Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-318/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “EA X1” MMC-nə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti cəlb olunmaqla “əmək müqaviləsinə xitam verilməsi və bildirişin elektron informasiya sistemində yerləşdirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “EA X1” MMC-nə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti cəlb olunmaqla “əmək müqaviləsinə xitam verilməsi və bildirişin elektron informasiya sistemində yerləşdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, 2015-ci illin may ayından 2017-ci ilin sentyabr ayınadək cavabdeh şirkətdə çalışmışdır. Sonradan öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Bu yaxınlarda ona məlum oldu ki, cavabdeh şirkət hələ də onu işdən azad etməyib. Ona görə də adı portalda həmin şirkətin işçisi kimi göstərilir. Bu yanlışlığı aradan qaldırmaq üçün şirkətin fəaliyyət göstərdiyi ünvana getmişdir. Lakin həmin ünvanda başqa şirkət fəaliyyət göstərirdi. Orada ona məlum oldu ki, cavabdeh şirkət bir neçə ildir fəaliyyətini dayandırıb.Bundan sonra o, qanunvericiliyin tələblərinə uyğun addım atmaq məcburiyyətində qaldı. Belə ki, ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət edərək adına olan aktiv əmək müqaviləsinin ləğv edilməsini xahiş etdi.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 ünvanlandığı 24 iyun 2022-ci il tarixli məktubda göstərdi ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir.Belə olan halda Məhkəməyə iddia vermək zərurəti yaranıb. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələblərinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanundan qorunanhüquq və azadlıqlarının, elecə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilən qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.Bundan əlavə Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsində göstərilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, cavabdeh "EA X1" MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bununla əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Xidmətinə havalə edilməsi barədə qətnamə qəbul edilsin. Cavabdeh“EA X1” MMC və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə öz mümayəndələrini göndərməmişlər. Məmkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Məhkəmə portalından çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də elektronika/kompütüer texnikası üzrə montajçı vəzifəsində çalışır,aylıq əmək haqqı 150 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki,o,şirkətlə bağladığı əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.Lakin məktub “Köçüb”qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış iş yerindən arayışdan görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi ləğv olunmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətindən iddiaçıya ünvanlanmış 24 iyun 2022-ci il tarixli məktubun məzmunundan görünür ki,həmin təşkilat iddiaçının ünvanlandığı(əmək müqaviləsinə xitam verilməsi barədə)ərizə üzrə araşdırma aparmış lakin Cavabdeh MMC-nin ünvanına göndərilən məktuba cavab verilməmişdir.Bu səbdən məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinə əsaasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İşin hallarından görünür ki,iddiaçı ilə cavabdeh müəssisə arasında əmək müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh MMC-də elektronika/kompütüer texnikası üzrə montajçı vəzifəsinə işə qəbul olunmuşdur.Tərəflər arasında olan əmək münasibələrinə faktiki olaraq xitam verilsə də,cavabdeh əmək müqaviləsinə xitam verilməsi üçün qanunla nəzərdə tutulan tədbirləri görməmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişi elektron informasiya sistemində qeydiyyatdan keçirməmişdir.Bunun nəticəsində iddiaçının konstitusiya ilə qorunan əmək hüquqları pozulmuşdur.Belə ki,əmək müqaviləsinə xitam verilməməsi səbəbindən İddiaçı başqa müəssisə və təşkilatlarda işlə təmin oluna bilmir. Məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə havalə edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-318/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-318/2023
13.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver