Məhkəmə qərarları › İş №2(007)-2964/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2964/2024

23.10.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2964/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “abonent kodunun istehlakçının adına dəyişdirilməsi və elektrik enerjisinin verilməsinə dair istehlak müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “abonent kodunun istehlakçının adına dəyişdirilməsi və elektrik enerjisinin verilməsinə dair istehlak müqaviləsinin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 96, 89 mənzili 13 oktyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 alaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində mülkiyyət hüququm dövlət qeydiyyatına alınmış və bu barədə ona 17 oktyabr 2015-ci il tarixdə Çıxarış verilibdir. Həmin vaxtdan o, ailə üzvləri ilə həmin mənzildə yaşayır. X1 adına olan **********60089 saylı abonent kodu onun adına keçməyib. Mənzili aldığı vaxtdan ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır və işıq pulunu da X3 adına olan **********60089 saylı abonent koduna ödəyir və mənzili alıb yaşadığı dövrdən heç bir borcu yoxdur. X3 adına olan **********60089 saylı abonent kodunun onun adına dəyişdirilməsi üçün cavabdehə müraciət etsə də, X3 adına 211.76 manat borc 2000-ci il tarixdən qaldığına görə onun adına keçirməmişdir. Odur ki, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 96, 89 saylı mənzilə aid **********60089 saylı abonent kodunu X3 adından onun adına dəyişdirilməsi və elektrik enerjisinin verilməsinə dair onunla istehlak müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 96, 89 saylı mənzilə aid işiğa dair **********60089 saylı abonent kodunun onun adına dəyişdirilməsi və elektrik enerjisinin verilməsinə dair onunla istehlak müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və X5 xx.xx.2015-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. - "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixl məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin abonent kodunun ad məlumatlarının dəyişdirilməsi ilə bağlı müraciətinə (xx.xx.2024-cü il tarixli, 13-13/1-Ə-9526-5/2024 nömrəli) aidiyyəti üzrə "xxxx" ASC-də baxılmışdır. Məlumat üçün bildirirlər ki, tikinti obyektlərinin qeydə alındığı abonent kodlarının ad məlumatlarının dəyişdirilməsi, vətəndaşlar tərəfindən reqlamentdə qeyd olunan sənədləri daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müvafiq sənədlər təqdim etməklə müraciətləri əsasında həyata keçirilir. Hər iki üsul vasitəsi ilə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin mövcud qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra, abonent kodunda hesablanmış borc (müraciət etdiyi günə) olmadığı halda müraciət təmin edilir. Mövcud reqlamentə uyğun olaraqabonent kodlarında ad məlumatlarının dəyişdirilməsi üçün təqdim olunacaq sənədlər: Müraciət edən şəxsin (mülkiyyətçi və ya etibarnamə üzrə şəxsin) şəxsiyyət vəsiqəsi; Mülkiyyəti təsdiq edən sənəd (qeydiyyat, vəsiqəsi, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış, mülkiyyətə dair şəhadətnamə, notarial qaydada təsdiq olunmuş alqı-satqı, bağışlama, icarə müqaviləsi və ya vərəsəlik şəhadətnaməsi). Bununla bağlı bildirirlər ki, abonent kodunda ad məlumatlarının dəyişidirlməsi üçün aidiyyəti üzrə müvafiq sənədləri təqdim etməklə müraciət etməyi tövsiyə olunur. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak Dövlət reyestrindən RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2015-ci ildə tam payda İddiaçı mülkiyyəti kimi qeydə alınmışdır. - Abunə haqqında məlumatdan görünür ki, **********60089 nömrəli abonə kodu X4 məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 96, 89 mənzili daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 alaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində mülkiyyət hüququm dövlət qeydiyyatına alınmış və bu barədə ona 17 oktyabr 2015-ci il tarixdə Çıxarış verilmişdir. İddiaçı ailə üzvləri ilə həmin mənzildə yaşayır. X1 adına olan **********60089 saylı abonent kodu onun adına keçirilməmişdir. İddiaçı, "xxxx" ASC-yə X3 adına olan **********60089 saylı abonent kodunun onun adına dəyişdirilməsi üçün müraciət etsə də, bunun nəticəsi olmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun: 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 16-cı maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir. 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 77.3-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 96, 89 saylı mənzilə aid işığa dair **********60089 saylı abonent kodu İddiaçı adına dəyişdirilməli və İddiaçı ilə elektrik enerjisinin verilməsinə dair müqavilənin bağlanması öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, ev 96, 89 saylı mənzilə aid işığa dair **********60089 saylı abonent kodu İddiaçı adına dəyişdirilsin və İddiaçı ilə elektrik enerjisinin verilməsinə dair müqavilənin bağlanması öhdəliyi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar