və müqavilə ilə bacısına vermişdir. Bu sözləri eşidən Avtandil 2009-cu ildən ailə həyatı quran, 2011-ci ildə uşaqları olan 2016-ci ildə bu sözləri eşidən kimi bacısı ilə nikaha düşmüşdür. Əgər bu adam ailə istəyirsə, niyə mülk davası döyür. Ramanada yerləşən torpağı bacısının yoldaşı Arif almış və bir həyətdə biri 3 otaqlı, digəri 2 otaqlı olan 2 ev tikdirmişdir. Həmin tikintini o özü aparmış, tikintinin pulunu Arif müəllim özləri vermişdir. Həmin Ramanadakı evin sənədləri də Arifin adınadır, həmin evin Avtandilə heç bir aidiyyəti yoxdur, sadəcə o, oranı tikdirəndə onun yanında gedib-gəlmişdir. Hal-hazırda Ramanada olan evin birində oğlu yaşayır, birini də kirayə vermişlər. Həmçinin, Nizami rayonu, Qafqaz küçəsində 2/7 olan ev də onun evidir və evin komunallarını onlar ödəmişlər. Qafqaz küçəsindəki evlə bağlı kommunal qeydiyyatların açıqlaması belədir ki, o, 4 ev tikdirmiş, həmin 4 evi öz adına edə bilmədiyi və iddiaçının düzələcəyinə inandığı üçün kommunal Avtandilin adına olmuşdur. Bununla yanaşı, Avtandil onda olan sənədləri saxtakarlıqla almışdır. İddiaçı Biləsuvardakı atasından qalan evi də yüksək məbləğə evindən oğurladığı pullarla təmir etdirmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında X21 şahid qismində ifadə verərək göstəmişdir ki, o, Fəxmirənin bacısıdır. Ramanadakı 2 ev yoldaşının adına olmuşdur, Notarius hər iki evə dair sənəd vermişdir, evlər hazırda onundur, həmin evlərin birində oğlu qalır, digərini də kirayəyə vermişlər və kirayə pulunu da o özü alır. Yoldaşı Yol idarəsində və taksi sürücüsü işləmiş, həmin evlərin pulunu da onun yoldaşı ödəmiş, Mahir qardaşı da tikdirmişdir. Lakin, o, 2 evə nə qədər xərc çıxdığını bilmir. Ev tikiləndən sonra sayğacların kartını yoldaşı almış, kommunalı yoldaşının adına olmuş, sonradan onun adına keçmişdir. Onlar hər iki ev üçün işığın, suyun kommunalını kart vasitəsilə ödəmiş, həmin kartı kirayəçiyə vermiş, qazı və suyu onlar ödəmişdir. Bu ailə problemindən sonra Avtandil kommunalı gedib öz adına hansısa yolla keçirtmiş, bundan bu müddət ərzində məlumatı olmamışdır. Bələdiyyədə vergi ödəyicisi kimi Aftandil gedib öz adını keçirmişdir. Bunu hansı yolla etdiyi isə onlara məlum deyil və o, bununla bağlı şikayət də edəcəkdir. Belə olan halda, Ramanadakı evdə Fəxmirə yaşamamış, evdə qalan son kirayəçinin adı Sahib, yoldaşının da adı Ulduzdur, hər ayın 6-da onlardan 200 manat kirayə pulu alır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında X7 şahid qismində ifadə verərək göstəmişdir ki, onun tərəflərlə heç bir qohumluğu yoxdur. O, 22 il Arxekturada, sonra alqısatqı işində işləmişdir. O, Mahirin ev tikib satan olduğunu bildiyi üçün ev, torpaq çıxanda zəng edib ona deyirdi. Qafqaz 2/7 ünvanda Zamin adlı bir nəfər Arif Əliyev adlı bir nəfərin vasitəsi ilə ona məxsus torpaq satdığını bildirmiş, həmin torpağın dəyəri də 30000 manat olmuşdur. O da Mahirin torpaq alıb ev tikintisi ilə məşğul olduğunu və Qafqaz küçəsində torpaq olduğunu bildirmişdir. Onlar Mahirlə getmiş, baxmış, razılaşmışlar və Mahir onun ofisində pulu sayıb Zaminə vermiş, sonra fərdi ev tikintisinə başlanmışdır. Lakin, torpaq satılanda müqavilə bağlanılmamışdır. O, bu torpağı Mahirə satanda heç bir təmənnası olmamış, yəni bundan heç bir xeyir götürməmişdir. Hətta orada bir Naxçıvanlı qonşu ailə pəncərə qoymaq istəməmiş, Mahir bununla bağlı ona bildirmiş, da həmin qonşunun yeznəsi Ceyhunla danışıb pəncərənin qoyulması ilə bağlı razılıq da əldə etmiş və Mahir oranı tikib başa çatdırmışdır. Mahir ona yarım il bundan əvvəl müracət etmişdir ki, Qafqaz küçəsindəki evi satmaq istəyir, o da ora müştəri gətirmiş, amma alıcı ilə razılıq olmadığından satış olmamışdır. Onlar Mahirlə evin satılması ilə bağlı danışan vaxt Avtandil də evdə olmuşdur. O, Avtandili ev tikib-satan görməmişdir. Deyəsən, Qafqaz küçəsindəki evdə Mahirin bacısı yaşamış, oradakı balaca mağazanı Fəxmirə xanım işlətmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında X23 şahid qismində ifadə verərək göstəmişdir ki, o, Avtandilin Aysu şadlıq evinin arxasında olan evində usta kimi işləmiş, həmin evin elektrikini, malyar işini, polunu, aboyunu vurub çıxmışdır. Lakin, kafel işini o görməmişdir. O, oraya özündən başqa əmisioğlunu gətirmişdir. O, bir kvadrat metr polu 4 manata, tavanı, divarı danışmış, elektrik işinə deyəsən 150-200 manat almışdır. Onlar bunlarla bağlı müqavilə bağlamamış, şifahi danışmışlaar. Avtandil ona evin onun olduğunu dediyindən, onun pulunu Avtandil verdiyindən evin Avtandilin olduğunu bilmişdir. Bundan başqa, o, orada Avtandildən başqa bir nəfər görməmişdir ki, ona işləri necə həll etmək lazım olduğunu desin. Ora Avtandilin qaynı Mahir gəlib-getsə də, Mahir ona heç bir pul, məsləhət verməmişdir. O, Mahirlə başqa evin tikintisində də işləmişdir. hətta, o orada uşaq otağına maşın şəkili olan aboy vurmuşdur, amma onu sonra dəyişmişlər, Avtandil özü də demişdir ki, uşaq otağının aboyunu falan dəyişmişdir. Sonradan orada işləyən tanıdığı Ədalət adlı usta demişdir ki, Avtandilin evində işləyirlər və bəzi yerlərdə dəyişikliklər etmişlər. O, 13-14 il olar Avtandili və onun qayınlarını görmür. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Elektron qaydada "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli “Qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” aktına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ərazisində, xx.xx.2017-ci il tarixli “Qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” aktına əsasən ünvan 1 ünvanında qaz kəmərlərinin quraşdırılmasının sifarişçisinin İddiaçı olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ramana Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməsindən və xx.xx.2019-cu il tarixli, 60 nömrəli arayışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində tikilmiş 78 kv.metr sahəsi olan 1 mərtəbəli fərdi yaşayış evinin vergi ödəyəcisi İddiaçıdur. - Mənzil-Kommunal Təsərrüfat Birliyinin 67 saylı MKİS tərəfindən verilmiş xx.xx.2017ci il tarixli arayışın surətindən görünür ki, Məmmədov X2, 2/7 saylı mənzildə qeydiyyatsız yaşayır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyət Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Ramana qəsəbəsi, 2-ci sahəsində yerləşən tikilidə qeydiyyatsız yaşayır. - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, 96009 nömrəli və xx.xx.2017-ci il tarixli, 68638 nömrəli müqavilələrdən görünür ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə ərazisində və ünvan 1 ünvanında İddiaçı istehlakçı olaraq adlandırılmış və müqavilələr onunla bağlanılmışdır. - Özbaşına tikilinin tərkib hissəsində istifadə hüququna dair X27 və Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, X27 mənzil sahibi olaraq ünvan 1 ünvanında 115 kv.m torpaq sahəsində yerləşən özbaşına tikili olan fərdi yaşayış evini istifadəçinin müvəqqəti istifadəsinə vermiş və xx.xx.2018-ci il tarixdə təhviltəslim aktı tərtib edilərək Cavabdeh yaşayış üçün zəruri olan əşyaları ilə birlikdə təhvil verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyət Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə deyilən ərazidən qəsəbə nümayəndəliyindən qeydiyyatdan keçməmişdir. - Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, X3 bələdiyyəsində vergi ödəyicisidir. - Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmamış, İddiaçı isə bələdiyyədə vergi ödəyicisidir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Məmmədov X8 Fəxmirə Ağaş qızı ilə 2009-cu il tarixdə qeyri-rəsmi nikaha daxil olaraq yaşamış, xx.xx.2013-cü il tarixdə birgə nikahlarından X14 anadan olmuşdur. Daha sonra tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikah bağlamışlar. Cavabdeh 2021-ci ilin avqust ayında İddiaçı ilə aralarında bağlanılmış nikahın pozulması barədə məhkəmədə iddia qaldırmış, bununla bağlı 2(007)-158/2023 saylı mülki iş tərəflər arasında barışıq üçün 3 ay verilməklə xx.xx.2023-cü il tarixə təxirə salınmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.metr torpaq sahəsi üzərində tikilmiş 78 kv.metr sahəsi olan fərdi yaşayış evi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə və həmin evlərdə istifadə qaydalarının müəyyən olunması barədə məhkəmədə iddia qaldırmışdır. Bu mənzillər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, statusuna görə özbaşına tikililərdir. Mübahisəli mənzillər ilə bağlı "xxxx" QSC-nin verdiyi izahat və cizgilər iddiaçının adına tərtib edilmiş və həmin mənzil ilə bağlı kommunal müraciətlər onun tərəfindən edilmiş, "xxxx" QSC tərəfindən “Qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” aktlarında da mübahisəli yaşayış sahələrinin yerləşdikləri ünvanlarda qaz kəmərlərinin quraşdırılması sifarişçisinin İddiaçı olduğu müəyyən edilmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, ölkə qanunvericiliyində özbaşına tikilidən istifadə məsələlərini birbaşa tənzimləyən maddi hüquq normasının mövcud olmadığı, bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarının və oradan istifadə etmələrinin birbaşa qadağan edilmədiyi nəzərə alınmalıdır- həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evlər faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bununla bağlı məhkəmə, onu da qeyd etməyi zəruri hesab edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Məhkəmə iddia tələbinin “Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində 180 kv.m torpaq sahəsi üzərində tikilmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahələri özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma, evə buraxmama) qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Beləliklə, məhkəmə qeyd edir ki, qeyd olunan fərdi yaşayış evlərinin əldə edilməsinin birgə nikah dövrünə təsadüf etməsi, iddiaçının həmin yaşayış sahələrində qeydiyyatsız yaşaması, həmin yaşayış sahələrinə qaz sayğacının qurraşdırılması ilə bağlı onunla müqavilələr bağanılaraq adına qeydiyyatdan keçməklə, abonent kodlarının verilməsi, onun barəsində qazdan istifadə ilə bağlı müvafiq aktların tərtibi, Ramana qəsəbəsi ərazisindəki torpaq sahəsinin və fərdi yaşayış evinin onun adına qeydiyyatdan keçməsi, həmin yerlə bağlı vergi ödəyicisi kimi qeydiyyata alınması, ora işiq çəkilməsi ilə əlaqədar "xxxx" ASC-yə onun tərəfindən müraciət edilməsi iş materiallarına əlavə edilmiş sənədlər əsasında öz təsdiqini tapmışdır. Məhkəmə mübahisəli mənzillərlə bağlı cavabdehin etirazında göstərdikləri dəlillərlə bağlı bildirir ki, X11 Ramana bələdiyyəsində vergi ödəyicisi olması, Azərbaycan Respublikası Abşeron rayon İHB tərəfindən 15 aprel 2010-cu ildə 357 № ilə verilmiş sərəncama əsasən Abşeron rayon Ramana südçülük sovxozunun ərazisində yerləşən 600 kv.m torpaq sahəsindən 300 kv.m torpaq sahəsinin mülkiyyətçisinin X12 olması, onun etibarnamə ilə hüquqlarını X16 ötürülməsi, onun da hüquqlarının etibarnamə ilə X10 ötürülməsi halları həmin torpaq sahəsini bütövlükdə sonuncu tərəfindən alınması və istifadə edilməsini birbaşa təsdiq etmir. Belə ki, bu faktlar həmin torpaq sahəsinin əldə edildikdən sonra onun bir hissəsinin iddiaçıya verilməsini istisna etmir. Qeyd olunmalıdır ki, tərəflər arasında hər hansı bir razılıq olmadan mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış sahəsi ilə bağlı iddiaçının müvafiq bələdiyyədə qeydiyyatdan keçməklə, həmin evə qaz sayğacının quraşdırılması, müvafiq aktların tərtibi zamanı yaranmış münasibətlər iddiaçı ilə bağlı olmuş, işığın çəkilməsi üçün onun tərəfindən aidiyyəti quruma müraciət olunmuş, kommunal ödənişlər onun adına həyata keçirilmişdir. Qeyd olunanlara baxmayaraq iş üzrə şahid qismində ifadə vermiş X11 mübahisəli torpaq və yaşayış sahəsinin onlara məxsus olması, həmin sahənin bələdiyyədə və müvafiq kommunal müəssisələrdə iddiaçının adına qeydiyyatdan keçməsindən xəbərlərinin olmamasına dair ifadəsini məhkəmə ağlabatan və inandırıcı hesab etmir. Belə ki, o ifadəsində mübahisəli sahəsinin kommunal ödənişləri ilə bağlı kartlarının əvvəl yoldaşına sonra isə onun öz adına olmasını və kartın kirayəçiyə təqdim edilməsini bildirmişlər. İş üzrə cavabdehin şahid qismində təqdim etmiş olduğu qardaşı X27 və X4 ifadələrini iş üzrə mötəbər sübut kimi qəbul etmir. Belə ki, X27 Cavabdeh qardaşıdır. Cavabdehlə iddiaçı hazırda boşanma ərəfəsindədir, onlar arasında ailə və əmlak mübahisəsi mövcuddur. Bütün bu hallar onun tərəfindən verilmiş ifadənin həqiqəti əks etdirməsinə məhkəmədə əsaslı şübhələr yaratmışdır. Digər şahid X4 isə X27 ilə yaxın münasibətdə olmaqla qarşılıqlı əlaqəli işlədikləri üçün onun sonuncunun xeyrinə ifadə verə biləcəyi ehtimalını artırır. Digət tərəfdən iş üzrə şahid qismində ifadə vermiş və tərəflərlə hər hansı qohumluq əlaqəsində olmayan X23 mübahisəli evdə digər şahid X25 isə ünvan 1 ünvanında yerləşən evdə təmir işlərinin həyata keçirmələrini bütün ödənişlərin iddiaçı tərəfindən həyata keçirilməsini bildirmişlər. Məhkəmə həmin şahidlərin ifadələrini ziddiyyətsiz və düzgün qiymətləndirərək iş üzrə sübut kimi qəbul edir. Bundan əlavə məhkəmə cavabdehin xx.xx.2018-ci il tarixli aktda İddiaçı və "xxxx" QSC-nin nümayəndəsinin imzasının mövcud olmaması dəlili ilə bağlı bildirir ki, qeyd olunan müqavilələrin hazırda elektron qaydada bağlanılması istisna hal deyildir. Həmin aktda imzaların olmaması qazla bağlı həmin tərəflər arasında ümumiyyətlə müqavilə münasibətlərinin olmasını istisna etmir. Məhkəmə iş materiallarına əlavə edilmiş cavabdeh tərəfin özbaşına tikilinin tərkib hissəsində istifadə hüququna dair X27 və Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə və Bakı şəhəri, Nizami rayonu, Qafqaz küçəsi, 2/7 ünvanında yerləşən evin müvəqqəti istifadəyə verilməsi, X27 tərəfindən həmin evə dair 2016-2022-ci illər üzrə məişət tullantıları ilə bağlı vəsaitin ödənilməsi və iddiaçının həmin ünvanda yaşamamasına dair təqdim etdiyi arayışlarla bağlı bildirir ki, qeyd olunan sənədlərin mübahisəli ünvan 3 ünvanına birbaşa aid olması cavabdeh tərəfindən sübut olunmamışdır. Belə ki, həmin ünvanlar fərqlidir. Həmin arayışları vermiş 67 saylı Mənzil Kommunal İstismar sahəsinin tərəflər arasında hələ mübahisə mövcud olmadığı dövrdə, yəni 31.010.2017-ci il tarixdə verilmiş arayışına əsasən İddiaçı ünvan 3 ünvanında qeydiyyatsız yaşaması təsdiq olunmuşdur. Bundan əlavə X27 ifadəsində mübahisəli evin yerləşdiyi ərazidə onun dörd evinin olmasını bildirmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının digər mübahisəli Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə özbaşına tikilidə qeydiyyatsız yaşaması Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyət Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli arayışı ilə təsdiq olunur. Bakı şəhəri Sabunçu Rayon Ramana Bələdiyyəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktub ilə ziddiyyətləri aradan qaldıraraq İddiaçı bələdiyyədə vergi ödəyicisi olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının həmin evlərdə yaşamaq hüququ olduğu üçün, iddiaçının özünü başqa yaşayış sahəsi ilə təmin etməyə imkanı olmadığından və onun mübahisəli mənzilə ehtiyacı aradan qalxmadığından o, mübahisəli evlərə köçürülməlidir. Belə ki, cavabdehin sözügedən özbaşına tikililərə hansı hüquqları varsa, iddiaçının da eyni əsaslarla orada hüququ vardır. Beləliklə də, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mübahisəli mənzillərdən istifadə qaydalarının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi hazırki mübahisəli fərdi yaşayış evləri özbaşına tikili olduğundan və həmin evlər, torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, istifadə qaydasının müəyyən edilməsi orada yaşayan digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnə biləcəyindən iddiaçının həmin yaşayış sahələrinə istifadə qaydaları müəyyən edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının qeyd olunan evlərə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Belə ki, evlərə köçürmə barədə qətnamə mahiyyətinə görə evlərdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Yəni, evlər özbaşına tikili olduğu üçün həmin evlərə istifadə hüququ yarana bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Məmmədov Avtandı̇ l Nı̇ cat oğlu Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.m torpaq sahəsi üzərində tikilmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və meiasiya xərcinə görə çəkilmiş 50 manat vəsait ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Məmmədov Avtandı̇ l Nı̇ cat oğlu Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 180 kv.m torpaq sahəsi üzərində tikilmiş 78 kv.m metr sahəsi olan fərdi yaşayış evinə və ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qismində iddiaçı Məmmədov Avtandı̇ l Nı̇ cat oğlu tərəfindən ödənilmiş 150 manat vəsait ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2917/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2917/2022
29.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver