Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 2(019)-432/2025 03.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X2rşı əmrin ləğvi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X2rşı iddia tələbi ilə müraciət edərək Azərbaycan Dövlət Su X1 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin 6 nömrəli Regional Sukanal İdarəsinin şöbə rəisi Vüsal İsmayılovun xx.xx.2024-cü il tarixli 495-k nömrəli, "Əmək müqaviləsinin ləğv edilməsi haqqında" əmrini ləğv edərək əvvəlki vəzifəsinəə bərpa etmək barədə iddia tələbimin təmin edilməsini, cavabdeh tərəfindən qanunsuz olaraq işdən çıxarıldığından məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini, məhkəmə və İMS-ə görə ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini, analıq məzuniyyətində olarkən işdən çıxarılmağı psixoloji və sosial cəhətdən mənfi təsir göstərdiyindən 5.000 (beş min) manat mənəvi təzminatın ödənilməsini, işəgötürənin bu qanunsuz hərəkətlərinə görə müvafiq hüquqi məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, vergi ödəyicilərinin məlumatlarından çıxarışdan görünür ki, cavabdeh Azərbaycan Dövlət Su X1 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsinin ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67-dir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla verildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır və iddiaçıya hazırki tələblə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin iddia ərizəsi və ona əlavə olunan sənədlər məhkəməyə poçt rabitəsi vasitəsi ilə kağız daşıyıcıda daxil olmuşdur. Halbuki “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizənin verilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddia ərizəsi geri qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X2rşı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, xx.xx.2025-ci il tarix, 2614 nömrəli qəbz) İddiaçı geri qaytarılsın. İddiaçıya hazırki tələblə bağlı ümumi qaydada ikinci dəfə cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №2(019)-432/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №2(019)-432/2025
03.03.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver