Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3034/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildə çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildə çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 onun xüsusi mülkiyyətindir. DƏDRX-də xüsusi mülkiyyət kimi onun adına qeydiyyatdan keçmişdir. O, 2008-ci il tarixində Cavabdeh ilə faktiki ailə qurmuş, xx.xx.2009-cu il təvəllüdlü Orucov Kamal Elçin oğlu, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X5 adlı üç övladları olmuşdur. Onlar ailə qurduqdan sonra ona məxsus evdə yaşamışlar. Cavabdehin ona qarşı münasibəti sonralar dəyişmiş, evə, ailəyə baxmamış, uşaqlarla maraqlanmamışdır. Başqa kişilərlə mesajlaşmış, uşaqları atıb dəfələrlə evdən qaçmış, xeyli müddət harada qalması məlum olmamış, ona xəyanət etmişdir. O, hər dəfə uşaqlara görə onu axtarıb tapmış, yenidən onu geri qaytarmışdır. Sonuncu dəfə yenə uşaqları üstümə atıb evdən qaçmış, 8 ay harada qalması ona məlum olmamışdır. Sonradan o, işdə olarkən gəlib onun xüsusi mülkiyyəti olan evə soxulmuşdur. O, cavabdehdən evi tərk etməyi tələb etsə də, cavabdeh evdən çıxmayacağını bildirmiş, lazım gələrsə, onu şantaj edəcəyini söyləmişdir. Hal-hazırda o, öz evində yaşamır, mülkiyyət hüququ pozulmuşdur. O, cavabdehə müraciət edərək Mediasiya vasitəsilə sakit şəkildə evdən getməsini tələb etmişdir. O, buna da razı olmamışdır. Ona Mediasiyadan arayış verilmiş və o, məhkəməyə müraciət etmişdir. Bir daha bildirir ki, cavabdeh onun Azərbaycan Respublikası Konstitusiyası və MM ilə qorunan mülkiyyət hüququnu pozmuşdur. Onların nikahları rəsmi deyil və mənzili evlənməzdən əvvəl ona məxsusdur, vərəsəlik yolu ilə mülkiyyətinə keçmişdir. Onu da qeyd edir ki, 2009-cü il təvəllüdlü Orucov Kamal Elçin oğlu və 2011-ci il təvəllüdlü X3 onun himayəsindədir. Hesab edir ki, cavabdeh onun xüsusi mülkiyyəti olan mənzilindən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən Cavabdeh ona məxsus, xüsusi mülkiyyəti olan ünvan 2-dan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbinə etiraz edərək aşağıdakıları məhkəmənin diqqətinə çatdırır. İddiaçı tələbində qeyd edir ki, guya əvvəllər ailə münasibətləri normal olmuş, sonralar o, dəfələrlə evdən qaçmış və ona xəyanət etmişdir. Guya sonuncu dəfə uşaqları evdə qoyaraq çıxıb getmiş və bir neçə aydan sonra qayıdaraq vərəsəliklə ona məxsus eyə girib oranı zəbt eləmişdir. İddiaçının dediklər ağ yalandır və böhtandan başqa bir şey deyil. Belə ki, İddiaçı ilə el adəti ilə, toy-nişan mərasimi keçirməklə ailə qurmuş və həmin mənzilə gəlin köçmüşdür. Hətta həmin vaxt ona bildirmişdirlər ki, narahat olma toydan sonra rəsmi nikahda olacaq. Lakin 2009-cu ildə ilk övladları dünyaya gəldiyi zaman iddiaçıya nikaha düşməyi təklif və təkid etsə də, müxtəlif bəhanələr gətirməklə bundan yayınmışdır. Daha sonra 2011-ci ildə 2-ci övladlarında da eyni vəziyyəti yaratmış və 2014-cü ildə sonuncu övladları dünyaya gələndədə eyni vəziyyət yaşanmışdır. Yəni Elçin bütün təkidlərinə baxmayaraq nikaha düşməkdən imtina etmişdir. Daha sonra onun nikah bağlamaqda təkidlərini görüb onu övladlarında birlikdə aparıb Bərdə rayon Həsənqaya kəndində atasına məxsus evə qoymuşdur ki, bir müddət burada qalsın, o, problemlərini həll edib rəsmi nikah bağlayacaqdır. 6 ay sonra özü yenidən gəlib onu cehiz əşyalarının olduğu Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov 2/4 mənzil 40 ünavnında yerləşən ona məxsus mənzilə gətirmişdir və bildirmişdir ki, uşaqlarla birlikdə o, burda yaşasın, onunla rəsmi nikaha daxil ola bilməz, bütün ehtiyaclarını qarşılayacaq, lakin bundan sonra onlar bir evdə yaşamayacaqlar. Beləcə münasibət davam etmişdir və sonuncu dəfə 5 ay qabaq, yəni 2021-ci ilin sentyabr ayında uşaqları görmək isdədiyini bildirərək evdən uşaqları aparmışdır. Həmin gündən bu günədək faktiki nikahdan olan iki övladları, xx.xx.2009-cu il təvəllüdlü Orucov Kamal Elçin oğlunu və xx.xx.2011-ci il təvəllüdlü X1 öz yanında saxlayır, lakin digər övladları xx.xx.2014-cü il təvəllüdlü X5 hazırda onun himayəsindədir və ünvan 1 ünvanında onunla birgə yaşayır. Məhkəmənin diqqətinə çatdırır ki, o, həmin evə 2008-ci ildə gəlin köçmüşdür və bütün cehiz əşyaları da məhz həmin evdədir. Həmin evdə 13 ilə yaxın bir müddətdir ki, yaşayır və ev onlara toy zamanı onun validevinləri tərəfindən hər ikisnə hədiyyə olaraq verilmişdir. Lakin Elçin məhz ona qarşı qərəzli mövqe sərgilədiyindən bu gün onu övladları ilə birlikdə həmin mənzildən çıxarmağa çalışır. Qeyd edir ki, faktiki nikahları dövründə ailənin vəsaiti hesabına tərəfindən həmin mənzildə dəfələrlə təmir işləri aparılmışdır. Həmin mənzilə onun istifadə hüququ 2008-ci ildən gəlin köçdüyü gün yaranmışdır. Həmin mənzil onun və onun övladlarının yaşayış yeridir və onların oradan başqa yaşamağa yerləri yoxdur. İşin faktiki hallarıdan da göründüyü kimi, iddiaçı onun ailə üzvü olduğunu etiraf edir, lakin rəsmi nikahın olmamasını bəhanə edərək, onu və övladlarını həmin mənzildən çıxarmağa çalışır. Qeyd edilənlərə əsasən İddiaçı ona qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-438/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanından çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1689/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-438/2022 saylı qətnaməsi qətnaməsinin ləğv edilməsi və mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4805/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1689/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Mülki iş xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək əlavə olaraq qeyd etmişdir ki, Bərda Rayon Məhkəməsinin qətnaməsi ilə birgə nikahdan doğulmuş iki övladları ataları İddiaçı, xx.xx.2014-cü il təvəllüdlü X2 isə onun himayəsinə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 1974-cü il tarixində mübahisəli mənzildə anadan olmuş, həmin evdə də böyümüşdür. Mənzil 1970-ci il tarixində mənzil atasına verilmiş, atası vəfat etdikdən sonra ev ona miras qalmışdır. Belə ki, mənzil ona nikahdan öncə verilmişdir. Onlar 2008-ci il tarixində ailə qurmuşlar. Bir neçə il normal yaşasalarda sonradan münasibtləri pisləşmişdir. Cavabdehin hər bir ehtiyacını qarşılamış və istirahəti üçün şərait yaratmışdır. Anası xəstə olduğu üçün ona baxıcı tutmuşdur. Oğlu ona kürəyində ağrı olduğunu demişdir, günorta vaxtı evə zəng etdiyi zaman cavabdehin evdə olmadığını bildirmişlər. Cavabdeh müxtəlif bəhanələr gətirərək evdə olmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh evdən çıxır və 5-6 saatdan sonra evə gəlir. Evdə işləyən xanıma da tapşırmışdır ki, o, evə zəng etdiyi zaman cavabdehin namaz qıldığını desin. Aralarında mübahisə olmuş və cavabdeh onu şantaj edərək mübahisələri haqqında atasına deməməyini xahiş etmişdir. O, işdə olduğu vaxt cavabdeh ona mesaj yazaraq uşaqlarına sahib çıxmağını və evdən çıxıb getdiyini bildirmişdir. Cavabdeh evdən çıxıb getmiş və ondan 21 gün xəbəri olmamışdır. 3 ay uşaqlarına tək baxmalı olmuşdur. Hazırda o, evinə getdiyi zaman cavabdeh onun evə daxil olmağına imkan vermir, evdə içki məclisi keçirir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan mənzil iddiaçıya vərəsəlik yolu ilə keçmiş və iddiaçının mülkiyyətidir. Cavabdeh mübahisəli mənzildə qeydiyyatda deyil. Cavabdeh evdən qaçıb getmiş və iddiaçı dəfələrlə uşaqlarının xatirinə cavabdehi bağışlamışdır. Hazırda cavabdeh mübahisəli mənzildə yaşayır və evdən çıxmır. Nəticədə, iddiaçı öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. İddiaçıdan cavabdehin evdə içki məclisi təşkil etdiyini təsdiq edən videogörüntülər var. O, özü də iddiaçını qınamışdır ki, evdən qaçan qadını hansı səbəbdən yenidən evə gətirir. Uşaqlar məhkəmə iclası zalında bildirmişlər ki, cavabdeh onlara düzgün şəkildə analıq etmir və ataları ilə qalmaq istəyirlər. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, o, evdən qaçıb getməmişdir. Pandemiyanın yeni başladığı dövr idi, iddiaçının anası yeni vəfat etmişdir. İddiaçı ona rayona anasıgilin yanına gedib bayramı orada keçirməyini bildirmişdir. Oğlu onunla da, atası ilə də qalmaq istədiyini bildirmişdir. Qızının səs yazısı var ki, atası onu hədələyərək deyir ki, əgər anasını seçsə, onu apaırıb rayona qoyacaq. O, qapının açarını dəyişmişdir. O, evə gəlin gəldiyi zaman ev var idi. Ev iddiaçının mülkiyyətidir. Uşaqları Bakıda yaşayır, təhsil alırlar və o da buna görə Bakıda qalır. O, uşaqları ilə həmişə əlaqə saxlayır. O, hazırda aldığı maaşla kirayə haqqı ödəyə bilməyəcəkdir. O, qızı ilə birlikdə mübahisəli mənzildə yaşayır. Bərdə rayonunda deyil, Bakı şəhərində yaşamaq istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsi, ev 2/4 ünvanında yerləşən 86,8 kv.m ümumi sahəsi olan 40 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - AZE seriyalı 10810671 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Orucov Kamal Elçin oğlu xx.xx.2009-cu il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdir. - AZE seriyalı 10810672 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdir. - AZE seriyalı 11554257 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası İddiaçı, anası Cavabdehdir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən 86,8 kv.m ümumi sahəsi olan 40 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı Cavabdeh evdən çıxması barədə xəbərdarlıqlar etməsinə baxmayaraq cavabdeh yaşadığı evi tərk etmir. Hazırda İddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 4 ünvanında yerləşən 86,8 kv.m ümumi sahəsi olan 40 saylı mənzilində yaşamış, lakin sonradan iddiaçı ilə münasibətləri pozulduğundan iddiaçı evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur. Məhkəmə iddia tələbinə münasibətdə əlavə olaraq qeyd edir ki, hər bir halda qeyd olunan mənzilin xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin mənzilə qeydiyyatı və istifadə hüquqları olmadığından, Cavabdeh iddiaçıya məxsus mənzildən çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər faktiki nikah münasibətlərində olmuş və bu münasibətlərdən üç övladları olmuşdur. Lakin qeyd edildiyi kimi tərəflərin rəsmi nikahları olmamışdır. Belə ki, tərəflər arasında mənzilin mülkiyyətçisi arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmamış və cavabdehin istifadə hüququ tanınmamışdır. Hazırda mənzilin mülkiyyətçisi olan İddiaçı cavabdehin mənzildən çıxarılması tələb edir. Məhkəmə cavabdehin sözügedən mənzilə münasibətdə hər hansı əşya hüququnun olmadığını, cavabdehin hal-hazıradək mənzildən çıxmayaraq mənzili təhvil verməməsinin mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozduğunu və mənzilin hazırda İddiaçı xüsusi mülkiyyətində olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Məhkəmə Cavabdeh etirazında mübahisəli mənzilin təmir etməsinə dair göstərdiklərinə münasibətdə isə qeyd edir ki, qeyd olunan hal məhkəmə iclasında sübuta yetirilməmiş, cavabdeh isə bunu təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, qeyd edilməlidir ki, cavabdehin göstərdikləri iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilindən çıxarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3034/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3034/2022
26.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver