Məhkəmə qərarları › İş №2(007)-3161/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3161/2025

13.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3161/2025 13.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi və Cavabdeh1 qarşı qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı və s.) X10 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi və Cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi və Cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 direktor səlahiyyətlərini müvəqqəti icra edən Könül İsayevanın iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair 15 iyul 2025-ci il tarixli OU**********/e nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, iddia təmin ediləcəyi halda qətnamənin icra olunduğu günə əsasən iddiaçının məcburi işburaxma müddəti üzrə hesablanmış əmək haqqının ona ödənilməsi, mediasiya xərci olaraq 60 manat haqqın, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən və həmin Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) xx.xx.2007-ci il tarixindən əmək müqaviləsi əsasında Bakı Şəhəri Nizami Rayonu 312 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi kimi fəaliyyət göstərmişdir. İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. Buna əsasən Cavabdeh1 direktor səlahiyyətlərini müvəqqəti icra edən Könül İsayevanın 15 iyul 2025-ci il tarixli OU**********/e nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanan əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 70-ci maddəsinin "c" bəndinə əsasən 15 iyul 2025-ci il tarixindən ləğv edilmişdir. İşəgötürən iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verən zaman əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuş və iddiaçını əsassız olaraq işdən çıxarmışdır. Buna görə də tərəflər arasında mövcud olan əmək mübahisəsinin həlli üçün tərəflərindən 18 saylı mediasiya təşkilatına müraciət edilmiş, lakin mübahisənin mediasiya vasitəsilə həlli mümkün olmamışdır (buna dair sənəd iddia ərizəsinə əlavə edilir). Cavabdeh1 direktor səlahiyyətlərini müvəqqəti icra edən şəxsin əmri ilə iddiaçı ilə bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən xitam verilmişdir. AR Əmək Məcəllsənin 70-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Cavabdeh qurum iddiaçının 20 iyun 2025-ci il tarixində keçirilən təkrar sertifikatlaşdırma imtahanında uğurla keçə bilmədiyini əsas götürərək iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam vermişdir. Lakin, cavabdeh qurum iddiaçı ilə əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbinə əməl etməmişdir. Belə ki, Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçının anası X2 1-ci dərəcəli əlildir və həmin şəxs iddiaçının ailə üzvü kimi iddiaçının öhdəliyindədir (əlilliyə dair sənədlər iddia ərizəsinə qoşma kimi əlavə edilir). Belə olan halda, cavabdeh qurum əmək qanunvericiliyinin tələbinə əsasen iddiaçı ilə bağlanan əmək ümqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla xitam verə bilməzdi. Lakin, cavabdeh qurum bu kimi vacib halı nəzərə almamış və iddiaçı ilə bağlanan əmək ümqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə xitam vermiş və iddiaçının hüququnu kobud surətdə pozmuşdur. İddiaçı ilə bağlanan əmək müqavilə xitam verilməsi nəticəsində iddiaçıya münasibətdə məcburi işburaxma yaranmış və işçi 15 iyul 2025-ci il tarixindən etibarən əmək haqqı ala bilməmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, işin hallarından da göründüyü kimi Cavabdeh1 direktor səlahiyyətlərini müvəqqəti icra edən Könül İsayevanın 15 iyul 2025-ci il tarixli OU**********/e nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanan əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 70-ci maddəsinin "c” bəndinə əsasən 15 iyul 2025-ci il tarixindən ləğv edilmişdir. Buna dair əmək kitabçasında edilən qeydi də Cavabdeh1 direktor səlahiyyətlərini müvəqqəti icra edən Könül İsayeva əlavə etmişdir. Yəni, iddiaçının əmək müqaviləsinə xitam verən subyekt qismində Cavabdeh1 çıxış etmişdir. Lakin, Əmək və Məşğulluq altsistemində (ƏMAS) əks olunan iddiaçının əmək müqaviləsində, həmçinin əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək bildirişində (həmin sənədlər bu ərizəyə qoşma kimi əlavə edilərək məhkəməyə təqdim edilir) işəgötürən qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi qeyd edilmişdir. Cavabdehin etirazı: Cavabdeh Bakı şəhəri Nizami rayonu 312 nömrəli məktəbin direktoru Axundova Fidan iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, müəllimlik fəaliyyəti ilə məşğuldur və onunla bağlanmış əmək müqaviləsinə Bakı şəhəri Nizami rayonu 312 nömrəli tam orta ümumtəhsil məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Könül İsayevanın 15 iyul 2025-ci il tarixli OU**********\e nömrəli əmri ilə xitam verilmişdir. İddiaçı həmin əmri qanunsuz və əsassız hesab etmiş və ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 20 iyun 2025-ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəri Nizami rayonu 312 nömrəli tam orta ümumtəhsil məktəbin riyaziyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırma imtahanına gəlməmiş və bununla da imtahandan keçməmiş hesab edilmişdir və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzre təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırılmada iştirak etməyən və ya sertifikatlaşdırılmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırılmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırılmada iştirak etməyən şəxslər sertifikatlaşdırılmadan keçməmiş hesab olunurlar. Xitam verilən vaxt İddiaçı tərəfindən öhdəsində əlilliyi olan şəxsin olması barədə heç bir məlumat (təsdiqedici sənəd) təqdim edilməmişdir. Bundan əlavə iddiaçının bacısı X4 həmçinin həmin məktəbdə müəllim işləmişdir və o, da imtahandan keçməmiş və öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün (bacısının) olmasını bildirmişdir. Yəni 1-ci dərəcəli əlil olan X1 iddiaçının deyil, bacısının himayəsində olduğu qeyd edilmişdir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 36-2.4-cü maddəsinə əsasən sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Həmin Qanunun 36- 2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-сi hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 36-2.2-ci maddəsində, və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 2- ci və 3-cü hissələrində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndində sertifikatlaşdırmadan keçirilməyən şəxslərin siyahısı müəyyən olunmuşdur. Həmin normalarda sertifikatlaşdırmaya cəlb edilməyən şəxslərin siyahısı müəyyən edilərkən müvəqqəti hallar nəzərə alınmışdır. Məsələn, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər və s. müvəqqəti üzrlü hallar aradan qalxdıqdan sonra sertifikatlaşdırmada iştirak etməlidirlər. Yəni hamiləlik sona çatdıqdan (hamiləliyə və doğuşa görə məzuniyyətdən qurtardıqdan) sonra, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan təhsilverən işə çıxdıqdan bir il sonra sertifikatlaşdırmada iştirak etməlidirlər. Lakin Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan və işçinin öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması mahiyyəti etibari ilə daimi xarakter daşıyır. Və bu işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasının qarşısının alınması təhsilalanların hüquqlarının pozulması ilə nəticələnir, təhsil sahəsində aparılan islahatlarla və Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasəti ilə uyğunsuzluq yaradır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-929/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3 ulduzlu qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Həmçinin bir normanın tətbiqi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui- istifadəsinə şərait yaratmamalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən hallar baş vermiş hadisə ilə səbəbli əlaqədə olmadığı halda 70-ci maddənin "c" bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin sertifikatlaşdırmada iştirakı və sertifikatlaşdırmanın nəticələrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə onun öhdəsində əlilliyi olan uşağın olması və ya əlilliyi müəyyən edilmiş digər ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarından göründüyü kimi bu halda Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Bundan əlavə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69\3-2-29F/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyinin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, 20 iyun 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən ləğv edilməsi təmin edilsin. Yəni İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin göstərişi əsasında Bakı şəhəri Nizami rayonu 312 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor səlahiyyətini müvəqqəti icra edən Könül İsayevanın əmri əsasında xitam verilmişdir. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən İddiaçı barədə verilmiş əmrin ləğv edilməsi, onun yenidən vəzifəyə bərpa olunması və ona məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi tələbi tamamilə əsassızdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Bakı şəhəri Nizami rayonu 312 nömrəli məktəbinə qarşı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslər: Məhkəmənin hazırlıq iclasında iddiaçının ərizəsi əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Bakı şəhəri Nizami rayonu Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, işə həmin cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq da öz izahatında göstərdi ki, iddiaçı sertifikatlaşdırma imtahanında iştirak etməmişdir. İmtahandan keçmədiyini əsas gətirərək 15 iyul 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin (c) bəndi ilə işdən çıxarmışlar. Lakin bu Əmək Məcəlləsinin 79-cu maddəsinə tamam ziddir. Belə ki, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv oluna bilməz. İddiaçının anası birinci qrup əlildir. Bu barədə sənədləri əlavə etmişlər. Nümayəndə, qəyyumluq və himayəçiliyi səhv salır. Rəsmi qəyyum iddiaçının bacısıdır. Amma qanunvericilik rəsmi qəyyumluq yazmır. Himayəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilər yazır. Şəxs bir nəfərin himayəsində olmalıdır, ya 2 nəfərin himayəsində olmalıdır yazmamışdır. İki bacı da subaydır, bütün həyatlarını analarına həsr ediblər. 2007-ci ildən də həmin məktəbdə işləyirlər. 18 il işləyəndən sonra onun peşəkarlıq səviyyəsi o deyil deyə bilməzlər. Qanunda himayəsində yazılmışdır, rəsmi qəyyumluq yazılmamışdır. Ana və qız bir yerdə qeydiyyatdadırlar, birlikdə yaşayırlar. Əlavə sübuta gərək yoxdur, anasıdır, əlildir, uşağın anasına baxmağını sübut etməyə gərək yoxdur. MKİS-nin arayışından görünür ki, əlil olan şəxs iddiaçı ilə birliktə yaşayır. Doğum haqqında şəhadətnamədən görünür ki şəxs iddiaçının anasıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair xx.xx.2016-cı il tarixli qərardadına əsasən analoji işlə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı Bakı şəhəri Xətai rayon məhkəməsi Konstitusiyada təsbit edilmiş və dövlət tərəfindən təmin edilən sosialyönümlü dəyərləri nəzərə almaqla və baxılan işdə tətbiq etməklə müəyyən nəticəyə gələ bilər. Beləliklə göründüyü kimi, iddiaçının imtahanda iştirak etməməsinin bilavasitə səbəbi onun himayəsində olan şəxsə baxması olmuş həmçinin bu hərəkət sosial yönümlü olduğu üçün onun işdən çıxarılması düzgün qənaət deyildir. Anası təqaüd alır, amma o yeməyə bəs etmir, hələ dərman və digər ehtiyaclar da var. İddiaçının 20 illik iş təcrübəsi var. İmperativ olmayan normaya görə iddiaçını işdən çıxarmaq ədalətsizdir. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ailəli deyil, subaydır, övladı yoxdur. Anası ilə birlikdə yaşayır. Sertifikasiya imtahanına getməmişdir, çünki imtahan ədalətli formada aparılmır. 2005-ci ildən pedaqoji fəaliyyətlə məşğul olur. 2 il başqa məktəbdə işləmişdir. Açıq dərs olmuş, qəfil gəlib iştirak etmişlər, normal dərs keçmişdir. O, xroniki xəstəliklərlə bağlı uşaqlıqdan müalicə alır. İmtahan olan vaxt bülletenə çıxmışdır. Yay və qış aylarında, ildə iki dəfə müalicə almalıdır. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyib, izahatında göstərdi ki, imtahanda 60 sual olur, 30 bal keçiddir. İmtahanda iştirak etməyən şəxs 1 il iş yeri saxlanılmaqla təkrar imtahana cəlb edilirlər. Təkrar imtahandan keçmədiyi halda işdən azad olunurlar. Tək şəxs üçün imtahan keçirilmir, imtahan hamıya eyni vaxtda keçirilir. İddiaçı təkrar imtahanda da iştirak etməmişdir. Onun bacısı da eyni vaxtda bülleten götürmüşdür. İkisi də analarının onun himayəsində olduğunu deyirlər. Bu hal Təhsil Nazirliyi tərəfindən sui-istifadə kimi qiymətləndirilir. Təhsil Nazirliyi təkrar bir nəfər üçün imtahan keçirmir, bu büdcə tərəfdən də mümkün deyil. Təhsil alanların da hüququ pozulur, onlar xanımı qeyri-peşəkar kimi qiymətləndirir. Qeyri peşəkar kadrlar təhsildə saxlanılmır, bu birbaşa nazirliyin və dövlətin islahatlarıdır. Vətəndaşın vəziyyətini pisləşdirən hal kimi sayılmır. Nazirlik tərəfindən aparılan islahatlardır. Eyni zamanda dəqiqləşmə ərizəsinə münasibətdə bildirir ki, əmr məktəbin əmridir. Cavabdeh kimi onların cəlb olunmaqları sadəcə işi uzadır. İddia tələbini qəbul etmirlər. Təhsil alanların hüquqları Konstitusiyada öz əksini tapıb. Konstitusiyaya əsasən keyfiyyətli təhsil almaq hüquqları var. Sertifikasiyanı Təhsil Nazirliyi edir. Təhsil verənlər imtahanda iştirak etməsə, mənası qalmaz. Rəsmi olaraq himayəsində əlil şəxs yoxdur, anası bacısının himayəsindədir. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları: 0221281 saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Cavabdeh1 riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “c” bəndinə müvafiq olaraq işdən azad edilmişdir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin internet səhifəsindən çıxarışdan görünür ki, Cavabdeh1 Nizami rayonu, ünvan 1 ünvanında yerləşir. xx.xx.2007-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 riyaziyyat müəllimi vəzifəsinə qəbul edilmişdir, vəzifə maaşı 651,79 manat olmuşdur. Vəzifə təlimatı əmək müqaviləsinə əlavə edilmişdir. 079808 nömrəli əlillik vəsiqəsinin surətindən görünür ki, X2 1-ci qrup ümumi görmə əlilidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından çıxarışdan görünür ki, X4 İ qrup əlilliyi olan şəxslərə qulluq etdiyindən sosial müavinət alır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Cavabdeh1 xx.xx.2025-ci il tarixli, OU**********/e saylı işçinin əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin surətindən görünür ki, Təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə xx.xx.2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri 312 nömrəli tam orta ümumtəhsil məktəbində Riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “c” bəndinə əsasən xitam verilmiş, İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesabın aparılması əmr edilmişdir. Əmrin verilməsinə əsas xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmr olmuşdur. İV-ЖГ seriyalı 487790 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında X2 qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00556 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat ilkin mediasiya xərci və 10 manat poçt xərci. xx.xx.2025-ci il tarixli, MŞB/18/2025-00629 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat ilkin mediasiya xərci və 10 manat poçt xərci. xx.xx.2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. 11-ci maddəsinin 1-ci hissəsinin "xxxx" və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. Maddə 64.

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.

2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır.

3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 65.

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi aktla tənzimlənir. Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir. Maddə 66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər; Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər; bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər; hamilə qadınlar; uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); yaşı 18dən az olan işçilər; bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər; kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər; Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər; “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər. Maddə 67.

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.

5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir Maddə 71.

1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 79.

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; ; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsi:

1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

3. Əmək müqaviləsində fərdi əmək mübahisələrinin bu Məcəllə ilə müəyyən edilmiş həlli qaydalarından fərqli olan, tərəflərin hüquq bərabərliyi prinsipini və bu Məcəllə ilə nəzərdə tutulmuş əmək, sosial və iqtisadi hüquqlarını pozmayan qaydalar nəzərdə tutula bilər.

4. Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

5. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi:

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. (Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.)

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiq etmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları)

Məkhəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2007-ci il tarixdə Cavabdeh1 riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Cavabdeh1 xx.xx.2025-ci il tarixli, OU**********/e saylı işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmri ilə, təhsilverənin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə xx.xx.2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri 312 nömrəli tam orta ümumtəhsil məktəbində Riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixindən etibarən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “c” bəndinə əsasən xitam verilmiş, İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesabın aparılması əmr edilmişdir. Əmrin verilməsinə əsas xx.xx.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2-29F/2025 nömrəli əmr olmuşdur. İşçinin, yəni iddiaçının təkrarən keçirilmiş sertifikasiya imtahanında iştirak etməməsi, onun sertifikasiyadan keçməmiş kimi qiymətləndirilməsi mənasına gəlmiş və onun bilik bilik səviyyəsi tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. İddiaçı işdən çıxarılması barədə əmri mübahisələndirərək, himayəsində birinci qrup əlil anası olmasını əsas gətirmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olmasını, habelə sertifikasiyada sağlamlıq vəziyyəti ilə əlaqədar iştirak etməməsini bildirmişdir. Məhkəmə iddiaçının iddia tələbinin əmrin ləğvi və işə bərpa edilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilə bilməz. Belə ki, hazırki mübahisə üzrə isə əmək müqaviləsinə işçinin məhz iddiaçının himayəsində 1-ci qrup əlil anasının himayəsində olması üçün deyil, peşəkarlıq səviyyəsinin uyğun olmamasına görə əsaslı olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı təcrübəyə əsasən, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Məhkəmə mövcud məhkəmə təcrübəsini və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin əmək funksiyalarının yerinə yetirməsi ilə bağlı müvafiq keyfiyyətlərə və bilik səviyyəsinə malik olmasının yoxlanılması məqsədilə keçirilmiş sertifikasiya imtahanlarından yayınması zamanı 70-ci maddənin c bəndinin tətbiqini məhdudlaşdırıla bilməz. Məhkəmə hesab edir ki, işçinin müəllim kimi uzun illər işləməsi ixtisası üzrə müvafiq ixtisas biliklərinə malik olmamasına haqq qazandırmaq olmaz. Əmək müqaviləsi üzrə işçi həm əmək funksiyalarını layiqincə həyata keçirməli, həm də ixtisası üzrə biliklərə malik olmalıdır. Savad, bilik, peşəkarlıq baxımdan uyğun olmayan işçilərin əmək müqavilələrinə xitam verilməlidir. Əks halda, Təhsil Nazirliyi tərəfindən əsaslı olaraq keçirilən sertifikasiya imtahanlarının hər hansı hüquqi nəticəsi olmayacaqdır. Sertifikasiyanın məqsədi əmək kollektivinin peşəkarlığının və hazırlığının artırılması, qənaətbəxs biliyə malik olmayan şəxslərin işdən kənarlaşdırılması, ixtisaslı, savadlı yeni kadrların işə cəlb edilməsidir. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Agentliyin Bakı şəhəri üzrə Təhsil İdarəsi iş üzrə əsl olmayan cavabdehlərdir. Belə ki, Bakı şəhəri Cavabdeh1 Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olsa da, mübahisə predmeti olan əmr 312 nömrəli tam orta mətkəb tərəfindən qəbul edilmişdir. Odur ki, əsl cavabdeh Bakı şəhəri Nizami rayonu Cavabdeh1dir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi prosedur qaydalarına əməl olunmuş, iddiaçıya əsaslar aydın şəkildə bildirilmış, sertifikatlaşdırma prosesində iştirak zərurəti barədə qabaqcadan məlumat verilməsi təsdiq olunmuşdur. İddiaçının özü tərəfindən də sertifikatlaşdırmada iştirak etməməsi təsdiq edilmişdir. Göstərilən halları nəzərə alaraq, məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulması sübuta yetirilməmişdir və bu səbəbdən iddiaçının tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əməkhaqqı” hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb “əmrin ləğvi və işə bərpa” tələbindən törəmə tələbdir, “əmrin ləğvi və işə bərpa” hissəsində iddia tələbinin əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbi təmin edilə bilməz.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iddiaçı tərəfindən tələb edilən məhkəmə xərcinin cavabdehdən tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən çəkilmiş xərclər onun özünə aid edilməli, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Lakin iddiaçı dövlət rüsumu ödənilməsindən azad edildiyindən onun tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır.

Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi və Cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsi və Cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma üçün əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın.(tarix:xx.xx.2025, saat 12:12:37, qəbz nömrəsi:**********) Qətnamənin icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar