Məhkəmə qərarları › İş №2(007)-339/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-339/2023

12.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-339/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsəova Vəfa Oruc qızının katibliyi, İddiaçı Məcı̇ dova Nərmı̇ n Əlövsət qızının, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh Azərbaycan Texnı̇ ki Unı̇ versı̇ tetı̇ n Nəzdı̇ ndə Bakı Texnı̇ ki Kollecinin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqının, xidmət haqqının və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqının, xidmət haqqının və mənəvi zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Texniki Kollecinin onunla olan əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli 01-75/1 saylı əmrinin ləğv edilməsi, onun həmin kollecdə əvvəlki ingilis dili müəllimi vəzifəsinə bərpa olunmağı, habelə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, hüquqi yardım üçün vəkilə ödədiyi 500 manat məbləğində pulun (zərərin), 10000 manat (on min) mənəvi zərərin cavabdehdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsilli ingilis dili müəllimidir və 14 illik iş stajı var. Son 8 ildir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində müəllim işləmişdir. İşlədiyi müddətdə də əmək funksiyasını layiqincə yerinə yetirmiş, demək olar ki, hər il yaxşı işinə görə mükafatla təltif olunmuşdur. Heç bir intizam tənbehi qaydasında cəza almamışdır. Eyni zamanda onun himayəsində 2 nəfər azyaşlı uşağı, o cümlədən 1 (bir) yaş 6 aylıq südəmər körpə uşağı var. Ancaq buna baxmayaraq Bakı Texniki Kollecinin direktoru X2vericiliyinin tələblərini kobud şəkildə pozaraq Əmək Məcəlləsin 70-ci maddəsinin "ç" bəndi ilə onunla olan əmək müqaviləsinə özünün xx.xx.2022-ci il tarixli 01- 75/1 saylı əmri ilə xitam vermiş və onu işdən azad etmişdir. Səbəb də o olmuşdur ki, kollecin yuxarı kurs tələbəsi kollecdə səs-küy salıb qışqırdıdığından ona irad tutanda ona "sən" deyə müraciət etdiyindən, onun ona ədəbsizlik etmə deməyi olmuşdur. Guya bu sözlə o, tələbəni təhqir etməklə kollecin mənafeyinə ciddi xələl gətirmişdir. Ancaq bunlar hamısı uydurmadır və onun işdən çıxarılmağı üçün qərəzkarlıqla bundan bir bəhanə kimi istifadə edilmişdir. Hansı ki, o, əmək fəaliyyəti zamanı heç bir kobud səhvlərə yol verməmişdir. Eyni zamanda onunla əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli 01-75/1 saylı əmrdə cəmi bir cümlə yazılmaqla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, bununla da Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbləri işəgötürən tərəfindən pozulmuşdur. Ancaq işəgötürən Bakı Texniki Kollecinin direktoru Akif Cahangirovun işdə olan xx.xx.2022-ci il tarixli 01-75/1 saylı əmrinin məzmunundan görünür ki, o, onu iki əsasla həm ƏM-nin 70-ci maddəsinin "ç" bəndi ilə, həm də ƏM-nin 76-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmayan ƏM-nin 72-ci maddəsinin "e" bəndi əsası ilə işdən azad etməklə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl etməmiş və Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Ancaq yenə işdə olan işəgötürən Bakı Texniki Kollecinin direktoru Akif Cahangirov tərəfindən imzalanan xx.xx.2022-ci il tarixli 01- 75/1 saylı əmrdən görünür ki, əmrdə müəssisənin hüquqi ünvanı, işəğötürənin atasının adı, əmək müqaviləsinin ləğv edilməsinin əsasları, habelə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər kimi məlumatlar göstərilməməklə ƏM-nin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl edilməmişdir. Göründüyü kimi işə götürən Bakı Texniki Kollecinin direktoru Akif Cahangirov əmr ilə onunla olan əmək müqaviləsini ləğv edərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci, 71-ci, 76-cı, 79-cu və 84-cü maddələrinin tələblərini kobud şəkildə pozmaqla əsassız və qanunsuz əmr vermişdir. O, həmçinin cavabdehdən mənəvi zərərə görə 10.000 manat tələb etmişdir. Belə ki, bu hal yenicə analıq məzuniyyətindən qayıtmış onun mənəvi sarsıntı və iztirab keçirməyinə səbəb olmuşdur. O, ona qarşı olan haqsızlığa dözməyərək həmin günü Kolleci ağlaya-ağlaya tərk etmiş, yeganə qazanc yeri olan iş yerinin itirilməsi, 2 nəfər körpə uşağını nə ilə dolandıracağı fikri bir an belə onu rahat buraxmamış, əsəbləri pozulmuş, sağlamlığına mənfi təsir göstərmiş, uzun müddət fikir çəkməklə gecələr yata bilməməklə yuxusu pozulmuşdur. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Cavabdeh Azərbaycan Texnı̇ ki Unı̇ versı̇ tetı̇ n Nəzdı̇ ndə Bakı Texnı̇ ki Kollecinin vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə ərizə təqdim edərək, mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi çox geniş tərtib edilmişdir. Lakin orada qeyd edilən faktların bir neçəsi özündə həqiqəti əks etdirmir.Tərəflərindən barışdırıcı mövqe tutulduğu üçün həmin faktları təkzib etməmək qərarına gəlmişlər. İddiaçı məhkəməyə ərizə verməklə yanaşı, bir çox orqanlara da şikayətlər ünvanlamışdır. Bunun nəticəsində Azərbaycan Respublikası X7 Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru - işəgötürəni Akif Əli oğlu X1 Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Eyni zamanda həmin orqan tərəfindən 30 (otuz) gün ərzində İddiaçı “Əmək müqaviləsi”-nə xitam verilməsi barədə 22 sentaybr 2022-ci il tarixli, 01-75/1 nömrəli əmrin ləğv olunub, onun əvvəlki vəzifəsinə qaytarılması işəgötürəndən tələb edilmişdir. Həmin tələb əsas götürülərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru X3 tərəfindən xx.xx.2022-ci il tarixli, 01-93/1 saylı əmr təsdiq edilərək, İddiaçı “Əmək müqaviləsi”-nə xitam verilməsi barədə 22 sentaybr 2022-ci il tarixli, 01-75/1 nömrəli əmr ləğv olunmuş və o, əvvəlki vəzifəsinə bərpa edilmişdir. Bakı Texniki Kollecinin direktoru X3 tərəfindən təsdiq edilmiş 17 noyabr 2022-ci il tarixli, 01-94/1 saylı əmr ilə İddiaçı 22 sentyabr 2022-ci il tarixindən 18 noyabr 2022-ci il tarixinə kimi iş buraxma dövrü əmək stajına daxil edilərək göstərilən dövrün əmək haqqının ona ödənilməsinə qərar verilmişdir. Həmin əmrə əsasən İddiaçı məcburi iş buraxma müddəti üçün 531,93 manat həcmində əmək haqqı hesablanmış və həmin məbləğ 18 noyabr 2022-ci il tarixində onun kart hesabına ödənilmişdir. Digər tərəfdən sonuncu məhkəmə hazırlıq iclasında İddiaçı bildirmişdir ki, tutduğu vəzifədən kənarlaşdırıldığı dövrdə 2 (iki) bayram günlərinə görə Bakı Texniki Kollecinin digər əməkdaşlarına mükafatlar ödənilmişdir. Lakin buraxılmış iş günlərinə görə əmək haqqısı tam həcmdə hesablanaraq ödənilməsinə baxmayaraq həmin bayram günlərinə görə ona mükafat ödənilməmişdir. Bu fakt tərəfindən kollecin rəhbərliyinin diqqətinə çatdırıldıqdan sonra 2 bayram günü üzrə 274,50 (iki yüz yetmiş dörd, 50) manat həcmində mükafat İddiaçı kart hesabına ödənilmişdir. Məhkəmə iclasında iddiaçı Məcı̇ dova Nərmı̇ n Əlövsət qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, aralarında barışıq yoxdur. xx.xx.2022-ci il tarixdə yeməkxanada ədəbsiz bir uşaq növbətçidir deyə İ kurs uşaqlarının üstünə qışqıranda o da orada olduğu və bu hərəkətə göz yummağı düzgün olmadığı üçün həmin uşağa tonla nəyə görə uşaqların üstünə qışqırırdığını demiş, bu vaxt uşaq onun üstünə gələrək kim olduğunu soruşmuş, o da bu sözə görə uşağa tərbiyəsiz demişdir. Həmin vaxtdan sonra Gənclər təşkilatına seçilən uşaqları cavabdeh onun üstünə qaldırırlar. Onunla tələbə arasında hazırda Nərimanov Rayon Məhkəməsində şərəf və ləyaqət ilə bağlı məhkəmə mübahisəsi vardır. Hansı ki, onun xeyrinə qətnamə qəbul edilmişdir. Digər iş yoldaşı həmin məhkəmə prosesində şahid qismində ifadə verdikdən sonra məktəbdə onun işdənçıxma məsələsi müzakirə edilmişdir. Onun Akif müəllimlə münasibətləri həmişə yaxşı olmuşdur. O, Akif müəllim tərəfindən işdən çıxartılmaq istənilən 8-ci müəllimə olmuşdur. Həmin vaxt direktor onun üstünə polis çağırıb o qədər tələbənin içində onu dərsdən çıxarmışdır. Onun barəsində verilmiş heç bir xəbərdarlıqdan məlumatı olmamışdır. Ona hər ay mükafat verilmiş, onun heç bir töhməti, ondan da heç kəsin narazılığı olmamışdır. Onun oktyabırın 5-nə və noyabrın 8-12-nə aid mükafatlarını qarşı tərəf verməmişdir. Onlar ona verilməlidir. Həmçinin, onun şəxsi kompüteri məktəbdə qalmışdır, onu da məktəb ona verməlidir. O, işə qayıtsa da oradakı uşaqları ona qarşı öyrədirlər, müəllim kimi ona hörmət qoymurlar və bütün sosial şəbəkədə direktorla onun arasında olan söhbətləri yayırlar. Bu hadisədən sonra məktəbin rəhbərliyi onun dərs keçdiyi otaqlara kamera yerləşdirmiş və onun səhvinii tutmağa çalışırlar. O, mənəvi zərərlə bağlı bildirdi ki, həmin vaxt stresdən onun hamiləliyi pozulmuş və körpə uşağına süd verə bilməmişdir. Əgər, bütün bu hadisələr olmasa idi, ona mənəvi zərər dəyməzdi və o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmazdı. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, tərəflər arasında barışıq yoxdur, cavabdeh tərəf barışıqdan bəhs etsə də, onlara qarşı məhkəmədə iş açmışlar, məktəbin direktoru Nərimanov Rayon Məhkəməsində özünü qarşı tərəfin nümayəndəsi kimi aparmır. O, özü direktora Əmək Məcəlləsinin 79-cu maddəsinin nəzərə alınması barədə müraciət etmişdir. Onlar barışığa gedə bilərlər, amma direktor məktəbdəki tələbələri öyrədir və uşaqları müəllimənin üstünə salır. Ona qarşı təzyiqlər hələ də davam edir. Həmin hadisədən sonra həmkarlar Nərmin müəlliməni çağırıb işdən çıxma ərizəsini öz xoşu ilə yazmasını demiş və mülliməni basqı altında saxlamışlar. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə təqdim edilmiş ərizənin məzmununa uyğun izahat verərək iddianı mənəvi zərər olan hissədə qəbul etmədiyini, hüquqi yardım üçün iddiaçının vəkilə ödədiyi 500 manat məbləğində pulun təmin edilib-edilməməsi hissəsini məhkəmənin mülahizəsinə buraxdığını, iddia tələbində qeyd olunan halların aradan qaldırıldığını bildirdi və barışıq mövqe tutduqları üçün icraata xitam verilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, Nərmin xanım heç bir tənbehi olmamasını qeyd etsə də, dərsi düz keçmədiyinə və jurnalın yazılmasında nöqsanları olduğuna görə xəbərdarlıq almışdır. İddia tələbinin mənəvi sarsıntı keçirilməsi ilə bağlı bildirdi ki, iddiaçı işdən azad olunmuş sonra isə bərpa olunmuşdur. Burda hansı mənəvi sarsıntıdan söhbət gedə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Texnı̇ ki Unı̇ versı̇ tetı̇ n Nəzdı̇ ndə Bakı Texnı̇ ki Kolleci ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, iddiaçı kollecə ingilis dili vəzifəsində işə düzəlmişdir. Azərbaycan Texnı̇ ki Unı̇ versı̇ tetı̇ n Nəzdı̇ ndə Bakı Texnı̇ ki Kollecinin xx.xx.2021-ci il tarixli Pedaqoji Şuranın 2 nömrəli iclas protokolundan Çıxarış və xx.xx.2022-ci il tarixli Pedaqoji Şuranın 5 nömrəli iclas protokolundan Çıxarış ilə İddiaçı yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilmişdir. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 9 nömrəli Protokolu ilə kollecin rəhbərliyinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72-ci maddəsinin “e” bəndinə uyğun olaraq əmək vəzifəsini kobud şəkildə pozması və yol verdiyi pozuntu nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirməsi əsas götürülərək İddiaçı əmək müqaviləsinə xitam verilməsi təklif edilmiş və xx.xx.2022-ci il tarixli, 01-75/1 saylı Əmək Kitabçasından görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin əsaslarla xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra müxtəlif qurumlara şikayət edilmişdir. Bakı Şəhəri Nizami rayon Prokurorluğu iddiaçıya xx.xx.2022-ci il tarixdə cavab məktubu ünvanlayaraq Kollecin direktoru X3 tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbini pozmaqla xitam verilməsi müəyyən edildiyindən həmin fakt üzrə xx.xx.2022-ci il tarixdə İXM-nin 192.6-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə X7 Sosial Müdafiəsi Nazirliyinə göndərilməsini qeyd etmişdir. Daha sonra iddiaçı məhkəməyə müraciət etməmişdən qabaq mediasiya prosesində iştirak etmiş və xx.xx.2022-ci il tarixdə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqının ödənilməsi barədə iddia qaldırmışdır. X7 Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunmuşdur ki, kollecin vəzifəli şəxsi barəsində İXM-nin 192.6-cı maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. bu müddətdə hüquqpozma aradan qaldırılarsa inzibati cərimə ödənilmir. 30 gün ərzində İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunub əvvəlki vəzifəsinə qaytarılmasının təmin edilməsi ilə əlaqədar kollecin rəhbərliyinə müvafiq məktub göndərilmişdir. İş materiallarına əlavə edilmiş X5 Mərkəzinin xx.xx.2022-ci il tarixli Ambulator Xəstənin qeydiyyat vərəqinə əsasən İddiaçı həmin tarixdə xəstəxanaya daxil olduğu, son əməliyyat “natamam abort”, əməliyyatın adı “uşaqlıq boşluğunun qaşınması” olduğu müəyyən edilmişdir. İddiaçının müxtəlif qurumlara müraciət etməsindən sonra Kollecin xx.xx.2022-ci il tarixli, 01-93/1 saylı əmri ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2022-ci il tarixdən ləğv edilərək əvvəlki vəzifəsinə qaytarılması təmin edilmiş, 01-94/1 saylı əmr ilə də kollecin müəlliminin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi iş buraxma dövrünün əmək stajına daxil edilməsi və göstərilən dövrün əmək haqqısının ödənilməsi əmr edilmişdir. 27-28 dekabr 2022-ci il tarixlərdə 2 bayram günü üzrə 274,50 (iki yüz yetmiş dörd, 50) manat həcmində mükafat, eyni zamanda xx.xx.2022-ci il tarixində məcburi iş buraxma müddəti üçün 531,93 manat həcmində əmək haqqı hesablanaraq İddiaçı kart hesabına ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə iddia tələbinin “cavabdeh Bakı Texniki Kollecinin onunla olan əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixli 01-75/1 saylı əmrinin ləğv edilməsi, onun həmin kollecdə əvvəlki ingilis dili müəllimi vəzifəsinə bərpa olunmağı, habelə məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş materiallar və sübutlar əsasında iddia tələbində göstərilən halların iddiaçı tərəfindən məhkəməyə müraciə edildikdən sonra aradan qaldırıldığı müəyyən olunmuşdur. Belə ki, Kollecin xx.xx.2022-ci il tarixli əmrləri ilə İddiaçı kollecdə əvvəlki vəzifəsinə qaytarılması, iş buraxma dövrünün əmək stajına daxil edilməsi və göstərilən dövrün əmək haqqısının ödənilməsi müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən İddiaçı adına olan hesaba 2 bayram günü ilə əlaqədar 274,50 (iki yüz yetmiş dörd, 50) manat həcmində mükafat və məcburi iş buraxma müddəti üçün 531,93 manat həcmində əmək haqqı ödənilmişdir. Bunu iddiaçı da qəbul etmişdir. Göstərilən hallar cavabdeh tərəfindən aradan qaldırıldığı üçün iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “10000 manat (on min) mənəvi zərərin cavabdehdən alınıb onun xeyrinə verilməsi” hissəsi ilə bağlı bildirir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, öz ərizəsinə əsasən işdən azad olunduğu, ona son haqq-hesab ödənildiyi halda özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iddiaçı bununla bağlı sübut olaraq X5 Mərkəzinin xx.xx.2022-ci il tarixli Ambulator Xəstənin qeydiyyat vərəqini və stresdən onun hamiləliyinin pozulması, yeganə qazanc yeri olan iş yerinin itirilməsi, 2 nəfər körpə uşağını nə ilə dolandıracağı fikrinin onu rahat buraxmaması səbəbindən əsəbləri pozulduğunu, sağlamlığına mənfi təsir göstərdiyini, uzun müddət fikir çəkməklə gecələr yata bilməməklə yuxusunun pozulduğunu, körpə uşağına süd verə bilməməsi, bütün bu hadisələr olmasa idi, ona mənəvi zərər dəyməyəcəyini bildirmişdir. Məhkəmə bununla bağlı bildirir ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş və xx.xx.2022-ci il tarixdə əmr ləğv edilərək iddiaçı yenidən işə bərpa edilmiş, onun hamiləliyinin pozulması isə bunlardan sonra yəni xx.xx.2022-ci il tarixdə baş vermişdir. Digər tərəfdən iddiaçı hamiləliyinin pozulmasının sırf cavabdehin hərəkətləri nəticəsində baş verməsini sübut edə bilməmişdir. Həmçinin, cavabdeh qurum tərəfindən iddia tələbində qeyd olunan hallar da aradan qaldırılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardım üçün vəkilə ödədiyi 500 manat məbləğində pulun (zərərin) ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh təşkilatın direktorunun qanunsuz hərəkəti nəticəsində məhkəməyə müraciət etdiyindən, cavabdeh təşkilat tərəfindən iddiada qeyd olunan əsaslar iddiaçı məhkəməyə müraciət etdikdən sonra aradan qaldırıldığından və iddiaçı tərəfindən hüquqi yardım üçün artıq 500 manat xərc çəkildiyindən iddia tələbi bu hissədə təmin edilməli, Azərbaycan Texnı̇ ki Unı̇ versı̇ tetı̇ n Nəzdı̇ ndə Bakı Texnı̇ ki Kollecindən hüquqi yardıma görə 500 manat məbləğində vəsait tutularaq iddiaçı Məcı̇ dova Nərmı̇ n Əlövsət qızına ödənilməlidir. Cavabdeh Azərbaycan Texnı̇ ki Unı̇ versı̇ tetı̇ n Nəzdı̇ ndə Bakı Texnı̇ ki Kollecinin vəkili və nümayəndəsi Vəkil2 mülki işin icraatına xitam verilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında barışıq olmadığından və iddiaçı iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdiyindən ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Texnı̇ ki Unı̇ versı̇ tetı̇ n Nəzdı̇ ndə Bakı Texnı̇ ki Kollecindən hüquqi yardıma görə 500 manat məbləğində vəsait tutularaq iddiaçı Məcı̇ dova Nərmı̇ n Əlövsət qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Texnı̇ ki Unı̇ versı̇ tetı̇ n Nəzdı̇ ndə Baki Texnı̇ ki Kollecindən hüquqi yardıma görə 500 manat məbləğində vəsait tutularaq iddiaçı Məcı̇ dova Nərmı̇ n Əlövsət qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar