Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-865/2020 14.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası X23 üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X23 üzrə Dövlət X22 Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə qarşı «əmrin ləğvi, işə bərpa və boşdayanma ərəfəsində əvvəlki vəzifəyə uyğun əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Mərkəzi Xəstəxanasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli, 171 nömrəli əmrinin ləğv edilməsi, əvvəl tutduğu vəzifəyə bərpa edilməsi (Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə Şöbəsinin müdiri) və boşdayanma ərəfəsində itirilmiş əmək haqqının ödənilməsi barədə qətnamə və Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov barəsində xüsusi qərardad çıxarılaraq Baş prokurorluğa göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Mərkəzi Xəstəxanası əsl cavabdeh olan Azərbaycan Respublikası X23 üzrə Dövlət X22 Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə göndərərək hazırda iddia ərizəsini müdafiə etmədiyini bildirmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası X23 üzrə Dövlət X22 Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etməsi barədə ərizəsi nəzərə alaraq məhkəmə prosesi davam etdirilmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1994-cü il tarixdə Azərbaycan Dövlət X3 fakültəsinə daxil olmuşdur. 2000-ci il tarixdə həmin universitetin “Pediatriya” fakültəsini bitirmişdir. 2001-2003-cü illərdə X8 Dövlət Tibb Universitetində fakultətiv-cərrahiyyə üzrə kliniki ordinaturanı bitirmişdir. 2004-2005-ci illərdə Müdafiə Nazirliyində N saylı hərbi hissədə Tibb xidməti rəisi vəzifəsində həqiqi hərbi xidmətdə olmuşdur. 2007-ci ildə X11 Ambulatoriyada baş həkim, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 13 saylı poliklinikada həkim cərrah-travmatoloq, X12 həkim-cərrah, 2007- 2010-cu illərdə X13 həkim-cərrah işləmişdir. 2009-2010-cu illərdə X1 cərrahi kursu keçmiş, setifikat almış, 2010-cu ildə İ dərəcəli cərrah üzrə şəhadətnamə ilə təltif olunmuşdur. 2010cu ildə X15 Mərkəzində həkim-cərrah, X13 həkim-cərrah işləmişdir. 2011-ci ildə təkrar Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə sertifikatı verilmiş, 2010-cu ildə X14 Konqresində, 2011-ci ilin may ayında X9 və rektum cərrahiyyəsi konqresində iştirak etmiş, 2012-ci ilin iyul ayında X6 fakültəsində bir aylıq laparoskopik cərrahiyyə üzrə, 2013-cü ilin iyul ayında X6 fakültəsində bir aylıq Endokrin cərrahiyyə üzrə, 2013-cü ilin sentyabr-dekabr aylarında X24 və Araşdırma xəstəxanasında endokrinoloji, qastroendokrinoloji, məmə cərrahiyyəsi üzrə kurs keçmiş və sertifikat almışdır. 2013-cü ilin 7-10 noyabrında X16 Konqresində iştirak etmiş, 2013-cü ilin noyabr ayında X20 Ştapler Eğitim kursu, 2013-cü ilin 6-7 dekabrında X26 X2 və rektum cərrahiyyəsi üzrə, 2013-cü ilin 23 dekabrda X5 şəhərində X24 və Araşdırma Xəstəxanasında ümumi cərrahiyyə üzrə kurs keçmiş və sertifikat almışdır. 2016-cı ilin avqust ayından X18 Cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, 2016-ci il oktyabr-noyabr aylarında İsrail Respublikasında Haifa şəhəri Rambam, Asuta, Elişa xəstəxanasında Laparoskopik və ümumi cərrahiyyə üzrə kurs keçmiş və diplom almışdır. 2016-ci ilin dekabr ayında Azərbaycan Respublikası Həkimlərin Təkmilləşdirmə İnstitutunda cərrahiyyə üzrə kurs keçmiş və sertifikasiyaya daxil edilmişdir. xx xxxx 2017-ci ildə Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsinə təyin edilmiş, xx xxxxx 2018-ci ildən Şəki Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2019-cu ilin aprel ayında İsrail Respublikası Haifa şəhərində X19 Səhiyyənin Maliyyələşməsi və tibbi sığortanın səhiyyədə tətbiqi üzrə kurs keçmiş və sertifikat almışdır. 2019-cu il iyun ayından Həkimlərin Təkmilləşdirilməsi üzrə təcili və təxirə salınmaz yardım üzrə cərrahi kurs keçmişdir. 2019-cu ilin iyul-oktyabr aylarında X7 Məmə onkoloji cərrahiyyəsi və multidisiplinar müalicəsi üzrə 3 aylıq kurs keçmiş və sertifikat almışdır. İşlədiyi müddət ərzində heç bir qanun pozuntusuna yol verməmişdir. Lakin Şəki Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Elçin Əmirov heç bir əsas olmadan, hətta xəbərdarlıq belə etmədən onu qanunsuz olaraq tutduğu vəzifədən azad edərək sıravi həkim kimi təyin etmişdir. Baş həkim onu tutduğum vəzifədən azad etməkdə əsas kimi guya şöbə müdirinin vəzifə təlimatının tələblərinə əməl etmədiyini , tez-tez əmək intizamını pozduğunu əsas gətirmişdir. 19 ilə yaxındır ki, cərrah kimi fəaliyyət göstərir və 14000-dən çox uğurlu cərrahi əməliyyatları olmuşdur. İşlədiyi müddət ərzində etdiyi cərrahi əməliyyatlara görə vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmiş, heç bir şikayət və narazılıqlar olmamışdır. Şəki Rayon Mərkəzi Xəstəxanasında tərəfindən yüksək səviyyədə aparılmış cərrahi əməliyyatlar Rusiya, İsrail və Türkiyə respublikalarında aparılmış cərrahi əməliyyatlar səviyyəsində icra olunmuşdur. 2009-cu ildə respublikanın rayon xəstəxanaları arasında laparoskopik əməliyyatların icrası ilk olaraq tərəfindən Ağsu Rayon Mərkəzi Xəstəxanasında və 2017-ci ildə regionda ilk dəfə Şəki Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilmişdir. Hazırda baş həkim ona planlı əməliyyatları icra etməyi qadağa etmiş və anestezioloqlara göstəriş vermişdir ki, “İddiaçı xəstəxanaya buraxılmasın”. Hər gün demək olar ki, 4-5 əməliyyat məcburiyyətində olan xəstələri geri qaytarır. Dəfələrlə özünə rəsmi müraciət etməyinə baxmayaraq müraciəti cavabsız qalmışdır. Xəstələr özləri xəstəxananın baş həkiminə müraciət edərək tərəfindən onları əməliyyat etməyini bildirsələr də, xəstələr digər həkimlərə yönləndirilmiş, sonuncular isə bundan imtina etmişlər. Bu isə bir həkim kimi şəxsi işinə və imicimə zərər gətirmişdir. Qanunverilik işdən azad edilmənin səbəblərini Əmək Məcəlləsində aydın göstərmişdir. Onun Şəki Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi tərəfindən şöbə müdiri vəzifəsindən azad edilməyi əsassızıdır. Belə ki, əmrdə qeyd edilir ki, guya o, qanun pozuntusuna yol vermiş, iş yerini rəhbərliyə məlumat vermədən tərk etmiş, xəstənin müalicəsini təşkil etməmiş, etik davranış qaydalarına əməl etməmiş, anestezoloq-reanimatoloqlar onun planlı cərrahi əməliyyatlar zamanı anesteziya xidməti göstərilməsindən imtina etmişdir. İşdən azad edilməyinin ən kobud görünən üzü ondan ibarətdir ki, Əmək Məcəlləsinə uyğun olmayaraq heç bir xəbərdarlıq edilmədən vəzifədən azad edilmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası”nın xx xxxxxx 2019-cu il tarixli, 171 nömrəli əmrində göstərilən nöqsanların onun işi ilə əlaqəsi yoxdur. Bu səbəbdən həmin əmr ləğv edilməlidir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası X23 üzrə Dövlət X22 Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanasına qarşı “əmrin ləğvi, əvvəlki işə bərpa və boşdayanma ərəfəsində əvvəlki vəzifəyə uyğun əmək haqqının ödənilməsi barədə” iddiası təkrar (ikinci dəfə) icraata qəbul edlmişdir. Belə ki, İddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli, 171 saylı əmri ilə X4 şöbəsinin müdiri vəzifəsindən azad edilmişdir. Tərəflərindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbinə uyğun məlumatlandırılması təmin edilmiş və sonrakı dövrdən indiyədək Şəki Rayon Mərkəzi Xəstəxanasında digər vəzifədə işləmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2405/2019 saylı bildirişindən görünür ki, İddiaçı Şəki Rayon Mərkəzi Xəstəxanasına qarşı “əmrin ləğvi, əvvəlki işə bərpa və boşdayanma ərəfəsində əvvəlki vəzifəyə uyğun əmək haqqının ödənilməsi barədə” iddiası əvvəl də (birinci dəfə) icraata qəbul edlmişdir. İddiaçının vəzifədən azad olunması, yəni barəsində Şəki Rayon Mərkəzi Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli, 171 saylı əmrinin verilməsindən və onun xəbərdar edilməsindən 7 (yeddi) aya yaxın müddət keçmişdir. Bu müddət ərzində onun tərəfindən qanunamüvafıq qaydada məhkəməyə müraciət edilməməsi ona istənilən zaman məhkəməyə müraciət etmək hüququnu tanımır. Həmçinin, ötürülmüş prosessual müddətin bərpasının üzürlü səbəbdən olması ehtimalı onun bu dövr ərzində digər vəzifədə işləməsi və müraciət etməməsi səbəbindən inandırıcı deyil. Ona görə də hazırkı iş üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin baş direktoru Elçin Əmirov tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 171 nömrəli əmrdən görünür ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinin müdiri İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx xxxxxxxx 2012-ci il tarixli, 70 saylı əmri ilə təsdiq edilmiş şöbə müdirinin nümunəvi vəzifə təlimatının tələblərinə əməl etməyərək tez-tez əmək intizamını pozduğuna, rəhbərliyə məlumat vermədən rayonu tərk etdiyinə, bu barədə ona dəfələrlə tapşırılmasına, məzəmmət olunmasına baxmayaraq əmək fəaliyyətində dönüş yaratmadığına, xəstələrin müalicəsini təşkil etmədiyinə, həmçinin tibb işçilərinə qarşı etik davranış qaydalarını pozduğuna, həkim anestezioloqreanimatoloqların onunla cərrahi planlı əməliyyatlar zamanı anesteziya xidməti göstərilməsindən qəti imtina etmələrinə və bıı səbəbdən anesteziologiya-reanimasiya şöbəsinin fəaliyyətini iflic vəziyyətinə gətirdiyinə görə şöbə müdiri vəzifəsindən kənarlaşdırılmışdır. Əsas kimi 1) “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin baş həkiminin müavini Sərxan Musayevin; 2) hüquq məsləhətçisi Nümayəndə məlumatları: 3) X17 İttifaqı Şurasının sədri İradə Xəlilovanın rəyi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx xxxxx 2018-ci ildən Şəki Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin baş direktoru Elçin Əmirovun xx xxxxxx 2019-cu il tarixli, 171 nömrəli əmrinə əsasən şöbə müdiri vəzifəsindən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Kraska İsveçrəyə qarşı iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olubolmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (xx.xx.1993, §30). Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən irəli sürülmüş yuxarıda qeyd olunan hüquqi mövqelərini nəzərə alaraq, hesab etmişdir ki, cavabdehlərin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsaslanaraq, tərəflərin tələb və etirazları üzrə dəlilləri araşdırmadan, yalnız iddia müddətinin keçməsinə əsaslanaraq qətnamə qəbul edilməsi, işin hərtərəfli, tam və obyektiv araşdırılması, ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi prinsipinə ziddiyət yaratmaqla, dövlətin adından çıxarılan qətnamənin qanuni və əsaslı olmasını şübhə altına almış olacaqdır. Bununla əlaqədar olaraq məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilib-verilməməsindən asılı olmayaraq, iddiaya mahiyyəti üzrə baxılmasını, yəni işin hallarını araşdırıb, sübutları qiymətləndirməklə hərtərəfli proses aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarı) Göründüyü kimi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin xx xxxxxx 2019-cu il tarixli, 171 nömrəli əmri İddiaçı barəsində tərtib ediliyindən iddiaçı hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin əsaslar aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. İşəgötürən tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin göstərilən tələblərinin pozulması ilə xitam verilən əmrlər qanunauyğun hesab edilə bilməz. Həmin Məcəllənin 74-ci maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası X23 üzrə Dövlət X22 Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin baş direktoru Əmək Məcəlləsinin tələblərinə zidd olaraq iddiaçını qanunsuz olaraq işdən azad etmişdir. Belə ki, “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin baş direktoru Elçin Əmirovun xx xxxxxx 2019-cu il tarixli, 171 nömrəli əmri ilə İddiaçı işdən müvafiq vəzifəsindən azad olunarkən Əmək Məcəlləsinin heç bir maddəsinə istinad edilməmiş, işdən azad etmə əsasları göstərilməmişdir. Məhkəmə hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməli olması qənaətinə gəlir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini və «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyini əsas götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1, 2 və 3-cü bəndlərinə əsasən həmin Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstıtusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” işi üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. X21 Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “H.Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2005-ci il tarixli qərarında belə bir hüquqi mövqe ortaya qoymuşdur ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. Göründüyü kimi işçi fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində əmri mübahisə edə bilər. İddiaçı əmrdən vaxtında xəbəri olmuşdur. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 294/2020 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxsinə qarşı «əmrin ləğvi, əvvəlki işə bərpa və boşdayanma ərəfəsində əvvəlki vəzifəyə uyğun əmək haqqının ödənilməsi» tələbinə dair iddiası xx xxxxxx 2019-cu il tarixdə məhkəmənin icraatına daxil olmuş, xx xxxxxx 2020-ci il tarixdə baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Lakin iddiaçı xx xxxxxx 2019-cu il tarixli, 171 nömrəli əmrindən hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda iddia müddətini ötürməklə 06 (altı) ay sonra, yəni xx xxx 2020-ci ildə vermişdir. Belə ki, tərəflər arasında hadisəsinin baş verməsi ilə bağlı müddət xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxxxx 2019-cu il tarixdə bitmişdir. Məhkəmə həmçinin qeyd edir ki, mübahisə tərəfinin iddia müddətinin keçməsinin tətbiq edilməsi barədə verdiyi ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia hüququnun yaranması üçün subyektiv mülki hüququn pozulması faktı mövcud olmalıdır. Əgər iddiaçı öz hüququnun pozulmasını pozulma anı yox, daha gec müddətdə bilmişdirsə bunu sübut etməlidir. İddiaçı qanunla iddia müddətinin üzürlü səbəbdən ötürülməsinə dair heç bir sübut təqdim edə bilməmişdir. Bütün bunlara baxmayaraq iddia ərizəsi ilə bildiyi və bilməli olduğu son müddət kimi xx xxxxxx 2019-cu il tarixədək deyil, xx xxx 2020-ci il tarixdə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi verilərkən iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin Məcəllənin 106.1-ci mаddəsində göstərilir ki, işdə iştirаk edən şəxslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yоxlаnılmаlı və qiymətləndirilməlidir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası X23 üzrə Dövlət X22 Bölmələrini İdarəetmə Birliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə qarşı «əmrin ləğvi, işə bərpa və boşdayanma ərəfəsində əvvəlki vəzifəyə uyğun əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Şəki Rayon Mərkəzi Xəstəxanası”nın xx xxxxxx 2019-cu il tarixli, 171 nömrəli əmrinin ləğv edilməsi, əvvəl tutduğu vəzifəyə bərpa edilməsi (Şəki Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri) və boşdayanma ərəfəsində itirilmiş əmək haqqının ödənilməsi barədə qətnamə və Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Əmirov barəsində xüsusi qərardad çıxarılaraq Baş prokurora göndərilməsi barədə qərardad çıxarılmasını tələbinə dair iddiası təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 10 (on) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılmasının qərara alınması nəzərə alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-865/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-865/2020
14.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver