Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2963/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabandeh Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən cavabdeh X3 (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri xx.xx.2015-ci il tarixə qədər ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, yuxarıda göstərilən tarixdən sonra isə ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana SMART CSS-20 markalı, 52296 nömrəli sayğac xx.xx.2015-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2022-ci il tarixinə 1073,21 (min yetmiş üç manat iyirmi bir qəpik ) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1an Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat və Tarif Şurasının 30.01,2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh X1 təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1073,21 manat borcun tutularaq **********000 saylı abonent koduna və 30,73 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdeh sudan və kanalizasiyadan istifadə edir, lakin ödənişlər etmir. Abonent 2011-ci ilin yekununda cəmi 5 manat ödəniş etmişdir. 2012-ci ildə isə istehlak etdiyi suya və axıdılmış tullantı sularına görə 30 manat, 5 manat, 17 manat, 10 manat olmaqla, ümümilikdə 62 manat ödəniş etmişdir. Borc olaraq 132 manat 40 qəpik borcu qalmışdır. 2013-cü il üzrə isə il ərzində cəmi 20 manat ödəniş etmiş və 174 manat borcu qalmışdır. Abonentə sözügedən ünvanda 2015-ci il tarixdə smart sayğac quraşdırılmışdır. Smart sayğac quraşdırıldıqdan sonra heç bir ödənişlər olmamışdır. 2016-cı ildə İddiaçı ASC-nin əməkdaşları tərəfindən aşkar olunmuşdur ki, vətəndaşın kənar xətləri mövcuddur. 2011-ci ildən 2015-ci ilin oktyabrın 27-ə kimi orta ailə say tərkibinə əsasən hesabat aparılmışdır. 2021-ci ildə isə mexaniki sayğac quraşdırılmışdır. Mexaniki sayğac quraşdırıldıqdan sonra ödənişlər olmuşdur. Həmin il ərzində 129 manat ödəniş edilmişdir. Ümumilikdə tələbləri 1020 manat 21 qəpikdir. Smart sayğac 2015-ci ildə quradırılmışdır. Tələbləri 2011-ci ildən bu vaxta kimi ödənilməmiş borcla bağlıdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, bu iddianın heç bir əsası yoxdur. Həmin ünvanda yaşayış olmamışdır. Onların ərazisində 2015-ci ilə kimi su xətti olmamışdır. Öz hesabına su xətti çəkdirmiş və həmin ildə sayğaca görə İddiaçı ASC-yə yazılı müraciət etmişdir. Gətirib kart ilə smart sayğac quraşdırmışlar. Demişlər ki, borcunu ödəsin və o da razılaşmamışdır. Bir aydan sonra kart bloka düşmüşdür. Yenidən müraciət eləmiş və demişlər ki, borcunu ödəsin. O da bildirmişdir ki, onun sözügedən ünvanında su olmamış, su xətti mövcud deyilsə, hansı borcdan söhbət gedə bilər. O, dəfələrlə İddiaçı ASC-yə və onun əməkdaşlarına onu məhkəməyə verməsi barədə xahiş etmiş, tələb etmişdir. Bildirmişdir ki, borcu varsa, məhkəməyə versinlər. 11 ildir ki, borcu var, amma susurlar. Bu işin məhkəmədə araşdırılmasını istəmişdir. Keçən dəfə ki, məhkəmədə də bildirmişdir ki, onun qonşusu var və onunla şərikli suları var. Onun suyu ilə o, öz çənini doldurur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami rayonu üzrə abonent kartından görünür ki, abonent Cavabdeh ilə ünvan 2 ünvanına su və kanalizasiya xidmətlərinin göstərilməsi üçün xx.xx.2007-ci il tarixdə 14987188 nömrəli müqavilə bağlanmışdır. Cavabdeh ümumi borcundan sonuncu dəfə xx.xx.2022-ci ildə 20 manat ödəniş etmişdir. 2022-ci ilin may ayına onun 1073,21 manat, 2022-ci ilin oktyabr ayına isə 1021,21 manat borcu yaranmışdır; - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizami rayon Sukanal İdarəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, su və kanalizasiya xidmətlərindən istifadəyə görə son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun ödənilməsi, əks halda su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılacağı, borcun və digər xərclərin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,73 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixdə 14987188 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh su və tullantı sularının axıdılması xidmətləri göstərilmiş, abonentin iddiaçıya borcu yaranmışdır. Cavabdeh göstərilən xidmətlərə görə sonuncu dəfə ümumi borcundan xx.xx.2022-ci ildə 20 manat ödəmişdir, hər ay borc məbləğinə görə verilən bildirişlərə və yazılı xəbərdarlığa baxmayaraq, müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Nəticədə cavabdehin iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu yaranmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 2.1.9.2-ci yarımbəndinə əsasən su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2007-ci il tarixdə 14987188 nömrəli müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib su və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcunu ödəməməklə və iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından yaranmış borcu və digər xərcləri ödəməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin ünvanına xx.xx.2015-ci il tarixdə yeni sayğac quraşdırılmış və həmin vaxta kimi cavabdehin 538,20 manat borcu olduğu müəyyən edilmiş, lakin iddiaçı tərəfindən həmin borc məbləği hazırkı vaxtadək cavabdehdən tələb edilməmiş və ya hə hansı tədbir görülməmişdir. Hazırda isə cavabdeh həmin borcu mübahisələndirərək, hazırkı vaxta yaranmış borcla bağlı iddiaçı tərəfin heç bir hərəkət etmədiyini bildirmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Məhkəmə hesab edir ki, hazırda cavabdeh 538,20 manat məbləğində borcu mübahisələndirdiyindən iddiaçı tərəf köhnə sayğac üzrə hesablanmış məbləği tələb etmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüş hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə təqdim edilmiş abonet kartına dair məlumat ilə müəyyən edilir ki, iddiaçı iddia tələbində göstərdiyi 1073,21 manat məbləği xx.xx.2022-ci il tarixinə hesablanmış borc olsa da, bundan sonra cavabdeh tərəfindən ödənişlər edilmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 20 manat, xx.xx.2022-ci il tarixdə 20 manat və 04.09.202-ci il tarixdə 20 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən məhkəmə cavabdeh tərəfindən edilmiş ödənişləri, iddia tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2007-ci il tarixdə 14987188 nömrəli müqavilə üzrə (Abonent kodu: **********000) 483,01 manat borc Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il tarixdə 14987188 nömrəli müqavilə üzrə (Abonent kodu: **********000) 483,01 manat borc və ödənilmiş 13,83 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 16,9 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməli, iddia qalan hissədə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il tarixdə 14987188 nömrəli müqavilə üzrə (Abonent kodu: **********000) 483,01 manat borc və ödənilmiş 13,83 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə xərclərinə aid olan, ödənilmiş dövlət rüsumunun 16,9 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2963/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2963/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver