Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3579/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı “mənzildən istifadə hüquqununun mövcud olmamasının müəyyən edilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X9 qarşı “mənzildən istifadə hüquqununun mövcud olmamasının müəyyən edilməsi, mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X7, onların azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən 80 saylı (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137, M5, mənzil 4-də) mənzildən istifadə hüququqlarının mövcud olmaması müəyyən edilməklə, mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini, cavabdehlər Cavabdeh1, X14 və azyaşlı uşaqları X3 qeyd olunan mənzildən çıxarılmalarının mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsinin qeyd olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137 A, mənzil 80 (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137, M5, mənzil 4-də) onun anası X15 09 may 2014-cü il tarixdə cənab X23 tərəfindən bağışlanmış və həmin mənzilə dair 18 yanvar 2019-cu il tarixdə adına çıxarış almış və həmin mənzilə köçüb yaşamışdır. Bir müddət sonra hazırki iş üzrə cavabdehlər Cavabdeh1, X14 və azyaşlı uşaqları ilə birlikdə özlərinə məxsus mənzili təmir etdirmək bəhanəsi ilə müvəqqəti olaraq anasına məxsus mənzilə köçüb yaşamağa başlamışlar, aralarında narazılıq yarandığından, anası hazırki iş üzrə cavabdehlərə onlara bağışladığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 31B, mənzil 22-yə qayıdıb orada yaşamalarını istəmiş, lakin cavabdehlər mülkiyyətlərində olan həmin evə qayıtmamışlar. X1 məlum olmuşdur ki, Cavabdeh1 onu aldadaraq aldığı baş etibarnamə əsasında hazırki mənzili oğlu X5 bağışlamış və həmin mənzilə dair 13 iyun 2019-cu il tarixdə X3 adına çıxarış almış, həmin çıxarışla da Cavabdeh1, X14 və azyaşlı uşaqları X10 mübahisəli mənzilə qeydiyyata düşmüşlər. Qeyd olunan etibarnamə, bağışlama müqaviləsi və X3 adına alınmış çıxarışın ləğvi barədə iddia qaldırılmış, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia əsassız olaraq təmin edilməsə də, Bakı Apellyasiya Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq Nizami Rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq bağışlama müqaviləsi və X2 adına verilmiş çıxarış ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkıməsiniıı qətnaməsi qüvvədə saxlanılmışdır. Beləliklə, mübahisəli mənzilə dair anasının adına yəni, X15 verilmiş 18 yanvar 2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* №li çıxarışın hüquqi qüvvəsi bərpa edilmişdir. X17 da bağışlama müqaviləsinə əsasən həmin mənzili İddiaçı bağışlamış və o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №-li çıxarışla həmin mənzilə mülkiyyət hüququna dair xx.xx.2021-ci il tarixdə çıxarış almışdır. Lakin, qardaşı Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 31B, mənzil 22-də evi olmasına baxmayaraq, iddiaçıya mülkiyyyət hüququ ilə məxsus olan mənzildən çıxmır, həmçinin əsassız bağışlama müqaviləsinə əsasən oğlunun adına alınmış artıq ləğv olunaraq hüquqi qüvvəsi olmayan çıxarış əsasında həyat yoldaşı X14 və azyaşlı uşaqları X10 ilə birlikdə qeydiyyata düşməsinə baxmayaraq qeydiyyatdan da çıxmamaqla bir mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozmuşlar. Belə ki, İddiaçı Azərbaycan Respublikasında mənzili olmadığı üçün uzun illər Rusiya Federasiyasında yaşamış, buna görə də anası onun Azərbaycana gəlib yaşayış yeri olması üçün iddiaçıya özünə məxsus evini bağışlamış, lakin həmin mənzili zəbt etməklə qanunsuz yollarla qeydiyyatda düşmüş Cavabdeh1, X14 və azyaşlı uşaqları X10 ilə birlikdə mənzildən çıxmadıqlarından İddiaçı ailəsi ilə birlikdə ona məxsus mənzilə köçüb yaşaya bilmir və bu onun bir mülkiyyətçi kimi qanunla qorunan hüquqlarını pozur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinni o bildirdi ki, ev cavabdehlər tərəfindən təmir edilməmişdir. Evin təmiri ilə bağlı cavabdehlərin iddiaçıya qarşı iddia tələbləri Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamə apellyasiya instansiyasında da qüvvədə saxlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1 və X16 iddia tələbini qəbul etmədiklərini, evi öz vəsaitləri hesabına təmir etdirdiklərini, buna baxmayaraq evi təmir pulunun onlara qaytarılmamasını, anasını evdən çıxartmamalarını, anasının istənilən vaxt gəlib evində yaşaya bilməsini bildirdilər. Həmçinin onlar evin üzərində həbs olduğu halda ona dair yeni çıxarışın verilməsinin qanunsuz olmasını bildirmişlər. Onlar həmçinin bildirdilər ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 31B, 22 saylı mənzil onlara məxsusdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu hada hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137 A, mənzil 80 (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137, M5, 4 saylı mənzilə tam mülkiyyət hüququ üzrə İddiaçı adına 03 iyun 2021-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 3260\2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin 2(007)-2650\2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X12 cavabdeh X8 verilmiş etibarnamənin, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137 A, 80 saylı mənzilə dair X4 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və həmin mənzilə dair ******* saylı çıxarışın hüquqi qüvvəsinin bərpa edilməsinə dair iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamədən X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il il 2(103)-14917\2019 saylı qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş Bakı şəhəri 6 saylı notariat ofisinin 4Ə-557 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi və həmin mənzilə dair xx.xx.2019-cu il tarixli X4 adına verilmiş çıxarış etibarsız hesab edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. - Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin 2(007)-416\2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh X15 qarşı ünvan 2, 80 saylı mənzildə onun tərəfindən aparılan 50.000,00 ABŞ dolları dəyərində təmir xərclərinin və ev əşyalarının əvəzi ödəniş gününə ABŞ dollarının manata olan məzənnəsi ilə cavabdehdən alınaraq ona verilməsinə dair iddia tələbi təmin edilməmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7164/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, X6 Bakı şəhəri, Nizami rayonu Məhkəməsinin 2(007)-416\2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2, 80 sayı mənzil (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137, M5, 4 saylı mənzil) iddiaçının və Cavabdeh1 anası X15 09 may 2014-cü il tarixdə cənab X23 tərəfindən veteran olduğu üçün bağışlanmış və o, həmin mənzilə köçüb yaşamışdır. Həmin mənzili Cavabdeh1 anasından aldığı etibarnamə əsasında öz oğluna bağışlamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisəli mənzilə dair cavabdehlərin övladı X4 adına verilmiş çıxarış etibarsız hesab edilmişdir. Mübahisəli mənzil X17 tərəfindən İddiaçı bağışlanmış və hazırda mənzil onun adına qeydiyyatdan keçirilmiş və hal-hazırda mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, X14 və onların azyaşlı övladları X11 həmin mənzildə yaşadıqları üçün iddiaçı və anası həmin mənzildən istifadə edə bilmirlər. Cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 31B, 22 saylı özlərinə məxsus mənzilləri olmasına baxmayaraq onlar mübahisəli mənzildə qeydiyyatda qalmaqdadırlar. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2566-cı məhəllə, ev 137 A, mənzil 80 (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137, M5, 4 saylı mənzil) yerləşən mənzildən istifadə hüququqlarının mövcud olmaması müəyyən edilməklə, onlar mənzildən çıxarılmalı, cavabdehlər Cavabdeh1, X14 və onlarla birlikdə azyaşlı uşaqları X3 qeyd olunan mənzildən çıxarılmaları onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, X14 və onlarla birlikdə azyaşlı uşaqları X10 ünvan 2 ünvanında yerləşən 80 (yeni qaydalara AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137, M5, mənzil 4-də) saylı mənzildən istifadə hüququqlarının mövcud olmaması müəyyən edilməklə, həmin mənzildən çıxarılsın. Cavabdehlər Cavabdeh1, X14 və azyaşlı uşaqları X3 qeyd olunan mənzildən çıxarılmaları onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3579/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3579/2021
07.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver