Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-33/2025 13.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə cavabdeh "xxxx" X12 Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “istehsalatda bədbəxt hadisə nəticəsində ödənclərin verilməsi”) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubilikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə5 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə cavabdeh "xxxx" X12 Cəmiyyətinə qarşı “istehsalatda bədbəxt hadisə nəticəsində ödənclərin verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:
1. İddiaçı cavabdeh "xxxx" X12 Cəmiyyətinə qarşı “istehsalatda bədbəxt hadisə nəticəsində ödənclərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona ödənilən ödənclərin (əlilliyə görə müavinatın 2018-2019-cu illər üçün) qalıq hissəsinin və əlilliyə görə müavinat tam dayandırıldığı tarixdən (2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayınadək) cəmi 7653 manat 60 qəpik olmaqla, hər il 12 təqvim ayı və vahid tarif cədvəlində minimum əmək haqqında artım nəzərə alınmaqla "xxxx" ATSC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1965-ci ildən Mexaniki-Təmir Zavodunda əmək fəailyyəti ilə məşğul olmağa başlayıb. 18 oktyabr 1968-ci ildə istehsalatda baş vermiş bədbaxt hadisə nəticəsində əmək qabiliyyətinin 60%-i itirib Belə ki, hadisə nəticəsində sağ əlinin 2 barmağı 1,5 barmaq sümüyünün, 3-4-5-ci barmaqların iki barmaq sümüklərinin travmatik amputasiyası və l barmağın əsas barmaq sümüklərinin kontrakturası, tutma funksiyasının pozulması xəsarətini alıb. Odur ki, ona İİİ qrup miiddətsiz əlillik təyin edilib. İstehsalatda bədbaxt hadisə ilə bağlı olaraq Mexaniki-Təmir Zavodu tərəfindən ona aylıq ödənclər verilib. Daha sonra “Azərbaycan Respublikasının 1995-1996- cı illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Dövlət Əmlak Komitəsinin 16 noyabr 1998-ci il tarixli 1503 saylı sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin sərəncamında olan Mexaniki-Təmir Zavodu Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin qeydiyyatından keçmiş Özəlləşdirmə Planına (Emissiya prospektinə) uyğun olaraq özəlləşdirməyə verilib və 03 iyun 2022-ci il tarixdə özəlləşdirmə başa çatıb. Özəlləşdirmə nəticəsində Mexaniki-Təmir Zavodu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X9 Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilmiş “Dövlət qeydiyyatı haqqında” şəhadətnamə ilə "xxxx" ATSC-nin mülkiyyətinə verilib. Cavabdeh "xxxx" ATSC Mexaniki-Təmir Zavodunu özəlləşdirdikdən sonra 2019-cu ilin sentyabr ayınadək ona aylıq ödəncləri düzgün hesablanmadan kəsirlə verilsə də, 2019-cu ilin sentyabr ayından ödənişlər tamamilə dayandırılıb. Bununla əlaqədar olaraq, cavabdeh təşkilatın rəhbərliyinə dəfələrlə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməyib. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X5nə müraciət edib. X5 Bakı şəhər İdarəsinin 28 dekabr 2022-ci il tarixli **********3 saylı cavab məktubunda cavabdeh "xxxx" ATSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib. Lakin bundan sonra da, cavabdeh təşkilat ona ödənilməli olan ödənişlərin dayandırıldığı tarixdən bu günədək hesablanıb ödənilməsini təmin etməyib. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə Bakı Mexaniki Təmir Zavodunda işlədiyi zaman istehsalatda baş vermiş bədbaxt hadisə nəticəsində sağlamlığına dəyən zərərə görə ödəncin verilməsinə köməklik göstərilməsi barədə müraciətinə verilən 17 aprel 2023-cü il tarixli 3-21-3/2-Ə-0708- 35/2023-saylı məktubda bildirilir: “1995-1998-ci illərdə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 1503 nömrəli sərəncamı ilə Bakı Mexaniki Təmir zavodu bazasında ‘"Bakı Mexaniki Təmir” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişib. Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli, 208-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin özəlləşdirilmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi qaydaları haqqında Əsasnaməyə” əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vo ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır və bu zərər təqsirkar müəssisənin gəliri hesabına ödənilməlidir”. Aşağıda göstərilənləri nəzərə alaraq, istehsalatda baş vermiş bədbaxt hadisə nəticəsində ona ödənilən ödənclərin dayandırıldığı tarixdən hesablanaraq cavabdeh "xxxx" ATSC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. İşin faktiki hallarından göründüyü kimi, istehsalatda bədbaxt hadisə nəticəsində işlədiyi Mexaniki-Təmir Zavodu tərəfindən ona ödənclər verilib. Daha sonra həmin zavod cavabdeh "xxxx" ATSC tərəfindən özəlləşdirilib. Cavabdeh "xxxx" ATSC 2019-cu ilin sentyabr ayınadək ödənclərin verilməsini davam etdirsə də, 2019-cu ilin sentyabr ayından ödəncləri dayandırıb. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etsə və cavabdeh təşkilat X5 Xidməti tərəfindən inzibati qaydada cərimə edilsə də, heç bir müsbət nəticə əldə edilməyib. Cavabdeh "xxxx" ATSC-nin Mexaniki-Təmir Zavodunun öhdəliklərini icra etməməli olmaları barədə ona bildirdikləri şifahi münasibət qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 56.2-ci maddəsinə əsasən, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Maddənin mənasına görə, hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda öz hüquqi statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olur. Odur ki, qoşulan hüquqi şəxsin bütün hüquq və vəzifələri, hüquq varisliyi qaydasında və təhvil aktına əsasən, hüquqi şəxs kimi öz fəaliyyətini davam etdirən qoşulduğu hüquqi şəxsə keçir. Beləliklə də, qoşulan hüquqi şəxsin öhdəlikləri üzrə məsuliyyət onun qoşulduğu hüquqi şəxsin üzərinə düşür. Ona görə də, Mexaniki-Təmir Zavodu "xxxx" ATSC tərəfindən özəlləşdirildiyindən, öz hüquqi statusunu itirərək qoşulduğu hüquqi şəxsin tərkibinə daxil olub və bütün hüquq və vəzifələrini hüquq varisliyi qaydasında "xxxx" ATSC-yə ötürüb. Bu baxımdan Mexaniki-Təmir Zavodunun iddiaçı tərəf olaraq onun qarşısında öhdəlikləri üzrə məsuliyyət cavabdeh "xxxx" ATSC-nin üzərinə düşür. Göründüyü kimi, cavabdeh təşkilatın müxtəlif bəhanələrlə ona ödənclərin verilməsindən imtina etməsi qanunsuz və əsassızdır.
Etiraz və mülahizələr:
4. Cavabdeh tərəfindən məhkəməyə xx.xx.2024-cü ildə daxil olmuş təqdim edilmiş müraciətdən görünür ki, iddiaçı cavabdeh “Bakı Mexaniki -Təmir” ATSC-nin işçisi olmamışdır. Azərbaycan Respublikasının Prezidentinin “Tikinti Kopleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında" 2 dekabr 1997-ci tarixli Fərmanının icrası məqsədi ilə AR Dövlət Əmlak Komitəsinin 1503 saylı 16 noyabr 1998-ci il tarixli Sərəncamı ilə özəlləşdirmə həyata keçirilərək xx.xx.2002-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan və Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin ünvan 1 ünvanda yerləşən Mexaniki Təmir zavodunun bazasında "xxxx" X12 cəmiyyəti yaradılmışdır. Qeyd edək ki, Özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı barədə hər hansı qeyd olmamışdır. Həmin şəxs barəsində heç sonradan da bizə hər hansı sənədlər təqdim edilməmişdir. Müəssisəinin İddiaçı adlı işçisi olmamışdır. Özəlləşdirmə planında da həmin şəxs barəsində hər hansı məlumat əks etdirilməmiş, “Bakı Mexaniki - Təmir” ATSC-yə şəxsin istehsalat qəzası 9nəticəsində əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar ödənc almalı olmasına dair öhdəlik keçməmiş, bu barədə sənədlər onlara daxil olmamışdır.
5. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbini əsassız olduğundan qəbul etmirlər. Bununla bağlı fikirlərini və əsaslandırmalarını bundan əvvəlki məhkəmə prosesində məhkəmənin diqqətinə çatdırıblar. Hazırkı ərizə ilə isə eyni zamanda bildirmək istəyirlər ki, iddia tələbi başqa bir yöndəndə düzgün qoyulmayıb. Belə ki, bu cür iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.3-cü maddəsinə görə yalnız əvvəlki 3 ilə dair irəli sürülə bilərdi. Bu səbəbdən də hesab edirlər ki, məhkəmə iddia müddətini tətbiq etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia müddətini tətbiq edərək işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd: İddia müddətinin tətbiqi barədə ərizələri, iddianı qismən qəbul etmələri kimi qiymətləndirilə bilməz.
6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubilikası Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü ildə məhkəməyə təqdim edilmiş mülahizədə qeyd edilmişdir ki, İddiaçı 18 oktyabr 1969-cu il tarixdə “Mexaniki-Təmir Zavodu”-da işlədiyi dövrdə əmək xəsarəti aldığını qeyd edib. Həmçinin, həmin dövrdən iddiaçıya müəssisə tərəfindən orta aylıq əməkhaqqı nəzərə alınmaqla aylıq ödəncin ödənildiyini qeyd edib. Lakin İddiaçı qeyd etdiyinə görə təyin olunan ödənc 2019-cu ilin sentyabr ayından etibarən ödənilmir. Qeyd olunan səbəbdən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bildirirlər ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən bu Qaydalar: 2.1.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Yuxarıda qeyd olunan fərmanın 5-ci bəndində qeyd edilir ki: Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş, Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi barədə müqavilə formasının 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının 1.3-cü bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: a) istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); b) işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. 1.5. DTSERA qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları”na əsasən təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Belə ki, hazırki iş üzrə İddiaçı xəsarətə görə aylıq ödənc "xxxx" ATSC tərəfindən ödənilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmənin işə baxarkən qanunvericiliyin müəyyən etdiyi normalara uyğun qətnamə çıxarması xahiş edilmişdir.
Tərəflərin izahatları:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi ilə razı deyil. DSMF-nin sonuncu məktubundan göstərildiyi kimi, orta əmək haqqı nəzərə alınmaqla hesablanma aparılmalıdır. Cavabeh cəmiyyət zavodun bütün əmlakını təhvil alıb, müavinət alanlar isə onlara maraqlı deyil. Ancaq öz dövrlərində emissiya prospektinə salınmış, təqaüdə çıxan işçilər nəzərə alınıb.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda təşkilatihüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyəti olub. İddiaçı öhdəlik olaraq emissiya prospekti ilə cavabdeh müəssisəyə keçməyib. Hazırda bu prosedur belədir ki, özəlləşdirməyə çıxan müəssisədə özəlləşdirmə prosesi gedən ərəfədə ödənclər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yəni dövlət tərəfindən verilir, özəlləşdirmə başa çatdıqdan sonra məlumatlar Əmlak Komitəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsinin alt qurumlarına göndərilir, daha sonra həmin məlumatlar həmin alt qurumlar tərəfindən hüquqi varisə ötürülür. Buradan da belə nəticə çıxır ki, özəlləşmə prosesi zamanı Əmlak Komitəsi iddiaçı barədə məlumatları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürməyib. Hazırda iddianın təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Ekspert rəyi ilə razı deyil. İşin içində olan aktlar 2003-cü ildən sonraki aktlardır, həmin aktların onlara şamil edilməsi onların vəziyyətinin ağırlaşmasına səbəb olur. DSMF özü belə özəlləşdirmə mərhələsində ödəncləri ödəməyib. Cavabdehə ödənclərin davam etdirilməsi, iddiaçının ödənc alması hüququnun olması barədə heç bir məlumat daxil olmayıb. Cavabdeh özəlləşdirilmiş müəssisədir, təhvil-təslim aktında iddiaçının adı yoxdur. Baxmayaraq ki, pensiyaçıların belə məlumatı cəmiyyətə təhvil verilib. Nə iddiaçı, nədəki dövlət orqanları cəmiyyətə ödənclərin verilməsi barədə məlumat verməyib. Onların məlumatlı olmadığı şəxs barəsində öhdəlik qoyulma bilməz. Məhkəməyə cavabdeh təqsirsiz bilinməsi barədə inzibati qərar təqdim edilib. 2002-ci ildən əvvəlki qanunvericilik aktları təqdim edilməyib, DSMF-na bununla bağlı müraciət etsə də, aidiyyəti orqan öz cavabdeh məktublarında belə həmin qanunvericilik aktlarına istinad etməyiblər. Yanlız 2003 və 2008-ci ilin aktları təqdim edilib, həmin aktların da geriyə qüvvəsi yoxdur.
9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi.
10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubilikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 izahat verərək bildirdi ki, "xxxx" ASC özəlləşdirildiyi dövrdə iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq ödənclər verilməmişdir. Məhkəməyə mülahizə təqdim edilib, həm mülahizədə qeyd edilənləri müdafiə edir. Cavabdehin özəlləşdirilməsi 2002-ci ildə başa çatıb. Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il tarixli Sərəncamı ilə aylıq ödənişlər müəssisənin özəlləşdirilməsi başa çatdığı vaxtdan müəssisə tərəfindən ödənilməlidir. Hazırki iş üzrə hesab edir ki, cavabeh iddiaçıya aylıq müavinət ödəməlidir. Hesablanma qaydasını məhkəmənin mülahizəsinə buraxır.
11. Məhkəmə iclasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə5 hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı.
Şahid ifadələri:
12. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, iddiaçının nümayəndəsini tanıyır, iddiaçı çox da yadında qalmayıb, yaşlı insandır, deyəsən bir dəfə Səhmdar Cəmiyyətinin rəhbərinin yanına gələndə görüb. O, müəssisədə mühasib kimi çalışıb, cəmiyyətin rəhbəri Kamal müəllim idi. İddiaçı Əmək Müfəttişliyinin nümayəndəsinin iştirakı ilə müəssisəyə gələndə Səhmdar Cəmiyyətinin rəhbəri Kamal müəllim Hikmət müəllimə köməklik edəcəyini və maddi müavinət veriləcəyini deyirdi. İstehsalatda bədbəxt hadisə müəsissədə yox, əvvəllər zavodda olub, zavod sonradan Səhmdar Cəmiyyətinə çevrilib, öz səhmdarları tərəfindən idarə olunub. İddiaçı əvəllər də müavinət, xəsarətə görə təqaüd məsələsini mübahisə edirdi. Müavinətin verilməsində mübahisələr yarandı, yəni müavinət Səhmdar Cəmiyyəti tərəfindən verilmirdi. Ondan sonra Kamal müəllim iddiaçıya köməklik edəcəyinin məsləhət olunduğunu deyib. Məsələ orasındadır ki, Səhmdar Cəmiyyətinin o barədə nə qərarı, nə də aktı var. Sadəcə həmin pul maddi yardım kimi verilib. Kamaləddin müəllim öz cibinin pulu ilə iddiaçıya kömək edib. Müəssisədən heç nə verilməyib. Müəssisədə nə öhdəlik, nə də qərar olub. Sadəcə olaraq Kamal müəllimlə 3-4 aydan bir zəngləşirdilər, Kamal müəlim ona iddiaçının nümayəndəsinin gələcəyini və ona pul verəcəyini deyirdi. Kamal müəllim cibindən ona pulu verirdi, o da pulu verdiyinin sübutu kimi qəbz yazırdı ki, sonradan pulu verdiyini sübut edə bilsin. Kamal müəllimin ona verdiyi pulu sahibinə çatdırdığı barədə Kamal müəllimə hesabat vermək üçün qəbzi yazırdı. Bunu iddiaçının özü də bilir. Ancaq yardım məqsədi ilə ödənişlər olunub. O, həmin vaxt bu məsələnin belə həll edilməli olunmamasını, səhmdarların ümumi iclasının qərarının, razılığının olmasını, ondan sonra müavinətin verilməli olmasını bildirib. İddiaçının nümayəndəsi ilə də dəfələrlə söhbət ediblər, müəssisədən kənar söhbətləri də olub. X2 nümayəndəsi gələndən sonra ödənməyə başladığı barədə heç nə deyə bilməz, yəni müəssisənin rəhbəri var. Rəsmi sənədlərlə iddiaçıya ödəniş olunmayıb. Əgər rəsmi sənədlərlə ödəniş olsaydı, Səhmdar Cəmiyyətinin hesabatlarında olardı. Rəsmi sənədlərdə Mirzağa müəllim barədə heç bir əsas olmayıb. Bədbəxt hadisə ilə bağlı aktın olub-olmadığını deyə bilməz. Onun aktdan xəbəri yoxdur. Səhmdar Cəmiyyətində akt olsaydı, həmin aktı təqdim edərdilər. Onun işlədiyi dövrdə müəssisə bu hadisə ilə bağlı təqsirli bilinməyib. Əmək Müfəttişliyində başqa bir məsələ ilə bağlı söhbət olub.
İş materialları:
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əmək qabiliyyətinin 60 faizini itirib, üçüncü qrup müddətsiz əlildir. Diaqnoz: sağ əlinin 2 barmağı 1,5 barmaq sümüyünün, İİİ-İV-V barmaqların iki barmaq sümüklərinin travmatik amputasiyası və l barmağın əsas barmaq sümüklərinin kontrakturası, tutma funksiyasının pozulması.
14. Azərbaycan Respublikasının İqtisadidiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti təərfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3/2-Ə-07xxxx/2023 saylı məktubdan görünür ki, 1995-1998-ci illərdə Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilmesinin Dövlət Proqramıda uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci i! tarixli, 1503 nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş Bakı Mexaniki Təmir zavodu bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001- ci il tarixində tam özəlleşdirilorek mülkiyyətçisi dəyişmişdir. Azərbaycan Respublikasının 29 11.1996-cı il tarixli, 208-İQ saylı Qanunu ile təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnaməyə” əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti çevrilən müəssisənin hüquqi varisi sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbleği"nə əsasən işçinin istehsalat qəzası ve yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır və bu zərər təqsirkar müəssisənin gəliri hesabına ödənilməlidir. Kadr və digər kargüzarlıq sənədlərinin müəssisənin arxivində saxlanıldığını və yuxarıda qeyd olunanları nəzərə alaraq, aidiyyəti üzrə müstəqil təsərrüfat subyekti olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir.
15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2022-ci il tarixli **********4 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 224-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. Həmin Məcəllənin 239-cu maddəsinin 2-4-cü hissələrinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan diger şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Formanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin 3.3-cü və 3.4-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarının İ nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsndə sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 5.1-ci bəndinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə odənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Göründüyü kimi dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən müavinət işəgötürən tərəfindən, zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanaraq ödənilir.
16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçıa ünvanlanmış xx.xx.2022-ci il tarixli **********6 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam ve ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş diger əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Lakin qanunvericilikdə qeyd olunan ödənclərin işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə ödənilməsi nəzərdə tutulmamışdır. Sözügedən ödəncin verilmə qaydaları, şərtləri və məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalat qəzası ve yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və mebləği"ne əsasən müəyyən edilir və həmin hüquqi aktın 3.10-cu bəndinə uyğun olaraq, işçiyə zərər dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil etdiyi halda zərərçəkənə zərərin onun hüquqi varisi olan müəssisə ödəyir.
10. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00314 nömrəli “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak edib, lakin aralarında razılıq əldə olunmayıb. 50 manat ilkin mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-75/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsində təqsirli bilinərək, 1400 manat cərimə edilməsinə dair X5 Xidmətinin rəisi X8 tərəfindən inzibati tənbeh vermə haqqında MN1292255 saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-470/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilərək, hüquqi şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törədilməsində təqsirli bilinərək, 1400 manat cərimə edilməsinə dair X5 Xidmətinin rəisi X8 tərəfindən inzibati tənbeh vermə haqqında MN1292255 saylı, xx.xx.2022-ci il tarixli qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.
19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOSR” mərkəzi tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış “aylıq ödənc əvəzinə aylıq müavinət haqqında” məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 04.08 2008-ci il tarixli, 304 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə - 33 manat, peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə - 44 manat, peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə - 55 manat, peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə - 66 manat, həlak olduqda - 77 manat məbləğində aylıq müavinət verilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair çağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirirlər ki, “Bakı - Mexaniki - Təmir" ASC-nin müvafiq arayışına əsasən xx.xx.2002-ci tarixində müəssisənin özəlləşdirilməsi başa çatmışdır. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, “Bakı - Mexaniki - Təmir ASC-nin özəlləşdirilməsi başa çatdığı üçün İddiaçı aylıq ödənc əvəzinə verilən aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 3-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
20. Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, BBTİ Mexaniki Təmir savodunun 1987-ci ildən sonrakı dövr üçün və 1958-1969-cu illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müavinətlər üzrə məlumat bazasında İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində zərərə görə aylıq ödənc alması barədə məlumat aşkar edilməmişdir.
22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 428 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olan Təmir-Mexaniki zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilib. Nəzərinizə çatdırırlar ki, səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməyib.
23. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/2342 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Mexaniki Təmir Zavodu”nda baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 60%-i itirən İddiaçı ödənilməli olan müavinət pulunun miqdarı orta aylıq əmək haqqı (İ cild, səhifə-165) nəzərə alınmaqla 2019-cu ilə 1.370,16 manat məbləğində, 2020-ci ilə 4.507,20 manat məbləğində, 2021-ci ilə 4.126,32 manat məbləğində, 2022-ci ilə 4.680,72 manat məbləğində və 2023-cü ilə 2.159,40 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “Mexaniki Təmir Zavodu”nda baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 60%-i itirən İddiaçı ödənilməli olan müavinət pulunun miqdarı minimum aylıq əmək haqqı (İİ cild) nəzərə alınmaqla 2019-cu ilə 600,00 manat məbləğində, 2020-ci ilə 1.800 manat məbləğində, 2021-ci ilə 1.800 manat məbləğində, 2022-ci ilə 2.160 manat məbləğində və 2023-cü ilə 1.035 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,İddiaçı xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl, yəni 1968-ci ildən əvvəl malik olduğu orta aylıq əmək haqqı nəzərə alınmaqla 2019-sentyabr ayından 2023-cü ilin mayınadək ödənilməli olan müavinət pulunun miqdarının nə qədər olmasını müəyyən etmək mümkün olmadı.
İşin faktiki halları:
24. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı xx.xx.1969-cu ildə çilingər kimi çalışdığı “Mexaniki Təmir Zavodunda” istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 60%-ni itirmiş və bununla əlaqədar olaraq ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəlləşdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ATSC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir. İddiaçı əmək qabiliyyətinin 60%-ni itirdiyinə görə pensiya almış, əlillik müddətsiz hesab edilmişdir. Cavabdeh isə iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi xx.xx.2002-ci ildə başa çatmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənişlər edildiyini, 2019-cu ilin sentyabr ayından ödənişin tamamilə dayandırıldığını qeyd edərək, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Məhkəmə baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. 1123.2. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər. 1123.3. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər. 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinin:
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 239-cu maddəsinin:
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
29. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarı: İ bölmə 1.1-ci bənd, 2-ci hissə , işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. 1.2-ci bənd, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir İİ bölmə 2.1-ci bənd, 2-ci hissə həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.
Məhkəmənin mövqeyi:
30. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahid ifadəsini nəzərə alıb, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin edilməlidir.
31. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial müavinətlər üzrə məlumat bazasında İddiaçı istehsalatda əmək xəsarəti nəticəsində zərərə görə aylıq ödənc alması barədə məlumat aşkar edilməmişdir. Yəni, “Mexaniki Təmir Zavodunda” özəlləşdirilənkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ödəniş edilməmişdir. Hazırda cavabdeh iddiaya etiraz edərək, iddiaçının cavabdeh “Bakı Mexaniki -Təmir” ATSC-nin işçisi olmadığını, Azərbaycan Respublikasının Prezidentinin “Tikinti Kopleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında" 2 dekabr 1997-ci tarixli Fərmanının icrası məqsədi ilə AR Dövlət Əmlak Komitəsinin 1503 saylı 16 noyabr 1998-ci il tarixli Sərəncamı ilə özəlləşdirmə həyata keçirilərək xx.xx.2002-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan və Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin Mexaniki Təmir zavodunun bazasında "xxxx" X12 cəmiyyəti yaradıldığını, özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı barədə hər hansı qeyd olmadığını, həmin şəxs barəsində heç sonradan da onlara hər hansı sənədlər təqdim edilmədiyini qeyd etmişdir.
32. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları”na əsasən təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir.
33. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Belə ki, iddiaçının işçisi olduğu “Mexaniki Təmir Zavodu”nun özəlləşdirilməsi nəticəsində “Bakı Mexaniki -Təmir” ATSC-nin yaradılması işin mübahisəsiz halıdır. Bu səbəbdən özəlləşdirmə planında (emissiya prospektində) İddiaçı barədə hər hansı qeyd olmaması cavabdeh cəmiyyəti “Mexaniki Təmir Zavodu”nun hüquqi varisi kimi iddiaçıya dəymiş xəsarətə görə aylıq ödənc ödənilməsi vəzifəsindən azad etmir.
34. Həmçinin, məhkəmə iclasında şahid kimi dindirilən Şahid da iddiaçıya müavinət ödənildiyini, buna dair qəbzlər tərtib etdiyini qeyd etmişdir. Lakin cavabdeh tərəf həmin ödənişlərin öhdəlik kimi deyil, cəmiyyətdə işləyən şəxs tərəfindən iddaçıya edilmiş maddi yardım kimi icra edildiyini qeyd etsə də, məhkəmə həmin dəlilləri əsassız hesab edir.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
36. Hazırda iddiaçı mimimum əmək haqqı məbləğinə istinadən, 2018-2019-cu illərin qalıq hissələrinin, 2019-cu ilin sentyabr ayından 2023-cü ilin may ayınadək, cəmi 7653,60 manay pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları”nın: 3.5. İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir.
38. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır.
39. Məhkəmə araşdırması iddiaçının “Mexaniki Təmir Zavodu”nda işlədiyi müddət ərzində aldığı əmək haqqları barədə məlumat təqdim edilmədiyindən orta aylıq əmək haqqı məbəğini müəyyən etmək mümkün olmamışdır.
40. Bu səbəbdən məhkəmə iddia tələbini, cavabdeh tərəfindən iddiaçıya ödənclər verilməli olmasını nəzərə alaraq, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqları nəzərə alınmaqla hesablama aparılmışdır.
41. Qeyd edilməlidir ki, cavabehin nümayəndəsi və vəkili iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
42. Belə ki, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. (Mülki Məcəllə 384.0.3).
43. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb ən çox iddia irəli sürməzdən əvvəlki üç müddət üçün ödənilə bilər.
44. Hazırda iddiaçı 2023-cü ilin may ayınadək ödənclərin verilməsi xahiş etdiyindən, 2020-ci ilin may ayından 2023-cü ilin may ayınadək müəyyən edilən ödənc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
45. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/2342 nömrəli rəyinə əsasən “Mexaniki Təmir Zavodu”nda baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 60%i itirən İddiaçı ödənilməli olan müavinət pulunun miqdarı minimum aylıq əmək haqqı nəzərə alınmaqla 2019-cu ilə 600 manat məbləğində, 2020-ci ilə 1800 manat məbləğində, 2021-ci ilə 1800 manat məbləğində, 2022-ci ilə 2160 manat məbləğində və 2023-cü ilə 1035 manat məbləğində müəyyən edilir. Məhkəmə rəyin tətqiqat hissəsinə əsasən qeyd edir ki, 2020-ci ilin may ayından başlayaraq, 2023-cü ilin may ayınadək, 8x150=1200 manat (2020-ci il), 12x150=1800 (2021-ci il), 12x180=2160 (2022-ci il), 207x4=828 (2023cü ilin 4 ayı) manat olmaqla, cəmi 5988 manat məbləğində ödənc cavadehdən iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
46. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
47. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
48. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 79,88 manat məbləğində dövlət rüsumu cavabdehdən tuularaq dövlət büdcəsinə ödənilməlidir.
49. Bundan əlavə, işdə olan xx.xx.2025-ci il tarixli 9/2342 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir.
50. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 200 manatın 43,5 manatı iddiaçıdan, 156,5 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Nəticə:
51. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" X12 Cəmiyyətindən 5988 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia qalan hissədə təmin edilməməli, 79,88 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" X12 Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 156,5 manatı cavabdeh "xxxx" X12 Cəmiyyətindən və 43,5 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.
52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" X12 Cəmiyyətindən 5988 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilməli dövlət rüsumu cavabdehə aid edilsin, 79,88 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" X12 Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 156,5 manatı cavabdeh "xxxx" X12 Cəmiyyətindən və 43,5 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva