Məhkəmə qərarları › İş №2(007)-3576/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3576/2021

15.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3576/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 12 saylı evin 51 saylı mənzil onun mülkiyyətidədir. Mənzili alqı-satqı müqaviləsi ilə almışdır. Onun adına 04 may 2021-ci il tarixli çıxarış verilib. Onun məzilində evin əvvəlki sakini olan cavabdeh qeydiyyatdadır. Cavabdeh mənzili satan zaman tez bir zamanda qeydiyyatdan çıxacağına söz versə də, buna əməl etməyib.Cavabdehin həmin mənzildə qeydiyyatda qalması bir mülkiyyətçi kimi hüquqlarımı pozur. Qeyd edilənlərə əsasən Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 12 saylı evin 51 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilmiş, 16 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş «qeydiyyatdadır, lakin bu ünvanda yaşamır» qeyd ilə bildiriş məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh qızının iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 12 saylı evin 51 saylı mənzilın 04.05.2021-ci il tarixdən mülkiyyətçisidir. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki,Cavabdeh qızı mübahisəli mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 12 saylı evin 51 saylı mənzil İddiaçı oğlunun adına xüsusi mülkiyyət kimi 04.05.2021-ci il tarixdən hüquqi qeydiyyatdan keçirilmişdir.Cavabdeh həmin mənzildə pasport qeydiyyatında olsa da orada yaşamır. Məhkəmə hesab edir ki, İddiaçı oğlunun mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Cavabdeh həmin mənzildən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh qızının Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 12 saylı evin 51 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar