Məhkəmə qərarları › İş №2(007)-320/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-320/2021

05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-320/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. İşə məhkəmədə baxılarkən AR MPM-in 53-cü maddəsinə əsasən ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Nazirlər Sovetinin 06.04.1988-ci il tarixli 125 nömrəli qərarı ilə 9,80 ha. torpaq sahəsi kollektiv bağçılıq və bostançılıq yaratmaq məqsədilə "Azəryollayihə" Layihə İnstitutuna ayrılmışdır. Həmin əraziyə dair verilmiş "Torpaqdan istifadə hüququna aid Dövlət Aktı" - dövlət aktlarının qeydiyyatı kitabında 06.06.1988-ci il tarixdə 140 nömrə ilə qeydə alınmışdır. Türkanda yerləşən 9,80 ha. torpaq sahəsindən 0,06 ha. hissəsinə dair "Azəryollayihə" Layihə İnstitutu nəzdində bağçılıq- yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında və bağların bölgü layihəsində - 99 sıra nömrəsi altında olan 103 saylı bağın sahibi kimi ərizəçinin ad-soyadının yerinə texniki səhv olaraq sadəcə Qasımov soyadı yazılmışdır. Adlı siyahıda 99 sıra nömrəsi altında olan Qasımov soyadının ərizəçinin ad-soyadı kimi tanınması ilə bağlı hüquqi faktın müəyyən edilməsi məqsədilə ərizəçilər tərəfindən Nizami rayon Məhkəməsinə müraciət edilməsi zərurəti yaranmışdır. Eyni zamanda, MPM-in 149.2.4-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat və 150.0.7-ci maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin olmasını nəzərə alaraq - aidiyyatı üzrə müvafiq orqanlara pretenziya qaydasında müraciət edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 15.10.2019-cu il tarixli **********97 nömrəli məktubu ilə - Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilərək, onların arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyi üçün həmin orqana müraciət edilməsi tövsiyyə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 25.10.2019-cu il tarixli **********27 nömrəli məktubu ilə “pretenziyada qeyd edilən "Azəryollayihə" Layihə İnstitutu nəzdində bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bağların bölgü layihəsi İdarə tərəfindən tərtib edilmədiyindən həmin sənədlərə hər hansı dəyişikliyin edilməsi İdarənin səlahiyyətləri xairicindədir”qeydləri ilə faktı tanımaqdan imtina etmişdir. Maraqlı şəxs 24.10.2019-cu il tarixli 89 nömrəli məktubu ilə - adlı siyahıda 99 sıra nömrəsi altında olan Qasımov soyadının məhkəmə qaydasında Ərizəçi2 kimi tanınmasına etiraz etməmişdir. X1 Təşkili üzrə Dövlət Agentliyi 29.10.2019-cu il tarixli **********96 nömrəli məktubu ilə - məsələnin onların tərəfindən həll edilməsininin mümkün olmamasını bildirmiş və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Bütün bu məktublardan görünür ki, məsələnin məhkəmədən kənar həlli yoxdur. Qeyd olunanlara əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 06.04.1988-ci il tarixli 125 nömrəli qərarı ilə kollektiv bağçılıq və bostançılıq yaratmaq məqsədilə “Azəryollayihə” Layihə İnstitutuna ayrılmış və həmin əraziyə dair verilmiş “Torpaqdan istifadə hüququna aid Dövlət Aktı-nın dövlət aktlarının qeydiyyatı kitabında 06.06.1988-ci il tarixdə 140 nömrə ilə qeydə alınmış 9,80 ha. torpaq sahəsindən Türkanda yerləşən 0,06 ha. hissəsinə dair “Azəryollayihə” Layihə İnstitutu nəzdində bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında və bağların bölgü layihəsində - 99 sıra nömrəsi altında olan 103 saylı bağın Ərizəçi2 məxsus olması və “Qasımov” ilə Ərizəçi2 eyni bir şəxs, yəni Ərizəçi2 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin 01.03.2021-ci il tarixli iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi ilə onun bağ sahələri yaxınlıqda yerləşir, uzun illərdir ki, münasibətləri vardır. Həmin bağ sahəsi Ələddinə məxsusdur.Torpaq sahəsində beton tikili var, həmin tikilini Ələddin inşa etdirib. Tikilinin qapı-pəncərəsi də olub, lakin sonradan oğurlayıblar. Şənbə və bazar günləri Ələddin mütəmadi olaraq bağ sahəsinə gəlib. Sözün açığı heç öz bağ sahəsinin nömrəsini xatırlamır. Ələddini həmin bağ sahəsinin sahibi kimi tanıyır. Dəfələrlə Ələddinlə orada görüşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki,ərizəçi onun qonşusudur. Ərizəçi ilə onun bağ sahələrinin arasında cəmi bir küçə vardır. Onlar şənbə bazar günləri mütəmadi olaraq görüşürlər. Bağ sahəsi Ələddinə məxsusdur. Bağ sahəsindəki ev 2 mərtəbəli olsa da, tam inşa edilməyib. İş materiallarında olan: Türkanda yerləşən 9,80 ha. torpaq sahəsindən 0,06 ha. hissəsinə dair "Azəryollayihə" Layihə İnstitutu nəzdində bağçılıq- yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında və bağların bölgü layihəsində - 99 sıra nömrəsi altında olan 103 saylı bağın sahibi kimi “Qasımov” soyadı yazılmışdır Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 15.10.2019-cu il tarixli **********97 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyi üçün həmin orqana müraciət edilməsi tövsiyyə olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 25.10.2019-cu il tarixli **********27 nömrəli məktubunda qeyd olunur ki, pretenziyada qeyd edilən "Azəryollayihə" Layihə İnstitutu nəzdində bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bağların bölgü layihəsi İdarə tərəfindən tərtib edilmədiyindən həmin sənədlərə hər hansı dəyişikliyin edilməsi idarənin səlahiyyətləri xairicindədir. Maraqlı şəxs 24.10.2019-cu il tarixli 89 nömrəli məktubundan görünür ki, Azəryollayihə" Layihə İnstitutu nəzdində bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bağların bölgü layihəsində 99 sıra nömrəsi altında olan Qasımov soyadının məhkəmə qaydasında Ərizəçi2 kimi tanınmasına etiraz etmir. X1 Təşkili üzrə Dövlət Agentliyinin 29.10.2019-cu il tarixli **********96 nömrəli məktubunda qeyd olunur ki, məsələnin onların tərəfindən həll edilməsi mümkün deyil və məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı,şahid ifadələri eləcə də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də ərizəçiyə məxsus sənəddə onun adı "Ərizəçi2" olduğu halda, sənəddə texniki səhv olaraq soyadı "Qasımov" yazılmışdır. Məhkəmə bu nəticəyə gələrkən həm də ,mübahisəli bağ sahəsinin uzun illərdir ki,Ərizəçi2 istifadəsində olmasını,orada tikilinti işləri aparmasını,digər şəxslərin qeyd olunan bağ sahəsi ilə əlaqədar mübahisə qaldırmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, qeyd olunan faktın hüquqi əhəmiyyəti olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Azərbaycan SSR Nazirlər Sovetinin 06.04.1988-ci il tarixli 125 nömrəli qərarı ilə kollektiv bağçılıq və bostançılıq yaratmaq məqsədilə "Azəryollayihə" Layihə İnstitutuna ayrılmış və həmin əraziyə dair verilmiş "Torpaqdan istifadə hüququna aid Dövlət Aktı"-nın dövlət aktlarının qeydiyyatı kitabında 06.06.1988-ci il tarixdə 140 nömrə ilə qeydə alınmış - 9,80 ha torpaq sahəsindən Türkanda yerləşən 0,06 ha. hissəsinə dair "Azəryollayihə" Layihə İnstitutu nəzdində bağçılıq-yoldaşlıq təsərrüfatı üvzlərinin siyahısında və bağların bölgü layihəsində - 99 sıra nömrəsi altında olan 103 saylı bağın Ərizəçi2 məxsus olması və "Qasımov" ilə Ərizəçi2 eyni şəxs, yəni Ərizəçi2 olması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan SSR Nazirlər Sovetinin 06.04.1988-ci il tarixli 125 nömrəli qərarı ilə kollektiv bağçılıq və bostançılıq yaratmaq məqsədilə "Azəryollayihə" Layihə İnstitutuna ayrılmış və həmin əraziyə dair verilmiş "Torpaqdan istifadə hüququna aid Dövlət Aktı"-nın dövlət aktlarının qeydiyyatı kitabında 06.06.1988-ci il tarixdə 140 nömrə ilə qeydə alınmış - 9,80 ha torpaq sahəsindən Türkanda yerləşən 0,06 ha. hissəsinə dair "Azəryollayihə" Layihə İnstitutu nəzdində bağçılıq-yoldaşlıq təsərrüfatı üvzlərinin siyahısında və bağların bölgü layihəsində - 99 sıra nömrə altında olan 103 saylı bağın Ərizəçi2 məxsus olması və "Qasımov" ilə Ərizəçi2 eyni bir şəxs, yəni Ərizəçi2 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar