Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3106/2025 10.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Vitaliy Trufinin Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-559/2025 nömrəli, 1 sentyabr 2025-ci il tarixli qərardadından iddiaçı Vitaliy Trufin tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 10 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul ed ilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Trufin Vitaliy Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və iş buraxmaya görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02.09.24. tarixli, 2024-26 T/HR saylı əmrinin ləğv edilməsi, öz vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə vəzifəsinə uyğun əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı Trufin Vitaliy iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-nin 02.09.24. tarixli, 2024-26 T/HR saylı əmrinin ləğv edilməsi, öz vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxmaya görə vəzifəsinə uyğun əmək haqqının hesablanıb ona ödənilməsi, həmçinin əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-5872/2024 saylı qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddia təmin edilməmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)559/2025 saylı qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən, məruzəçi), Lalə Rəhimli və Almaz Süleymanova) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-5872/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdehin xx.xx.2024-cü il tarixli, 2024-06 T/HR nömrəli əmrinin ləğv edilməsi, tərəflər arasında bağlanmış əm ək müqaviləsinin xx.xx.2025-ci il tarixdən xitam verilmiş hesab edilməsi və xx.xx.2025-ci il tarixədək məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. İddiaçı Trufin Vitaliyin vəkili və nümayəndəsi Vəkil1 həmin qətnamədən kassasiya şikayəti vermişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 sentyabr 2025-ci il tarixli, 2(105)-559/2025 saylı qərardadı ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən, məruzəçi), Səyyad Qafari və Lalə Rəhimli) həmin məhkəmənin 27 may 2025-ci il tarixli, 2(105)-559/2025 nömrəli qətnaməsindən iddiaçı Trufin Vitaliyin vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
7. Apellyasiya instans iyası məhkəməsi bildirmişdir ki, iddiaçı Trufin Vitaliyin vəkili və nümayəndəsi Vəkil1 qətnamədən kassasiya şikayəti vermə müddətini ötürməsinə baxmayaraq, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir.
8. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddaçının nümayəndəsi məhkəməyə yazılı mülahizə göndərərək kassasiya şikayətinin 25 avqust 2025-ci il tarixdə verilməsini məhkəmə qətnaməsinin əlavə edildiyi müşayiət məktubunun 24 iyun 2025-ci il tarixli olması, göstərilən tarixi nəzərə alaraq bu səbəbdən şikayət vermənin son müddətinin 25 avqust 2025-ci il tarixi qəbul etməsi ilə əsaslandırmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi kassatorun göstərdiklərini əsaslı və qanuni hesab etməyərək, qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə məhkəmə sənədlərinin məhk əməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunduğu kimi məhkəmə aktı xx.xx.2025-ci il tarixdə iddiaçı Trufin Vitaliyin vəkili və nümayəndəsi Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Tərəfin həmin tarixdən 2 ay müddətində kassasiya şikayəti vermək hüququ yaranmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müşayiət məktubu müstəqil məhkəmə sənədi olmamaqla, həmin məktub adından da göründüyü kim müşayiət xarakteri daşımaqla müstəqil sənədin əlavə edildiyi sənəddir. Bu səbəbdən müşayiət məktubunda göstərilən tarix, hazırki halda prosessual müddətin axımının başlanılma tarixi kimi qəbul edilə bilməz.
11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə S umqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2025-ci il tarixli, 2(105)- 559/2025 nömrəli qətnaməsindən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır.
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1, 10-1.3, 404.1.1, 405.0.1, 130.1, 408.1, 408.1.4, 408.3, 402.2.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı Vitaliy Trufin (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edərək, 27 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin Azərbayc an Respublikası MPM-in 407-409-cu maddələrinin tələblərinə uyğun hesab edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 may 2025-ci il tarixli, 2(105)-559/2025 nömrəli qətnaməsindən iddiaçı Trufin Vitaliyin vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətini geri qaytarılması barədə qanunazidd xx.xx.2025 tarixli qərardadı hüquqları kobud sürətdə pozulmuş V.Trufini qanunvericiliklə müəyyən edilmiş məhkəmə müdafiəsi hüqunundan məhrum edir.Qərardad əsassızdır, düzgün əsaslandırılmamışdır və həmin qərardadda doğru nəticəyə gəlinməmişdir. Belə ki, qərardadda qeyd olunmuşdur ki, kassasiya şikayəti verilərkən ötürülmüş müddətin bərpası ilə bağlı ərizə daxil olmamışdır. Kassasiya şikayət i “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilərkən müddətin ötməməsi səbəbindən müddətin bərpası ilə bağlı ərizə verilməmişdir. Məhkəmə aktı müvafiq müşayiət məktubu ilə məhz 24 iyun 2025-ci il tarixində təqdim edilmişdir, məhkəmə qətnaməsinin təqdim edilməsi məktubunda da məhz 24 iyun 2025-ci il göstərilir. Belə olan halda, təbiidir ki, proses iştirakçısı məhkəmənin təqdim etdiyi sənədin doğruluğuna inanmalıdır. Həmin sənəddə qeyd olunan məhkəmə qətnaməsinin təqdim edilməsi tarixindən 2 aylıq müddət 25 avqust 2025-ci il tarixinə düşür (24 avqust bazar gününə düşdüyü üçün). Məhkəmə kollegiyası həmçinin MPM-nin 134-cü maddəsinə istinadən qeyd etməyi zəruri hesab etmişdir ki, müşayət məktubu müstəqil məhkəmə sənədi olmamaqla, həmin məktub adından da göründüyü kim müşayiət xarakteri daşımaqla müstəqil sənədin əlavə edildiyi sənəddir. Bu səbəbdən müşayiət məktubunda göstərilən tarix, hazırki halda prosessual müddətin axımının başlanılma tarixi kimi qəbul edilə bilməz. Məhkəmənin bu mövqeyini düzgün hesab etmək olmaz. Çünki, məhkəmə qətnaməsinin təqdim edilməsi haqqında 24 iyun 2025-ci il tarixli məktubda qətnamənin hansısa tarixdə yerləşdirilməsi, habelə qətnamənin təkrarən təqdim edilməsi qeyd olunmamışdır. Həmin sənəddə qətnamənin məhz 24 iyun 2025-ci il tarixində təqdim edilməsi birmənalı və anlaşılan şəkildə qeyd olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh tərəf kassasiya şikayətinə qarşı ərizə təqdim edərək, ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın 01 sentyabr 2025-ci il tarixli qərardadı tam qanuni və əsaslıdır. İddiaçının şikayətində göstərilən arqumentlər əsassızdır və şikayət təmin edilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.
17. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
18. Maddə 404.1.1. Apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının qətnamələrindən və qərardadlarından-Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.
19. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 21. 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 22. 408.1.4. kassasiya şikayəti müəyyən edilm iş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa;
23. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
24. Maddə 402.2.2. Kassasiya şikayətinin qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Kassasiya baxışının hədləri
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirdiyindən, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüludlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
27. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. Belə ki, apellyasiya instansiyası mə hkəməsi qeyd etmişdir ki, iddiaçı Trufin Vitaliyin vəkili və nümayəndəsi Vəkil1 qətnamədən kassasiya şikayəti vermə müddətini ötürməsinə baxmayaraq, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verməmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddaçının nümayəndəsi məhkəməyə yazılı mülahizə göndərərək kassasiya şikayətinin 25 avqust 2025-ci il tarixdə verilməsini məhkəmə qətnaməsinin əlavə edildiyi müşayiət məktubunun 24 iyun 2025-ci il tarixli olması, göstərilən tarixi nəzərə alaraq bu səbəbdən şikayət vermənin son müddətinin 25 avqust 2025-ci il tarixi qəbul etməsi ilə əsaslandırmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi kassatorun göstərdiklərini əsaslı və qanuni hesab etməyərək, qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qeyd olunduğu kimi məhkəmə aktı xx.xx.2025-ci il tarixdə iddiaçı Trufin Vitaliyin vəkili və nümayəndəsi Vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Tərəfin həmin tarixdən 2 ay müddətində kassasiya şikayəti vermək hüququ yaranmışdır.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müşayiət məktubu müstəqil məhkəmə sənədi olmamaqla, həmin məktub adından da göründüyü kim müşayiət xarakteri daşımaqla müstəqil sənədin əlavə edildiyi sənəddir. Bu səbəbdən müşayiət məktubunda göstərilən tarix, hazırki halda prosessual müddətin axımının başlanılma tarixi kimi qəbul edilə bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə apelly asiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır.
33. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, prosessual normaların tətbiqində səhvə yol verməmiş və prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı Vitaliy Trufinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 sentyabr 2025-ci il tarixli, 2(105)-559/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.