Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-341/2023 13.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi tələbini onunla əsaslandırdı ki, o xx xxxxxx 1962-ci il tarixdə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmuşdur.Valideyinləri həmin vaxt doğum haqqında şəhadətnamə alıblar və hətta o, Sovet pasportu da almışdır. Erməni aqressivliüi nəticəsində 1988-ci ildə doğma torpaqdan məhrum olaraq ailəlikcə qaçqın düşmüşlər. Eyni zamanda həmin vaxt Ermənistanda zəlzələ baş vermişdi, nəticədə demək olar ki, bütün ev əşyaları və üstəlik bir çox şəxsi sənədlər o cümlədən doğum şəhadətnamə kənddə qalıb. Özündə qalan şəxsiyyəti təsdiq edən sənəd Sovet pasportu olub və onun əsasında şəxsiyyət vəsiqəsi almışdır. X2, atası isə X5r. Anası xx.xx.2011-ci il tarixdə atası isə xx.xx.2020-ci il tarixdə vəfat edib. O, doğum haqqında şəhadətnamə almaq üçün Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin həmin orqan doğum haqqında şəhadətnamə verməkdən imtina imtina edib. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Odur ki,onun doğum aktının bərpa olunması, xx xxxxxx 1962-ci ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olması barədə hüquqi əhəmiyyətli aktın bərpa olunması, doğum haqqında şəhadətnamənin ata qrafasında X6,ana qrafasında isə X3 qeydlərinin aparılmas barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhərində Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış digər sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1962-ci il tarixdə Ermənistanda olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs ərizəçiyə ünvanladığı xx.xx.2022-ci il tarixli 05Q-2093/15 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum akt qeydinə əlavə edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə xahişinizin təmin edilməsi imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin görünür ki, X4 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 123 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında ölüm haqqında şəhadətnamənin görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci tarixdə 83 nömrə ilə qeydiyyat aparılmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin bacısı Şahid xx xxxxx 1965-ci il tarixdə Ermənistanda anadan olmuşdur. X2, atası isə X5r. Məhkəmə iclasında iştirak edən Şahid ifadə verərək göstərdi ki, Ərizəçi onun bacısıdır.O, xx xxxxxx 1962-ci ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olub. Onun doğum şəhadətnaməsi özündədir, lakin məlum hadisələrlə bağlı qaçqın düşən zaman bacısının şəhadətnaməsi itibdir. Həmin sənədi başqa qaydada əldə edə bilmir. X1, ataları isə X5r. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun qeyd edilmə faktı məhkəmədə müəyyən edilir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə zamanı ərizəçinin izahatı, şahid ifadəsi, eləcə də, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də Ərizəçi xx xxxxxx 1962-ci ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmuşdur, onun doğum akt qeydi də həmin rayonda aparılmışdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi xx xxxxxx 1962-ci ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunmalı,doğum aktı qeydi bərpa olunmaqla ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamənin ata qrafasında «X6», ana qrafasında «X4» qeydləri aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1962-ci ildə Ermənistan SSR, Vardenis rayonunun Zod kəndində anadan olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən olunsun. Ərizəçinin doğum aktı qeydi bərpa olunmaqla ona yeni doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamənin ata qrafasında «X6», ana qrafasında «X4» qeydləri aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-341/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-341/2023
13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver