Məhkəmə qərarları › İş №2(007)-3032/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3032/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3032/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi qızının, Ərizəçinin vəkili X2 iştirakı ilə, Ərizəçi qızının Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi qızı Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq onun - Ərizəçi qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1990-cı ildən hazırkı dövrədək Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, O, Ərizəçi xx.xx.1954-cü ildə Gürcüstan Respublikasının, Dmanisi rayonunun, İrqançay kəndində anadan olmuşdur. Atası Həsənov Vəkil Kərim oğlu və anası X10 milliyətcə azərbaycanlıdırlar. xx.xx.1942-ci il təvəllüdlü, milliyyətcə azərbaycanlı olan X5 ilə 1975-ci ildə nikaha daxil olmuş və onların birgə nikahdan 4 övladları olmuşdur. Gürcüstan Respublikasının vətəndaşı olaraq 1990-cı ilə kimi Gürcüstanda yaşamışlar və 1990-cı ildə SSRİ dövründə daimi yaşamağa Azərbaycan Respublikasına gəlmişlər. 1990-cı ildən etibarən Azərbaycan Respublikasında yaşayır. Ailə üzvləri ilə oğlu X1 mülkiyyətində olan (əvvəllər əri Bahadurun mülkiyyətində olmuş) Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, ev 76, mənzil 40-da oğlu X6, qızı X3 və nəvələri ilə birlikdə yaşayır. Həmin ünvanda əri X5, qızı X4 da onunla birlikdə yaşamışdırlar. Qızı Samirə ailə qurub köçərək Bakı şəhərində ər evində yaşayır. Əri Bahadur isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Əri Bahadur, oğlu və qızları, qardaşları Həsənov Kərim Vəkil oğlu, Həsənov Şakir Vəkil oğlu, qızı Samirənin əri X8 və onların uşaqları Samir, Günel, qızı Elmiranın əri X13 və onların uşaqları Oruc, Pərvanə Azərbaycan Respublikasının vətəndaşlarıdır. Nəvələri Azərbaycanda doğulub və Azərbaycanda təhsil alıb yaşayırlar. Milliyyəti azərbaycanlıdır. Başqa ölkənin vətəndaşı deyildir. 32 ildir ki, Azərbaycanda çoxsaylı ailə üzvləri ilə birlikdə yaşayır. Əhalinin kasıb təbəqəsindəndir. Hələ də Azərbaycan vətəndaşlığını əldə edə bilməmiş, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxsin icazə vəsiqəsi ilə təmin edilməmişdi. Onda keçmiş SSRİ pasportudur. O, keçmiş SSRİ pasportunda Azərbaycan ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan şəxs kimi Azərbaycan vətəndaşı hesab oluna bilərdi. Məhkəmə iclasında Ərizəçi qızı ərizəsinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat verdi və ərizənin təmin olunmasını xahiş etdi. Ərizəçinin vəkili X9 iddia tələbinə dair ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. 1990-cı ilədək onlar Gürcüstan, Dmanisi rayonunda yaşamışlar. 1990-cı ildən Bakı şəhərinə köçmüşlər. Həmin tarixdən bu yana anası ilə birlikdə yaşayırlar. O, Azərbaycan Respublikası vətəndaşıdır. Belə ki, ona rəhmətlik atası vətəndaşlıq almış, atası da Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. Lakin, anasının hal-hazıradək vətəndaşlığı müəyyən olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Bu baxımdan, məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi hazırkı ərizəyə dair işə baxmaqda haqlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən xx.xx.2019-cu il tаriхdə vеrilmiş RЩ № 215432 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Həsənova Nazanı Vəkil qızı xx.xx.1954-cü il tаriхdə Gürcüstan SSR, Dmanisi rayonu, İrqançay kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1954-cü il tarixdə 2 № ilə qeyd edilmişdir. Atası Həsənov Vəkil Kərim oğlu, anası X7r. - xx.xx.2019-cu il tаriхdə vеrilmiş İ-TИ № 258480 saylı nikah haqqında şəhаdətnаmənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 оğlu ilə Həsənova Nazanı Vəkil qızı аrаsındа xx.xx.1975-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 9 № ilə qеyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. - xx.xx.1976-cı il tarixdə verilmiş vətəndaşının İ-TИ № 548070 saylı pasportunun surətindən görünür ki, Ərizəçi qızı xx.xx.1954-cü il tarixdə Gürcüstan SSR, Dmanisi rayonu, İrqançay kəndində anadan olmuşdur, Gürcüstan SSR, Dmanisi rayonu, İrqançay kəndi ZAQS şöbəsində xx.xx.1975-ci ildə xx.xx.1942-ci il təvəllüdlü X5 ila nikah qeydiyyata alınmışdır. - Gürcüstan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Gürcüstan Respublikası DİN Pasport-qeydiyyat xidmətinin ünvan-sorğu bürosunun məlumatlarına əsasən, xx.xx.1954-cü ildə anadan olmuş Ərizəçi qızı Gürcüstan Respublikası vətəndaşı deyil. - Maraqlı şəxs Ərizəçi qızıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-37/2-14-2028-26- 1-08-6600/2023 saylı məlumatından görünür ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Ərizəçi qızının Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Bununla belə, 1990-cı il tarixdən hal-hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və heç bir dövlətin vətəndaşı olmaması faktı məhkəmə qaydasında tanındıqdan sonra Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməklə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edilməsi tövsiyə olunur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi qızı xx.xx.1954-cü il tarixdə Gürcüstan SSR, Daminisi rayonu, İrqançay kəndində anadan olmuşdur. Sonradan ailəsi ilə birlikdə Azərbaycan Respublikasına gələrək burda yaşamışdır. Gürcüstan Respublikasının Azərbaycan Respublikasında Səfirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından da göründüyü kimi ərizəçi Gürcüstan Respublikasının vətəndaşı deyil. Bununla belə xx.xx.2023-cü il tarixli Maraqlı şəxs tərəfindən verilmiş məlumatından da göründüyü kimi onun “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbayvan Respublikasının xx.xx.1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, 1990-cı ildən hazırki dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı və və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməklə Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilməyi bildirilmişdir. Hazırda isə ərizəçi, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1990-cı ildən Azərbaycan Respublikasında yaşaması faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında işlərə baxır; 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndindən görünür ki, Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Qanunun mənasına görə, şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxılmasının xüsusi halı, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının (burada Maraqlı şəxs) arayışının və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədin mövcud olmasıdır. Belə ki, ərizəçi Gürcüstan Respublikasının vətəndaşı deyil. Bu, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş məlumatlarla təsdiq olunur. Həmin məlumatlarda qeyd olunmuşdur ki, xx.xx.1954-cü il təvəllüdlü Ərizəçi qızı Gürcüstan Respublikası vətəndaşı deyil. Məhkəmədə ərizəçinin təqdim etdiyi sənədlərin tədqiqi ilə müəyyən olunur ki, Ərizəçi qızı xx.xx.1954-cü il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur. Sonra isə Azərbaycan Respublikasına köçərək burada yaşamışdır, Gürcüstan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq o, Gürcüstan vətəndaşı hesab edilmir və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı hesab olunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1954-cü ildə Gürcüstan SSR, Dmanisi rayonu, İrqançay kəndində anadan olmuş Ərizəçi qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1990-cı ildən hazırkı dövrədək Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.1954-cü ildə Gürcüstan SSR, Dmanisi rayonu, İrqançay kəndində anadan olmuş Ərizəçi qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və 1990-cı ildən hazırkı dövrədək Azərbaycan Respublikasında daimi yaşaması faktı müəyyən edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi qızıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar