Məhkəmə qərarları › İş №2(007)-3165/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3165/2021

13.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3165/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə yoxlanılmış məlumatlardan, həmin məlumat əsasında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(007)-3428/2019 saylı qətnaməsinin surəti ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin qeyd edilən qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. Qeyd olunan məhkəmə qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “.... Göründüyü kimi, iddiaçı mənzilə mülkiyyət hüququnu cavabdehlə ailə qurmamışdan əvvəl əldə etmiş, nikah bağlandıqdan sonra cavabdeh həmin mənzilə köçərək orada yaşamışdır. Cavabdeh mənzildə qeydiyyatdadır. İddiaçı mənzilin mülkiyyətçisi olduğundan Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə onun arvadı olan cavabdehin mənzildən istifadə hüququ onun həmin mənzildə yaşadığı tarixdən mövcuddur. Həmin maddənin məzmununa əsasən cavabdehin istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan qaydada, yəni mülkiyyətçi tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə cavabdehin istifadə hüququna xitam verilə bilər. Lakin iddiaçı cavabdehə kompensasiya verməyi təklif etməmişdir...” Məhkəmə qeyd edir ki, iddiaçı qeyd olunan qətnaməni mübahisələndirməmiş, qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya və ya kassasiya şikayəti verilməmiş, həmin qətnamə qanuni qüvvəsini almış və 19 yanvar 2021-ci il tarixdə məhkəmənin arxivinə təhvil verilmişdir. İddiaçı Ehtiqat oğlunun hazırkı ərizəsindən görünür ki, o, məhkəmə tərəfindən baxılaraq hüquqi qiymət verilmiş mübahisə barədə mahiyyət etibarı ilə eyni olan iddia ərizəsi ilə, sadəcə tələbində mənzildən istifadə hüququnun “itirilmiş hesab edilməsi” ifadəsini “istifadə hüququna xitam” ifadəsi ilə əvəz etməklə, təkrarən məhkəməyə müraciət etmiş, iddianın əsasını təşkil edən faktiki hallar isə dəyişməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Ehtiqat oğlunun hazırkı iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar