Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-31/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh,onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və həmin mənzildə yaşamasına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və həmin mənzildə yaşamasına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması tələbinə adir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 29.01.2019-cu il tarixli 2(007)-304/2019 saylı qətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzilə dair onun payı 2/5 hissədə, Elnarənin payı 3/5 hissədə müəyyən edilməsi qət edilib. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alıb və icra yönəlib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilən hüquqların dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil 2/5 hissədə onun adına, 3/5 hissədə Elnarənin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilib.Mənzil hal-hazırda cavabdehlə onun paylı mülkiyyətində olsa da, o mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Cavabdeh paylı mülkiyyətdə olan mənzilə dair öz istədiyi kimi sərəncam verərək, mənzili başqa şəxslərə kirayə verib, onun isə mənzildən istifadə etməsinə, orada köçüb yaşamağına maneçilik törədir. Cavabdeh mənzilin giriş qapısının açarlarını dəyişməklə onun mülkiyyətində olan mənzilinə daxil olmağına maneəçilik törədir.Onun isə yaşamağa başqa yaşayış sahəsi olmadığından, xüsusi mülkiyyətində olan mənzilə köçərək orada yaşamaq istəyir. Qeyd olunanlara əsasən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və həmin mənzildə yaşamasına Cavabdeh tərəfindən yaradılan manelərin aradan qaldırlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmədə işə baxılarkən Cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması tələbinə dair qarşılıqlı iddia vermişdir. Qarşılılı iddia tələbi onunla əsaslandırılmışdır ki, Vaqiflə nikahı məhz xasiyyətlərinin uyğun gəlmədiyi üçün pozulub. O iki uşağı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 15 saylı evin, 4 saylı mənzilində yaşayır. Sözü gedən mənzil iki otaqdan ibarətdir, 1 sanitar qovşağı, 1 mətbəxi var. Eyni zamanda otaqlar iç-içə yerləşir. Göründüyü kimi, mənzilə Vaqifin köçüb yaşaması qeyri mümkündür. Bu səbəbdən qanunvericiliyin tələbinə uyğun olaraq, mərhələli şəkildə əvvəlcə müvafiq ekspertiza təyin edilməklə sözügedən mənzilin tərəflərin paylarına uyğun olaraq naturada, hər hansı variantda, o, cümlədən mənzilin yenidən planlaşdırılması əsasında 2 hissəyə bölünməsinin texniki cəhətdən mümkün olub-olmaması müəyyənləşdirilməlidir. Eyni zamanda məhkəmə tərəfindən evin real bazar qiymətinin nə qədər təşkil etməsi də müəyyənləşdirilməlidir. Naturada real bölgü texniki cəhətdən mümkün olmadığı təqdirdə müvafiq payın dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçi Vaqif tərəfindən həmin mənzildə payına uyğun olaraq ona ödənilməlidir. Qeyd olunanlara əsasən ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi, ünvan 1 saylı mənzilin tərəflərin payına uyğun naturada ayrılması, bu mümkün olmadıqda mübahisəli mənzilin 3/5 hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi İddiaçı ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddinı qəbul etmədi, qarşılıqlı iddianın məzmununa uyğun izhat verdi,ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi-vəkili Vəkil da eyni məzmunlu izahat verərək ilk iddianın rədd qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydadaa xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd olunmalıdır. İş materiallarında olan: Məhkəmənin sorğusuna DƏDRX-nin çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 15 saylı evin 4 saylı mənzili 3/5 hissədə Cavabdeh, 2/5 hissədə isə İddiaçı xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi 13 avqust 2021-ci il tarixli,10/3603 saylı rəyindən görünür ki, ünvan 1 saylı mənzilinin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsi mümkün deyil. "xxxx"MMC-nin 05 mart 2022-ci il tarixli Ç-038 saylı ekspert rəyindən görünür ki,Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 15 saylı evin 4 saylı mənzilinin bazar dəyəri 58000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıda sadalanan maddələrinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 15 saylı evin 4 saylı mənzilinə 3/5 hissədə Cavabdeh, 2/5 hissədə isə İddiaçı xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatından keçmişdir. Cavabdeh qeyd olunan mənzildə yaşasa da İddiaçı bu hüquqdan məhrumdur.Mənzilin paylara uyğun olaraq naturada bölgüsü texniki cəhətdən mümkün deyil.Yadigarov İddiaçı Elnarə Vaqif qızına məxsus olan və ona təklif olunan payı almaqdan imtina edir.Tərəflər mənzilin hərracdan satılaraq dəyərinin paylara uyğun bölüşdürülməsi barədə tələb irəli sürməmişlər. Belə olan halda ilk iddia üzrə iddiaçının paylı mülkiyyət hüququ ilə bir hissəsi ona məxsus olan mənzildə yaşamaq hüququna təminat verilməlidir. Məhkəmə qeyd olunanları araşdıraraq belə nəticəyə gəlir ki,ilk iddia əsaslı olduğundan təmin olunmalı, İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 15 saylı evin 4 saylı mənzilinə köçürülməli,onun həmin mənzildə yaşamasına Cavabdeh tərəfindən yaradılan manelər aradan qaldırılmalıdr. Cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması tələbinə dair qarşılıqlı iddiası təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlk iddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 15 saylı evin 4 saylı mənzilinə köçürülsün. Onun həmin mənzildə yaşamasına Cavabdeh tərəfindən yaradılan manelər aradan qaldırılsın. Cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-31/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-31/2022
11.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver