Məhkəmə qərarları › İş №2(007)-3015/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3015/2025

04.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3015/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə, Maraqlı şəxs1nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə, Maraqlı şəxs1nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” haqqında ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron ravon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamının, Maraqlı şəxs1 21 may 2023-cü il tarixli 28 saylı əmrindən çıxarışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs2 başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Ərizəçi Xalqıverdi oğluna fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılaraq verilmişdir. Torpaq sahəsinin sənədləşmə - özəlləşdirmə işlərinin aparılması üçün inzibati orqana müraciət etdikləri zaman onlara məlum olmuşdur ki, sözügedən torpaq sahəsini ayrılması barədə Maraqlı şəxs2 başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı və Maraqlı şəxs1 21 may 2003-cü il tarixli 28 saylı əmrində onun soyadı yalnışlıqla “Alıyev” əvəzinə "Əliyev” kimi qeyd edilmişdir. Buna səbəb köhnə sənədlərin kiril qrafikası ilə yazılması olmuşdur. Ərizəçi Maraqlı şəxs1 İctimai-siyasi sənədlər arxivinə müraciət edərək, Maraqlı şəxs2 başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə ona ayrılmış 0,10 ha torpaq sahəsinin arxiv sənədinin təqdim edilməsini xahiş etmişdir. Belə ki, sözügedən sənəd özəlləşdirmə işləri üçün tələb olunan sənədlərdəndir. Maraqlı şəxs1 İctimai-siyasi sənədlər arxivi 12 iyul 2025-ci il tarixli məktubu ilə cavab olaraq bildirilmişdir ki, 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 3-1195 saylı kodla X6 adına 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Lakin təqdim edilnıiş sənədlərdə - Maraqlı şəxs1 Kənd Təsərrüfatı Müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsinin verilməsi haqqında əmrindən çıxarışda X9, şəxsiyyət vəsiqəsində Ərizəçi, arxivdə isə X9 qeyd olunduğundan sözügedən sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün müvafiq məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Onun bütün sənədlərdə soyadı "Alıyev” kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnamə, hərbi biletin surəti, şəxsiyyət vəsiqəsini surəti və ali təhsil haqqında diplomun surətləri ərizəyə əlavə edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, ərizəçi Buzovna qəsəbəsində tərəvəzçilik və südçülük sovxozunda fəhlə kimi işlədiyinə görə ona fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılaraq verilmişdir. Onlara sənədləri verən Maraqlı şəxs2 və Maraqlı şəxs1dir. Bakı şəhəri, Xəzər rayonunda bəzi hissələr Maraqlı şəxs2 balansındadır. Birinci sənəd toplamaq üçün müraciət ediblər ki, arxivdən sənədlər çıxarılsın. Sənədlərdə baxılan zaman görünmüşdür ki, şəxsin soyadı “Alıyev” yerinə “Əliyev” deyə kiril qrafikalı əlifba ilə yazılmışdır. Ərizəçinin bütün sənədlərində onun soyadı “Alıyev” kimi qeyd edilmişdir. Ancaq həmin çıxarışda onun soyadı səhv yazılmışdır. Hazırda problem şəxsin soyadının yalnış qeyd edilməsindədir, qalan hər şey qaydasındadır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. - Vİİ ЖГ seriyalı 286164 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə doğulmuşdur. X1, anası X7r. - AO ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Azərbaycan Respublikası Ali Təhsil haqqında diplomun surətindən görünür ki, Ərizəçi Odlar Yurdu Universitetinin hüquqşünaslıq ixtisasını bitirmişdir. - Maraqlı şəxs2 üzrə 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamdan çıxarışdan görünür ki, Maraqlı şəxs2 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərinə verilməsi üçün hər ailəyə 0,10 ha hesabı ilə həyətyanı torpaq sahəsi aldıqları nəzərə alınsın. X2 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi şurasının və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxozun xx.xx.1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınsın. Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. - Maraqlı şəxs2 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamının arxiv çıxarışından görünür ki, Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan Buzovna qəsəbəsində yerləşən Abşeron rayonunda uçota alınmış tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar sovxozun öz vəsaiti hesabına işçiləri mənzillə təmin etməyə imkanınını olmamasını uzun illər təsərrüfatda işləyən və yaşayan vətəndaşlara həyətyanı torpaq sahəsi ayrılması barədə Respublika Prezidentinin İşlər müdiri A.Muradverdiyevin 05 yanvar 1999-cu il tarixli 22/6 saylı məktubu nəzərə alınsın. Bu məqsəd üçün Maştağa-Buzovna yolunun şimalından BAİB-nə gedən asfaltın qərbindən BAİB-nin yaşayış evinin cənubundan hər ailə üçün 0,10 ha hesabı ilə 50 ailəyə 5.0 ha həyətyanı torpaq fondu ayrılsın. Həmin torpaq Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan tərəvəzçilik-südçülük sovxozunun əmri ilə torpaq qanunvericiliyi rəhbər tutulmaqla növbəlik əsasında verilsin. Torpaq sahəsi paylanmamışdan əvvəl sifarişçi tərəfindən sahənin baş planı tərtib etdirilsin, torpaqlar baş plana uyğun verilsin. - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfat müəssisəsinin 21 may 2023-cü il tarixli 28 saylı Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında əmrindən çıxarışından görünür ki, Maraqlı şəxs2 Başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X8 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X3 Təşkilatı Komitəsinin xx.xx.2003-cü il tarixli 02 saylı Protokolundan çıxarışından görünür ki, siyahıda qeyd olunan X8 0,10 ha hesabı ilə fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Maraqlı şəxs2 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 başçısının 096 nömrəli, 15 aprel 1996-cı ıl tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin nəzdində olan Buzovna qəsəbəsində yerləşən, Abşeron rayonunda uçotu alınmış tərəvəzçilik-südçüiük sovxozunun fəhlə və mütəxəssislərinə həyətyanı torpaq sahəsi ayrılması məqsədilə 5.0 ha torpaq sahəsi İşlər İdarəsinə ayrılmışdır. Sərəncamın 2-ci bəndində qeyd olunan tələblərə müvafiq olaraq torpaq sahəsi Respublika Prezidenti İşlər İdarəsinin nəzdində olan tərəvəzçilik-südçüiük sovxozunun direktorunun əmri ilə növbəlik əsasında verilmişdir. Müraciətin təmin olunması rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. - Maraqlı şəxs1 X4 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Maraqlı şəxs1 Kənd Təsərrüfatı Müəssisəsinin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plancizgınin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respubiikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 3-1195 saylı koda X6 adına 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim edilən sənədlərdə - Maraqlı şəxs1 Kənd Təsərrüfatı Müəssisəsinin vətəndaşlara həyətyanı torpaq sahəsinin verilməsi haqqında əmrdən çıxarışda X9, şəxsiyyət vəsiqəsində Ərizəçi, arxivdə isə X9 qeyd olunduğundan sözügedən sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün müvafiq məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçi tərəfin izahatını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2-ci, 307.2.5ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs2 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfat Müəssisəsinin 21 may 2023-cü il tarixli 28 saylı Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında əmri əsasında X8 mənzil tikintisi üçün 0,10 hektar torpaq sahəsi verilmişdir. Doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, diplom və hərbi biletindən görünür ki, ərizəçinin soyadı “Alıyev” kimi qeyd edilmişdir. Bununla əlaqədar ərizəçi onun adına olan torpaq sahəsi üzrə müvafiq sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenimunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə də ərizə təmin edilməli, fərdi yaşayış evi tikmək üçün 0,10 hektar torpaq sahəsinin ayrılmasına dair Maraqlı şəxs2 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamının və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfat Müəssisəsinin 21 may 2023-cü il tarixli 28 saylı Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında əmrindən çıxarışının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Fərdi yaşayış evi tikmək üçün 0,10 hektar torpaq sahəsinin ayrılmasına dair Maraqlı şəxs2 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamının və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfat Müəssisəsinin 21 may 2023-cü il tarixli 28 saylı Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında əmrindən çıxarışının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar