Məhkəmə qərarları › İş №2(007)-325/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-325/2022

01.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-325/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abutalıb oğlu və onun vəkili və nümayəndəsi Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iştirakları ilə, İddiaçı Abutalıb oğlunun cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Əlliyar qızına qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh3 cavabdeh İddiaçı Abutalıb oğluna qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reystr çıxarışının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abutalıb oğlu cavabdehlər Cavabdeh3, Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh4 Əlliyar qızına qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, X2, Cavabdeh2, Cavabdeh4 Əlliyar qızının ona məxsus olan və Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsində yerləşən 70 saylı evin, 18 saylı mənzilinə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı evin, 18 saylı 3 otaqlı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona ÖM seriyalı, № 206248 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlərin adları mənzildə pasport qeydiyyatında olmalarına baxmayaraq bu ünvanda yaşamırlar. Belə ki, X1 qəsəbəsi, S.Bağırov küçəsi, 17 saylı evin 5-ci mənzilində yaşayır. Cavabdeh1 Cavabdeh2 ilə ailəlidir və Zirə qəsəbəsində fərdi yaşayış evində yaşayır. Cavabdeh3 ailə qurmuş və Zirə qəsəbəsi, Sərdarov küçəsində yerləşən fərdi yaşayış evində təsərrüfat aparır. Cavabdeh4 Əlliyar qızı ailə qurmuş, qeydiyyatda olduğu ünvanı tərk etmiş, Zirə qəsəbəsində yaşayır və 3 övladı var. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdehlər ona məxsus mənzildən pasport qeydiyyatından çıxmırlar. Bu hal onun bir sıra hüquqlarının pozulmasına gətirir. Daha sonra İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abutalıb oğlu iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək cavabdehlərdən X2 iddianı qəbul etdiyini, qeydiyyatdan çıxmasını bildirmiş və onun cavabdehlərin siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh3 cavabdeh İddiaçı Abutalıb oğluna qarşı iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə “alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş reystr çıxarışının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzil üzərində keçirlmiş alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Daşınmaz Əmlak Reyestr Xidmətinin 2004-cü il tarixli, ÖM seriyalı, 206248 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və hüquqi statusunun ilkin vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil olan Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı evin, 18 saylı mənzili atası Cavabdeh1 29.04.1987-ci il tarixdə iş yerindən verilmiş, həmin mənzilə 13.01.2004-cü il tarixli ÖM seriyalı, 18004 saylı qeydiyyat vəsiqəsi verilərək mülkiyyətinə keçmişdir. İlkin iddiaçı olan əmisi İddiaçı Abutalıb oğlunun yaşayış yeri olmadığı üçün atası mübahisəli mənzili Bəhram özü üçün ev alana kimi yaşamağa vermişdir. Ona məhkəmə iclasında məlum olmuşdur ki, ilkin iddiaçı həmin mənzilə 2004-cü il tarixdə mülkiyyət hüququ əldə etmişdir. O, bu günə kimi İddiaçı Abutalıb oğlunun mənzilə mülkiyyət hüququ əldə etdiyini bilməmişdir. İddiaçı təbii ki, saxta sənədlərdən istifadə edərək notariat orqanında alqısatqını həyata keçirməyə və eyni zamanda onun əsasında mülkiyyət hüququ əldə etməyə nail ola bilmişdir. ilkin İddiaçı Abutalıb oğlu həmin əməliyyatları həyata keçirən vaxt o, oktyabr 2003-cü ildən 2005-ci il aprel ayı tarixinədək həqiqi hərbi xidmətdə olmuş, mənzilin alqı-satqısında iştirak etməmiş və yaxud da hər hansı razılıq ərizəsi verməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abutalıb oğlu ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirirdi ki, qardaşı cavabdehlərdən Bəxtiyar qeydiyyatdan çıxmışdır. Bu evlərin hamısı atasından qalıb,1973-cü ildə o evlənmişdir və həmin evdə ailəsi ilə yaşayır. O, qardaşı Əlliyara 3500 ABŞ dolları vermiş, onun maddi vəziyyəti ağır idi. İlkin iddia üzrə cavabdehlərin evləri var və həmin evi də atası onlara verib. Valideynləri ilə ev söhbəti olanda o, heç nə istəmədiyini, sadəcə yaşadığı evdən qeydiyyatdan çıxmalarını demişdir. Bu mübahisəli mənzilin çıxarışı birinci qardaşı Bəxtiyarın adına olmuş, sonra Əlliyara keçmiş, ondan sonra o, Əlliyara 3500 ABŞ dolları vermiş, xırda-xırda 500 dolları ev onun adına keçməmişdən vermiş, verəndən sonra ona razılıq vermiş və hamısı imzalamışdır. Əlliyar və ailəsi də hamısı özəlləşdirməyə razılıq vermişdir. O, qardaşı Əlliyara həmin pulu vermiş və hərdən bir Əliyara bu qədər pul verməsini unutmamasını xatırladırdı. 500 dolları da Əlliyar qardaşına borclu idi və o da Əlliyarın borcunu göndərmişdir. O, razılıq əldə edilməsi üçün Əlliyara 3500 ABŞ dolları vermişdir. O, 48 ildir ki, bu mənzilin bütün kommunal xərclərini ödəmişdir. Əlliyarla notarusa getmişlər. Əlyarın evi onun adına keçirtmiş, Elçin ev özəlləşəndə hərbi xidmətdən məzuniyyətə gəlmiş, həmin vaxt razılıq vermiş, oradakı 8 nəfərin hamısının razılığı olmuş və bununla bağlı imzalanmış ərizələri vardır. Oradakı notarius Bəxtiyar müəllim cox dəqiq insandır o, heç bir işində səhv edə bilməz. Heç vaxt Əlliyar və ailəsi mübahisəli mənzildə yaşamamış, atası həmin evi ona alıb verib və o da orada yaşayır. Mənzil 2003-cü ildə Əlliyarın adına özəlləşdirilmişdir. 2004-cü ildə qardaşı mənzili ona bağışlamışdır. Ataları Zirədə qardaşı Əlliyarla yaşayırdı. Qızı və oğlu orada böyüyüb və orada məktəbə gediblər. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq Əlliyar və ailəsinin 48 ildir bu mübahisəli mənzildə yaşamadıqlarını, mübahisəli mənzillə bağlı bu qardaşlar arasında bağışlama müqaviləsi olduğunu, bağışlama müqaviləsindən əvvəl həmin mənzilin Cavabdeh1 adına özəlləşdirildiyini və buna da Elçinin özünün və həmin ailədən hər kəsin razılıq verdiyini, Elçin guya razı olmamasını dediyini, amma sənədlərdən onun da həmin vaxt razılıq verdiyinin göründüyünü, onların qeydiyyatda qalmasının İddiaçı Abutalıb oğlunun bir sıra hüquqlarını pozduğunu, cavabdehlərin orada formal qaydada qeydiyyatda olduqlarını, Bəhramın onlara kompensasiya vermək fikiri olmadığını və bu məsələ rəsmi qaydada qaldırılmamışdan əvvəl Bəhramın öz qardaşına köməklik etdiyini və pul verdiyini, cavabdehlərin yaşadıqları yerin bəlli olduğunu və heç vaxt onların mübahisəli mənzildə yaşamadıqlarını bildirərək cavabdehlərin həmin evdə yaşamadıqları üçün istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia tələbini müdafiə edib, ilkin iddia tələbini qəbul etmədiyini bildirdi və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini və ilkin iddianın rədd edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, 2003-cü ilin oktyabr ayında hərbi xidmətdə getmiş, 2004-cü aprelində qayıtmış, yəni həmin vaxt o, hərbi xidmətdə olmuşdur. Onunla anasının razılığı olmamış, Norariusa necə verilib o razılıq, notarius həyətə gəlməmişdir. Orada yazılanlar hamısı eyni xəttdədir və orada imzalar onların deyil. O, özü ev tikmiş, hal-hazırda orada yaşayır və tikdiyi evi anasının adına keçirtmişdir. Bacısının onun yanında olan torpaq sahəsi olan yerdə onun üçün tikdikləri bir otaqlı evdə ailəsi ilə yaşadığını, bacısının torpaq sahəsinin də olmasını, ora köçəcəyini, mənzilin bağışlanmasından xəbəri olmadığını, kompensasiya və pul tələb etmədiyini, həmin mübahisəli mənzildə uşaq vaxtı yaşadığını, anası xəstə olanda qaldığını, palpaltarları və istifadə etdikləri əşyaları olduğunu, amma məktəbə Zirədə getdiyini qeyd etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 15.12.2021-ci il tarixli iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh2 ilkin iddia tələbini qəbul etməməsini onun təmin olunmaması qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O bildirdi ki, 1983-cü ilinin may ayında qaynatasının onları nikaha saldığını, həmin evi yoldaşının adına saldığını, 38 ildir iddiaçı ilə mübahisələr olduğunu, çünki iddiaçının ona qiymət vermədiyini, onun kor anasına və atasına baxdığını, bugünki gün onun yoldaşının insult keçirdiyini, danışa bilmədiyini, Bəhramın qardaşının nə vəziyyətdə olması ilə heç maraqlanmadığını, uşaqları balaca olanda uşaqların həmin evdə qalıb müalicə alması üçün getdiyini, ancaq nə Bəhramın, nə də yoldaşının orada bir ay yaşamalarına imkan vermədiyini, Bəhramın onlara nə pul verib, nə də təklif etdiyini bildirmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, əgər qeydiyyatdan çıxsaydı, neçə il bundan əvvəl yoldaşının insult keçirməsindən əvvəlki vaxtda çıxardı. Onların özəlləşmədən xəbərləri və razılıqları olmamış, Bəhramın özələşdirməni necə etdiyindən xəbərləri olmamışdır. Həmin ev 46 kvadratdır və onlara düşən payı ev şəkilində istədiyini, harada yaşayırsa orada ev alıb verməsini, yoldaşının qızının oğlunun və 2 nəvəsinin orada qeydiyyatda olduqlarını və payları olduğunu, qaynanası və qaynatasının onu kim saxlayıbsa evi ona verəcəyini dediyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 22.08.2003-cü il tarixli razılıq ərizələrindən görünür ki, Cavabdeh3, Hüseynova Səlimə, X5, X6, Cavabdeh2 və X8 yaşadıqları Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzilin Cavabdeh1 adına özəlləşməsinə etiraz etmədiklərini bildirmişdirlər. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 180043 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, ev 70, 18 saylı mənzil HüseynovƏəlliyar Abutalıb oğlunun adına 13.01.2003-cü il tarixdə qeydiyyata alınmışdır. - 17.08.2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzildə yaşayan Cavabdeh1oviç ünvan 2 ünvanında yaşayan İddiaçı Abutalıb oğluna heç bir qiymət olmadan Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 3 otaqlı 18 saylı mənzili bağışlamışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 206248 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, ev 70, 18 saylı mənzil İddiaçı Abutalıb oğlunun adına 24.09.2004-cü il tarixdə qeydiyyata alınmışdır. - Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 10.02.2020-ci il tarixli arayışdan görünür ki, X14 25.09.2005-ci ildən Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzilində qeydiyyatdadır. İddiaçı Abutalıb oğlu, X5, X9, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Əlliyar qızı, X12 da həmin ünvanda qeydiyyatdadırlar. - 02.11.2021-ci il tarixli, **********190 nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh3 arvadı X7, 2 övladı Cavabdeh2 Elçin qızı, Cavabdeh1 Elçin oğlu, anası- Cavabdeh2, atası Cavabdeh1 ünvan 5erləşən evdə qeydiyyatsız yaşayır. - 02.11.2021-ci il tarixli, **********191 nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Cavabdeh4 Əlliyar qızı ünvan 5erləşən evdə qeydiyyatsız yaşayır. - Bakı şəhər Xəzər rayonu İcra Hakimiyyəti Başçısının X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 03.11.2021-ci il tarixli, 176 saylı məktubundan görünür ki, Cavabdeh1 Cavabdeh2 (ailəlidirlər, birgə təsərrüfat aparırlar) və Cavabdeh3 iki nəfər qonşunun şahidliyi ilə 7 saylı notariat ofisində (**********190 nömrəli, 02.11.2021-ci il tarixli) təsdiqlənmiş akta əsasən Xəzər rayonu, Zirə qəsəbəsi, Sərdarov küçəsi, ev 43 ünvanında yerləşən evdə qeydiyyatsız yaşayırlar. Cavabdeh4 Əlliyar qızı ailəlidir, birgə təsərrüfat aparırlar) və Cavabdeh3 iki nəfər qonşunun şahidliyi lakin özlərinə məxsus yaşayış evi olmadığından iki nəfər qonşunun şahidliyi ilə 7 saylı notariat ofisində (**********191 nömrəli, 02.11.2021-ci il tarixli) təsdiqlənmiş akta əsasən ailəsi ilə bir yerdə Xəzər rayonu, Zirə qəsəbəsi, Sərdarov küçəsi, ev 43 ünvanında yerləşən evdə qeydiyyatsız yaşayır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin 27.12.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizamı rayonu, C.Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzil İddiaçı Abutalıb oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı evin, 18 saylı 3 otaqlı mənzili 17.08.2004-cü il tarixli müqavilə ilə Cavabdeh1oviç İddiaçı Abutalıb oğluna heç bir qiymət olmadan Bakı şəhəri, Nizamİ rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 3 otaqlı 18 saylı mənzili bağışlamış, bu barədə ona ÖM seriyalı, № 206248 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İlkin iddia üzrə cavabdehlərin adları mənzildə pasport qeydiyyatında olmalarına baxmayaraq onlar bu ünvanda yaşamırlar. Belə ki, Cavabdeh1 Cavabdeh2 ilə ailəlidir və Cavabdeh3 ilə birgə Xəzər rayonu, Zirə qəsəbəsi, Sərdarov küçəsi, ev 43 ünvanında yerləşən evdə qeydiyyatsız yaşayır. Cavabdeh4 Əlliyar qızı ailə qurmuş, qeydiyyatda olduğu ünvanı tərk etmiş, ünvan 5erləşən evdə qeydiyyatsız yaşayır və 3 övladı var. Dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər ona məxsus mənzildən pasport qeydiyyatından çıxmırlar. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 15.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.3-cü maddəsinə əsasən, əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehlərin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və beynəlxalq, eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin ilkin iddia üzrə cavabdehlər mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, ilkin iddia təmin edilməli, ilkin iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Əlliyar qızının Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı Abutalıb oğlu arasında mübahisəli mənzillə bağlı alqı-satqı müqaviləsi deyil, bağışlama müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında İddiaçı Abutalıb oğluna mənzilə dair ÖM seriyalı, № 206248 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə Cavabdeh3 cavabdeh İddiaçı Abutalıb oğluna qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə “bağışlama müqaviləsinin və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi” tələbinə dair qarşılıqlı ərizəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Məhkəmə qeyd edir ki, Cavabdeh3, Hüseynova Səlimə, X5, X6, Cavabdeh2 və X8 22.08.2003-cü il tarixli razılıq ərizəsi ilə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzilin Cavabdeh1 adına özəlləşməsinə razılıq vermiş, daha sonra Cavabdeh1ov oğlu 17.08.2004-cü il tarixli bağışlama müqaviləsi ilə Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 3 otaqlı 18 saylı mənzili İddiaçı Abutalıb oğluna bağışlamış, Cavabdeh1ov oğlu ilə İddiaçı Abutalıb oğlu arasında müqavilə bağlanan zaman tərəflərin şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, tərəflər iradə ifadələrini öz hərəkətləri ilə nümayiş etdirərək sözügedən 17.08.2004-cü il tarixli bağışlama müqaviləsini imzaları ilə təsdiq etmişlər. Göründüyü kimi Cavabdeh1ov oğlu ilə İddiaçı Abutalıb oğlu arasında bağlanılmış bağışlama müqaviləsinin ləğv edilməsi, və həmin tələbdən törəmə tələb olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və mülkyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş seriya ÖM 206248 nömrəli Qeydiyyat Vəsiqəsinin ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarında vurğulanmışdır ki, keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Göründüyü kimi, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Əlliyar qızının mübahisəli mənzilə istifadə hüququna həmin sahəyə ehtiyacı aradan qalxdığından, mənzildə formal qeydiyyatda qaldıqlarından kompensasiya verilmədən onların mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacının aradan qalxdığı hallara: keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi aid edilmişdir. Baxılan işdə Cavabdeh1 Cavabdeh2 ilə ailəlidir və Cavabdeh3 ilə birgə Xəzər rayonu, Zirə qəsəbəsi, Sərdarov küçəsi, ev 43 ünvanında yerləşən evdə qeydiyyatsız yaşayır. Cavabdeh4 Əlliyar qızı ailə qurmuş, qeydiyyatda olduğu ünvanı tərk etmiş, ünvan 5erləşən evdə qeydiyyatsız yaşayır və 3 övladı var. Göründüyü kimi ilkin iddia üzrə cavabdehlərin könüllü olaraq başqa evə köçmələri, uzun müddətdir ki, orada yaşamadıqları, sözügedən yaşayış sahəsinə ehtiyacların aradan qalxmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Əlliyar qızının Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilməli, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Abutalıb oğluna qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə “ilkin iddia tələbinin rədd edilməsi, Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzil üzərində keçirilmiş alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Daşınmaz Əmlak Reyestr Xidmətinin 2004-cü il tarixli, ÖM seriyalı, 206248 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və hüquqi statusunun ilkin vəziyyətinə qaytarılması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddiaçıya, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Əlliyar qızının Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı evin, 18 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı Abutalıb oğluna qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə “ilkin iddia tələbinin rədd edilməsi, Bakı şəhəri, Nizamı rayonu, Naxçıvanski küçəsi, 70 saylı ev, 18 saylı mənzil üzərində keçirilmiş alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Daşınmaz Əmlak Reyestr Xidmətinin 2004-cü il tarixli, ÖM seriyalı, 206248 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və hüquqi statusunun ilkin vəziyyətinə qaytarılması” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Tərəflərin hər birinin ayrı-ayrılıqda dövlət rüsumuna görə ödəmiş olduqları 100 manat vəsait onlara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar