Məhkəmə qərarları › İş №2(007)-3448/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3448/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3448/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə əsasən borcun qaytarılması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsinə əsasən borcun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru'Bünyat-zadə Emi! Aydın oğlu ilə X1 arasında «KİA OP'fİMA» markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin 13.11.2019-cu il tarixdən 15.01,2020-ci il tarixədək 1 (bir) günü 60 (altmış) manat olmaq şərtilə 63 (altmış üç) gün müddətinə icarəyə verilməsinə dair 13.11.2019-cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. Cavabdehin icarəyə götürdüyü avtomobilə dair 63 (altmış üç) gün müddətdən 3780 (üç min yeddi yüz səksən) manat əvəzinə 3350 (üç min üç yüz əlli) manat ödəmişdir, yerdə qalan 430.00 (dörd yüz otuz) manat borcunu isə ödəməmişdir. Avtomobilin icarə haqqına görə 430.00 (dörd yüz otuz) manat borcun tələb edilməsinə dair cavabdehə 02.02.2021 -ci il tarixli 004 №-li və 12.04.202 Lci il tarixli 029 №-li pretenziya ilə müraciət edib 3 (üç) gün müddətində Bakı şəhəri, Nərimanov rayonu. Əhməd Rəcəbli küçəsi 2/28də fəaliyyət göstərən "xxxx" MMC-nə gəlibödənilməsi barədə EMS Ekspress sürətli poçt daşıma xidməti vasitəsilə məktubla müraciət etmişdir. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq etməyimizə baxmayaraq cavabdeh ödəniş etməmişdir. Cavabdeh 13.11.2019cu il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.1-ci bəndinin tələbini pozmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh icarə müqaviləsinə görə 430 manat borc və 20 manat məbləğində dövlət rüsumu, ümumilikdə 450 manat məbləğində pul İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.11.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən qismində İddiaçı ona məxsus olan 2014-cü il buraxılışlı, 5XXGN4A75FG406754 ban nömrəli, “Kia Optima” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. İcarədar bu müqavilə üzrə avtomobildən istifadəyə görə müqavilə üzrə müəyyən edilmiş məbləği icarəyə verənə ödəyir. İcarədar avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 günü üçün 60 manat icarə haqqı hesablayır. İşə əlavə olunmuş təhvil -təslim aktından görünür ki, İddiaçı ona məxsus olan 2014cü il buraxılışlı, 5XXGN4A75FG406754 ban nömrəli, “Kia Optima” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. İşə əlavə olunmuş yol vərəqəsindən görünür ki, yol vərəqəsinin etibarlıllıq müddəti 13.11.2019-cu il tarixdın 17.11.2019-cu il tarixinədək etibarlıdır. İşə əlavə olunmuş 02.02.2021-ci il tarixli 004 nörməli xəbərdarlıqdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.11.2019-cu il tarixli icarə müqaviləsinə əsasən avtomobilin icarə haqqına görə 430 manat borc yaranmışdır. 3 gün müddətində İddiaçınə icarəyə götürülən avtomobilni icarə haqqına görə 430 manat məbləğində pulun ödənilməsi xahiş olunur. Əks təqdirdə məhkəməyə müraciət olunacaqdır. İşə əlavə olunmuş AC seriyalı 073196 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh “B” kateqoriyası üzrə sürücülük vəsiqəsi 11.01.2018-ci il tarixdən 11.01.2028-ci il tarixədək etibarlıdır. İşə əlavə olunmuş İddiaçı 30.07.2021-ci il tarixli 62 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 13.11.2019-cu il tarixdən 15.01.2020-ci il tarixədək 1 günü 60 manat olmaq şərtilə 63 gün müddətinə icarəyə götürdüyü avtomobilə dair İddiaçınə 3780 manat əvəzinə 3350 manat məbləğində ödənş etmiş və onun cəmiyyətə 430 manat borcu yaranmışdır. İşə əlavə olunmuş 26.07.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; İcarə haqqında Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən: icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 7.1-ci maddəsinə əsasən: icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 7.2-ci maddəsinə əsasən: icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. 7.5-ci maddəsinə əsasən: icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13.11.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən qismində İddiaçı ona məxsus olan 2014-cü il buraxılışlı, 5XXGN4A75FG406754 ban nömrəli, “Kia Optima” markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. İcarədar bu müqavilə üzrə avtomobildən istifadəyə görə müqavilə üzrə müəyyən edilmiş məbləği icarəyə verənə ödəyir. İcarədar avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 günü üçün 60 manat icarə haqqı hesablayır. İddiaçı 30.07.2021-ci il tarixli 62 nömrəli maliyyə arayışından da göründüyü kimi Cavabdeh 13.11.2019-cu il tarixdən 15.01.2020-ci il tarixədək 1 günü 60 manat olmaq şərtilə 63 gün müddətinə icarəyə götürdüyü avtomobilə dair İddiaçınə 3780 manat əvəzinə 3350 manat məbləğində ödənş etmiş və onun cəmiyyətə 430 manat borcu yaranmışdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, Cavabdeh icarə müqaviləsinə görə 430 manat borc və 20 manat məbləğində dövlət rüsumu, ümumilikdə 450 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh icarə müqaviləsinə görə 430 manat borc və 20 manat məbləğində dövlət rüsumu, ümumilikdə 450 manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar