Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3557/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X9 Mirzəyevin sədrliyi, X4 Qurbanovun katibliyi, İddiaçı X5,onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı X5 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X7 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,o,Bakı şəhəri Nizami rayonu,R.Rüstəmov küçəsindəki 4 saylı evinl 81 saylı mənzilində yaşayır.Balakən rayonu Qazma kəndində qeydiyyatdadır. Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsindəki 4 saylı evinl 81 saylı mənzili tam mülkiyyət hüququ əsasında ona məxsusdur.Həmin mənzilə dair hüquqların dövlət qeydiyyatından çıxarışı (Reyestr nömrəsi **********80-05101-093037, qeydiyyat nömrəsi **********)23 aprel 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən almışdır. Lakin, ev onun mülkiyyətində olsa da, Cavabdeh onun evindən çıxmaq istəmir, öz mülkiyyətindən maneəsiz istifadə etməyinə əngəl törədir. Buna görə də, Cavabdeh mənzildən çıxarılması tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alıb Cavabdeh reyestr nömrəsi **********80-05101-093037, qeydiyyat nömrəsi ********* olan, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsindəki 4 saylı evinl 81 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X7 və onun nümayəndəsi-vəkili Vəkil iddanı müdafiə etdilər,iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. Cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı X7 işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işdə iştirak edən iddiaçı X5 və onun nümayəndəsi-vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsindəki 4 saylı evinl 81 saylı mənzil 23.04.2021-ci il tarixdən X5 mülkiyyətindədir. Balakən Rayon İcra Hakimiyyətinin Qazma kənd İnzibat Ərazi Dairəsindən verilmiş770 saylı,29.072021-ci il tarixli arayışdan görünür ki, X1 sakinidir. Balakən Rayon İcra Hakimiyyətinin Balakən şəhəri İnzibat Ərazi Dairəsindən verilmiş 1357 saylı,02.08.2021-ci il tarixli arayışdan görünür ki, Əliyev X3 şəhəri M.F.Axundov küçəsindəki 63 saylı ünvanda qeydiyyatda olsa da ünvan 2aylı mənzildə yaşayır. Azərbaycan Respublikası Konstitusiyası nın 13-cü maddəsininn İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin hallarından görünür ki, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsindəki 4 saylı evinl 81 saylı mənzil 23.04.2021-ci il tarixdən X5 mülkiyyətindədir.Buna baxmayaraq Cavabdeh heç bir əsas olmadan həmin mənzildə yaşamaqla iddiaçıya öz mülkiyyətində olan mənzillə əlaqədar sahiblik,istifadə və sərəncam hüquqlarını həyata keçirməsinə mane olur. Məhkəmə hesab edir ki, iddiaçı X5 mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh həmin mənzildən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 2aylı mənzilindən çıxarılsın. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nizami rayon məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3557/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-3557/2021
13.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver