Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3508/2022 02.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı X1 cavabdeh Kayman Adalarının Cavabdeha qarşı əmrin ləğvi,işə bərpa və əmək haqqının tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 cavabdeh Kayman Adalarının Cavabdeha qarşı əmrin ləğvi,işə bərpa və əmək haqqının tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Kayman Adalarının Cavabdehı məhkəməyə vəsatətlə müraciət edərək göstərmişdir ki, iddiaçı mediasiya mərhələsindən keçmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bundan başqa iddia ərizəsi aidiyyət qaydası pozulmaqla verilmişdir. Belə ki,cavabdehin həm hüquqi, həm də faktiki ünvanı ünvan 1 geri qaytarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh Kayman Adalarının Cavabdehı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə öz nümayəndəsini göndərməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan reyestrdən və dövlət vergi xidməti saytından,eləcə də mərkəzləşdirilmiş portal çıxarışından görünür ki, cavabdeh Kayman Adalarının “X3” Şirkətinin hüquqi ünvanı ünvan 2nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göründüyü kimi, işin Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar mövcud deyil. Ona görə də iddiaçı X1 cavabdeh Kayman Adalarının Cavabdeha qarşı əmrin ləğvi,işə bərpa və əmək haqqının tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir . Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı X1 cavabdeh Kayman Adalarının Cavabdeha qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqının tələbinə dair mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin Qərardaddan 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3508/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3508/2022
02.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver