Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2976/2021 05.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X13 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, X1, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlınıçnanın, onun nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Efendıyeva Naılə Afrasıyabovnanın, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı İlınıçnanın cavabdeh Efendıyeva Naılə Afrasıyabovnaya qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair ilk iddia, İddiaçı Efendıyeva Naılə Afrasıyabovnanın cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilin köməkçi və yardımçı sahələrinin birgə istifadədə saxlanılmaqla mənzilin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi taləbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İlınıçnana cavabdeh Efendıyeva Naılə Afrasıyabovnaya qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində istifadədə olan 0,16295 ha torpaq sahəsində yerləşən 57 nömrəli, 9 mərtəbəli binanın 1-ci girişində, 7-ci mərtəbəsində, 33,2 kv. m ümumi, 33,2 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 11 nömrəli sıxlaşdırılan mənzil tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin Çıxarışın reyestr nömrəsi **********11-0510- 093022, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10.01.2008-ci ildir. Çıxarış Bakı şəhər Ərazi idarəsinin rəisi Q.Cəfərov tərəfindən, təsdiq edilib,qeydiyyat icraçısı N.Zeynalov olub. Həmin ünvanda özü ilə birgə oğlu X12, Cavabdeh Afrasivabovna pasport qeydiyatında olnaqla yaşayırlar, onların oğlu Daniil isə pasport qeydiyyatında olmasa da həmin ünvanda yaşayır. Cavabdeh oğlu Andrey Kabanovla 2003-ci il tarixdən 2012-ci il tarixə kimi vətəndaş nikahında yaşayıb, 2012-ci ilin may ayının 29-da Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat şöbəsində rəsmi nikah bağlayıblar. Bu nikahdan 05 yanvar 2004-cü il tarixdə onların Danil adlı oğlu olub. Onlar ailə qurduqdan sonra müvəqqəti yaşamaq üçün onun evinə köçüblər.O da onların müvəqqəti yaşamalarını nəzərə alıb evində yaşamalarına icazə vermişdir.Lakin cavabdehin oğlu Andrey Kabanovla aralarında olan qeyri-sağlam münasibətləri o həddə çatıb ki, onların arasında bağlanan rəsmi nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 dekabr 2020-ci il tarixli qətnaməsi ilə pozulub və gətnamə güvvəyə minib. Qeyd etmək istəyir ki, cavabdeh ona və mülkiyyətinə qarşı hiyləgərlik işlədərək mənzili əlindən almaq fikrindədir Bu cür şəxslə bir mənzildə birgə yaşamağın necə faciəli olduğunu təsəvvür edin. Cavabdehlə aralarında olan qeyri-sağlam münasibətlərə görə mülkiyyətində olan mənzildə yaşaya bilmir və ondan istifadə edə bilmir. Çünki cavabdehlə birgə yaşamaq qeyri mümkündür. Cavabdeh ailədə özbaşınalıq edir,onu, oğlunu daim təhqir edir, onunla kobud davranır. Onun ərizələrinə əsasən Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis bölməsində dəfələrlə araşdırmalar aparılıb. Qeyd etmək istəyir ki, Cavabdeh onun mənzilində yaşaması səbəbindən və cavabdehdən dəhşətli dərəcədə qorxduğundan mətbəxdən və digər ümumi istifadədə olan sahələrdən istifadə edə bilmir. Cavabdeh məqsədi oğlunu və onu evdən çıxartmaq və evə sahib olmaqdır. Baxmayaraq ki, həmin evin mülkiyyətçisi odur .Qeyd olunanları nəzərə alıb, Efendıyeva Naılə Afrasıyabovnanın Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 57 nömrəli evin 11 nömrəli mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı Efendıyeva Naılə Afrasıyabovna cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, həmin mənzilin köməkçi və yardımçı sahələrinin birgə istifadədə saxlanılmaqla mənzilin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi taləbinə dair qarşılıqlı iddia,daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə vermişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının bildirdiyinə görə guya o, ailədə özbaşınalıq etmiş,onu və oğlu, keçmiş həyat yoldaşı X11 təhqir etmişdir.Onunla kobud davranmışdır. Bildirmək istəyir ki, iddia ərizəsində onun barəsində qeyd olunanlar yalan, böhtan xarakterli, əsassız məlumatlardır və onun mənzildən çıxarılması üçün gətirilən müxtəlif bəhanələrdir. Onun tərəfindən mülkiyyətçinin öz mənzilindən sərbəst istifadə etməsinə heç bir maneə yaradılmayıb. Əslində isə onu uzun illər birgə yaşadığı mənzildən çixarmaq məqsədilə İddiaçı və onun oğlu Andrey son vaxtlar ərzində dözülməz şərait və münasibət yaradıblar. Belə ki, 2003-cü il tarixdən qarşılıqlı iddia üzrə cavabdehin oğlu X9 vətəndaş nikahında yaşayıb, 29 may 2012-ci il də onunla Bakı şəhəri, Nəsimi rayon qeydiyyat şöbəsində rəsmi nikah bağlanıb. Bu nikahdan 05 yanvar 2004-cü il tarixdə Danil adlı oğlu anadan olub. Ailə qurduqdan sonra cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçmüşdür. Pasport qeydiyyatına düşməklə oğlu ilə birlikdə orada yaşayıb digər ailə üzvləri ilə birgə təsərrüfat aparmışdır. Lakin evin mülkiyyətçisi olan keçmiş qaynanası İddiaçı razılıq vermədiyinə görə oğlu Danil bu günədək həmin mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmayıb və şəxsiyyət vəsiqəsi ala bilməyib. Son vaxtlar keçmiş həyat yoldaşı Andrey dəfələrlə evə sərxoş halda gələrək heç bir səbəb olmadan onu oğlu Danilin yanında təhqir edib döyüb, hər dəfə də onlarla birgə yaşayan cavabdeh oğlu Andreyi müdafiə edərək, onun qanunsuz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır.O, ailənin dağılmaması xatirinə bu təzyiq və təhdidlərə əvvəlcə dözməyə çalışsa da, sonradan təhqir, işgəncə və döyülmələrin müntəzəm xarakter aldığını görüb bu barədə dəfələrlə Nizami RPİ 24-cü polis bölməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Sonuncu dəfə, 06.02.2020-ci il tarixdə gecə saatlarında keçmiş həyat yoldaşı tərəfindən döyülüb xəsarət aldığına görə DİN-nin “102” xidmətinə ərizə ilə müraciət etmişdir. Həmin müraciət əsasında Andrey Kabanov barəsində 30.09.2020-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə cinayət işi qaldırılaraq istintaq aparılıb və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli 1(007)- 73/2021 saylı hökmü ilə təqsirli bilinib, barəsində bir il müddətinə islah işləri cəzası təyin edilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(007)-1784/2021 saylı qətnaməsinə əsasən oğlu Danil onun himayəsində saxlanmaqla onunla Andrey Kabanov arasında nikah pozulub. Hazırda oğlu Danil ilə birlikdə həmin mənzildə yaşayır.Onun və oğlunun mənzilə ehtiyacı vardır, həmin mənzildən başqa onların heç bir yaşayış yeri yoxdur. Qeyd olunanlara əsasən onun mənzildən çıxarılmağı barədə verilmiş iddia qanunsuz və əsassız olduğuna görə rədd edilməsini, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğu nəzərə alınaraq onun Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 11 nömrəli mənzilinin yaşayış sahəsindən istifadə hüququ tanınması, həmin mənzilin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməklə və mənzilin ümumi sahəsindən birgə istifadə olunmaqla yaşayış sahəsi 33,2 kv.m. olan 2 otaqdan birinin onun və himayəsində saxlanılan yetkinlik yaşına çatmayan oğlu X4 istifadəsinə, mənzilin yaşayış sahəsinin digər hissəsinin isə cavabdehin istifadəsinə verilməsi bsrədə qətnamə çıxarılmasınə xahiş edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İlınıçna ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehin mənzilə dair hər hansı bir hüquqları yoxdur, həmin mənzildə bir müddət yaşamalsı ona heç bir hüquq vermir. O, həmin mənzilin mülkiyyətçidir və qanuna müvafiq olaraq mülkiyyətində olan əmlakdan öz istədiyi kimi istifadə etməlidir.Odur ki, məhkəmədən ilk iddianın təmin olunması, qarşılıqlı iddianın isə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı İlınıçnanın nümayəndəsi və vəkili Vəkil1 də eyni məzmunlu izahat verərək ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etdi. İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Efendıyeva Naılə Afrasıyabovna qarşılıqlı iddianı müsdafiə etdi,ilk ikddianı qəbul etmədi,qarşılıqlı iddia ərizəsinin və ona əlavənin məzmununa uyğun izahat verərək ilk iddianın rədd,qarşılıqlı iddianın isə təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Efendıyeva Naılə Afrasıyabovna nümayəndəsi və vəkili Vəkil2 da eyni məzmunlu izahat verərək ilk iddianın rədd,qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Dövlət Reysetrindən verilmiş MN seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 11 nömrəli mənzili 10.01.2008-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Yaşayış yeri üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası DİN-dən verilmiş 09.06.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti, 57 nömrəli evin 11 nömrəli mənzilində X2, Efendıyeva Naılə Afrasıyabovna ,X5 və X12 qeydiyyatdadırlar. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-73/2021 saylı 01.03.2021-ci il tarixli hökmündən görünür ki, X12 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi üzrə təqsirli bilinib, barəsində bir il müddətinə islah işləri cəzası təyin edilib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli 2(007)-1784/2021 saylı qətnaməsinə əsasən X10 Efendıyeva Naılə Afrasıyabovnaya qarşı nikahın pozulmasna dair iddiası təmin olunmuşdur.Birgə nikahdan doğulmuş 05.01.2004-cü il təvəllüdlü X7 Efendıyeva Naılə Afrasıyabovnanın himayəsində saxlanması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün X8 Efendıyeva Naılə Afrasıyabovnanın xeyrinə hər ay sabit məbləğdə 170 manat aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2.-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin hallarından görünür ki,iddiaçı mübahisəli mənziliə 2008 ci ildə mülkiyyət hüququ əldə etmişdir.Bundan sonra oğlu öz ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür.Belə olan halda mübahisəyə Mülki Məcəllənin 228.1. və 228.2.-ci maddələri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Araşdırma zamanı mülkiyyətçi İddiaçı ilə ilk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzə iddiaçı Efendıyeva Naılə Afrasıyabovna arasında mənzilin yaşayış sahəsindən istifadə ilə bağlı hər hənsı bir müqavilə bağlanmamış, Efendıyeva Naılə Afrasıyabovnanın həmin mənzilə dair heç bir hüququ dövlət qeydiyyatına alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Məhkəmə hesab edir ki, ilk İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də ilk iddia təmin olunmaqla, ilk iddia üzrə iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdeh Efendıyeva Naılə Afrasıyabovna mübahisəli mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı Efendıyeva Naılə Afrasıyabovna mənzilə dair dövlət qeydiyyatından keçmiş hansısa bir hüququnun olmasını təsdiq edən sübutları təqdim etmədiyindən qarşılıqlı iddianın təmin olunması üçün maddi-hüquqi əsas mövcud deyil,bu səbəbdən qarşılıqlı iddia təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan maddi və prosessual hüquq normalarını rəhbər tutub,işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia tələbinin qanuni əsası mövcuddur, ona görə də təmin olunmalı, Efendıyeva Naılə Afrasıyabovna Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 57 nömrəli evin 11 nömrəli mənzilindən çıxarılmalıdır. Qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Hər iki tərəfin ödədiyi dövlət rüsumu onların özünə aid olunmalıdır.Belə ki,tərəflərin birinin digərindən dövlət rüsumunun tutulması barədə tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. Efendıyeva Naılə Afrasıyabovna Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektindəki 57 nömrəli evin 11 nömrəli mənzilindən çıxarılsın. Qarşılıqlı iddia təmin olunmasın. Hər bir tərəfin ödədiyi dövlət rüsumu onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2976/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2976/2021
05.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver