Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-339/2022 22.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanan 15.07.2015ci il tarixli, BKA-001/15 saylı kredit müqaviləsindən irəli gələn 15.07.2016-cı il tarixinə olan 42304.51 ABŞ dolları əsas borcun, 3976.24 ABŞ dolları faiz borcunun, 4058.76 ABŞ dolları dəbbə pulunun, 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilən rüsumun, ümumilikdə 50339.51 ABŞ dolları və 60.40 manat məbləğin cavabdeh X1 iddiaçının xeyrinə tutulması, cavabdehlə bağlanan 15.07.2015-ci il tarixli, İMBKA-001/15 saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzilə tutmanın yönəldilməsi,mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilən kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilən pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması, cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək qətnamə çıxarılmasını xahiş edib.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı, 31.10.2017-ci il tarixli qətnaməsi ilə tələb ipoteka predmetinə, yəni Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 14,13 saylı mənzilə yönəldilib, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı, 31.10.2017-ci il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin 11.12.2019-cu il tarixli 2(102)-7663/2019 saylı qərarı ilə apellyasiya məhkəməsinin 2(103)-931/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.Qətnamə icraya yönəldilib və icra olunub. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın ********** nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, ev 14,13 saylı mənzil hal-hazırda "xxxx" ASC-nin mülkiyyətindədir. Lakin cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri hələ də mənzili tərk etməyiblər. Bu isə bir mülkiyyətçi kimi "xxxx" ASC-nin hüquqlarını pozur, evdən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır.Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsindəki 14 saylı evin 13 saylı mənzilinin boşaldılması,ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunmuş Cavabdeh və 3-cü şəxs X5 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı iş üzrə qəbul etdiyi 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 və Cavabdeh qarşı,kredit borcu üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması” barədə iddiası qismən təmin edilmiş, cavabdeh X1 42304.51 ABŞ dolları əsas borc, 3976.24 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 47613.84 ABŞ borcun və 60.4 manat dövlət rüsumunun"xxxx" ASC-nin xeyrinə tutulması,tutmnın ipoteka predmetinə yönəldilməklə Cavabdeh məxsus olan Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 14, mənzil 13 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması,satışdan əldə əldə ediləcək pul vəsaiti hesabına X2 borcunun ödənilməsi,iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin X3 qaytarılması,qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/2019 saylı iş üzrə qəbul etdiyi 07 may 2019-cu ul tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı iş üzrə qəbul etdiyi 31 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiymət ilə qiymətləndirilməklə sözləri hissədə dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilmiş qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7663/2019 saylı iş üzrə qəbul etdiyi 11 dekabr 2019-cu il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/2019 saylı iş üzrə qəbul etdiyi 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüququ 11.06.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin hallarından göründüyü kimi mübahisəli mənzil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə yüklü edilmiş,kredit borcu ödənilmədiyi üçün iddiaçı həmin mənzilin hərracdan satılması barədə iddia qaldırmış və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin tələb təmin olunmuşdur.Hərrac prosesində "xxxx" ASC qeyd edilən mənzili almaqla ona mülkiyyət hüququ əldə etmişdir.Hal-hazırda mülkiyyətçi ona məxsus olan mənzili cavabdehin qanunsuz sahibliyindən geri tələb edir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı, Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsindəki 14 saylı evin 13 saylı mənzil boşaldılmalı, ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsindəki 14 saylı evin 13 saylı mənzil boşaldılsın. Ödənilmiş 20.40 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-339/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-339/2022
22.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver