Məhkəmə qərarları › İş №2(007)-3384/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3384/2022

21.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3384/2022 21.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, faktiki olaraq yaşaşdığı ünvan 1 ünvanındakı 15 saylı mənzilə istifadə və sahiblik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 151.1ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Belə ki, ərizənin mahiyyətindən və iş materiallarından aydın olur ki, “Azərnəqliyyatyoltikinti” AT SC-i “Tikinti hissələri” zavodu müdriyyəti və Həmkarlar təşkilatının birgə iclasından xx.xx.2001-ci il tarixli 7 saylı Protokoldan çıxarış əsasında Ərizəçi Bakı şəjəri, 8-ci km qəsəbəsi, Naçıvan küçəsi, 2383-2387 məhəllədə 15 saylı mənzil təqdim edilmişdir. Qərarın təsviri və orderin yazılması üçün göstəriş verilməsi Xətai rayon İcra Hakimiyyətindən xahiş edirmişdir. Hazırda isə ərizəçi maraqlı şəxslər Bakı şəhəri Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyini və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətini cəlb etməklə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mənzilə dair qərar və orderin verilməsi Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmiş və hazırda həmin sənədlərin verilməsinin təmin edilməməsi tərəflər arasında mövcud məsələ ilə bağlı mübahisə olduğunu göstərir. Belə olan halda, isə hazırkı mübahisəyə xüsusi icraat qaydasında baxıla bilməz. Bundan başqa, iş materiallarında ərizəçinin mənzillə bağlı sənədlərin alınması üçün Xətai rayon İcra Hakimiyyətinə və ya göstərilən maraqlı şəxslərə müraciət etməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. Ərizəçi xx.xx.2001-ci il tarixli 7 saylı Protokoldan çıxarış əsasında ona təqdim edilmiş mənzillə bağlı zəruri sənədlərin alınması üçün həmin orqanlara müraciət etməli, müraciətin nəticəsinə uyğun olaraq sonrakı hərəkətləri etməlidir. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə hesab edir ki, mövcud mübahisə inzibati orqanın hərəkət və hərəkətsizliyindən yaranmış mübahisə olduğundan mübahisəyə ümumi məhkəmədə baxılmasına yol verilmir. Beləliklə, hesab edirəm ki, qeyd olunanlara əsasən ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar