Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3516/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” haqqında ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində anadan olan həyat yoldaşı X5 doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşı X9 14 noyabr 1955-ci ildə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində anadan olmuşdur. Bu səbəbdən də onun doğum haqında şəhadətnaməsi Ermənistan Respublikası tərəfindən verilmişdir. Belə ki, X9 xx.xx.2011-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 723 nömrəli akt qeydi ilə verilən AZ-İ № 490662 saylı ölüm haqqında şəhadətnaməsi məhkəməyə təqdim edilir. Belə ki, o, həyat yoldaşının ölümündən sonra onun pensiyasını almaq üçün müvafiq quruma müraciət etmiş və ondan onların nikah haqqında şəhadətnamələri tələb edilir. Nikah haqqında şəhadətnamədə onun və həyat yoldaşının soyadı Məmmədov-Məmmədova kimi yox, Mammedov- Mammedova kimi qeyd edilmişdir. Habulki onun şəxsiyyət vəsiqəsində soyadı Məmmədovadır. Həmçinin həyat yoldaşının öz sənədlərində- pasportunda, AZ-İ № 490662 saylı ölüm haqqında şəhadətnaməsində, sürücülük vəsiqəsində, şəxsiyyət vəsiqəsində ad soyad və ata adı X3 qeyd edilmişdir. Bu səbəbdən də o, nikah haqqında şəhadətnamənin dəyişdirilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş və ondan X5 doğum haqqında şəhadətnaməsi tələb edilir. Məsələ ilə bağlı Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə isə Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubunda onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Nizami Rayon Qeydiyyat Şöbəsinin cavab məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”-ın 1-ci bəndinə əsasən, kifayət qədər əsas olmadığından ərizəsi təmin edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, həyat yoldaşı vəfat etmiş və onun ölümünü təsdiq edən şəhadətnamə vardır. Hazırda o, həyat yoldaşının pensiyasını almaq üçün onun doğum haqqında şəhadətnaməsini almaq istəyir. Deyəsən, mərhum həyat yoldaşının doğum haqqında şəhadətnaməsi itmişdir. Ancaq həyat yoldaşının əmək kitabçası, sürücülük vəsiqəsi var. Mərhumun ata-anası da dünyasını dəyişmişdir. X4 qayınatası, X12 da qayınanasıdır. Məhkəmə iclasında X7 şahid qismində ifadə verərək göstərdi ki, Krasnoleks rayonunun Cil kəndindəndir. Həsənin atası Ələmdar kişi ilə onun yoldaşı Mustafa kişi qohumdur, bir nəsildirlər, həm də qonşu olmuşlar. Həsənin atası Ələmdar, anası Tamam olmuşdur. Həsənin nə vaxt doğulduğunu xatırlamır, 4 bacısı, 1 qardaşı var idi, bacılarından biri onun baldızının gəlini idi. Köçkünlüyə kimi bir yerdə yaşamışlar. O, 1989-cu ildə Bakıya gəlmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş X13 şahid qismində ifadə verərək göstərmişdir ki, mərhumla Göyçə mahalında, Cil kəndində qonşu olmuşlar. Mərhumun anasının adı Tamam, atasının adı Ələmdar olmuşdur. Mərhum Həsəngil ailədə 6 uşaq olublar. Onlar mərhum Həsənin ailəsi ilə qonşu olduqları üçün Həsənin dünyaya gəlməsini görmüş, belə ki, mərhumun atasına oğlu olduğu üçün gözaydınlığı verdilər. Mərhumun neçənci ildə doğulduğunu xatırlamır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 00795234 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 14 noyabr 1955-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuş, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - Maraqlı şəxs Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəçi tərəfindən doğum haqqında müvafiq sənədlər təqdim edilə bilmədiyindən doğumun qeyd olunması və doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - İ ЖГ 281537 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 və Ərizəçi 16 iyun 1979-cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 79 nömrə ilə qeyd edilmişdir. X1 14 noyabr 1955-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonu Cil kəndində anadan olması qeyd edilmişdir. - AA seriyalı 556489 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X9 14 noyabr 1955-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. Vəsiqə xx.xx.2013-cü il tarixədək qüvvədədir. - РЗ seriyalı 437876 nömrəli pasportun surətindən görünür ki, X9 14 noyabr 1955-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonu, Cil kəndində anadan olmuşdur. Pasport xx.xx.2018-ci il tarixədək qüvvədədir. - AZ-İ seriyalı 490662 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə ağ ciyərin adenoma karsinoması xəstəliyindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-cü il tarixdə 723 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin təqdim etdiyi fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, X9 14 noyabr 1955-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonunda anadan olmuşdur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1ci, 307.2.3-cü, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 4-cü bəndinə əsasən, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bəndinə əsasən, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, X9 14 noyabr 1955-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonu, Cil kəndində doğulmuşdur. X2, anası isə X12 olmuşdur. Maraqlı şəxsndən onun ərizəsinin icrası imkan xaricində olduğu üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuş, hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini ala bilmədiyindən, doğumun qeyd edilməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədləri başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlərlə isə ərizənin əsaslı olması tam təsdiq olunur. Beləliklə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 Ermənistan Respublikası, Krasnoselsk rayonu, Cil kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, onun doğum haqqında akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında X4 və ana qrafasında isə X12, milliyyəti isə “azərbaycanlı” kimi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Məhkəmə qeyd edir ki, doğum haqqında yeni şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə ayrıca qərar qəbul edilməsi zərurəti yoxdur, hazırkı qətnamə sözügedən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. X5 14 noyabr 1955-ci il tarixdə Ermənistan Respublikası, Krasnoselsk rayonu, Cil kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X4 və ana qrafasında X12, milliyyəti isə “azərbaycanlı” kimi yazılsın. Hazırkı qətnamə vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3516/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3516/2025
10.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver