Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-292/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X12 Mirzəyevin sədrliyi, X5 Qurbanovun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı , İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddia, iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o,özü avtomobil təmiri sexi işlədir. Cavabdeh Sadiq oğlu onun müştərisi olub və onu 5 ildir tanıyır. Cavabdeh avtomaşınının mühərrikinin təmir olması üçün ona müraciət etmiş, lakin sonradan mühərrikdə problem yarandığından ödədiyi 1200 manat pulun qaytarılmasını tələb etmişdir. Onların arasında narazılıqlar olmuş,o da məcbur qalıb Fəridin avtomaşını üçün münərrik alıb ona vermişdir. Bir müddət sonra Fərid ona mesaj yazaraq işlədiyi tikinti sexində təmir işləri ilə bağlı inşaat materialları olan dikt taxta olduğunu bildirmişdir.O,Fəridlə 1190 manat civarında olan dikt taxta gətirməsi barədə razılaşmışdır. 20.08.2021-ci il tarixdə X7 klinikasının yanında görüşmüşlər və Fəridə pulun bir miqdarını, yəni 590 manat məbləğində pul vermişdir. Daha sonra isə qalan 600 manat məbləğində pulu vermişdir. Fərid 29.08.2021-ci il tarixdə taxtanı sexə gətirməyə söz vermiş, lakin vədinə əməl etməmişdir. Fərid bu bahanə ilə ondan 1190 manat pulu almışdır.Dəfələrlə Fəridə ya pulu, ya da ki, söz verdiyi dikt taxtaları gətirməsini bildirsə də, lakin Cavabdeh üzərinə düşən vəzifəyə əməl etməyərək pulu qaytarmayacağını bildirmişdir. Fərid demişdir ki, bir müddət əvvəl onun avtomaşının mühərrikinin təmiri zamanı ona ziyan dəydiyi üçün 1190 manat pulu qaytarmayacaq. Məcburiyyət qarşısında qalıb Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdir. 37 saylı X11 və onun izahatları alındı. 10.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olundu və ona bildirildi ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Qeyd olunanlara əsasən Cavabdeh 1190 manat pulun və 31.90 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki,4 aprel 2021-ci il tarixində mülkiyyətində olan "Nissan Teana" markalı avtomobilin mühərrikinin təmiri üçün 8 Noyabr prospekti Günəş Market yanında yerləşən Avanqard Servisdə avtomobil ustası olan İddiaçı müraciət etmişdir. İddiaçı mühərrikin təmiri üçün 1200 manat ödənilməsi lazım olduğunu bildirmişdir.O da Ramilə həmin məbləğdə pul ödəmişdir. İddiaçı isə avtomobili təmir üçün onun yanında işləyən X4 və Arzuman adlı ustalara vermişdir. X2rkən Mirhüseyn Mirxasov avtomobili zədələyərək avtomobilin avtostopun sındırmışdır. Bundan sonra İddiaçı pompa, radiator turbin, mator yağı, 3 dəfə diaqnostika, 3 dəfə evakuator, elektrik ustası və həmçinin Mirhüseyn Mirxasovun sındırdığı arxa stop üçün ondan 820 manat əlavə ödəniş almışdır.Həmin ehtiyat hissələr ustada qaldı. Bütün bunlara baxmayaraq və avtomobilin 2 ay Avanqard Servisdə qalmasına baxmayaraq mühərrik təmir edilmədi. Buna görə Cavabdeh tərəfindən təmirin gecikdirildiyi üçün xərclənilən pulları və avtomobili geri tələb etdi. 3 iyun tarixində İddiaçı whatsapp-la ona göndərdiyi səs yazısından görünür ki, X4 adlı ustadan pul alacağını gözləyir.Ona görə də İddiaçı onun pulunu qaytaracağına söz verdi. 18 iyun 2021-ci ilə qədər olan müddət ərzində avtomobilin təmir edilib təhvil verilməməsi, əksinə mühərrikin yararsız hala salınması səbəbi ilə o, İddiaçı etirazını bildirdi, həmçinin DİN Bakı şəhəri Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinə şikayət etdi. İddiaçı polisə edilən şikayətdən sonra avtomobilin təmirinə söz verdi və o, şikayəti geri götürdüm. Bundan bir müddət sonra avtomobilin təmiri məqsədi ilə avtomobilin mühərriki təmir edilmək əvəzinə tamamilə yararsız vəziyyətə salındı. Bundan sonra dəfələrlə İddiaçı mühərrikin təmir edilməsini tələb etdikdən sonra, İddiaçı avtomobil üçün köhnə və nömrəsiz (ikinci) mühərrik aldı, lakin bu mühərrikin qiyməti 1320 manat olduğundan o, 120 manat əlavə qoyaraq pul ödəmiş və mühərrikin gətirilməsi üçün də əlavə olaraq 15 manat vermişdir. Əvvəlki mühərriki yararsız hala saldıqlarından İddiaçı ikinci mühərrikin quraşdırılmasını həyata keçirmədi. Bundan sonra ikinci mühərrikin quraşdırılması üçün Babək prospektində yerləşən “Z&Z SERVİCE”-ə müraciət etmiş,orada da onun 1402 manat xərci çıxmışdır. 26 avqust 2021-ci il tarixindəki whatsapp yazılmasında o, 820+1450 manat pulu İddiaçı istədi, İddiaçı da 27 avqust 2021-ci il whatsappla göndərdiyi səs yazmasında ona olan borcu qəbul etmişdir. Sonralar o, İddiaçıla dikt taxtanın alğı-satqısı barədə razılaşmışlar. İddiaçı on iki dəfəyə 1190 manat ödəmişdir. O isə dikt taxtanın gətirilməsinin alınmadığını İddiaçı bildirdi. Bu səbəbdən İddiaçı ondan 1190 manatı geri istədi. Həmçinin, bildirir ki, İddiaçı, X4 və Arzuman digər müştərilərlə problemlər yaşayırlar, İddiaçı 27 avqust 2021-ci il whatsapp-dakı səs yazısından da görünür ki, bir müştərisi ilə olan problemlərlə bağlı həmin iş yerinə polislərin gəldiyi aydın görünür. X1 4 ay ərzində onun taksi və digər ictimai nəqliyyatlara 1600 manat xərci çıxıb. O, normal qaydada öz avtomobilindən istifadə etsəydi sadəcə benzin xərci olaraq 800 manat xərci çıxmış olacaqdı. Bu səbəblə ona 800 manat əlavə zərər dəyib. Digər tərəfdən avtomobilin 4 ay ərzində təmir edilməməsi, əksinə tamamilə yararsız hala salınması səbəbi ilə bu müddətdə mənəvi iztirab və stres çəkib. Ona dəyən mənəvi zərərə görə 2000 manat tələb edir. İşin faktiki hallarından görünür ki, o, 1200 manat xərclə avtomobilini təmir etdirəcəkdi, lakin 1200 manatdan başqa, lazımsız yerə aldığı pompa, radiator turbine, mator yağı, 3 dəfə diaqnostika, 3 dəfə evakuator, elektrik ustası, arxa stop üçün 820 manat pul xərcləmişdir. İkinci mühərrikin alınıb gətirilməsi üçün də 135 manat xərcləmişdir.Bundan əlavə təmir baş tutmadığı üçün öz motorunun yerinə ona verilmiş ikinci mühərriki quraşdırmaq və İddiaçı təmir sexində avtomobilinə vurulan zərərləri bərpa etmək üçün “Z&Z SERVİCE”-də 1402 manat pul xərcləmişdir. Həmçinin avtomobildən istifadə edə bilmədiyinə görə 800 manat zərər görmüşdür. Beləliklə, İddiaçıla olan avtomobil təmir müqaviləsinin lazımınca yerinə yetirilməməsinə görə 3157 manat maddi zərər və 2000 manat mənəvi görmüşdür. İddiaçı Nissan Teanamn mühərrikini təmir etməyib, üstəgəl avtomobilin öz mühərrikini deyil köhnə və nömrəsiz başqa bir mühərriki ona verib, həmçinin onu avtomobilə quraşdırmadan verib, sonralar təmirdə istifadə edilməyən 820 manatlıq əlavə xərc çəkdirib, avtomoil icazəsiz sürülərkən zədələnib. İddiaçı mühərriki təmir etmə öhdəliyini lazımınca, vicdanlı şəkildə icra etmədiyi aydındır. Öhdəliyin lazımınca, vicdanlı şəkildə yerinə yctirilməməsinə görə ona təmir dövründə lazım olmayan əlavə xərc 820 manat, köhnə mühərrikin gətirilməsində 135 manat, köhnə mühərrikin quraşdırılması və avtomobilə təmir sexində vurulan ziyanların aradan qaldırılması üçün “Z&Z SERVİCE’’-də 1402 manat, avtomobilindən istifadə edə bilmədiyinə görə 800 manat cəmi 3157 manat zərər dəymişdir. Beləliklə, İddiaçı ona 3157 manat maddi zərər və 2000 manat mənəvi zərərin əvəzini ödəməlidir. Sonralar o, İddiaçıla dikt taxtanın alqı-satqısı barədə razılaşmışdı. İddiaçı ona iki dəfəyə 1190 manat ödəmişdir. O isə dikt taxtanın gətirilməsinin alınmadığını İddiaçı bildirmişdir. Bu səbəbdən İddiaçı ondan 1190 manatı geri istədi.O isə İddiaçı ona olan 3157 manat maddi zərərin bir hissəsi ilə onu əvəzləşdirdi. Beləliklə, tələblər əvəzləşdirildiyindən onun 1190 manat öhdəliyimə xitam verilib. Bu baxımdan onun 3157 manat maddi zərərin ödənilməsi tələbinin 1967 manatı və 2000 manat mənəvi zərəri əvəzləşdirilməyib. Qeyd olunanları nəzərə alıb ilk iddianın rədd olunması,qarşılıqlı iddia təmin olunmaqla İddiaçı 1967 manat maddi və 2000 manat maddi zərərrin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə etdi,qarşılıqlı iddianı qəbul etmədi. Əlavə olaraq bildirdi ki,Fəriddən 1200 manatı alsa da, həmin pula Fəridə mühərrik alıb vermişdir, Fərid isə həmin mühərriki təhvil alaraq avtomobilinə quraşdırıb. Heç bir narazılığı olmayıb. Əgər, o, narazı osayıdı nə üçün onunla normal münasibətdə olub, hətta o, avtomobil məsələsindən sonra Fəridə 1190 manat pul vermişdir ki, ona taxta gətirsin. Aralarında hər hansı bir qərəz və ya narazılıq olsayıdı ona pulunu verərdimi ki, get mənə taxta al. Sadəcə Fərid taxtanı ona gətirə bilmədiyi üçün və pulu qaytarmaq istəmədiyi üçün avtomobil məsələsini bəhanə gətirərək pulu qaytarmaqdan boyun qaçırır.Ona görə də ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia tələbini qəbul etmədi,qarşılıqlı iddianı müdafiə edərək ilk iddianın rədd,rarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,ilk iddia təmin,qarşılıqlı iddia rədd olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakı arqumentləri əsas götürür. Cavabdeh İddiaçı 1190 manat pulu məhz ona taxta dikt verəcəyi adı ilə aldığını, taxtanı gətirmədiyini,pulu isə qaytarmadığını məhkəmə iclasında etiraf etmişdir.Bunu onunla izah etmişdir ki, İddiaçı avtomobilinin təmir olunması zamanı ona maddi ziyan vurmuşdur və dikt taxta üçün aldığı 1190 manat pulu ona vurulmuş zərərin bir hissəsi ilə əvəzləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. İşin hallarından görünür ki,tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış vəkalət verən- İddiaçı 1190 manat pulu vəkalət alana Cavabdeh onun üçün dtaxta dikt materialı alması üün vermişdir.Lakin sonuncu müqavilə öhdəliklərinə əməl etməmişdir Məhkəmə hesab edir ki,ilk iddia üzrə cavabdeh ilk iddianı etiraf etməsə də 1190 manat pulu məhz taxta materialı gətirmək üçün aldığını,lakin pulu qaytarmadığını bildirdiyi üçün ilk iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, həmin sübutlar iddianın qismən və ya tam təmin olunması üçün yetərli deyil. Belə ki,qarşılıqlı iddiaçı İddiaçı ona maddi və mənəvi ziyan vurmasına dair məhkəməyə(verdiyi izahat istisna olunmaqla) hər hansı sübut təqdim etməmiş,qarşılıqlı iddia üzrə cavabdeh isə qarşılıqlı iddia tələbini qəbul etməmişdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,qeyd olunan maddi və prosessual hüquq normalarını rəhbər tutub, iş üzrə toplanmış sübutları qiymətləndirərək, hesab edir ki,ilk iddia təmin edilməli, Cavabdeh 1190 manat pul və 31. 90 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia təmin olunmamalı,qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlk iddia təmin edilsin. Cavabdeh 1190 manat pul və 31. 90 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia təmin olunmasın. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-292/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-292/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver