Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2966/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X30 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “hesablanmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.199.68 manat borcun tutularaq **********000 saylı abonent koduna və 31.99 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu: **********000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyəri xx.xx.2016-cı il tarixə qədər ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, yuxarıda göstərilən tarixdən sonra isə ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana SSS-15 markalı, 831847 nömrəli sayğac xx.xx.2016-ci il tarixində quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2022-ci il tarixinə 1.199.68 (min yüz doxsan doqquz manat altmış səkkiz qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1rilənlərə əsasən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.199.68 manat borcun tutularaq **********000 saylı abonent koduna və 31.99 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh qeydiyyat ünvanının ünvan 2h Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.199.68 manat borcun tutularaq **********000 saylı abonent koduna və 31.99 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Əliyev Seymur Nİzami oğlu iddia tələbini müdafiə etmiş, ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, 2011-ci ildə ölkə başçısının Fərmanı ilə istehlakşıların borcu silinmişdir. İddia tələbində qeyd olunan borc 2011-ci ildən 2016-cı il vefralın 9-na qədər yaranmışdır. Həmin dövrdə sudan istifadə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun hesablanırdı. Keşlə qəsəbə nümayəndəliyi tərəfindən İddiaçı ASC-yə verilən məlumata əsasən qeyd olunan ünvanda 18 nəfər qeydiyyatda olmuşdur. Həmin dövrdə 1 nəfərə 5 kub sərfiyyat olmaqla 36 qəpikdən hesablanırdı. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirdi ki, İddiaçı ASC-yə borcu var lakin iddia ərizəsində qeyd olunan qədər deyil. Çünki nümayəndənin dediyi kimi 18 nəfər qeydiyyatda olmayıb ona dair heç bir sübut təqdim etmirlər. O, baş idarəyə də müraciət edib həmin siyahını təqdim etsinlər lakin etməyiblər. Qəsəbə nümayəndəliyi tərəfindən verilmiş siyahıda olanlardan isə həmin dövrdə rəhmətə gedən, ailə qurub başqa yerə köçənlər var. Yəni qeydiyyatda olsalar belə faktiki olaraq sudan istifadə etməmişlər. X28 əmisi oğludur 2019-cu ildə rəhmətə gedib, lakin ayrı ünvanı və 2011-2016-cı illərdə özünün ayrıca sayğacı olub. Qızı Könül 2003-də ailə qurub evdən köçüb 2020-də boşanıb onda evə köçüb. Quluzadə Namiq və Quluzadə Zemfira onun uşaqlarıdır. İbadova Nazilə bacısıdır 1998-ci ildə ailə qurub köçüb 2012-ci ildə gəlib yəni o, da qeyd olunan dövrdə tam yox qismən yaşayıb. Həmçinin nəvəsi Rüqayyə 2012-ci ildə dünyaya gəlib. Ümumiyyətlə “Asan xidmət”-dən verilən siyahı ilə qəsəbə nümayəndəliyi tərəfindən verilən siyahı uyğun deyil. Faktiki olaraq həmin dövrdə 2 nəfər 2012-ci ildən, 6 nəfər isə 2011-ci ildən 2016-cı ilin fevral ayının 9-da sayğac qoyulana kimi yaşayıb və sudan istifadə edib. Sayğac qoyulandan sonra isə borcu yoxdur. Bu səbəbdən iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - ətraflı abonent kartından görünür ki, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə 1199,68 manat borc hesablanmışdır. - xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 7 iş günü müddətində borcunu ödəməsi tələb olunmuş, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı və yaranmış borcun və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 31.99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikasının DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh, X28, X19, X11, X5, X1, X6, X7, X8, X29, X21, X4, X14, X15 ünvan 3 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Nizami RİHB-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03/261 nömrəli, xx.xx.2022-ci il və 03/264 nömrəli, xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, Cavabdeh, X19, X5, X29, X21, X11, X14, X2, X15, X7, X1, X9 Bakı şəhəri Keşlə qəsəbəsi P.Fərzəliyev küçəsi 15A saylı evdə qeydiyyatdadırlar. 2010- 2016-cı il tarixədək sorğuda qeyd olunan ünvanda Bakı şəhəri Nizami RİHB-nın Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində kimlərin qeydiyyatda olub-olmaması barədə məlumat olmadığı üçün heç bir məlumat vermək mümkün deyildir. -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2(007)-464/2020 nömrəli qətnaməsindən çıxarışdan görünür ki, X10 ilə X15 arasında Bakı Şəhəri Nizami Rayon VVADQ Şöbəsində 09 avqust 2003-cü il tarixdə bağlanmış və 394 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. -Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 fevral 2012-ci il tarixli 2(001)-81/2012 nömrəli qətnaməsinin surətindən görünür ki, X12 ilə X3 arasında Bakı Şəhəri Nizami Rayon VVAQ Şöbəsində 12 dekabr 1998-ci il tarixdə 732 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf isə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə tam yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Tərəflər arasında suyun alqı-satqısı ilə bağlı müqavilənin bağlandığı və iddiaçının cavabdehi su ilə təmin etdiyi və ona kanalizasiya xidmətləri göstərdiyi işin mübahisəsiz halıdır. Lakin tərəflər arasındakı mübahisə sərf olunmuş suya görə tutulan pul ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş, “X13”na əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan su ölçən cihazın göstəricilərinə əsasən, su ölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək su təchizatı və kanalizasiya müəssisəsinin hüququdur. Həmin Qərarın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 15A ünvanında 2011-2016-cı illərdə 8 nəfər qeydiyyatda olmuşdur. Həmin dövrdə istehlakçıların istifadə etdikləri su və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Həmin qaydalara əsasən sərfiyyat 1 nəfər üçün 5 kub metr, hər kub metrə görə isə 0.36 qəpik müəyyən edilmişdir. Belə olan halda, 1 nəfər üçün su və kanalizasiya xidmətlərindən istifadəyə görə 1 aylıq xidmət haqqı 1.80 (0.36x5) manat olmaqla, 8 nəfər üçün 14.40 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2011-ci ildən 2016-cı ilin fevral ayına qədər Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi, ev 15A ünvanı üzrə (sayğac quraşdırılana qədər) su və kanalizasiya xidmətlərindən istifadəyə görə xidmət haqqı 864 manat (1.80 x 8 (nəfər) =14.40 x 12 = 172.8 (8 nəfər üçün 1 illik xidmət haqqı) x 5 (2011-2016-cı illər = 864) təşkil etdiyindən, iddia tələbi Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 864 manat məbləğində borcun tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikası Müıki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 864 manat borc **********000 saylı abonent koduna, ödənilmiş dövlət rüsumu 31,99 manat İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Müıki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 864 manat borc **********000 saylı abonent koduna, ödənilmiş dövlət rüsumu 31,99 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-2966/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2966/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver