Məhkəmə qərarları › İş №2(007)-3189/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3189/2021

17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3189/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Azad Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1942-ci il tarixdə anadan olmuşdur. Atasının adı bütün sənədlərdə olduğu kimi İbrahimxəlil kimi qeyd edilmişdir. Onun adına olan yəni onun üçün ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0.12 ha ərazisində yerləşən bağ sahəsini özəlləşdirmək qərararına gəlmişdir. Sənədləri gözdən keçirərkən ona məlum olmuşdur ki, bağın icarəyə verilməsi haqqında 22767 nömrəli müqaviləsində ata adı İbrahim kimi qeyd edilmişdir. Hazırda bağ sahəsinə dair mülkiyyət hüquqlarını həyata keçirmək məqsədilə qeyd olunan yanlışlığın aradan qaldırılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və bağın icarəyə verilməsi haqqında 10 oktyabr 1999-cu il tarixli 22767 nömrəli müqavilənin ona, yəni Ərizəçi İbrahim oğluna məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin “xahiş edirəm” hissəsində texniki səhv olaraq ata adının İbrahim kimi yazıldığından 04.08.2021-ci il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, bağın icarəyə verilməsi haqqında 10 oktyabr 1999-cu il tarixli 22767 nömrəli müqavilənin ona, yəni Ərizəçi məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirdi ki, o ərizəçini tanıyır. Ərizəçi qohumdur. Atasının adı İbrahimxəlildir, onu hamı Ərizəçi kimi tanımışdır. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirdi ki, ərizəçini onun qohumudur, yəni əmisidir. Babası İbrahimxəlil olmuşdur. Babasının adı bütün səndlərdə İbrahimxəlil yazılmlşdır. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri, Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən bağın icarəyə verilməsi haqqında 10 avqust 1999-cu il tarixli, 22767 nömrəli müqaviləsindən görünür ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsi Ərizəçi İbrahim oğuna məxsusdur. İş materiallarında olan AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1942-ci il təvəllüdlü Ovçiyev X2 Dmanisi rayonunun, Qəmərli kəndində anadan olmuşdur, subaydır, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 39, mənzil 102 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İİ-PЭ seriyalı 590393 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1942-ci il təvəllüdlü Ovçiyev X2 Dmanisi rayonunda anadan olmuşdur. Ata qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Şəhəri Ərazi İdarəsinin Texniki Pasportundan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanı **********67-05301-093185 reyestr nömrəsi ilə Ərizəçi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı Şəhəri Ərazi İdarəsinin RX seiyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanı ********** qeydiyyat nömrsəi ilə 11.01.2018-ci il tarixdə Ərizəçi adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli X1, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 28.03.2013-cü il tarixli 085491 nömrəli uyğunluq sertifikatından görünür ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, ev 39, mənzil 102 ünvanında qeydiyyatda olan Ərizəçi məxsus buraxılış ili 2011 olan VİN:5UXZV4C57BL740328, BMW X5 markalı avtomobil ***-**** Ekoloji sinif 4 normativ sənədlərin tələblərinə uyğundur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndindən göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmçinin həmin qərarın 6.1.-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3.Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, şahid ifadələri, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də ərizəçiyə məxsus Bakı şəhəri, Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən bağın icarəyə verilməsi haqqında 10 avqust 1999-cu il tarixli, 22767 nömrəli müqavilədə onun ata adı texniki səhv olaraq “İbrahim” kimi qeyd olunsa da həqiqətən ata adı "İbrahimxəlil"-dir. Bakı şəhəri, Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən bağın icarəyə verilməsi haqqında 10 avqust 1999-cu il tarixli, 22767 nömrəli müqavilə hüquqmüəyyənedici sənəddir. Həmin hüquqmüəyyənedici sənədin şəxsə məxsusluğu məhkəmə tərəfindən müəyyənləşdirilə bilər. Məhkəmə hesab edir ki, qeyd olunan fakt hüquqi əhəmiyyəti olduğundan və ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən bağın icarəyə verilməsi haqqında 10 avqust 1999-cu il tarixli, 22767 nömrəli müqavilənin eyni şəxsə xx.xx.1942-ci il təvəllüdlü Gürcüstanın Dmanisi rayonunun Qəmərli kəndində doğulmuş Ərizəçi oğuna məxsus olması barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilməsi, qətnamə Ərizəçi məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən bağın icarəyə verilməsi haqqında 10 avqust 1999-cu il tarixli, 22767 nömrəli müqavilədə “İbrahim” adının “İbrahimxəlil” adı ilə əvəz olunması üçün əsas olmalıdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən bağın icarəyə verilməsi haqqında 10 avqust 1999-cu il tarixli, 22767 nömrəli müqavilənin eyni şəxsə xx.xx.1942-ci il təvəllüdlü Gürcüstanın Dmanisi rayonunun Qəmərli kəndində doğulmuş Ərizəçi oğuna məxsus olması barədə hüquqi əhəmiyyəti fakt müəyyən edilsin. Qətnamə Ərizəçi məxsus olan Bakı şəhəri, Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən bağın icarəyə verilməsi haqqında 10 avqust 1999-cu il tarixli, 22767 nömrəli müqavilədə “İbrahim” adının “İbrahimxəlil” adı ilə əvəz olunması üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar