Məhkəmə qərarları › İş №2(007)-2992/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2992/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2992/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi İmanzadə Türbət Rəşad qızının katibliyi, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın ləğv edilməsi, mülkiyyət hüququndan məhrum edilməklə qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" Kiçik Müəssisəsi xx.xx.2018-ci il tarixində cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı" çıxarışın ləğv edilməsi, mülkiyyət hüququndan məhrum edilməklə qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına verilən RX seriyalı ******* saylı 07 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada iddiaçı kiçik müəssisənin mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum edilməklə iddiaçıya məxsus 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kvadrat metri üçün 4.000 manat olmaqla, ümumilikdə 122.000 (bir yüz iyirmi iki min) manatın tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 65.000 (altmış beş min) manat məbləğin maddi zərər qismində tutulması, dəymiş olan mənəvi ziyana görə isə 100.000 (bir yüz min) manat məbləğində mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2019-cu il tarixində iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdeh DƏRDX-nın Bakı şəhəri Ərazi İdarəsi tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına verilən RX seriyalı ******* saylı 07 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MMC-dən müştərək qaydada iddiaçıya məxsus 30.5 k.m-lik qeyri-yaşayış sahəsinin qanunsuz olaraq sökülməsi nəticəsində iddiaçıya dəymiş olan maddi zərər qismində hər bir kvadrat metri üçün 4.000 manat olmaqla, ümumilikdə 122.000 (bir yüz iyirmi iki min) manatın tutulması və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi barədə öhdəliyin qoyulması, öz obyektindən istifadəyə maneçilik törətmək nəticəsində əldən çıxmış fayda kimi 74.000 (altmış beş min) manat məbləğin maddi zərər qismində tutulması, dəymiş olan mənəvi ziyana görə isə 100.000 (bir yüz min) manat məbləğin mənəvi zərər qismində tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Ərgünəş" Kiçik Müəssisəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 24 iyun 1994-cü il tarixində 11893 saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Müəssisənin təsisçiləri X5, X13, X16 və X1r. Müəssisənin dövlət qeydiyyatına alınmış nizamnaməsinin 2.1-ci maddəsinə əsasən müəssisənin yaradılmasında əsas məqsəd xalq istehlakı mallarının istehsalı və satışı, elmi-texniki məhsulların, mütərəqqi materialların, texnologiyanın, texnikanın və avadanlığın yaradılması və tətbiqi, əhaliyə istehsal, servis və başqa xidmətlərin göstərilməsi, elektron texnikanın, proqram məmulatının, proqram-texniki komplekslərinin istehsalının və satışının təşkili, onların təmiri və onlara xidmət göstərilməsi və bu kimi sair digər xidmətlərin göstərilməsi və işlər görülməsindən ibarət idi. Qeydiyyata alındığı dövrdən etibarən müəssisə əsas olaraq tipoqrafiya fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, qeyd edilən fəaliyyət növünün səmərəli şəkildə həyata keçirilməsi və bunun üçün müəyyən sahənin ayrılması məqsədi ilə “Ərgünəş" Kiçik Müəssisəsi tərəfindən ünvan 1 ünvanında yerləşən “X28”nun rəhbərliyinə müraciət edilmişdir. AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İcarəyə Verilməsi İdarəsi tərəfindən verilən 275 saylı 19 noyabr 1997-ci il tarixli əmrlə “Ərgünəş" Kiçik Müəssisəsinin 10 noyabr 1997-ci il tarixli müraciəti nəzərə alınaraq “Azərenerjitikintiquraşdırma” Dövlət Şirkətinin X28na məxsus ünvan 2 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 30.5 kv.m qeyri-yaşayış sahəsinə dair Dövlət Əmlakının İcarəyə Verilməsi İdarəsi ilə “Ərgünəş" Kiçik Müəssisəsi arasında icarə müqaviləsi bağlanılması əmr edilmişdir. Həmin əmrə əsasən AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İcarəyə Verilməsi İdarəsi ilə “Ərgünəş" Kiçik Müəssisəsi arasında 19 noyabr 1997-ci il tarixli 279 saylı icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 22 yanvar 1998-ci il tarixli 114 saylı sərəncamına əsasən ünvan 2 ünvanında 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 30.5 kv.m. qeyri-yaşayış sahəsinin qiymətləndirilərək icarəçi “Ərgünəş" Kiçik Müəssisəsinə 100% dəyəri ilə satın alınmaq üçün təklif edilməsi, icarəçi “Ərgünəş" Kiçik Müəssisəsinin icarəyə götürdüyü qeyri-yaşayış sahəsini almağa razılıq verdikdə 30.5 kv.m qeyri-yaşay!ş sahəsinin 100% dəyəri ilə ona satılması, kiçik müəssisənin icarəyə götürülmüş qeyri-yaşayış sahəsini almağa razılıq verdiyi halda orunla Dövlət Əmlak Komitəsi arasında alqı-satqı müqaviləsinin bağlanması, icarə obyektinin özəlləşdirilməsinə dair alqı-satqı müqaviləsi bağlandığı halda, AR Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İcarəyə Verilməsi İdarəsi ilə “Ərgünəş" Kiçik Müəssisəsi arasında bağlanmış 19 noyabr 1997-ci il tarixli 279 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən AR Dövlət Əmlak Komitəsi ilə “Ərgünəş" Kiçik Müəssisəsi arasında 01 iyun 1998-ci il tarixli 151 saylı icarəyə verilmiş müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanmışdır. ünvan 1 ünvanında yerləşən və müəssisənin icarəyə götürdüyü 30.5 kv.m.-lik qeyri-yaşayış sahəsi müəssisə tərəfindən dəyəri tam ödənilməklə satın alınmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən AR Dövlət Əmlak Komitəsi tərəfindən “Ərgünəş" Kiçik Müəssisəsinin adına 01506 saylı 05 iyun 1998-ci il tarixli, 10506 qeydiyyat nömrəli “Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə" verilmişdir. Daha sonradan “Ərgünəş" Kiçik Müəssisəsinin yerləşdiyi həmin ərazidəki torpaq sahəsi və həmin torpaq sahəsində mövcud olan bütün tikililər (qeyri-yaşayış sahələri və yardımçı tikililər) “Azərenerjitikintiquraşdırma” Dövlət Şirkətinin X28nun bazasında “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinə dair dövlət proqramıma uyğun olaraq yaradılmış “Bakı Qazan- Mexaniki" ASC-nin mülkiyyətinə keçmişdir. “Bakı Qazan- Mexaniki" ASC-nin səhmdarlarının 14 avqust 2008-ci il tarixli ümumi yığıncağının qərarı ilə ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilmiş və 29 yanvar 2009-cu il tarixində reyestr sistemində ləğv haqqında müvafiq qeydiyyat aparılmaqla hüquqi şəxs statusu itirilmiş hesab edilmişdir. Qeyd edilir ki, “Ərgünəş" Kiçik Müəssisəsi tərəfindən 2013-cü il tarixində mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin naməlum şirkət tərəfindən söküldüyünə dair hüquq mühafizə orqanlarına müvafiq ərizələrlə müraciət edilmişdir. Dəfələrlə bu işlə bağlı edilən müraciətlərə məhəl qoyulmamış və yekunda Nizami rayon Polis İdarəsinin müstəntiqi polis kapitanı X17 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar 13 fevral 2017-ci il tarixli 9/21-087- 3362-1217 saylı müşayiət məktubu ilə kiçik müəssisənin təsisçilərindən X2 ünvanına göndərilmişdir. Həmin qərarda da qeyd olunmuşdur ki, “Ərgünəş" Kiçik Müəssisəsi tərəfindən 30.5 kv.m-lik sahə satın alındıqdan bir neçə il sonradan adları müəssisənin rəhbərliyinə məlum olmuş Cavabdeh1 və Vəliyev Firdovsi adlı şəxslər özəlləşdirilmiş zavodun ərazisində yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsində əyləşmişlər. Lakin həmin şəxslərin hansı işlə məşğul olduqları bilinməmişdir. Təxminən 2004-2005-ci illərdə Cavabdeh1 və Vəliyev Firdovsi “Ərgünəş" Kiçik Müəssisəsinin rəhbərliyinə yaxınlaşaraq bildirmişlər ki, ünvan 2 ünvanında yerləşən ərazini və o cümlədən də “Ərgünəş" Kiçik Müəssisəsi onlara məxsus inzibati binanın 1-ci mərtəbəsində yerləşən 30.5 kv.m-lik qeyriyaşayış sahəsini onlardan almaq istəyirlər. Həmin şəxslərə kiçik müəssisənin rəhbərliyi tərəfindən bildirilmişdir ki, əgər qanuni yollarla onlara məxsus əmlakı satın almaq istəyirlərsə və onlara təklif edilən məbləğ onları qane edərsə, o zaman “Ərgünəş" Kiçik Müəssisəsinin mülkiyyətində olan qeyri-yaşayış sahəsi həmin şəxslərə satıla bilər. “Ərgünəş" Kiçik Müəssisəsi əsasən məşğul olduğu tipoqrafiya fəaliyyətini 2005-2009-cu illərdə dayandırmış və bu müddət ərzində onlar özlərinə məxsus ərazidə mağaza açaraq fəaliyyət göstərmək istəmişlər. Lakin yuxarıda adları qeyd olunan Cavabdeh1 və Vəliyev Firdovsi kiçik müəssisənin həmin yerdə fəaliyyət göstərməsinə imkan verməmişdir. Bu səbəbdən kiçik müəssisə öz fəaliyyətini dayandırmış, lakin həmin müəssisənin hər bir təsisçisi onlara məxsus əraziyə mütəmadi olaraq baş çəkmiş, müəssisənin mülkiyyətində olan qeyri-yaşayjş sahəsinin hüquqi müqəddəratı ilə maraqlanmışlar. (Yuxarıda qeyd etdikləri 2004-2009-cu illərdə "xxxx" ASC-nin əsas səhmdarlarından və səhmdar cəmiyyəti idarəedicilərindən Cavabdeh1 və Vəliyev Firdovsi kiçik müəssisənin mülkiyyətində olan qeyri-yaşavış sahəsinin tərəflərindən onlara satılmayacağı təqdirdə həmin sahədə onlara işləməyə imkan verməyəcəklərini, “evin içində ev olmaz, bir binanın bir adama aid ola biləcəyini, bir binaya bir adamın ağalıq edə biləcəyini” bildirmişlər. Belə ki, həmin əraziyə giriş darvazası bir yerdən olduğu üçün bir çox zamanlar kiçik müəssisənin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə giriş-çıxışda böyük maneələr törətmişlər. Bundan başqa Firdovsi Vəliyev zavoddan hər hansı bir şey oğurlanarsa, bunu kiçik müəssisənin işçiləri tərəfindən edilmiş olduğunu müvafiq orqanlara bildirəcəkləri barədə hədə-qorxu gəlmişlər. Bu hallar kiçik müəssisənin həmin ərazidə öz fəaliyyətini davam etdirə bilməməsinin əsas səbəblərindən biri olmuşdur.) 2013-cü ilin əvvəllərində kiçik müəssisənin rəhbərliyi ünvan 1 ünvanında yerləşən ərazinin hasara alındığını görmüş və buna görə həmin əraziyə gedilərək bunun nə məqsədlə hasara alındığı öyrənilməyə çalışılmışdır. Həmin ərazidə işləyən bir neçə fəhlə tərəfindən onlara bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən ərazidəki tikililərin sökülməsi nəzərdə tutulur. Hələ heç bir söküntü işlərinə başlanmamışdan əvvəl kiçik müəssisənin təsisçilərindən X13 cavabdehlərdən "xxxx" MMC-nin zavod ərazisində olan nümayəndələri ilə görüşmüş və zavodun inzibati binasında olan 30.5 kv.m-lik iki otağın iddiaçıya məxsus olmasını təsdiq edən sənədləri onlara göstərmişdir. Səhərisi gün özünü "xxxx" MMC-nin hüquqşünası kimi təqdim edən Hüseynbəyov Vüqar və X10 Adili görüşə dəvət etmiş və görüş zamanı həmin 30.5 kv.m-lik iki otaq üçün Fətullayev Adilə 20.000 (iyirmi min) ABŞ dolları təklif edilmişdir (o vaxtki məzənnə ilə 15000AZN). X29 bu pula heç bir yerdə uyğun qeyri-yaşayış sahəsi almağın mümkün olmadığını onların nəzərinə çatdırmış və təklif olunmuş məbləğdən imtina etmişdir. Bunun cavabında isə Hüseynbəyov Vüqar və Vəliyev Firdovsi “Hara şikayət edirsiniz edin, biz onsuz da buranı sökəcəyik" deyərək çıxıb getmişlər. “Ərgünəş" Kiçik Müəssisəsi tərəfindən kiçik müəssisəyə aid 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin müqəddəratı ilə bağlı hüquq mühafizə orqanlarına ünvanlanan müraciətlər səmərəsiz qalmışdır. Lakin yekunda Nizami Rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 noyabr 2016-cı il tarixli qərar qəbul edilərkən kiçik müəssisəyə aid qeyri-yaşayış sahəsinin fiziki şəxslər tərəfindən başqa hüquqi şəxslərə satıldığı müəyyən edilmişdir. Belə ki, 28 noyabr 2016-cı il tarixli qərarda cavabdehlərdən “Auto Azərbaycan" MMC-nin səlahiyyətli nümayəndəsi olaraq öz izahatını vermiş X6 izahatında 11 dekabr 2012-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında mülkiyyətdə olan 4.5414 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 14.644.5 kv.m. olan əmlak kompleksinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən "HN Tandem” MMC-yə satıldığı bildirilmişdir. (Çox maraqlı haldır ki, 10 manatlıq nizamnamə kapitalı ilə xx.xx.2012-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC qeydiyyata alındığı tarixdən cəmi 14 gün sonra 11 dekabr 2012-ci il tarixində 4.000.000 (dörd milyon) manat məbləğində torpaq və daşınmaz əmlakın alqı-satqısını həyata keçirtməklə əmlak mülkiyyətçisi olur və tam bir il sonra isə cavabdehlərdən “Auto Azərbaycan" MMC-yə qoşulmaq barədə qərar qəbul etməklə öz hüquqi mövcudluğuna son verir.) Alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən yeni mülkiyyətçiyə əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. Alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən bir müddət sonra yeni tikintinin aparılması məqsədi ilə həmin ərazidə olan binaların söküntüsünə başlanılmışdır. 2014-cü ilin yanvar ayında "xxxx" MMC "xxxx" MMC-yə qoşulması nəticəsində ləğv edilmiş və həmin əmlak "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. 07 mart 2014-cü il tarixində "xxxx" MMC-yə ünvan 1 ünvanında olan 4.5414 ha torpaq sahəsinin "xxxx" MMC-nin mülkiyyətində olmasını təsdiləyən AR ƏMDK yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Nizami Rayon Polis İdarəsinin 28 noyabr 2016-cı il tarixli qərarından sonra kiçik müəssisənin rəhbərliyi tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, “Bakı Qazan- Mexaniki" ASC hüquqi şəxs olaraq ləğv edildikdən sonra səhmdar cəmiyyətin mülkiyyətində olan ünvan 2 ünvanındakı 4.5414 ha torpaq sahəsində yerləşən 14.644.5 kv.m. olan əmlak kompleksi Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə keçmişdir. (belə ki, 12 saylı notariat kontoruna verilən 21 iyun 2017-ci il tarixli 368 saylı sorğu əsasında Cavabdeh1 və X7 ilə "xxxx" MMC arasında 11 dekabr 2012-ci il tarixində imzalanmış ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin və əmlak kompleksi kimi müəssisənin satışına dair alqı-satqı müqaviləsinin və bu müqavilənin bağlanması üçün zəruri olan sənədlər toplusunun verilməsi istənilmişdir. Həmin sorğuya verilən 30 iyun 2017-ci il tarixli cavab məktubu ilə birlikdə alqı-satqı müqaviləsi sənədlərlə birlikdə təqdim olumuşdur. Məhz həmin sənədlər təqdim olunduqdan sonra kiçik müəssisənin rəhbərliyi tərəfindən müəssisəyə aid qeyri-yaşayış sahəsinin alqı-satqı predmeti olan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə satıldığı müəyyən edilmişdir). Bundan sonra AR ƏMDK yanında DƏDRX tərəfindən 07 dekabr 2012-ci il tarixində RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və mülkiyyət hüquqları **********23-12301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyatına alınmışdır. Bundan dörd gün sonra 11 dekabr 2012-ci il tarixində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən birgə mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 birgə mülkiyyətində olan 4.5414 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 14.644.5 kv.m. olan əmlak kompleksi kimi müəssisəni 26 noyabr 2012-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-yə 4.000.000 (dörd milyon) manata satmışdır. AR ƏMDK yanında DƏDRX tərəfindən 09 yanvar 2013-cü il tarixində "xxxx" MMC-nə **********23-12301 saylı reyestr nömrəsi, ********** sayı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən ərazidəki torpağın ümumi sahəsi 4.5414 ha, həmin torpaq sahəsinin üzərindəki əmlak kompleksi kimi müəssisənin ümumi sahəsi 14.644.5 kv.m. təşkil etməkdə idi. (Bildirmək istəyir ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən 11 dekabr 2012-ci il tarixində həmin ərazidə yerləşən daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanarakən alqı-satqı predmeti olan 14.644.5 kv.m-lik əmlak kompleksi kimi müəssisənin 30.5 kv.m-lik hissəsinin “Ərgünəş" Kiçik Müəssisəsinə aid olduğu bilinirdi. Belə ki, ASC-nin əsas səhmdarları olan bu iki şəxsdən başqa digər əsas səhmdar və ASC-nin səlahiyyətlisi Vəliyev Firdovsi ilə də həmin 30.5 kv.m-lik sahənin alqı-satqısı haqqında daha əvvəlcədən kiçik müəssisənin rəhbərliyi tərəfindən dəfələrcə danışıqlar aparılmışdır). Daha sonradan "xxxx" MMC-nin təsisçilərinin (və ya təsisçisinin) ümumi yığıncağının qərarı ilə "xxxx" MMC-nin “Auto Azərbaycan" MMC-yə qoşulması barədə qərar qəbul edilmiş və bunun nəticəsində "xxxx" MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya Hüquqi X11 İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixində ********** saylı qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Məhz bundan sonra "xxxx" MMC tərəfindən hüquqi varis olaraq həmin əraziyə AR ƏMDK yanında DƏDRX-dən 07 mart 2014-cü il tarixində RX seriyalı ******* saylı **********23 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır ki, həmin çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ərazidəki torpaq sahəsinin ümumi ölçüsü 4.5414 ha təşkil edirdi. Ancaq əvvəlki çıxarışlardan fərqli olaraq həmin ərazidəki torpaq sahəsinin üzərində yerləşən 14.644.5 kv.m-lik əmlak kompleksi kimi müəəsisə artıq mövcud deyildi, "xxxx" və ya onun hüquqi varisi "xxxx" MMC tərəfindən sökülmüşdü. Belə ki, torpaq sahəsi üzərindəki bütün tikililər sökülən zaman “Ərgünəş" Kiçik Müəssisəsinə aid 30.5 kv.m-lik qeyri-yaşayış sahəsi də digər tikililər kimi cavabdeh "xxxx" MMC tərəfindən sökülmüş və beləliklə kiçik müəssisənin mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd etmək istəyir ki, “Ərgünəş" Kiçik Müəssisəsinin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən "xxxx" MMC-yə satılan əmlak kompleksi kimi müəssisənin sahəsi içərisində olması, həmin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin satılarkən kiçik müəssisənin rəhbərliyinə xəbər verilməməsi və 30,5 kv.m-lik sahənin kiçik müəssisənin mülkiyyətində olduğunu bilə-bilə öz mülkiyyətləri kimi sərəncam verməsi kiçik müəssisəyə həm də maddi ziyan vurmuşdur. Belə ki, 4,5414 ha torpaq sahəsində yerləşən 14644,5 kv.m. olan əmlak kompleksinin torpaq sahəsini və üzərindəki tikililəri əvvəlcədən dövlət əmlakının özəlləşdirilməsi qaydasında qanunsuz olaraq öz mülkiyyətinə keçirdən “Bakı Qazan- Mexaniki" ASC-nin rəhbərliyi daha sonradan ləğv edilərkən həmin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin Cavabdeh1 və Cavabdeh2 mülkiyyətinə keçməsi zamanı 14.644,5 kv.m-lik qeyri-yaşayış sahəsinin ümumi sahəsinə daxil olan 30,5 kv.m-lik qeyri-yaşayış sahəsinin “Ərgünəş" Kiçik Müəssisəsinə aid olduğunu bilməməsi mümkün deyildi. Belə ki, yuxanda da qeyd edildiyi kimi daha “Bakı Qazan- Mexaniki" ASC ləğv edilməmişdən uzun zaman əvvəllər ASC-nin rəhbərliyində olan Vəliyev Firdovsi adlı şəxs də dəfələrcə həmin 30.5 kv.m-lik sahənin onlara satılmasını kiçik müəssisənin rəhbərliyinə təklif etmişdi. Bu təklifin qəbul edilmədiyini və həmin 30,5 kv.m-lik sahənin kiçik müəssisənin mülkiyyətində olduğunu bilə-bilə 4.5414 ha torpaq sahəsini və onun üzərində yerləşən 14.644,5 kv.m-lik əmlak kompleksinin “Bakı Qazan- Mexaniki" ASC-nin mülkiyyətinə keçirtməsi və bununla bağlı müvafiq qeydiyyatın dövlət reyestrində ASC-nin adına aparılması həmin torpaq sahəsinin və əmlak kompleksinin ASC-nin adına özəlləşdirilmənin qanunsuz olduğuna dəlalət edir. Halbuki, kiçik müəssisənin mülkiyyətində olan 30.5 kv.m-lik qeyri-yaşayış sahəsi kiçik müəssisə tərəfindən özgəninkiləşdirilsəydi, əldə edilən mənfəət kiçik müəssisənin olacaq, hər hansı bir zərərə məruz qalınmayacaqdı. Bu səbəbdən hesab edir ki, cavabdehlərdən AR ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 adına verilmiş 07 dekabr 2012-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış məhkəmə qaydasında ləğv edilməlidir. Həmçinin cavabdehlərdən "xxxx" MMC-nin rəhbərliyinə qeyd edilən ünvanda iddiaçıya mülkiyyət hüququ ilə məxsus 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin olduğunu bildirməklərinə baxmayaraq iddiaçıya aid sahənin də digər sahə ilə birlikdə hasara alınmaqla bütün tikililərin sökülməsini həyata keçirtməsi onların bu hərəkətinin qanunsuzluğundan xəbər verir və iddiaçıya dəymiş olan zərərin əvəzinin ödənilməsi üçün hüquqi əsas təşkil edir. Bildirmək istəyir ki, bu gün adi mülki dövriyyə şəraitində qeyd edilən ərazidə qeyri-yaşayış sahəsinin bir kvadrat metri üçün təklif edilən qiymət 4.000 (dörd min) manat təşkil edir. Belə ki, bu qiymət Azərbaycan Respublikasında iki dəfə kəskin surətdə baş vermiş devalvasiya nəticəsində manatın məzənnəsində baş vermiş ucuzlaşmadan əvvəl müəyyən edilən qiymət idi. Bu isə həmin dövr üçün xarici valyutaya, xüsusilə ABŞ Dollarına münasibətdə təqribən 5.000 ABŞ Dolları təşkil edirdi. Həmin qiymət ölkədə baş vermiş ikiqat devalvasiyadan sonra hal-hazırdakı dövrdə də öz aktuallığını qorumaqdadır. Yəni kiçik müəssisənin mülkiyyətində olan 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyata alınan torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində yerləşən əmlak kompleksinin ümumi sahəsinə daxil edilərək həmin şəxslərin adına reyestr xidmətində dövlət qeydiyyatına alınması, sonradan yuxarıda adı qeyd edilən fiziki şəxslər tərəfindən həmin torpaq sahəsinin və üzərində yerləşən əmlak kompleksinin “Auto Azərbaycan" MMC-nin hüquqi varisi olduğu "xxxx" MMC-yə satılması və cavabdeh "xxxx" MMC-nin iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan 30,5 kv.m-lik qeyri-yaşayış sahəsinin də daxil olduğu həmin tikililəri tamamilə qanunsuz olaraq sökərək iddiaçını həmin tikililərdə yerləşən qeyri-yaşayış sahəsində olan mülkiyyət hüququndan məhrum buraxmış, ona böyük ölçüdə maddi ziyan vurmuşdur. Digər tərəfdən "xxxx" MMC iddiaçıya öz qeyri-yaşayış sahəsindən istifadə etməyə maneçilik törətməklə onu qazancdan məhrum etmişdir. Belə ki, təkcə 2013-cü ildən indiyə qədər keçən müddət ərzində (yanvar 2013-dən iyun 2018-ə qədər, 65 ay hər ay ən azı 1000 manat gəlirdən məhrum olmuşdur. Çünki, bu gün həmin ərazidə mübahisə predmeti olan ərazi üzrə icarə haqqının ümum: dəyəri təqribi olaraq 1.000 manat dəyərindədir. Bununla yanaşı, iddiaçıya aid qeyri-yaşayış sahəsinin onun xəbəri olmadan satılması və hal-hazırdakı dövrdə cavabdehlər tərəfindən iddiaçının əvvəllər qeyd olunan yerdə sanki hər hansı bir əmlakının olmaması kimi davranışların nümayiş etdirilməsi iddiaçı kiçik müəssisənin işgüzar nüfuzuna da böyük zərbə vurmaqda, onu mənəvi zərərə düçar etməkdədir. Yuxarıda qeyd edilənlər və qanunvericiliyin tələbləri Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən tikililəri qeyd olunduğu formada öz mülkiyyətləri kimi reyestr xidmətində qeydiyyata aldırması və onlara cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı 07 dekabr 2012-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi həmin çıxarışın qanunsuz olduğuna dəlalət edir. Belə ki, hal-hazırda qanuniliyi mübahisələndirilən 07 dekabr 2012-ci il tarixli çıxarışı verildiyi tarixdən 4 gün sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “Ərgünəş" Kiçik Müəssisəsinin mülkiyyətində olan 30.5 kv.m-lik qeyri- yaşayış sahəsinin öz mülkiyyətində olan digər tikililərlə birlikdə cavabdeh "xxxx" MMC-nin hüquqi varisi olduğu "xxxx"-yə satması 11 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsızlığı üçün hüquqi əsas təşkil edir. Çünki, “Bakı Qazan-Mexaniki" ASC ləğv edilərkən ona aid daşınmaz əmlakın və torpaq sahəsinin cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 adına rəsmiləşdirilməsi, iddiaçıya aid olan qeyri-yaşayış sahəsi digər cavabdehlərə aid olan əmlak kompleksi kimi müəssisənin tərkibinə daxil edilmişdir. Belə ki, qanuniliyi mübahisələndirilən çıxarışın verilməsi, başqasına aid olan qeyri-yaşayış sahəsini özlərinə aid əmlaklara daxil edərək etibarsız olan alqı-satqı müqaviləsinin imzalanması, cavabdeh “Auto Azərbaycan" MMC tərəfindən 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin iddiaçı müəssisəyə mülkiyyət hüququ ilə məxsus olduğunu bildiyi halda özünə aid tikililərlə birlikdə iddiaçının da qeyri-yaşayış sahəsini sökdürməsi nəticəsində kiçik müəssisənin mülkiyyətində olan əmlakına mülkiyyət hüququndan məhrum etmə nəticəsində maddi zərər qismində hər bir kvadrat metri üçün 4.000 manat olmaqla ümumilikdə 122.000 manat məbləğin cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və X3 müştərək qaydada mülkiyyət hüququndan məhrum etmənin hüquqi nəticəsi kimi tutularaq iddiaçı kiçik müəssisəyə ödənilməsi və ya zərərin əvəzini naturada ödəməklə eyni növlü əmlakın verilməsi üçün bütün qanuni əsaslar mövcuddur. Əlavə olaraq, iddiaçıya öz obyektindən istifadəyə maneçilik törədilməsi nəticəsində ona əldən çıxmış fayda kimi dəymiş 74.000 manat miqdarında ziyanın ödənilməsi üçün tam hüquqi əsas vardır. Həmçinin “Ərgünəş" Kiçik Müəssisəsinin işgüzar nüfuzuna dəymiş olan zərərə görə mənəvi zərərin ödənilməsi üçün bütün şərtlər mövcuddur. Belə ki, mənəvi izdirabın nəticəsində cavabdehlərdən mənəvi zərər qismində 100.000 manatın tutularaq iddiaçı kiçik müəssisəyə ödənilməsi üçün tam hüquqi əsas vardır. Bundan başqa cavabdeh DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilən RX seriyalı ******* saylı 07 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda iddiaçı “Ərgünəş" Kiçik Müəssisəsinin həmin ərazidə yerləşən və ona mülkiyyət hüququ ilə məxsus olan 30.5 kv.m-lik qeyri-yaşayış sahəsinin alqı-satqı predmeti təşkil edən 4.5414 ha torpaq sahəsinin və 14.644,5 kv.metr əmlak kompleksi kimi müəssisənin tərkib hissəsinə daxil edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən digər cavabdeh "xxxx" MMC-nin hüquqi varisi olduğu "xxxx" MMCyə satılması RX seriyalı ******* saylı 07 dekabr 2012-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi üçün hüquqi əsas təşkil edir.

İş materialları :

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 10506 qeydiyyat nömrəli, xx.xx.1998-ci il tarixli “dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamədən görünür ki, ünvan 10 ünvanda 2 mərtəbəli binanın 1-ci mərtəbəsində 30.5 kv.m qeyri yaşayış sahəsi “Ərgünəş" Kiçik Müəssisəsi tərəfindən satın alınmışdır. Bu şəhadətnamə ilə rəsmiləşdirilən 30.5 kv.m qeyri-yaşayış sahəsi alıcının toxunulmaz mülkiyyətidir.

5. Nizami RPİ İŞ tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Qərardan görünür ki, Cavabdeh3 MMC tərəfindən özgənin əmlakını qəsdən məhv edilməsi halına yol verilmədiyi, toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.

6. Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 001366 qeydiyyat nömrəli Şəhadətnamədən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Ə.Nəvai küçəsi 1 ünvanında yerləşən 14892.6 kv.m qeyri-yaşayış sahəsi üzərində hüquqları əldə etmişlər.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 5 ünvanda 4.5414 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 14644.5 kv.m olan əmlak kompleksi kimi müəssisə xx.xx.2012-ci il tarixində xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyatından keçmişdir.

8. Satıcılar Cavabdeh1 və Cavabdeh2 ilə alıcı "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə verilmiş arayışa əsasən ünvan 10 ünvanda yerləşən tikinti altı sahəsi 13954.4 kv.m, ümumi sahəsi 146644.5 kv.m olan əmlak kompleksi kimi müəssisə və mülkiyyətdə olan 4.5414 ha torpaq sahəsi "xxxx" MMC-yə satılmışdır.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” Çıxarışdan görünür ki, ünvan 5 ünvanda 4.5414 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 14644.5 kv.m olan əmlak kompleksi kimi müəssisə xx.xx.2013-cü il tarixində xüsusi mülkiyyət hüququ ilə "xxxx" MMC-nin adına dövlət qeydiyyatından keçmişdir.

10. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2014-cü il tarixində verilmiş çıxarışdan görünür ki, xx.xx.1996-cı ildə qeydiyyata alınmış "xxxx" MMC xx.xx.2012-ci il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" MMC-in ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” RX seriyalı ******* saylı Çıxarışdan görünür ki, ünvan 10 ünvanda 4.5414 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixində xüsusi mülkiyyət hüququ "xxxx" MMC-nin adına dövlət qeydiyyatından keçmişdir.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-161/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamədən görünür ki, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin cavabdehlər "xxxx" MMCnə, Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın ləğv edilməsi, mülkiyyət hüququndan məhrum edilməklə qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi zərərin, əldən çıxmış faydanın və mənəvi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin olunmaması qət edilmişdir.

13. “X15” MMC tərəfindən təqdim edilən 224/18 saylı, xx.xx.2018-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsi 1 ünvanında yerləşən (hazırda sökülmüş) 30.5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 2014-cü il tarixə olan orta bazar qiyməti 130000 manat və hazırki dövrə olan orta bazar qiyməti 122000 manat təşkil edir.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, sorğuya cavabda “Ərgünəş" Kiçik Müəssisəsinin adına ünvan 7 ünvanda yerləşən 30.5 kv.m olan qeyri-yaşayış sahəsinə dair 010506 nömrəli xx.xx.1998-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verildiyi qeyd edilmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfinfən Bakı şəhəri nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, sorğuya cavabda “Ərgünəş" Kiçik Müəssisəsi nümayəndələrinin verdiyi şifahi məlumata əsasən onlara məxsus olmuş qeyri-yaşayış sahəsi iki mərtəbəli binanın otaqlarından biri olmuşdur. Mütəxəssislər tərəfindən “Ərgünəş" Kiçik Müəssisəsinin nümayəndələrinin iştirakı ilə əraziyə texniki baxış keçirilmiş, qeyri-yaşayış sahəsinin yerləşdiyi iddia edilən iki mərtəbəli binanın söküldüyü və yerində yeni bina inşa etdiyi müəyyən olunmuşdur. “Ərgünəş" Kiçik Müəssisəsinə məxsus olmuş 30.5 kv.m qeyri-yaşayış sahəsinin yerləşdiyi iddia olunan iki mərtəbəli bina sökülərək yerində yeni binanın tikintisi işləri aparıldığından qeyri-yaşayış sahəsinin yerinin müəyyənləşdirilməsi mümkün olmamışdır.

16. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X11 idarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, sorğuya cavab məktubunda reyestr məlumatlarına əsasən “Ərgünəş" Kiçik Müəssisəsinin xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alındığı və ləğvinə dair məlumat aşkar edilmədiyi qeyd edilmişdir.

17. Vergi ödəyicisinə identifikasiya nömrəsi verilməsi haqqında xx.xx.1997-ci il tarixli bildirişdən görünür ki, “Ərgünəş" Kiçik Müəssisəsinin mülkiyyət növü-kollektiv mülkiyyət, təşkilatın hüquqi formasi- fərdi (ailə) müəssisə, əsas fəaliyyət növü- sənaye olmuşdur.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 001366 saylı, xx.xx.2009-cu il tarixli şəhadətnaməyə əsasən ünvan 10 ünvanda 52814.4 kv.m olan torpaq sahəsində yerləşən əmlak kompleksi Cavabdeh1 və Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. X18 15 saylı DNK xx.xx.2011-ci il tarixli 4Ə-2/191 reyestr nömrəli alq-satqı müqaviləsinə əsasən 57.1 kv.m, 47.6 kv.m, 34.8 kv.m, 66.6 kv.m, 95.6 kv.m olan tikililəri Cavabdeh1 Nürəddin oğlu və Cavabdeh2 almışdır. Qalan hissəsi isə satıcıların adlarında qalmışdır. Y.F.Qurbanova dair hissəsinə yeni ünvan verilmişdir. (Nizami rayonu, Ə.Nəvai küçəsi 2D.). 3874 nömrəli xx.xx.2012-ci il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən 4.5415 ha torpaq sahəsi özəlləşmişdir. 12 saylı DNK 4Ə-04-1060 resyestr nömrəli xx.xx.2012-ci il tarixli alqsatqı müqaviləsinə əsasən Cavabdeh1 və O.F.Əliyev ünvan 12 ünvanda yerləşən tikinti altı sahəsi 13954.4 kv.m ümumi sahəsi 14644.5 kv.m olan əmlak kompleksi kimi müəsissəni və mülkiyyətdə olan 4.5414 ha torpaq sahəsini "xxxx" MMC-yə satmışdır. Sonra "xxxx" MMC-nin tikililəri məhv olunduğu üçün və Vergilər Nazirliyinin xx.xx.2014-cü il tarixli **********582600 nömrəli dövlət reyestrindən çıxarışa "xxxx" MMC xx.xx.2014-cü il tarixli məktubuna xx.xx.2010-cu il tarixli ********** qeydiyyat nömrəli nizamnaməsinə əsasən onun yerləşdiyi torpaq sahəsi (4.54144 ha) "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir və hal hazırda mülkiyyətindədir. Həmçinin ünvan 13 ünvanda yerləşən ümumi sahəsi 682.9 kv.m əsas sahəsi 437.1 kv.m olan qeyri-yaşayış sahəsi 003251 saylı xx.xx.2004-cü il tarixli şəhadətnaməyə əsasən X4 adına ilkin qeydiyyatdan keçmişdir. 2 saylı DNK 4Ə-3-396 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alq-satqı müqaviləsinə əsasən X8 ümumi sahəsi 682.9 kv.m, əsas sahəsi 437.1 kv.m olan qeyri-yaşayış sahəsini Y.N.Seyidovdan almışdır. 3019 nömrəli xx.xx.2011-ci il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Ə.İ.İbrahimova məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi (2393.6 kv.m) özəlləşmişdir. Daha sonra X9 məxsus qalan hissəsinin (yəni Nizami rayonu, Ə,Nəvai küçəsi, 2d) yerləşdiyi torpaq sahəsi (7400.0 kv.m) 3745 nömrəli xx.xx.2012-ci il tarixli özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən özəlləşmişdir. Notarius T.H.Kərimov tərəfindən bağlanmış 4-Ə-944 reyestr nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Ə.İ.İbrahimov özünə məxsus ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsini və 0.23936ha torpaq sahəsini Y.F.Qurbanova satmışdır. Ə.Nəvai küçəsi 1 saylı və 2d saylı ünvanlar birləşib Ə.Nəvai küçəsi, 2d olub və hal-hazırda Y.F.Qurbanovun mülkiyyətindədir.

19. Azərbaycan Respublikasının Əmlak məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 3874 nömrəli, xx.xx.2012-ci il tarixli “özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsindən görünür ki, müqavilənin predmetini Bakı şəhəri, Ə.Nəvai küçəsi 1 ünvanında yerləşən Əmlak kompleksinin istifadəsində olan 45414.4 kv.m torpaq sahəsi təşkil edir.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-cü il tarixli məktubdan görünür ki, "xxxx" Kiçik Müəssisəsinə məxsus qeyri-yaşayış sahəsinə aid texniki pasporta əsasən 30.5 kv.m sahə həmin ünvanda yerləşən "xxxx" ASC-yə verilmiş texniki pasportdakı 2 mərtəbəli “A” literli tikilinin 1-ci mərtəbəsinin bir hissəsi olmuşdur. "xxxx" ASC-yə verilmiş texniki pasportda qonşu sahə kimi göstərilməklə həmin 30.5 kv.m sahə öz əksini tapmamışdır. Faktiki olaraq "xxxx" ASC-nin texniki pasportunda göstərilən tikililər, o, cümlədən "xxxx" Kiçik Müəssisəsinə məxsus 30.5 kv.m sahə də sökülərək yerində yeni tikililər inşa edilmişdir.

21. Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Ə.Nəvai küçəsi-1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin Texniki pasportu iş materiallarına əlavə edilmişdir.

22. "xxxx" ASC-nin Texniki Pasportu iş materiallarına əlavə edilmişdir.

23. "xxxx" MMC mülkiyyətində olan Bakı şəhəri, Ə.Nəvai küçəsi 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin Texniki Pasport iş materiallarına əlavə edilmişdir.

Tərəflərin izahatları :

24. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Kiçik Müəssisəsinin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, mənəvi zərər psixoloji sarsıntı əllə tutulan, gözlə görünən şey deyil. Onların mülkiyyətləri var və qeydiyyata alınmışdır. 1998-ci ildə bununla bağlı şəhadətnamə verilmişdir. Həm Cavabdeh1, Cavabdeh2 həm də "xxxx" MMC aldıqdan sonra onların həmin əmlakın mülkiyyətçisi olduqlarını bilmişlər. Onlar dəfələrlə barışıq əldə edəcəklərini bildirmişlər. Ama çox təəssüflər olsun ki, razılığa gəlinməmişdir. Həmin ərazinin yerləşdiyi yer Cavabdeh2 və Cavabdeh1 satmış olduğu əmlakın 1-ci mərtəbəsinin qonşu hissəsi idi. Onlar iddia tələbinin həcmini artırmağa zərurət görməmişlər və 2018-ci ildə qoyduqları məbləği müdafiə edirlər. Əldən çıxmış faydanın əsaslandırılması ondan ibarətdir ki, həmin dövrdə 74 min manat məbləğində məsələ qoyulmuşdu. Hal-hazırda da əldən çıxmış fayda davam edir.

25. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, torpaq onlar tərəfindən özəlləşdirilmiş və satılmışdır. İddiaçı tərəf qeyd edir k, Cavabdeh1 və Seyidov Orxan onları aldatmış, lakin onları aldatması barədə sübut təqdim edə bilmirlər. Onlar çıxarışa əsasən onların mülkiyyətində olan əmlakı satmış və həmin əmlakın dəyərini almışlar.

26. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil4 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı tərəfin iddia tələbi haqlı olsa da, onlara aid olan hissədə qəbul etmirlər. Belə ki, iddiaçı tərəf əmlakından məhrum olmuş, hüquqları pozulmuş, amma onlar tərəfindən deyil. "xxxx" MMC vicdanlı alıcıdır. Cavabdeh1 və Cavabdeh2 bildirməmişdir ki, həmin sahədə "xxxx" KM-nə məxsus ərazi var. Alqı-satqı edən zaman Cavabdeh2 və Cavabdeh1 də bilirdi ki, burada "xxxx" KM-nə məxsus ərazi var. Keçən iclasda mütəxəssislər də dedilər ki, təkcə “HN Tandemə” verilən texniki pasportda yox, "xxxx" ASC-nin də texniki pasportunda göstərilmişdir. "xxxx" ASC-nin çıxarışında da bu yer qonşu sahə kimi göstərilmiş, amma kimə məxsus olduğu göstərilməmişdir. Bilsə idilər ki, burada başqasının əmlakı var onlar araşdırma aparıb, satıcını tapıb, alqı-satqı edərdilər. Ya da həmin sahəni ümumiyyətlə almazdılar. İddiaçı tərəfin tikili sökülməzdən öncə və ya sonra onlara həmin əmlakda onlara məxsus sahə olması barədə müraciət etməsinə dair sübutu yoxdur. Plenum Qərarda da göstərilir ki, söküntü nəticəsində "xxxx" Kiçik Müəssisəsinə dəymiş maddi-mənəvi zərər ödənilməlidir. “Ərgünəş" Kiçik Müəssisəsinin iddiası onlara qarşı yox, digər cavabdehlərə qarşı əsaslıdır. “Ərgünəş" Kiçik Müəssisəsi əmlakından məhrum olunmuşdur. Amma bu onlar tərəfindən ödənilməli deyil. Cavabdeh2la Cavabdeh1 torpağı özəlləşdirib satmışlar və 2013-cü ildə çıxarış almışlar. Əmlak kompleksini alan kimi dərhal sökməmişlər. 2013-cü ilin yay aylarında söküntü işləri aparmışlar.

27. Məhkəmə iclasında iştirak edən (xx.xx.2025- ci il tarixdə) mütəxəssis X19 izahatında bildirmişdir ki, qeyri-yaşayış sahəsi olduğundan bu torpağı özəlləşdirmək mümkün deyil. Təqdim edilən sənədlərdən görünür ki, həmin sahənin ayrıca girişi vardır

28. Məhkəmə iclasında iştirak edən (xx.xx.2025-ci il tarixdə) mütəxəssis X12 izahatında bildirmişdir ki, qeyri-yaşayış sahəsinin altındakı torpaq sahəsi yox, əmlakın özü iddiaçının mülkiyyətində olmuşdur. Əmlak torpaq sahəsinin içindədir, lakin başqa şəxsə məxsusdur. 30.5 kv metr sahə qeyri-yaşayış sahəsi kimi "xxxx" Kiçik Müəssisəsinin istifadəsində qalmışdır. Həmin iş materiallarında olan texniki pasporta əsasən cavabdehlər bilməliydilər ki, həmin ərazidə başqa sahə var və həmin sahə başqa şəxsə aiddir.

İşin faktiki halı :

29. “ünvan 18 ünvanında yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 30.5 kv.m qeyri-yaşayış sahəsini iddiaçı “Ərgünəş" Kiçik Müəssisəsi özəlləşdirərək, xx.xx.1998ci il tarixində mülkiyyət şəhadətnaməsi almışdır.

30. "xxxx" ASC-yə məxsus 4.5 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 14644.5 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 və Cavabdeh2 tərəfindən 2009-cu il tarixində özəlləşdirilmiş, xx.xx.2012-ci il tarixində isə həmin əmlak üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır.

31. Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikinti altı sahəsi 13954.4 kv.m, ümumi sahəsi 146644.5 kv.m olan əmlak kompleksi kimi müəssisə və mülkiyyətdə olan 4.5414 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixində "xxxx" MMC-yə satılmışdır.

32. Sözügedən əmlak kompleksi və torpaq sahəsi üzərində "xxxx" MMC-nin xüsusi mülkiyyət hüququ xx.xx.2013-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçmişdir.

33. "xxxx" MMC xx.xx.2014-cü il tarixində "xxxx" MMC-yə qoşulmuşdur. Qoulma nəticəsində Cavabdeh3 MMC yenidən təşkil edilmiş və "xxxx" MMC-nin hüquqi varisidir.

34. 2013-cü ilin yay aylarında ünvan 10 ünvanda 4.5414 ha torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi kimi müəssisə sökülmüşdür.

35. Həmin torpaq sahəsi üzərində xx.xx.2014-cü il tarixində "xxxx" MMC-nin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçmişdir.

36. İddiaçı “Ərgünəş" Kiçik Müəssisəsi mülkiyyətində olan əmlakın qanunsuz sökülməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, Nizami RPİ İŞ tərəfindən xx.xx.2016-cı il tarixdə Cavabdeh3 MMC tərəfindən özgənin əmlakının qəsdən məhv edilməsi halına yol verilmədiyi, toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır.

37. İddiaçı “Ərgünəş" Kiçik Müəssisəsi cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın ləğv edilməsi, mülkiyyət hüququndan məhrum edilməklə qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin zərərin, əldən çıxmış faydanın əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 161/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

38. Həmin Qətnamədən iddiaçı “Ərgünəş" Kiçik Müəssisəsi apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1071/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-161/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 2(102)- 4901/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərara əsasən iddiaçı “Ərgünəş" Kiçik Müəssisəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2(103)-1071/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır.

40. Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi əmlak kompleksinin daşınmaz əmlakın dövlət reysetrində cavabdehlərin adına qeydə alınmasının əsası (özəlləşdirmə, mülki hüquqi əqd vəs.) mübahisələndirilmədən və etibarsız sayılmadan cavabdehlərə verilmiş çıxarışların ləğv edilməsi tələbi əsaslı sayıla və təmin edilə bilməz. Bundan əlavə, cavabdehlərin iddiaçı qarşısında maddi zərərə görə məsuliyyət daşımaları üçün onların ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliklərinin olması sübuta yetirilməlidir. Mübahisəli daşınmaz əşyanı əldə etmiş cavabdehlərin iddiaçı qarşısında belə öhdəliklərnin olmasına dair sübutlar təqdim edilməmişdir.

41. İddiaçı "xxxx" Kiçik Müəssisəsi Bakı İnzibati Məhkəməsində cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia qaldıraraq “Azərenerjitikintiquraşdırma” Dövlət Şirkətinin X28nun bazasında "xxxx" ASC yaradılmasına dair 2006-cı il 23 oktyabr tarixli 254 saylı sərəncamının iddiaçının mülkiyyətində olan 30.5 kv.m qeyri-yaşayış sahəsinin "xxxx" ASC-nin mülkiyyətinə verilməsinə dair hissədə etibarsız hesab edilməsini xahiş etmişdir.

42. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1026/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə əmlakın yerləşdiyi yer və ya əmlakın özəlləşdirməyə daxil olmadığı müəyyən edildiyindən iddia tələbi mümkün sayılmamışdır.

43. Bakı İnzibati Məhkəməsində icraat zamanı mütəxəssis rəyi alınmış və müəyyən edilmişdir ki, "xxxx" Kiçik Müəssisəsinə məxsus qeyri-yaşayış sahəsinə aid texniki pasporta əsasən 30.5 kv.m sahə həmin ünvanda yerləşən "xxxx" ASC-yə verilmiş texniki pasportdakı 2 mərtəbəli “A” literli tikilinin 1-ci mərtəbəsinin bir hissəsi olmuşdur. "xxxx" ASC-yə verilmiş texniki pasportda qonşu sahə kimi göstərilməklə həmin 30.5 kv.m sahə öz əksini tapmamışdır.

44. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hüquqi marağına uyğun mülki qaydada ona məxsus olmuş əmlakın faktiki olaraq söküntüsünü həyata keçirən şəxsə qarşı iddia qaldırmaq əvəzinə, özəlləşdirməni mübahisələndirmişdir ki, cavabdehin özəlləşdirmə ilə bağlı iddiaçının qanunla qorunan hüquqlarına hər hansı müdaxilə mövcud olmamışdır.

45. Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı Cavabdeh3 MMC tərəfindən mübahisələndirilməmişdir.

46. İddiaçı "xxxx" Kiçik Müəssisəsi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə tərkibinin 13(102)-99/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadına əsasən yeni açılmış hallar üzrə ərizə ilə müraciət edilməsi üçün buraxılmış müddət bərpa edilmiş və iş üzrə qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-161/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1071/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4901/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün iddiaçı “Ərgünəş" Kiçik Müəssisəsinin ərizəsi mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumuna göndərilmişdir.

47. Azərbaycan respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-2/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadına əsasən iddiaçı “Ərgünəş" Kiçik Müəssisəsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi qismən təmin edilmiş, iş üzrə qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-161/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1071/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4901/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı qismən, əmlakın sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərər tələblərinin rədd edilməsi hissəsində ləğv edilərək mülki iş həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir.

Məhkəmə baxışının hədləri:

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

50. Azərbaycan Respublikasının Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır; 29.1. hər kəsin mülkiyyət hüququ vardır; 29.2. mülkiyyət hüququ qanunla qorunur. 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4 heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 152.1. mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Məhkəmənin mövqeyi :

52. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

53. Məhkəmə ilk növbədə qeyd edir ki, Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 aprel 2025-ci il tarixli, 13(102)-2/2025 saylı Qərardadına əsasən əmlakın sökülməsi nəticəsində iddiaçı "xxxx" Kiçik Müəssisəsinə dəymiş maddi və mənəvi zərərin ödənilməsi hissəsində araşdırma aparmışdır.

54. İddiaçı "xxxx" Kiçik Müəssisəsi əmlakın sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 MMC-dən tutulmasını tələb etmişdir.

55. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbini cavabdehlərin əmlak kompleksində iddiaçıya məxsus qeyri-yaşayış sahəsi olması barədə məlumatl olmalarına baxmayaraq onlara məxsus olan əmlakı satmaları, həmin qeyri-yaşayış sahəsində onların fəaliyyət göstərməsinə maneə olmaları ilə, Cavabdeh3 MMC-yə qarşı iddia tələbini cavabdeh tərəfindən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi, cavabdehə həmin əmlak kompleksində onlara məxsus əmlak olması barədə məlumat verilməsinə baxmayaraq əmlakın sökülməsi ilə əsaslandırılmışdır.

56. İddiaçı tərəfindən irəli sürülmüş maddi və mənəvi zərərin tutulması tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir :

1. Real zərərin tutulması;

2. əldən çıxmış faydanın tutulması;

3. mənəvi zərəin tutulması.

İddia tələbinin “real zərərin tutulması” hissəsi :

57. İddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin “real zərərin tutulması hissəsi” əmlakın hər kvadrat metri üçün 4000 manat olmaqla, ümumilikdə 122000 manat məbləğində pul vəsaitinin və ya zərərin əvəzi naturada ödənilməklə eyni növlü əmlakın verilməsi öhdəliyinin qoyulmasından ibarətdir.

58. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

59. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

60. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin mülkiyyətində olan 30.5 kv.m qeyri-yaşayış sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən özəlləşdirilən və "xxxx" MMC-yə (hal-hazırda hüquqi varisi Cavabdeh3 MMC) satılan qeyri-yaşayış sahəsinin texniki pasportunda “A” literli 2 mərtəbəli qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində qonşu sahə kimi göstərilmiş və Cavabdeh3 MMC tərəfindən sökülmüşdür.

61. İşin müəyyən edilmiş hallarına əsasən məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

62. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

64. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

65. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

66. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçıya məxsus olan əmlakın sökülməsi nəticəsində iddiaçıya zərər dəyməsi, zərərin miqdarı, əmlakın Cavabdeh3 MMC tərəfindən sökülməsi işin mübahisəsiz halını təşkil edir.

67. İşin mübahisəli halını isə iddiaçıya dəymiş zərərə görə təqsirli olan şəxsin, əmlakın sökülməsinin Cavabdeh3 MMC-nin təqsirli hərəkətlərinin nəticəsi olub-olmamasının müəyyən edilməsi təşkil edir.

68. Məhkəmə qeyd edir ki, mübahisə obyekti olan qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olması və onun iradəsinə zidd olaraq sökülərək onun mülkiyyət hüququna müdaxilə edilməsi işin mübahisəsiz halı olduğundan iddiaçıya əmlakdan məhrum olması nəticəsində zərər dəyməsi şübhəsizdir.

69. Zərərin miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən dəymiş zərərin əvəzi qismində 122000 manat məbləğində pul tələbi irəli sürülmüş və dəymiş zərərin miqdarı ilə bağlı məhkəməyə mütəxəssis rəyi təqdim etmişdir.

70. “X15” MMC tərəfindən təqdim edilən 224/18 saylı, xx.xx.2018-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Nizami rayonu, Ə.Nəvai küçəsi 1 ünvanında yerləşən (hazırda sökülmüş) 30.5 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin 2014-cü il tarixə olan orta bazar qiyməti 130000 manat və hazırki dövrə (rəyin verildiyi xx.xx.2018-ci il) olan orta bazar qiyməti 122000 manat təşkil etdiyi müəyyən edilmişdir.

71. Məhkəmə tərəfindən mülki işin baxılma müddəti (2018-ci ildə iddia ərizəsinin verilməsi) nəzərə alınaraq tərəflər ilə dəymiş zərərin miqdarının müəyyən edilməsi üçün yenidən qiymətləndirmə keçirilməsi məsələsi müzakirə edilmiş (xx.xx.2025-ci il tarixli iclas) iddiaçının vəkil və nümayəndəsi və Cavabdeh3 MMC-nin vəkil və nümayəndəsi qiymətləndirmənin keçirilməsinə etiraz etmişlər.

72. İddiaçının vəkil və nümayəndəsi iddia tələbinin həcmini artırmaq istəmədiklərini, dəymiş zərərin iddia ərizəsinin verildiyi dövrə olan dəyərlə tutulmasını istədiklərini, Cavabdeh3 MMC-nin vəkil və nümayəndəsi heç bir tərəfin qiyməti mübahisələndirmədiyini bildirmişdir.

73. Dəymiş zərərin miqdarı ilə bağlı irəli sürülən 122000 manat tələb Cavabdeh3 MMC tərəfindən mübahisələndirilmədiyi üçün məhkəmə tərəfindən yenidən qiymətləndirmə aparılmamışdır.

74. Məhkəmə qeyd edir ki, iddiaçıya mülkiyyətində olan əmlakdan məhrum olması nəticəsində zərər dəyməsi və zərərin miqdarı işin mübahisəsiz halı olduğundan, məhkəmə tərəfindən işin mübahisəli halını təşkil edən dəymiş zərərə görə kimin məsuliyyət daşımalı olması məsələsinə hüquqi qiymət verilməlidir.

75. Cavabdeh3 MMC-nin vəkil və nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı iddia tələbində haqlı olsa da, onun əmlakından məhrum olması nəticəsində hüquqlarının pozulması işin mübahisəsiz halı olsa da, iddia tələbinə cavab verməli olan şəxs onlar deyillər. Bildirmişdir ki, iddia tələbinə cavab verməli olan şəxs cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir.

76. Belə ki, cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 tərəfindən əmlak kompleksi və torpaq sahəsi onlara satılan zaman həmin əmlakda iddiaçıya məxsus qeyriyaşayış sahəsi olması barədə məlumat verilməmiş, onlardan gizlədilmişdir. Bu səbəbdən əmlak kompleksi onlar tərəfindən sökülən zaman iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi onlar tərəfindən sökülmüşdür. Bildirmişdir ki, onlar çıxarışa əsasən cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 mülkiyyətində olan əmlak kompleksi və torpaq sahəsinin dəyərini ödəyərək çıxarışda olan əmlakı satın almışlar. İddiaçı “Ərgünəş" Kiçik Müəssisəsinin mülkiyyətində olan əmlaka görə onlar tərəfindən ödəniş edilməmişdir.

77. Məhkəmə Cavabdeh3 MMC-nin vəkil və nümayəndəsinin iddia tələbinə cavab verməli olan şəxslərin cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti olması ilə bağlı bildirdiklərinə münasibətdə aşağıdakıları qeyd edir.

78. İlk növbədə, işin faktiki halı odur ki, iddiaçıya dəymiş ziyana görə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məsuliyyət daşımaması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır.

79. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1026/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, cavabdehin özəlləşdirmə ilə bağlı iddiaçının qanunla qorunan hüquqlarına hər hansı müdaxiləsi mövcud olmamışdır. Qeyd edilən Qərardad Cavabdeh3 MMC tərəfindən mübahisələndirilməmişdir.

80. İddiaçı “Ərgünəş" Kiçik Müəssisəsinə dəymiş ziyana görə cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 məsuliyyəti isə Cavabdeh3 MMC-nin vəkil və nümayəndəsinin öz izahatı ilə istisna edilir.

81. Belə ki, o izahatında bildirmişdir ki, əmlak kompleksi və torpaq sahəsinin alqısatqısı zamanı cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 həmin əmlakda iddiaçıya məxsus qeyri-yaşayış sahəsi olması barədə məlumat verməmişlər, iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinə görə onlar tərəfindən cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 ödəniş edilməmişdir.

82. Belə olan halda sual yaranır ki, cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 tərəfindən iddiaçının mülkiyyətində olan əmlaka görə ödəniş əldə edilməmişdirsə, yəni faydalanmamışdırsa, həmçinin həmin əmlak onlar tərəfindən sökülməmişdirsə, bu zaman onlar hansı əsasla iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşımalıdırlar.

83. Sadəcə gizlədilmə faktı, hansıki sübuta yetirilməmiş, iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi üçün cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 dəymiş ziyanın əvəzinin tutulması üçün əsas ola bilməz.

84. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, iddiaçıya məxsus olan 30.5 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" ASC və cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 texniki pasportunda “A” literli tikilinin birinci mərtəbəsinin bir hissəsi olmuş, texniki pasporta “qonşu” sahə kimi göstərilmişdir. Yəni alqı-satqı müqaviləsi bağlanılan zaman Cavabdeh3 MMC tərəfindən texniki pasport ilə tanış olan zaman həmin sahəni görməmək mümkün deyildir.

85. Məhkəmə tərəfindən texniki pasportdakı “A” literli tikilinin birinci mərtəbəsi ilə ikinci mərtəbəsi tədqiq edilməsi nəticəsində iddiaçıya məxsus olan və pasportda qonşu sahə kimi göstərilən əmlakın mövcudluğu barədə cavabdehin məlumatlı olmaması ağlabatan hesab edilməmişdir. Belə ki, pasporta “A” literli tikilinin birinci mərtəbəsində qonşu sahə kimi göstərilən və Cavabdeh3 MMC-nin mülkiyyətinə verilmiş sahəyə daxil edilməmiş iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin üzərində, ikinci mərtəbədə tikili mövcuddur.

86. Məhkəmə tərəfindən məhkəmə iclasında mütəxəssislərin iştirakı ilə texniki pasport tədqiq edilən zaman mütəxəssislərə Cavabdeh3 MMC-nin həmin hissədə iddiaçıya məxsus olan sahənin onların mülkiyyətinə verilmiş əmlaka daxil olmamasını bilməmələrinin mümkünlüyü ilə bağlı sual verilmiş, mütəxəssis bildirmişdir ki, iş materiallarında olan texniki pasporta əsasən cavabdehlər bilməli idilər ki, həmin ərazidə başqa sahə var və həmin sahə başqa şəxsə məxsusdur.

87. Həmçinin Məhkəmənin iş üzrə təyin etdiyi ilk hazırlıq iclasında (xx.xx.2025-ci il tarixli) Cavabdeh3 MMC-nin vəkil və nümayəndəsi izahatında bildirmişdir ki, əmlak kompleksi sökülməmişdən öncə əmlak ilə bağlı mübahisə olduqlarını bildiklərini, lakin cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 tərəfindən qarantiya verildiyi üçün ki “Sizin əmlakdır sökün, biz həll edəcəyik”, əmlak kompleksini cavabdehlərin iştirakı ilə sökmüşlər. Növbəti məhkəmə iclasında (xx.xx.2025) isə verdiyi izahatı dəyişdirərək bidirmişdir ki, keçən məhkəmə iclasında səhvə yol vermişdir, onlar tərəfindən söküntü işləri aparıldıqdan sonra onlarda məlumat olmuşdur ki, əmlak ilə bağlı mübahisə var. Qeyd etmişdir ki, söküntü işləri 2013-cü ilin mart-aprel aylarında aparılmış, iddiaçı tərəf isə 2013cü ilin iyun ayında onlara müraciət etmişdir. Məhkəmə baxış iclasında izahatında isə bildirmişdir ki, söküntü işləri 2013-cü ilin yay aylarında aparılmışdır.

88. Məhkəmə tərəfindən cavabdehin vəkil və nümayəndəsinin izahatını dəyişdirməsi məsuliyyətdən yayınmaq üçün edilmiş hərəkət olaraq qiymətləndirilmişdir.

89. Beləliklə, müəyyən edilmişdir ki, Cavabdeh3 MMC tərəfindən söküntü işləri aparılarakən iddiaçının həmin əmlaka tələbi olduğu, yəni mübahisə olduğu barədə məlumatı olmuş, lakin mübahisə olduğunu bilə-bilə əmlak kompleksini, o cümlədən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini sökmüşdür.

90. Məhkəmə qeyd edir ki, Cavabdeh3 MMC tərəfindən iddiaçının mülkiyyətinə edilmiş müdaxilə qanunsuz olub, onun təqsirli hərəkətlərinin nəticəsi kimi qiymətləndirilməlidir. Yəni iddiaçının mülkiyyətində olan əmlakdan məhrum olması Cavabdeh3 MMC-nin təqsirli hərəkətlərinin nəticəsi olduğundan iddiaçıya dəymiş ziyanın əvəzi Cavabdeh3 MMC tərəfindən ödənilməli, digər cavabdehlərə münasibətdə isə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

91. İddia tələbinin “zərərin əvəzini naturada ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının vəkil və nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəymiş ziyanın əvəzi olaraq 122000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulması hissəsini müdafiə etdiyi üçün iddia tələbinin hazırki hissəsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmamışdır.

92. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı “Ərgünəş" Kiçik Müəssisəsi fərdi ailə müəssisəsi olub, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qanunsuz sökülməsi nəticəsində ailənin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi, ailənin gəlir mənbəyi olan qeyri-yaşayış sahəsindən məhrum olması nəticəsində fərdi ailə müəssisəsinin sahibinə və ailə üzvlərinə mənəvi zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir.

93. Mənəvi zərərin məbləği ilə bağlı məhkəmə işin bütün faktiki hallarını nəzərə alaraq Cavabdeh3 MMC-dən iddiaçının xeyrinə 10000 manat məbləğində pul vəsaitinin tutulmasını ağlabatan hesab edir.

İddia tələbinin “əldən çıxmış faydanın ödənilməsi” hissəsi:

94. İddiaçı tərəfindən iddia tələbinin hazırki hissəsini Cavabdeh3 MMC tərəfindən qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı dəyərində əldə edəcəyi gəlirdən məhrum olması ilə əsaslandırılmışdır.

95. İddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, Cavabdeh3 MMC iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə etməsinə maneçilik törətməsi nəticəsində 2013-cü ilin yanvar ayından 2019-cu ilin mart ayınadək əldə edə biləcəyi gəlirdən məhrum etmiş, nəticədə ona 74000 manat məbləğində zərər dəymişdir. Bildirmişdir ki, həmin ərazidə qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı təqribi olaraq 1000 manat təşkil edir.

96. Əvvəla məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı verilib. Həmin normada göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu barpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

97. Göründüyü kimi, sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər.

98. Əldən çıxmış fayda dedikdə-hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Adi mülki dövriyyə şəraiti dedikdə isə öncədən görülməsi mümkün olmayan halların və qarşısıalınmaz qüvvənin təsir etmədiyi bazarın tipik fəaliyyət şəraiti nəzərdə tutulur.

99. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələcə biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərəri) ifadə edir. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır.

100. Yəni iddiaçı tərəfindən onun əmlakdan məhrum olmasa idi, onun mütləq qaydada gəlir əldə etmə imkanına malik olması sübuta yetirilməlidir. Onun gəlir əldə etmə imkanı ehtimallara əsaslanmamalıdır.

101. Lakin iddiaçı tərəfindən iddia ərizəsinin əsaslandırılmasından aydın olur ki, mülkiyyətində olan əmlak Cavabdeh3 MMC-yə satılmamışdan öncə öz fəaliyyətini dayandırmışdır.

102. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı 2005-2099-cu illərdə əsasən məşğul olduğu tipoqrafiya fəaliyyətini dayandırmış və bu müddət ərzində onlar özlərinə məxsus olan ərazidə mağaza açaraq fəaliyyət göstərmək istəmişlər. Lakin cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 tərəfindən onların fəaliyyət göstərməsinə maneçilik törədilmişdir.

103. Göründüyü kimi iddiaçının mülkiyyətində olan əmlak Cavabdeh3 MMC tərəfindən sökülməmişdən öncə o, fəaliyyətini dayandırmış, yəni faktiki olaraq gəlir əldə etməmişdir.

104. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 tərəfindən maneçilik törədilməsi nəticəsində fəaliyyət göstərə bilmədiyini bildirsə də, qeyd edilən hala dair məhkəməyə sübut təqdim edilməmişdir. Ümumiyyətlə onlar tərəfindən törədilən maneə, bu maneə ilə əlaqədər iddiaçı tərəfindən hüquq mühafizə orqanlarına edilmiş müraciət barəsindəki, 2005-2009-cu illərdə iddiaçının fəaliyyət göstərməsinə maneçilik törədilmişdir. Həmçinin iddiaçı həmin illərdə mağaza açmaq istədiyini bildirsə də, iş materiallarında onun qeyd edilən istiqamətdə həyata keçirdiyi hazırlıq işlərinə dair məhkəməyə sübut təqdim edilməmişdir. O cümlədən iddiaçı tərəfindən həmin ərazidə olan qeyri-yaşayış sahəsinin aylıq icarə haqqının 1000 manat təşkil etməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir.

105. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən əmlakından məhrum edilməsi nəticəsində ona əldən çıxmış fayda şəklində zərər dəydiyini iddia etdiyindən, o ilk öncə zərərin mövcudluğunu sübuta yetirməlidir. Zərərin mövcudluğu isə ehtimallarla deyil, konkret sübutlarla (mağaza açaraq müvafiq fəaliyyət göstərməyə hazırlıq işləri görməsinə dair sübutlar, icarəyə vermək üçün hazırlıq işləri görməsinə dair sübutlar, fəaliyyət göstərdiyi dövrdə əldə etdiyi gəlir vəs.) təsdiq edilməlidir.

106. Beləliklə, iddiaçı cavabdehlər Cavabdeh2 Firovsi oğlu və Cavabdeh1 tərəfindən əmlakdan istifadə etməyə maneçilik törədilməsi, Cavabdeh3 MMC tərəfindən əmlakın sökülməsi nəticəsində qeyd edilən müddət ərzində müvafiq əmlakla bağlı iddia tələbində göstərilən məbləğdə gəlir əldə edə biləcəyini, lakin həmin gəlirlərdən məhrum olmasını və s. sübut edə bilməmişdir. İddiaçı iddia tələbini yalnız ümumi sözlərlə və ehtimallarla əsaslandırmağa çalışmışdır. Belə olan halda isə, iddia qeyd edilən hissədə əsassız olmaqla, işdə olan sübutlarla təsdiq olunmur.

Nəticə :

107. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməməli, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin xeyrinə cavabdeh "xxxx" MMC-dən dəymiş maddi zərərə görə 122.000 manat və mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

108. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən iddiaçı "xxxx" Kiçik Müəssisəsinin xeyrinə dəymiş maddi zərərə görə 122.000 manat və mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar