Məhkəmə qərarları › İş №2(007)-340/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-340/2023

18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-340/2023 18.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi Ərizəçi nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizə və ərizənin dəqiqlədirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini təmin edib X3, anası X7 olmaqla Ərizəçi xx.xx.1958-ci ildə Ermənistan SSR, Sisyan rayonu, Qızılcığ kəndində doğumun qeydə alınması faktı müəyyən edilməklə doğum qeyd aktının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Ermənistan SSR, Sisyan rayonu, Qızılcığ kəndində anadan olmuş, valideynləri həmin vaxt doğum haqqında şəhadətnamə almışlar. O, özü də Sovet pasportu da almışdır. Erməni aqressivliyi nəticəsində 1988-ci ildə doğma torpaqdan məhrum olaraq ailəlikcə qaçqın düşmüşlər. Eyni zamanda həmin vaxt Ermənistanda zəlzələ baş vermişdir, nəticədə demək olar ki, bütün ev əşyaları və üstəlik bir çox şəxsi sənədlər, o cümlədən doğum şəhadətnaməsi kənddə qalmışdır. Özünün də qalan şəxsiyyəti təsdiq edən sənəd Sovet pasportu olmuş və onun əsasında şəxsiyyət vəsiqəsi almışdır. Onun anası X7, atası isə X9r. X15 xx.xx.2013-cü ildə vəfat etmiş, atası İbat Cəbrayılov isə 1982-ci ildə vəfat etmişdir. O, doğum haqqında şəhadətnamə almaq üçün Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin onlar imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X10 ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, Ərizəçi xx.xx.1958-ci ildə Ermənistan SSR, Sisyan rayonu, Qızılcığ kəndində anadan olmuş, valideynləri həmin vaxt doğum haqqında şəhadətnamə, hətta Sovet pasportu da almışdır. Doğum haqqında şəhadətnamə qaçqınlıq vaxtı Ermənistanda qalmışdır. Ərizəçinin anası və atası rəhmətə getmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş X12 şahid qismində ifadə verərək göstərmişdir ki, o, ərizəçinin böyük qardaşıdır. O, 1961-ci il tarixdə anadan olmuşdur. Onlar ailədə 3 oğlan, 3 qız olmuşlar, bacı qardaşlarının hamısı sağdır. Digər qardaşı Cəbrayılov Səadət, bacıları Cəbrayılova Maya, Quliyeva Sədaqət, Şixıyeva Həcərdir. Onun da doğum haqqında şəhadətnaməsi qaçqınlıq vaxtı Ermənistanda qalmışdır. Onun da SSR pasportu var. X1 milliyətcə azərbaycanlı olmuşdur. O, Bakıya 1988-ci ildə gəlmiş, qardaşı Xudaverdi isə ondan öncə gəlmişdir, çünki 1976-cı ildə Bakıda İnstituta qəbul olmuşdur. Lakin doğum şəhadətnamələri orada qalmışdır. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan, Sisyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - AZ İ seriyalı 595802 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ürəyin dayanması nəticəsində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 143 nömrə ilə qeyd edilmişdir. - Maraqlı şəxs Ərizəçi ünvanlanan xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçi tərəfindən doğum haqqında müvafiq sənədlər təqdim edilə bilmədiyindən doğumun qeyd olunması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - İ- ЗЖ seriyalı 821458 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Сəbrayılova Maya İbat qızı xx.xx.1965-ci il tarixdə, Ermənistan SSR, Sisiaan rayonu, Qızılcığ kəndində doğulmuşdur. X2, anası X4r. - ББ 147709 nömrəli hərbi xidməti biletinin surətindən görünür ki, Ərizəçi İbat oğlu xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Sisian rayonu, Qızılcığ kəndində anadan olmuşdur, milliyyəti azərbaycanlıdır. - İV- Ж Г, 454942 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi İbat oğlu ilə X10 xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1958-ci il tarixdə Ermənistan SSR, Sisyan rayonu, Qızılcığ kəndində doğulmuşdur. X3, anası isə X7 olmuşdur. Maraqlı şəxsndən onun ərizəsinin icrası imkan xaricində olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini ala bilmədiyindən, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1958-ci ildə Ermənistan SSR, Sisyan rayonu, Qızılcığ kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, onun doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında X11 və ana qrafasında isə X7, milliyyəti isə “azərbaycanlı” kimi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında yeni şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 101 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci ildə Ermənistan SSR, Sisyan rayonu, Qızılcığ kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X11 və ana qrafasında isə X7, milliyyəti isə “azərbaycanlı” kimi yazılsın. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 101 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar