Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2967/2022 21.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 və X2 cəlb edilməklə “su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaradılmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 və X2 cəlb edilməklə “su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaradılmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 940,12 manat borcun tutularaq **********090 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********090) su təchizatı sislemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. İstehlakçının istifadə etdiyi su və kanalizasiya xidmətlərinin dəyər ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq 4 (dörd) nəfər olmaqla normativ qaydada hesablanmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2022-ci il tarixinə 940.12 (doqquz yüz qırx manat on iki qəpik) manat borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdariıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1 Cavabdeh etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ona qarşı olan həmin iddia tələbi tam qanunsuz və əsassız olduğundan təmin edilə bilməz. Eyni zamanda da həmin iddia tələbinə sadələşdirilmiş icraat formasında baxılması da mümkün deyildir. O, iddia tələbinin ona qarşı olması, yəni cavabdeh olaraq onun adının qeyd olunmasına etiraz edir. Qeyd olunan ünvanda olan mənzilə dair sudan istifadə olunması ilə bağlı onunla İddiaçı ASC arasında heç bir müqavilə bağlanılmamış, onun adına olan abonent kodu barədə heç bir məlumatı yoxdur. Həmin ünvanda olan mənzildə qeydiyyatı olsa da, faktiki olaraq uzun illərdir ki, həmin mənzildə yaşamır. Həmin mənzil onun adına deyil, dövlət mülkiyyətində olan mənzildir, həmin mənzilin kirayə müqaviləsi hələ də mərhum analarının adınadır. Mənzildə qeydiyyatda olan şəxslərdən yalnız 2 nəfər faktiki olaraq orada yaşayırlar: X2 və X4. Ona görə də cavabdeh o olmamalıdır. Eyni zamanda da borcun hesablanılması da qərəzli olaraq düzgün hesablanmamışdır, faktiki olaraq həmin mənzildə 2 nəfər yaşadığı üçün hesablama da 2 nəfərin normasına uyğun olmalıdır. O, özü heç bir yerdə işləmir və maddi cəhətdən çox çətin durumdadır. Əlavə olaraq istifadə etmədiyi sudan istifadəyə görə ondan 940,12 manat və 30 manat dövlət rüsumunun tutulması onun madi vəziyyətini daha da çətinləşdirəcəkdir. Onun adına heç bir mənzil, mülkiyyət yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, iddia tələbində qeyd olunan borc məbləği 2011-2016-cı illər ərzində yazılmışdır. Əvvəl 12 nəfərə sərfiyyat hesablnmış, sonradan arayış verildiyi üçün ailə tərkibi 3 nəfər olmuşdur. İddia ərizəsində texniki səhv olaraq üç nəfər əvəzinə 4 nəfər göstərilmişdir. 2011-2015-ci illər arasında cəmi 2 manat terminal vasitəsilə ödəniş edilmişdir. Cavabdehin 2011-ci ildə ölkə başçısının qərarı ilə 1420 manat borcu silinmişdir. 2011-ci il tarixdən ailə say tərkibi ilə sərfiyyat verilmiş, həmin tarixdən də heç bir ödəniş olmamışdır. 2016-cı il tarixdə həmin mənzilə sayğac quraşdırılmış, mexaniki sayğac quraşdırılmasına baxmayaraq tərəf heç bir ödəniş etməmişdir. Tərəfin özü də etiraf edir ki, həmin mənzildə hüququ var, cavabdehlə 2007-ci ildən müqavilə bağlanmış və indiyə qədər həmin müqavilədən xəbəri olmaması absurddur. Müqavilə elektron imza ilə imzalanmış və cavabdeh həmin müqavilənin adından çıxarılması ilə bağlı müraciət etməmişdir. Cavabdeh həmin ünvanda yaşayır. Hətta 2014-cu ildə orada yaşayan şəxslərin müraciəti əsasında ailə say tərkibi də azaldılmışdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 11, mənzil 9 saylı ev onun adına deyil, ev onun atası və anasına məxsus olmuşdur. Həmin ev orderlə olan evdir və evdə qeydiyyatda çox adam var. Onun qeydiyyatı orada olsa da o, həmin evdə yaşamır, xəstəxanada və qohumlarının evində qalır. Həmçinin, onun uşaqları da borc yazılan dövrdə həmin mənzildə yaşamamışlar. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti ilə onun arasında icarə müqaviləsi də olmamışdır. Onun adına heç bir daşınmaz əmlak yoxdur. İddiaçı tərəflə də heç bir müqavilə bağlayıb imzalamamışdır. Qeyd olunan ünvanda onun qardaşı və bacısı X2 və X4 yaşayır. Akif qardaşı yoldaşından çoxdan ayrılmışdır, yoldaşının və uşaqlarının istifadə hüququ 9 saylı mənzilə tanınsa da, onlar orada yaşamırlar. Onun qardaşı və bacısı dəfələrlə İddiaçı ASCyə getmiş və onların qanunsuz hərəkətlərindən şikayət etmişlər. Hazırda bura onlar dəvət edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X2 məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məlumat verməmişdirlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 3 nəfərə yazılan borcu, yəni 240 manatı ödəyə biləcəklərini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh onun qardaşıdır və evin böyüyü özüdür. Müqavilənin nə üçün qardaşının adına bağlanmasından məlumatı yoxdur. Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 11, mənzil 9 saylı mənzildə o, qardaşı və bacısı qeydiyyatdadır. Həmin ev orderlə anasının adına olmuş, anası rəhmətə getmiş və evi heç biri adına keçirməmişlər. 2011-ci ildə cənab Prezidentin fərmanından sonra borclar silinmiş, sonra bütün mənzillərə sayğac qoyulmuş, ancaq onların mənzilə çatanda sayğac qoymadan çıxıb getmişdirlər. Sonra o, dəfələrlə İddiaçı ASC-yə müraciət etmiş, onlar da gəlib qoyacaqlarını demişlər. Bir neçə il keçəndən sonra gəlib sayğac qoyanda borclarının olduğunu, həmin borcun da iki sayğacın arasındakı olan müddət ərzində yaranan borc olduğunu demişlər. 2-ci sayğac quraşdırıldıqdan sonra, təxmini 2016-cı ildə sonra onların suları kəsilmişdir, neçə illərdir ki, o və bacısı şüşə qablarla su daşıyır. O, ibadət əhli olduğundan su idarəsinə getməyə vaxtı olmur, bacısı da xəstə olduğu üçün ora gedə bilmir. Mənzildə 3 nəfər yazdıqları halda İddiaçı ASC-də 3 nəfərlik yox, 12 nəfərlik su pulu yazırdılar. Orada 3 nəfərin aylıq su pulu 5 manat 40 qəpik edir, yəni il ərzində bu qədər məbləğ ola bilməz. Orada 3 nəfər illik 60 manatdan bir az çox olar, yəni 4 ilə 240 manat olar. O, dəfələrlə yeni rəhbərlik dəyişəndə müraciət etmişdir. O, idarədə bildirmişdir ki, 3 nəfəri hesablayıb versinlər ki, hissə-hissə ödəsinlər. Onlar da etmədilər ki, hissə-hissə deyil borcun hamısı verilsin. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə elektron qaydada müqavilə bağlanmışdır. Həmin müqavilənin predmeti ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82№li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərflərin hüquq və öhdəliklərini müəyyən etməsi təşkil edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci tarixli Arayış ilə, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 11, 9 saylı mənzilində Cavabdeh, X4 və X1 qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli Çıxarışda Cavabdeh adına daşınmaz əmlakın aşkar edilmədiyi müəyyən edilmişdir. Həmçinin, Ətraflı abonent kartından görünür ki, cavabdehin 940,12 manat borcu mövcuddur. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 61ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Həmin qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə sayğacın quraşdırıldığı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küç, ev 11, 9 saylı mənzildə Cavabdeh xx.xx.2005-ci il tarixdən qeydiyyatdadır və xx.xx.2007-ci il tarixli müqavilə də onunla bağlanılmışdır. Cavabdeh həmin müqaviləni imzalamadığını bildirsə də, qeyd olunan müqavilə elektron qaydada tərtib edilmiş müqavilədir. Həmçinin, 2007-ci ildən bağlanılan müqavilədən cavabdehin məlumatının olmamasını məhkəmə inandırıcı hesab etmir. Belə ki, həmin müddətdən sonra cavabdehin 2011-ci ildə 1420,80 manat borcu silinmiş, su və kanalizasiya xidmətindən istifadə edən şəxslərin sayı onların müraciətindən sonra azaldılmış, xx.xx.2016-cı ildə mənzilə sayğac qurraşdırılmış, borcun ödənilməsi ilə bağlı həmin ünvana xəbərdarlıq göndərilmişdir. Bununla yanaşı xx.xx.2022-ci il tarixli arayış ilə cavabdehin övladları xx.xx.2010-cu ildən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün” 1№li tam orta internat məktəbinin 4-cü sinifinə qəbul edildikləri, xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixində həmin məktəbin 9-cu sinifini bitirdikləri qeyd olunmuşdur. Hazırda cavabdeh həmin arayışı məhkəmyə təqdim edərək, onun və uşaqlarının Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küç, ev 11, mənzil 9 ünvanında yaşamadıqlarını bildirsə də, bununla bağlı məhkəməyə ağlabatan sübut təqdim etməmiş, qeyd olunan arayış cavabdehin özünün həmin mənzildə yaşamamasına əsas verməmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 3 nəfərə yazılan borcu, yəni 240 manatı ödəyə biləcəklərini, borcla bağlı həmin təşkilata müraciət etməsini bildirmişdir. Həmçinin cavabdeh tərəfindən İddiaçı ASC ilə onun arasında bağlanılmış xx.xx.2007-ci il tarixli müqavilə hər hansı bir formada mübahisələndirilməmişdir. Belə olan halda, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 940,12 manat borcun tutularaq **********090 saylı abonent koduna və 30 manat dövlət rüsumu üzrə xərclərin "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 940,12 manat borc tutularaq **********090 saylı abonent koduna və 30 manat dövlət rüsumunun əvəzi isə "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2967/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2967/2022
21.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver