Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3048/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "mənzildən istifadə hüququna xitam verilməsi” "istifadə hüququnun olmadığının müəyyən edilməsi" tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan "mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqqiləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və Cavabdeh2 və yetkinlik yaşına çatmayan X1 ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzili atası Nümayəndə mülkiyyətində olub. 23 fevral 2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzil ona bağışlanmış və ailə üzvləri buna razılıq vermişdir. Həmin mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına xx.xx.2007-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh1 isə onun bacısıdır. Cavabdeh 2003-cü ildə ailə həyatı qurub başqa ünvana köçmüşdür. Cavabdeh2 və X3 isə bacısı Cavabdeh1 övladlarıdır. Cavabdehlərə məxsus heç bir əşya onun mənzilində yoxdur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.
İş materialları :
3. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışından görünür ki, ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsində istifadədə olan 0.1605 ha torpaq sahəsində yerləşən 41 nömrəli, 5 mərtəbəli binada 62.1 kv.metr ümumi, - kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 76 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 379 nömrəli reyestr kitabının 35338 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2009-cu il təvəllüdlü X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
5. xx.xx.2007-ci il tarixli, 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, Nümayəndə Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş, r/k 252, səhifə 36688, qeydəalma №-si 30/36688 olan qeydiyyat vəsiqəsinə əsasən ünvan 4i rayonu, Bəkir Çoban-zadə küçəsində yerləşən 41 nömrəli evdən ona məxsus üç otaqdan ibarət, ümumi sah 62.1 kv.m. olan 76 saylı mənzili oğlu-İddiaçı bağışlamışdır.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 xx.xx.2014-cü il tarixdən hazırki vaxtədək ünvan 2 ünvanında qeydiyyatdadır. xx.xx.1967ci il təvəllüdlü Cavabdeh1 xx.xx.1984-cü ildən hazırki vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır.
7. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, məktubundan görünür ki, ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, ev 41, 76 saylı mənzili ilkin olaraq Nümayəndə adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 41 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
8. "xxxx" Dövlət Şirkəti Nəzdində Mənzillərin Özəlləşdirilməsi üzrə komissiyanın xx.xx.1994-cü il tarixli qərarından göörünür ki, Bakı şəhərinin Çoban-zadə küçəsindəki 41 saylı evin 3 otaqlı 76 saylı mənzilinin əvəzsiz olaraq Nümayəndə xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, Çobanzadə küçəsindəki 41 №-li yaşayış evi, 76 mənzil Nümayəndə adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 252 səhifə, 36688 qeydəalma, № 30/36688, xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır.
10. Bakı şəhəri 41 saylı dövlət notariat ofisinin 4Ə-136 reyestr nömrəli notariat işinə əlavə edilmiş xx.xx.2007-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Çobanzadə küçəsindəki 41 saylı evin 76 saylı mənzilinin Nümayəndə tərəfindən İddiaçı bağışlanmasına etiraz etmədiyini bildirmişdir.
11. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti BAKİ ŞƏHƏR Mənzil- Kommunalı Təsərrüfatı Departamenti 10 saylı Mənzil-Kommunal istismar sahəsi tərəfindən verilmiş 54 saylı xx.xx.2007-ci il tarixli arayışdan görünür ki, Çobanzadə küçəsi, 41 nömrəli ev, 76 saylı mənzil MKTB-ə məxsus olub, sahibi Nümayəndədur. Daimi qeydiyyatda olanlar – Nümayəndə xx.xx.1970-ci ildən qeydiyyatdadır, X7, Cavabdeh1 xx.xx.1984-cü ildə, İddiaçı xx.xx.1986-cı ildə, X4 xx.xx.1991-ci ildə pasport qeydiyyatındadırlar.
12. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
13. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İzahatında bildirmişdir ki, cavabdeh evləndiyi zaman evi olmuş, sonradan isə evini satmışdır. O, ikinci qrup müharibə əlilidir. Onun gəliri, 353 manat təşkil edən pensiyadan ibarətdir. Onun başqa gəliri yoxdur. Buna görə də iddiaçının tələb etdiyi kompensasiyanı ödəməyə imkanı yoxdur.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edərək, izahatında bildirmişdir ki, o və onun qızları evdən qeydiyyatdan çıxmaq istəmirlər. İddiaçı əgər onu qeydiyyatdan çıxartmaq istəyirsə, o, kompensasiya ödənilməklə qeydiyyatdan çıxmağa razıdır. Cavabdeh2 onun qızıdır. O tələbədir, buna görə də məhkəmə iclasında iştirak edə bilmir. X3 da onun qızıdır, o yetkinlik yaşına çatmamışdır. Ona sənəd lazım olduğu zaman yaşayış yerindən arayış təqdim etməli olur. Buna görə də qeydiyyatdan çıxmaq istəmir. Onun evi yoxdur, o, kirayədə qalır. O, 20 ildir ki, evdən köçmüş, ailə həyatı qurmuşdur. O, mübahisə predmeti barəsində olan evdə həmin vaxtdan bəri yaşamır. Anası, atası görmək üçün həmin evə gedir. Onun indiyədək evi olmamışdır.
İşin faktiki halı :
15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 4i rayonu, Çoban-zadə küçəsi, 41 saylı evin 76 saylı mənzili "xxxx" Dövlət Şirkəti Nəzdində Mənzillərin Özəlləşdirilməsi üzrə komissiyanın xx.xx.1994-cü il tarixli qərarı ilə Nümayəndə xüsusi mülkiyyətinə verilmişdir.
16. Nümayəndə ona məxsus olan ünvan 4i rayonu, Çoban-zadə küçəsi, 41 saylı evin 76 saylı mənzilini xx.xx.2007-ci il tarixdə bağışlama müqaviləsinə əsasən oğlu-İddiaçı bağışlamışdır.
17. Cavabdeh1 iddiaçının bacısıdır. O, 2004-cü ildə ailə həyatı qurmuş və həmin mənzildən çıxmışdır. Cavabdehin həmin nikahdan 2 övladı var. O, övladları ilə birlikdə ünvan 4i rayonu, Çoban-zadə küçəsi, 41 saylı evin 76 saylı mənzilində qeydiyyatda olsa da, həmin mənzildə yaşamır.
18. Hazırki mübahisəli mənzil - ünvan 4i rayonu, Çobanzadə küçəsi, ev 41, 76 saylıı mənzil xx.xx.2007-ci il tarixdən etibarən İddiaçı xüsusi mülkiyyətindədir.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
51. dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır;
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
54. icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər;
60. icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
87. yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.
23. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı.
Məhkəmənin mövqeyi :
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
25. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 qarşı olan iddia tələbini cavabdehlərin mübahisəli mənzildə yaşamaması, özünə məxsus yaşayış evinə malik olması və cavabdehlərin həmin mənzildə qeydiyyatda qalmaları səbəbindən onun yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırması ilə əsaslandırmışdır.
26. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ilk növbədə ümumiyyətlə cavabdehin həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olubolmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüquqa xitam verilməsindən söhbət gedə bilməz.
27. Məhkəmə iddia tələbinə Cavabdeh1 ilə, onun uşaqları Cavabdeh2, yetkinlik yaşına çatmayan X2 münasibətdə ayrı-ayrı qiymət verməyi zəruri hesab edir.
28. İşin faktiki hallarından görünür ki, iddiaçının mübahisəli mənzilə münasibətdə statusu 1986-cı ildə və 2007-ci ildə müxtəlif olmuşdur. Belə ki, ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzil 1960-1970-ci illərdən iddiaçı və cavabdehin ailəsinə məxsus olmuşdur. Həmin mənzil xx.xx.1994-cü ildə tərəflərin atası Nümayəndə tərəfindən özəlləşdirilmiş, xx.xx.1994-cü il tarixdə Nümayəndə adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və xx.xx.2007-ci il tarixli, 4Ə-136 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Nümayəndə tərəfindən İddiaçı bağışlanmışdır. İddiaçı xx.xx.1986-cı il tarixdən, Cavabdeh1 xx.xx.1984-cü il tarixdən mübahisəli mənzildə qeydiyyatdadır.
29. Məhkəmə qeyd edir ki, Cavabdeh1 icarədarın ailə üzvü olaraq mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Ona görə də məhkəmə qeyd edir ki, mübahisəli mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.
30. Bu səbəbdən həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
31. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
32. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
33. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
34. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
35. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
36. İddiaçı Cavabdeh1 evləndiyi vaxtdan, 2004-cü il tarixdən mübahisə predmeti olan mənzildə yaşamadığı üçün həmin mənzildə olan istifadə hüququnun itirilməsini mübahisələdirir.
37. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 2004-cü ilədək, yəni ailə quranadək ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildə yaşamışdır. Ailə həyatı qurduqdan sonra həmin mənzildə yaşamamış, atası və anasını görmək üçün getmişdir.
38. İşin müəyyən edilmiş digər halı odur ki, mübahisəli mənzil tərəflərin atası Nümayəndə tərəfindən İddiaçı bağışlanan zaman Cavabdeh1 razılıq vermişdir. Cavabdehin atası tərəfindən mübahisə predmeti olan mənzili iddiaçıya bağışlamasına etiraz etməməsi, onun hazırki iddia tələbi qaldırılanadək iddiaçıya qarşı mənzilə köçürülmə tələbini irəli sürməməsi onun mübahisəli mənzildə yaşamaq niyyəti olmamasını göstərən haldır. Qeyd edilən hal iddiaçının məhkəmə iclaslarında verdiyi izahat ilə də öz təsdiqini tapmışdır.
39. Cavabdeh1 iddia tələbinə etiraz edərək özü və qızlarının həmin mənzildən qeydiyyatdan çıxmaq istəmədiklərini bildirmişdir. İddia tələbinə olan etirazını isə onunla əsaslandırmışdır ki, onun qeydiyyata düşmək üçün başqa ünvanı yoxdur. O izahatında bildirmişdir ki, həmin mənzildə qeydiyyatda qalmaq ona yaşayış yerindən arayış almaq üçün zəruridir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh izahatlarında həmin mənzildə yaşamaq niyyəti və ya hər hansı pay tələbi olmadığını, qeydiyyatdan çıxmamasını sadəcə yaşayış yerindən arayış lazım olduğu hallar ilə bağlı olduğunu bildirsədə, son məhkəmə iclasında həmçinin kompensassiya ödənilməsi ilə bağlı tələb irəli sürmüşdür.
40. Həmçinin qeyde dək ki, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində iştirak edən tərəflərin atası Nümayəndə da cavabdehin həmin mənzildə gələcəkdə gəlib qalma ehtimalına münasibətdəq eyd etmişdir ki, yox gəlib qala bilməz, onun evində cavabdehin gəlib qalamsı üçün yer yoxdur".
41. Mülki qanunvericiliyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
42. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə o halda xitam verilir ki, yaşayış sahəsinə istifadə hüququ mövcud olsun və yaşayış sahəsinə olan ehtiyac ödənilməmiş olsun.
43. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan daşınmaz əmlaka istifadə hüququ yaranmış cavabdehlər Cavabdeh1 uzun müddət könüllü olaraq həmin əmlakdan istifadə etməməsi (yaşamaması) və bu halın hər hansı bir maneələrinin törədilməsi səbəbindən baş verməsinin müəyyən edilməməsi ona əsas verir ki, Cavabdeh1 mübahisə predmeti olan yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır.
44. Məhkəmə işin hallarına istinadən xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsə idi, mövcud vəziyyət davam edəcək idi, yəni iddiaçı mübahisəli mənzildə, cavabdeh isə hər hansı məbləğdə kompensasiya tələb etmədən (hər halda belə bir niyyəti olsa idi, ötən dövr ərzində tələb etmiş olardı) başqa ünvanda yaşamağa davam edəcək idi.
45. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələbləri baxımından iddia tələbi üzrə cavabdehlərin icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüququnun yaranmasına baxmayaraq könüllü çıxıb getməsi, 6 aydan çox müddət istifadə etməməsi ilə əlaqədar bu hüququ itirmişdir.
46. İddiaçı həmçinin Cavabdeh1 uşaqları Cavabdeh2 və yetkinlik yaşına çatmayan X1 ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbini irəli sürmüşdür.
47. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ailə münasibətlərindən irəli gəldiyindən Cavabdeh2 və yetkinlik yaşına çatmayan X1 ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildə istifadə hüququnun yaranıb-yaranmadığına mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə qiymət verilməlidir.
48. İşin müəyyən edilmiş faktiki halı odur ki, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X3 xx.xx.2014-cü il tarixdən mübahisə predmeti olan mənzildə qeydiyyatdadır və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatmamışdır. Yəni hər ikisi ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzilin İddiaçı mülkiyyətində olduğu vaxtdan (2007) həmin mənzildə qeydiyyatdadırlar.
49. Belə olan halda məhkəmə qeyd edir ki, həmin münasibətlərə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından xx.xx.2009-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aidiyyəti müddəaları tətbiq edilməlidir.
50. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilir ki, Yaşayış sahəsi mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
51. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
52. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən isə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı(əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
53. Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məzmunundan göründüyü kimi mülkiyyətçinin ailə üzvlərinin mülkiyyətçi ilə bərabər yaşayış sahəsindən istifadə etmək hüquq vardır. Lakin mülkiyyətçinin “ailə üzvləri” dedikə isə qanunverici mülkiyyətçinin əri(arvadı), uşaqları və valideynlərini nəzərdə tutmuşdur. Digər qohulara münasibətdə isə onlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 oktyabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
55. Həmçinin yuxarıda qeyd edilən Plenum Qərarında Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin 2-ci cümləsində qeyd edilən “digər qohumlar” ifadəsinə aydınlıq gətirilərək qeyd edilmişdir ki, “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyytçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
56. İşin məhkəmə iclasında müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, xx.xx.2009cu il təvəllüdlü X3 və xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildə yaşamamışlar.
57. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 16 oktyabr 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq onun Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan “ailə üzvləri” anlayışına daxil olan şəxs deyillər.
58. Belə olan halda məhkəmə qeyd edir ki, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X1 ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildə istifadə hüququ yaranmamışdır.
59. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
60. İşin hallarından görünür ki, hazırda X3 valideyni Cavabdeh1 ilə birlikdə yaşayır, yəni onun yaşayış yeri Cavabdeh1 yaşayış yeridir.
61. Belə olduğu halda məhkəmə qeyd edir ki, iddaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olan iddia tələbi kifayət qədər əsaslıdır.
62. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Hazırkı mübahisə həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etməsi nəzərə alınmalıdır.
63. Belə ki, iddiaçı mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də, Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildə qeydiyyatda qalması İddiaçı mülkiyyət hüquqlarını pozur, həmin mübahisəli mənzildən istifadə, sərəncam və digər hüquqlarının həyata keçirilməsinə maneçilik törədir.
64. Məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
65. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd emişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnrot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına mülkiyyət hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyəta keçirilməsi imkanının məhdudlaşdıırlması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xaarkter almış olur.
66. Qeyd edilənlərə nəzərə alaraq məhkəmə qeyd edir ki, mülkiyyətçinin iradəsinə zidd olaraq cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddiaçının həmin evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit edir.
67. Belə olan halda hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.
68. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir.
69. Qeyd olunanlar cavabdehləri yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir.
Nəticə :
70. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildən istifadə hüququna xitam verilməli, Cavabdeh2 və X1 ünvan 4i rayonu, Çobanzadə küçəsi 41 saylı evin 76 saylı mənzilindən istifadə hüququnun olmadığı müəyyən edilməlidir.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh1 ünvan 4i rayonu, Bəkir Çobanzadə küçəsi, 41 saylı evin 76 saylı mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh2 və yetkinlik yaşına çatmayan X1 ünvan 4i rayonu, Çobanzadə küçəsi 41 saylı evin 76 saylı mənzilindən istifadə hüququnun olmadığı müəyyən edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə Cavabdeh1, Cavabdeh2 Nami qızı və yetkinlik yaşına çatmayan X1 ünvan 4i rayonu, Çobanzadə küçəsi 41 saylı evin 76 saylı mənzil ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva