Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-334/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçı Mais qızının iştirakı ilə, İddiaçı Mais qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Mais qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Mais qızı iddia tələbinin həcminin artıırlması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 9, 60 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər sözü gedən mənzil sahəsinə 2003-cü ildə qeydiyyata düşüblər. Cavabdeh1 qeydiyyata düşdükdən sonra bir müddət onunla yaşamış, sonradan mənzildən köçmüş və uzun müddətdir ki, başqa yerdə yaşayır. Digər cavabdehlər isə yalnız qeydiyyatda olmaqdan ötrü onun ünvanına qeydiyyata düşmüşdülər. Faktiki olaraq onlar onun mənzilinin yaşayış sahəsindən istifadələrinə ehtiyacları yoxdur. Cavabdehlərin onun mənzilində qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırması deməkdir. Belə ki, cavabdehlərin notorial qaydada tərtib edilmiş razılığı olmadan o, mənzil üzərində sərbəst sərəncam verə bilmir, mənzilə dair hər hansı alqı-satqı və ya digər əqdləri bağlaya bilmir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən iddia tələbini təmin etməklə cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, B,Nuriyev küçəsi ev 9, 60 saylı mənzildə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 9, 60 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi ÖM seriyalı 142173 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 9, 60 saylı mənzil İddiaçı Mais qızının xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 05.02.2003-cü il tarixdə tam pay haqqı ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 142 saylı MKİS-nin 281 nömrəli 23.06.2020-ci il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 9, 60 saylı mənzildə İddiaçı Mais qızı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 9, 60 saylı mənzil İddiaçı Mais qızının xüsusi mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına 05.02.2003-cü il tarixdə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Cavabdehlər həmin mənzildən köçüb getsələr də qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, İddiaçı Mais qızının mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 iddiaçının mülkiyyətində olan mənzildən yaşayış sahəsindən istifadə hüququna xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 9 saylı evin, 60 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-334/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-334/2021
19.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver