Məhkəmə qərarları › İş №2(007)-3223/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3223/2024

09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3223/2024 09.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1 və 5 saylı Bakı “Asan xidmət” X13 cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər qismində Maraqlı şəxs1 və 5 saylı Bakı “Asan xidmət” X13 cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:

1. Ərizəçi maraqlı şəxs qismində 5 saylı Bakı “Asan xidmət” X13 cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X3, anası X9 olmaqla Ərizəçi 01 avqust 1971-ci ildə Ermənistan SSR, Qafan rayonunda doğumun qeydə alınması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə baxışı zamanı Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

3. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi 01 avqust 1971-ci ildə Ermənistan SSR, Qafan rayonunda anadan olmuşdur. Valideynləri həmin vaxt doğum haqqında şəhadətnamə almışlar. Erməni aqressivliyi nəticəsində 1988-ci ildə doğma torpaqdan məhrum olaraq ailəlikcə qaçqın düşmüşlər. Eyni zamanda həmin vaxt Ermənistanda zəlzələ baş vermişdir, nəticədə demək olar ki, bütün ev əşyaları və üstəlik bir çox şəxsi sənədlər də kənddə qalmışdır. Onun anası X9, atası isə X10r. O, doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmişdir, lakin onlar imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

6. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma bacısıdır. X3, anası X5r. Bilmir ki, doğum haqqında şəhadətnamə Ermənistanda qalıb, ya da itirib.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X1 Gülgəz Mahmud qızı ilə eyniməzmunlu ifadə verdi.

İş materialları:

9. 5 saylı Bakı “Asan xidmət” X8 Ərizəçi ünvanlandığı 17 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən “Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 №-li Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qetnaməsinə əsasən bərpa edilir. Kifayət qədər sənəd təqdim etmədiyindən doğum haqqında akt qeydinin bərpası şöbə tərəfindən mümkün olmamışdır.

10. Attestatın surətindən görünür ki, Ərizəçi 01 avqust 1971-ci il tarixdə anadan olmuşdur.

11. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir.

12. 3Ж seriyalı 143265 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədova (Həsənova) Gülgəz Mahmud qızı 28 iyul 1958-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuşdur. X3, anası X5r. İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 01 avqust 1971-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmuşdur, milliyyəti azərbaycanlıdır. 5 saylı Bakı “Asan xidmət” X8 17 sentyabr 2024-cü il tarixli məktubundan da görünür ki, ərizəçi doğum haqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişlər, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

15. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarın:

4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

17. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçilərin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə onlar, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur.

18. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd olunduğu kimi hüquqi fakt o zaman məhkəmə tərəfindən müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkün olsun. İş materiallarına əlavə olunmuş 5 saylı Bakı “Asan xidmət” X8 17 sentyabr 2024-cü il tarixli məktubundan da görünür ki, ərizəçi doğum haqında şəhadətnamə almaq üçün Qeydiyyat Şöbəsinə müraciət etmişdir, o da öz növbəsində məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Göründüyü kimi ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun doğulması faktı müəyyən edilməlidir.

Məhkəmə baxışının hədləri:

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

20. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu onlara aid edilməlidir.

Nəticə:

21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 01 avqust 1971-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü 01 avqust 1971-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, milliyyəti azərbaycanlı, X3, milliyyəti azərbaycanlı, anası X11, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydi bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilməlidir.

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi 01 avqust 1971-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü 01 avqust 1971-ci il, doğulduğu yer Ermənistan Respublikası, Qafan rayonu, milliyyəti azərbaycanlı, X3, milliyyəti azərbaycanlı, anası X11, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydi bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxs1nə həvalə edilsin. Məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar