Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-343/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X8 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla onunla əsaslandırmışdır ki, ona Bakı şəkəri, Nizami rayonu, M.X.Şərifli küçəsindəki 2591-ci məhəllədə inşa edilən fərdi evlərinin yanında 600 kv.m torpaq torpaq sahəsi ayrılıb. Bu torpaq sahəsi ona X2 üzvü olduğu üçün verilib. Həmin torpaq sahəsini özəlləşdirmək üçün Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.Lakin həmin qurumdan ona bildirdilər ki, elektron kadastr məlumatına əsasən sözügedən torpaq sahəsinin 60 kv.m-i ləğv edilib və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər fiziki şəxs X3 mülkiyyətinə verilib. Buna nə ad vermək olar.Qeyd olunanlara əsasən X4 adına verilən JN- 30930 saylı şəhadətnamənin elibarsız hesab edilməsinə tələbinə dair qətnamə çıxarılnasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş cavabdeh X5 məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 29 avqust 2002-ci il tarixli sərəncamının məzmunundan görünür ki, X1 üzvü kimi İddiaçı Bakı şəhəri,Nizami rayonu Şərifli küçəsindəki 2591-ci məhəlləsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan məhkəmə qərarlarından görünür ki,İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak X6 yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə(hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı(3-cü şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti cəlb olunmaqla)torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınaraq,çıxarışın verilməsi barədə iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsin 2-1(112)-2695/2021 saylı iş üzrə qəbul etdiyi 29 iyun 2021-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-246 saylı iş üzrə qəbul etdiyi 26 avqust 2022-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsin 2-1(112)- 2695/2021 saylı iş üzrə qəbul etdiyi 29 iyun 2021-ci il tarixli qərarı ləğv olunmuş,iş üzrə yeni qərar çıxarılmış,iddia tələbi təmin olunmuş, İddiaçı Bakı şəhəri,Nizami rayonu Şərifli küçəsindəki 2591-ci məhəlləsində 540 kv.m torpaq sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq,ona çıxarış verilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur. Həmin qərardan cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının xx.xx.2023-cü il tarixli qərarı ilə təmin olunmamışdır. Həmin qərarların məzmunundan görünür ki,iddiaçı ilk dəfə Bakı İnzibati Məhkəməsinə iddia ilə müraciət edərkən əvvəlcə 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını xahiş etsə də məhkəmə prosesinin gedişində iddia tələbinin həcmini azaldaraq 540 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Göründüyü kimi hal-hazırda İddiaçı Bakı şəhəri,Nizami rayonu Şərifli küçəsindəki 2591-ci məhəlləsində 540 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. İddiaçı cavabdeh X4 adına verilən JN- 30930 saylı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair qətnamə çıxarılnasını xahiş etsə də həmin şəhadətrnamənin mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, şahadətnamənin onun hansı hüquqlarına və ya qanunla qorunan mənafeyinə toxunduğunu,eləcə də şəhadətnamənin hansı səbəblərə görə etibarsız əqd hesab etdiyini əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddiaçə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-343/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-343/2023
07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver