Məhkəmə qərarları › İş №2(007)-3581/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3581/2021

13.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3581/2021 13.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi məhkəmə iclas katibi Rzayeva Zeynəb Azad qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “qeydə alınmış ölüm akt qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “qeydə alınmış ölüm akt qeydinin ləğv edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, 08.12.1969-cu il tarixli 5 saylı Şabran rayonu Çölquşçu icra nümayəndəliyində qeydə alınmış ölüm aktı qeydinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, ərizəni və mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, Ərizəçi ərizəsinə “qeydə alınmış ölüm akt qeydinin ləğv edilməsi”nə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.2. maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Ərizədən müəyyən olunur ki, ərizəçi inzibati orqan olan maraqlı şəxslərə müraciət etmiş və məsələnin həlli ilə bağlı aidiyyəti məhkəməyə müraciət etməmişdir. Hazırkı tələb ilə bağlı o, inzibati orqanın hər hansı bir hərəkət və hərəkətsizliyi barədə rayon məhkəməsinə deyil inzabati məhkəməsinə müraciət etməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarının 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “qeydə alınmış ölüm akt qeydinin ləğv edilməsi” üzrə mülki işin icraatına xitam verilməli, ərizəçiyə hazırki məsələ ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-ci, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Bakı Şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “qeydə alınmış ölüm akt qeydinin ləğv edilməsi” üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçiyə hazırki məsələ ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar