Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-350/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "TBC Kredı̇ t” Bank olmayan Kredı̇ t Təşkı̇ latı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "TBC Kredı̇ t” BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "TBC Kredı̇ t” BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli BAKU1- 47535-20292 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli BAKUİ-47535-20292/1 və xx.xx.2021-ci il tarixli BAKU1-47535-20292/2 saylı Razılaşmaların ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Elşin oğlundan müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 9311,25 manat əsas borc, 545,12 manat cari faiz borcu və 784,99 manat cari dəbbə borcu olmaqla, cəmi 10641,36 manat kredit borcunun və 122 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında ikinci ilə illik 21% faizlə 36 ay müddətinə 10000 (on min) manat kredit verilməsini nəzərdə tutan xx.xx.2021-ci il tarixli BAKU1-47535-20292 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli BAKUİ-47535-20292/1 və xx.xx.2021-ci il tarixli BAKU1-47535-20292/2 saylı Razılaşmalar imzalanmış və kreditin aylıq 378.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir.Yuxarıda qeyd olunan “Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" BOKT MMC məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq cavabdeh tərəfindən ödəniş edilmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "TBC Kredı̇ t” Bank olmayan Kredı̇ t Təşkı̇ latı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli BAKU1- 47535-20292 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 21 faiz ödənilmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. Daha sonra Cavabdeh1 ilə "TBC Kredı̇ t” Bank olmayan Kredı̇ t Təşkı̇ latı MMC arasındakredit müqaviləsinin tərkib hissəsi olan bağlanmış xx.xx.2021-ci il tarixli BAKUİ-47535-20292/1 saylı Razılaşmaya əsasən illik 21% faizlə 36 ay müddətinə 4000 manat kredit məbləğinin borcalanın hesabına köçürülməsi və kreditin məqsədli təyinatının Unibankda olan kreditin bağlanması, xx.xx.2021-ci il tarixli BAKU1-47535-20292/2 saylı Razılaşmaya əsasən isə illik 21% faizlə 36 ay müddətinə 6000 manat kredit məbləğinin borcalanın hesabına köçürülməsi və kreditin məqsədli təyinatının ev təmiri kimi müəyyən edilməsi müəyyən olunmuşdur. Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 ilə Bank arasında xx.xx.2021-ci il tarixli, BAKU1-47535-20292+BAKU1-48300 saylı zaminlik müqaviləsinə əsasən o, zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuş, razılaşmalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür."TBC Kredı̇ t” Bank olmayan Kredı̇ t Təşkı̇ latı MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə banka 9311,25 manat əsas, 545,12 manat faiz, 784,99 manat cərimə borcu olmaqla, ümumilikdə 10641,36 manat borcu vardır. Lakin cavabdehlər kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 iddiaçı "TBC Kredı̇ t” Bank olmayan Kredı̇ t Təşkı̇ latı MMC ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 "TBC Kredı̇ t” Bank olmayan Kredı̇ t Təşkı̇ latı MMC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən Cavabdeh2 Elşin oğlu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onun risk dairələrinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidirlər. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "TBC Kredı̇ t” Bank olmayan Kredı̇ t Təşkı̇ latı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli razılaşmalar ləğv edilməli, Cavabdeh1 və Qulı̇ yev Ramı̇ l Elçı̇ n oğlundan müştərək qaydada "TBC Kredı̇ t” Bank olmayan Kredı̇ t Təşkı̇ latı MMC-nin xeyrinə 9311,25 manat əsas borc, 545,12 manat faiz borcu, 650 manat cərimə borcu olmaqla 10506,37 manat və dövlət rüsumuna görə ödənilmiş 122 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin olunsun. "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli BAKU1- 47535-20292 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli BAKU1-47535-20292/1 və xx.xx.2021-ci il tarixli BAKU1-47535-20292/2 saylı razılaşmalar ləğv edilsin. Cavabdeh1 və Qulı̇ yev Ramı̇ l Elçı̇ n oğlundan müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 9311,25 manat əsas borc, 545,12 manat faiz borcu, 650 manat cərimə borcu olmaqla 10506,37 manat və dövlət rüsumuna görə ödənilmiş 122 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-350/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-350/2023
17.01.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver