Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3214/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidməti” X2rşı Maraqlı şəxs1 maraqlı şəxs kimi cəlb edilməklə “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidməti” X2rşı Maraqlı şəxs1 maraqlı şəxs kimi cəlb edilməklə “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1996-cı il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində soyad qrafasında “Cavadi", ad qrafasında “Emin”, ata adı qrafasında “Tapdıq oğlu" doğum tarixi “xx.xx.1996cı”, doğulduğu yer “Azərbaycan Respublikası, Bakı səhəri", ata qrafasında "X16”, ana qrafasında “X6”, milliyəti “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X16 ilə anası X6 xx.xx.1982-ci ildə rəsmi nikaha daxil olmuşdur. Onların rəsmi nikahlarından beş övladları xx.xx.1980-cı il təvəllüdlü X13, xx.xx.1981-ci il təvəllüdlü X11. xx.xx.1983-cü il təvəllüdlü X12 və xx.xx.1987-ci il təvəllüdlü Qurbanova (Cavadi) Xanım Tapdıq qızı dünyaya gəlmişdir. O, isə xx.xx.1996-cı il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində ev şəraitində anadan olmuşdur. Belə ki, həmin vaxtdan sonra valideynləri doğum haqqında şəhadətnamənin alınması tiçün müvafiq qurumlara müraciət etməmişdir. Buna görə də onun hər hansı hüquqi qüvvəyə malik bir sənədi mövcud deyildir. Məhz bu səbəbdən o, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini də ala bilməmişdir. Onun doğum haqqında şəhadətnaməsinin olmaması ona problemlər yaşadır. Belə ki, onun adına hər hansı bir sənədləşmə işi apanlarkən doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin doğum haqqında şəhadətnamsinin olmadığı üçün onu təqdim edə bilmir. Belə olduğu təqdirdə doğum haqqında şəhadətnaməyə ehtiyac vardır. Odur ki, hal-hazırda prosessual hüquqlarını həyata keçirmək istədiyi zaman doğum haqqında şəhadətnamə tələb edilir. Belə olduğu təqdirdə, ona məxsus doğum haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN xidmət*' mərkəzi Qeydiyyat Şöbəsinə müraciət olunsa da, xx.xx.2022-ci il tarixli, xx/xx-1689/75 saylı cavab məktubuna əsasən doğum haqqında şəhadətnaməni tapmaq mümkün olmamış və sənədlər təqdim edilmədiyi üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi və onun vəkili Vəkil ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidməti” X8 məhkəməyə ərizə ünvanlayaraq işlərin çoxluğu ilə əlaqədar onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində çıxış etmiş X9 ifadə verərək bildirmişdir ki, Pulları olmadığı üçün Emin evdə dünyaya gəlmişdir. Bu onun dəqiq yadındadır. O, həmin vaxt onların qonşusu olmuşdur və onun oğlu ilə Emin dostdur. Amma həkimin gəlib-gəlməməsini bilməmişdir. Bundan sonra evlərini satıb Xırdalana köçmüş və onlarla telfonla əlaqə saxlayırdı. Eminin anası maşın vurması nəticəsində rəhmətə getmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində çıxış etmiş Qurbanova (Cavadi) Xanım Taftıq qızı ifadə verərək bildirmişdir ki, Emin evdə dünyaya gəlmişdir. Bu vaxt onun 9 yaşı olmuşdur. Onlar 5 uşaq olmuşlar. Onların imkanları yaxşı olmadığı üçün xəstəxanadan kimsəni çağıra bilməmişlər. O vaxtı o da birinci sinifdən sonra məktəbə getməmişdir. Emin doğulandan bir müddət sonra ataları xərçəng olduğu üçün rəhmətə getmişdir. Qonşu onlara kömək edirdi. Sonradan qardaşları rəhmətə getdiyindən, aprel döyüşləri baş verdiyindən anası doğum haqqında şəhadətnamə almaq istəsə də baş tutmamışdır. Daha sonra da anası rəhmətə getdiyi üçün qalmışdır. Emin Xətai rayonunda poliklinikada, özü də Tərtər rayon poliklinikasında qeydiyyatdadır. Hazırda onun da şəxsiyyət vəsiqəsinin vaxtı qurtarmışdır. Həmçinin o bildirmişdir ki, evlidir və 3 uşağı var. Məhkəmənin əvvəlki iclasında şahid qismində çıxış etmiş X13 ifadə verərək göstərmişdir ki, o, Eminin qardaşıdır. 1980-ci il təvəllüdlüdür. Emin evdə dünyaya gəlmişdir, doğulan zaman imkanları olmadığı üçün həkimə gedilməmişdir. Onlara imkanları olmadığı üçün qohum-qonşu onlara kömək edirdi. Özü hazırda işləyir və kirayədə qalır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ T № 040529 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X6 xx.xx.1982-ci il tarixdə Tərtər rayon Qeydiyyat Şöbəsində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Cavadi soyadı verilmişdir; - doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1959-cu il tarixdə doğulmuşdur. X1r. - AZE 17820187 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1987-ci il tarixdə Tər-tər şəhərində doğulmuşdur. - AZE 04728246 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1981-ci il tarixdə Tər-tər şəhərində doğulmuşdur. Abşeron Rayon MTE şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, 1959-cu il təvəllüdlü X7 meyiti xx.xx.2022-ci il tarixdə məhkəmə tibbi müayinə edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə, laborator tədqiqatlar başa çatdıqdan və həm mərhumun, həm də mərhumun hüquqi varisinin şəxsiyyətlərini təsdiq edən sənədlər ekspertizaya təqdim edildikdən sonra veriləcəkdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidməti” X3 Ərizəçi ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçi tərəfindən doğum haqqında müvafiq sənədlər təqdim edilə bilmədiyindən doğumun qeyd olunması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1996-cı il tarixində Bakı şəhərində doğulmuşdur. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini, şəxsiyyət vəsiqəsini ala bilmədiyindən, doğum faktının qeydə alınması faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübut növləri ilə, o cümlədən şahidlərin məhkəmədə verdikləri ifadələrlə, Ərizəçi xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olması faktı təsdiq edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt təsdiq edilir, ona görə həmin ərizə təmin edilməli, Ərizəçi xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli, göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Onun doğum haqqında şəhadətnaməsində soyadı Cavadi, adı Emin, ata adı Tapdıq, milliyyəti azərbaycanlı, valideynlər qrafasında ata adı X16, milliyyəti azərbaycanlı, ana adı X6, milliyyəti azərbaycanlı kimi qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan 100 manat ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1996-cı il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Onun doğum haqqında şəhadətnaməsində soyadı “Cavadi”, adı “Emin”, ata adı “Tapdıq”, milliyyəti azərbaycanlı, valideynlər qrafasında ata adı “X16”, milliyyəti azərbaycanlı, ana adı “X6”, milliyyəti azərbaycanlı kimi qeyd edilsin. Məhkəmə xərcləri qismində ödənilmiş100 manat məbləğndə dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3214/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3214/2022
20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver