Məhkəmə qərarları › İş №2(007)-3517/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3517/2025

25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3517/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, “GMC YUKON” markalı, universal tipli, V12211581CVCX0277 mühərrik nömrəli, 1GKS2DKT7NR346491 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı, **-DF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini onun vicdanlı əldə edən olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. İş materialları ilə aydın olur ki, “GMC YUKON” minik markalı, hazırda üzərində **-DF- *** dövlət qeydiyyat nişanı olan, universal tipli, V1221581CVCX0277 mühərrik nömrəli, 1GKS2DKT7NR346491 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobil ilk dəfə 06 fevral 2024-cü il tarixdə **********78.92 gömrük vəsiqəsi əsasında BDYPİ-si tərəfindən Füzuli rayon sakini X1 adına qeydiyyata alınaraq avtomobilə **-DF-*** dövlət qeydiyyat nişanları təhkim edilməklə BB5326K) nömrəli qeydiyyat şəhadətnaməsi verilib. Bundan sonra avtomobil elə 06 fevral 2024-cü il tarixdə Ərizəçi adına təkrarən qeydiyyata alınaraq dövlət nömrə nişanları saxlanılmaqla BB532656 nömrəli qeydiyyat şəhadətnaməsi verilib. Avtomobilin sənədləşdirilməsi zamanı qeyd edilən avtomobilin axtarışda olması barədə hər hansı bir məlumat olmayıb. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOLun Milli Mərkəzi Bürosunun 21 fevral 2024-cü il tarixli 3-13-25/2-2471/2024 nömrəli məktubuna əsasən qeyd edilən avtomobilin axtarışda olması barədə məlumat 13 fevral 2024-cü il tarixdə axtarış sistemində qeydə alınıb. Belə olan halda avtomobilin Azərbaycan Respublikasına daxil olaraq sənədləşdirilməsi zamanı avtomobilin axtarışda olması barədə sistemdə məlumat olmayıb. xx.xx.2024-cü il tarixli qərara əsasən Ərizəçi və digərlərinin adıçəkilən avtomobilin Kanada dövləti ərazisindən oğurlanması fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə onların barəsində cinayət işi başlanması rədd edilmiş, nəqliyyat vasitəsinin ölkə daxilində qeydiyyat hərəkətlərinin aparılması, həmçinin qoyulmuş məhdudiyyətin götürülməsi üçün məhkəmə orqanına müraciət etmək hüququ onlara izah edilmişdir. Ərizəçi hazırki hüquqi faktın təsdiqinin mülkiyyət hüquqlarının bərba edilməsi, ölkə daxilində qeydiyyat hərəkətlərinin aparılmasına qoyulmuş məhdudiyyətin götürülməsi üçün zəruri olduğunu qeyd etmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı qərarının 13-cü bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi ilə bağlı işlərə hər hansı bir nəticəyə səbəb olacağı təqdirdə baxa bilər. Hazırki halda isə ərizəçinin adıçəkilən avtomobili vicdanlı əldə edən olması faktının müəyyən edilməsi heç bir hüquqi nəticə doğurmayacaq. “GMC YUKON” minik markalı, hazırda üzərində **-DF-*** dövlət qeydiyyat nişanı olan avtomobil hazırda Kanadada axtarışdadır. Bu səbəbdən ərizəçinın axtarışda olan avtomobilə münasibətdə vicdanlı əldə edən olması müəyyən edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) baxılır. Belə ki, hazırda nəqliyyat vasitəsinin ölkə daxilində qeydiyyat hərəkətlərinin aparılması, həmçinin qoyulmuş məhdudiyyətin götürülməsi üçün məhkəmə orqanına müraciət etmək hüququ daha əvvəl ərizəçiyə izah edilmişdir. Bu səbəbdən hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından hesab edirəm ki, ərizəçi göstərilən qaydada məhkəməyə müraicət etməlidir. Beləliklə qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki ərizəyə ümumi məhkəmələrdə baxılmalı olmadığından, ərizə yolverilməz hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, hazırkı qərardad ərizəçinin ödədiyi 100 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsi ərizənin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Bu qərardad mülk iş üzrə ərizəyə görə Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (FİN: xxxxxxx, Hökümət ödəniş portalı, mədaxil qəbzinin nömrəsi **********55, Tarix: xx.xx.2025, saat 15:08:28,) dövlət büdcəsindən qaytarılması üçün əsasdır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar