Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-306/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X10 Mirzəyevin sədrliyi, X6 Qurbanovun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o,fərdi yaşayış evi tikmək üçün torpaq almaq məqsədilə Cavabdeh ilə tanış olmuş və cavabdeh Abşeron rayonu, Hökməli qəsəbəsinin şimal-şərq hissəsində torpaq sahəsi olduğunu ona bildirilmişdir.Cavabdehlə birlikdə torpaq sahəsinə baxış keçirmiş və torpaq sahəsinin 400 kv.m hissəsini almaq istədiyini bildirmişdir. Cavabdehdən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin olub-olmadığını soruşduqda ona Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin X7 23 saylı, xx.xx.1990-cı il tarixli protokolunu göstərmiş və bildirmişdir ki,almaq istədiyim torpaq sahəsi X3 ayrılmışdır və həmin şəxs etibarnamə verəcək, həmin etibarnamə əsasında torpaq sahəsində tikinti işləri apara biləcəksəksən, heç kim, heç bir orqan sənə heç nə edə bilməz. Cavabdehin bu vədinə inanıb qeyd edilən torpaq sahəsini xx.xx.2012-ci il tarixdə 3200 manat müqabilində etibarnamə əsasında almış və bu barədə cavabdeh tərəfindən şahidlərin iştirakı ilə iltizama imza edilmişdir. Torpaq sahəsini aldıqdan sonra 20000 manat pul sərf edərək tikinti materialları almışdır. Lakin torpaq sahəsini aldıqdan sonra şayış evi tikməyə bir neçə dəfə cəhd etsə də yerli icra hakimiyyəti orqanları buna imkan verməmiş və bildirmişlər ki,qeyd edilən sənəd əsasında həmin torpaq sahəsində inşa işləri aparıla bilməz. Bunu cavabdehə bildirdikdə cavabdeh ona demişdir ki, bir az səbrli ol, bu kateqoriya torpaq sahələrinə sənədlərin verilməsi dövlət səviyyəsində müzakirə olunur,yaxın vaxtlarda torpağa dair çıxarışlar veriləcək. Beləliklə onu ümidli edərək gözləməyi xahiş etdi.Artıq cavabdehin vədinin sadəcə sözdən ibarət olduğunu gördükdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmək məcburiyyətində qaldı. Müraciəti baxılması üçün AR Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə göndərildi və xx.xx.2016-cı il tarixli 02/09-11-7/Q-57-009 saylı cavabla ona bildirildi ki, onun və ailə üzvlərinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədlər mövcud olmadığından qeyd olunan torpaq sahəsində tərəfindən hər hansı bir tikinti işlərinin aparılması yolverilməzdir. Eyni zamanda ondan pul tələb edilməsi faktı daxili nəzarət komissiyasının apardığı araşdırma zamanı öz təsdiqini tapmamışdır. Bildirir ki, cavabdehin illərdir verdiyi vədlər səbəbindən xeyli miqdarda zərər çəkmişdir. Zərər ondan ibarətdir ki, illər öncə mənzil tikintisi üçün alıb torpaq sahəsinə tökdüyü tikinti materialları yağışın, günəşin, qarın təsiri səbəbindən keyfiyyəsiz vəziyyətə düşüb.Əgər cavabdeh qeyd edilən torpaq sahəsində fərdi yaşayış evi üçün rəsmi icazənin lazım duğunu ona bildirsəydi, ümumiyyətlə nə qeyd edilən torpaq sahəsini alardı, nə də ki tikinti materiallarına bu qədər pul xərcləyərdi. Bu azmış kimi, icra hakimiyyətindən ona bildirilmişdir ki, ən yaxşı halda qeyd edilən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə X3 verilə bilər. Yəni o, etibarnamə əsasında hər hansı addım atsa, torpağın sənədləri X2 olacaq. Bütün qeyd edilənləri nəzərə alaraq, dəfələrələ cavabdehə bu problemin aradan qaldırılmasına köməklik göstərməyi xahiş etmişdir.Hətta dəfələrlə xahiş etmişdir ki, X2 tapılmasında ona köməklik göstərsin, cavabdeh köməklik göstərmək əvəzinə onu minnətli çıxararaq, üstünə qışqırmış və demişdir ki, “mən torpağı sənə satmışam, hara gedirsən get. Kimə şikayət edirsən et. Ağlın olardı almazdın” Təbii ki, cavabdehin illərdir onu get-gələ salması, yalan vədlər verməsi onun hər dəfə stress və əsəb gərginliyi keçirməsinə səbəb olub. Çünki cavabdeh onun bu torpaqla bağlı heç bir huququnun olmadığını bildirsəydi, günü-günə, satmasaydı, o bu qədər məsrəflər çəkərək pulunu itirməzdii, başqa yerdə torpaq alıb, evini tikərdi.İndiyədək cavabdeh pulun bir manatını da qaytarmayıb. Belə ki, cavabdehin hərəkətlərindən bəlli olur ki, onun pulunu qaytarmaq fikri yoxdur, o üzərinə götürdüyü öhdəlikləri yermə yetirmək fikri olsa idi ən azından bu qədər müddət ərzində pulun müəyyən hissəsini qaytarmağa cəhd edərdi.Hesab edirə kı,cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, pul ona ödənilməlidir. Cavabdeh təqsirli hərəkətinin nəticəsi olaraq, eyni zamanda onda mənfi psixolojiya yaranmışdır. Mənəvi zərərin vurulması maddi sübut, sənədlə sübut oluna bir kateqoriya deyil. Bu barədə Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasmın Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair 31 may 2022-ci il tarixli Qərarında da mənəvi zərərin şəxsə məxsus maddi və ya qeyri-maddi nemətlərə aid hüquqların pozulması nəticəsində vurulduğu qeyd edilib.Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə torpağın alqı-satqısı üçün ödədiyi 3200 manat miqdarında pulun, tikinti materialları və fərdi yaşayış evinin müəyyən hissəsinin tikintisi üçün xərclənmiş 27000 ( iyirmi yeddi min ) manat pulun, mənəvi zərər görə 5000 ( beş min) manat miqdarında pul kompensasiyasının və ödənilmiş 197 ( yüz doxsan yeddi ) dövlət rüsumunun tam şəkildə alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı ona 3200 manat pul verdi ki, həmin pulu Səidəyə torpaq alqı-satqısı üçün çatdırarsan. O da, həmin pulu aparıb Səidəyə verdi. Bundan sonra Səidə etibarnamə yazdı və torpaq sahəsinə aid sənədi iddiaçıya təqdim etdi. İddiaçı isə halhazırda həmin sahənin üzərində tikinti işləri aparıb, həmin torpaqdan istifadə edir. O, aldığı pulu Səidəyə verməsəydi,Səidə öz torpaq sahəsini iddiaçıya verməzdi. Qeyd orlunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxırılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: xx.xx.2012-ci il tarixli qəbzin surətində qeyd olunmuşdur ki,Mən İddiaçı Cavabdeh tərəfindən 400 kv.m torpaq sahəsini alıb müqabilində 3200(üç min iki yüz)manat pul verirəm”.Qəbz İddiaçı,Cavabdeh T.Cəfərov,S.Əsgərova tərəfiindən imzalanmışdır. Bakı Mebel Hissələri Kombinatının həmkarlar komitəsinin X7 23 saylı,xx.xx.1990cı il tarixli protokolundan görünür ki,Bakı şhəri Kirov rayonu,Sulu-Təpə qəsəbəsi,Hökməlinin şimal-şərq hissəsində yerləşən Bakı Mebel Hissələri Kombinatının bağçılıq bostançılıq təsərrüfatı sahəsində X3 torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; İşin araşdırılan hallarından görünür ki, İddiaçı X1 400 kv.m. almaq üçün onunla razılığa gəlmişdir.Lakin iddiaçı torpaq sahəsinə görə razılaşdırılmış məbləğdə pulu X3 deyil,Cavabdeh vermişdir.Sonuncu pulu Səidəyə çatdırmaq barədə öhdəlik götürmüşdür.Cavabdeh həmin pulu Sədəyə çatdırdığını bildirsə də,bunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh taksi fəaliyyəti ilə məşğul olduğu üçün pulu İddiaçı alıb X3 verdiyini bildirsə də bunu sübut edə bilməmişdir.Bundan başqa,yuxarıda qeyd olunan xx.xx.2012-ci il tarixli qəbzin də məzmunundan görünür ki,torpaq sahəsini məhz Cavabdeh satmış və pul da ona verilmişdir.Cavabdeh həmin qəbzi mübahisələndirməmişdir. Ona görə də 3200 manat pulun cavabdehdən tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır.Belə ki,cavabdeh heç bir hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına pul əldə edərək əsassız varlanmışdır. Məhkəmə iddianın 27000 ( iyirmi yeddi min) manat maddi zərərin və 5000 (beş min) manat mənəvi zərərin tələb olunması hissəsinə qiymət verərkən hesab edir ki,həmin hissədə təmin oluna bilməz. Belə ki,iddiaçı həmin hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia qisməm təmin olunmalı, Cavabdeh 3200 manat pul və 197 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 3200 manat pul və 197 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-306/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-306/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver