Məhkəmə qərarları › İş №2(007)-3589/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3589/2021

09.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3589/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi X1 Qurbanovun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh ilə Bakı Şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət edərək 08 may 2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Müəyyən sənədləşmə işləri üçün nikahın rəsmiləşməsi mütləq idi. Lakin bir müddət sonra aralarında münaqişələr baş verdi, bununla da, onlar münasibətlərini dayandırmaq qərarına gəldilər. Onlar bir ailə kimi yaşamamışlar toy, nişan və el adəti ilə keçirilən digər adət və ənənələ tədbirləri olmamışdır. Onlar formal olaraq müəyyən sənədləşmə işləri ilə bağlı rəsmi nikah bağlamış, sonradan isə ailə münasibətləri qurulmasının mümkünsüz olduğunu görüb, formal nikahı etibarsız hesab etmək qərarına gəlmişdir. Aralarında hər hansı bir münasibətdən söz gedə bilməz. Nikah formal xarakter daşıyır və etibarsızdır. Qeyd olunanlara əsasən nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, o iddia ərizəsində göstərilənlərlə razıdır. Həqiqətən də, onların arasında ailə münasibətləri olmayıb, el adəti ilə toy nişan və sair mərasimlər keçirilməyib. Müəyyən sənədləşmə işləri ilə bağlı nikah tələb olunduğu üçün rəsmi nikah bağlanıb. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli 882-05/15 saylı arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Bakı Şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 08.05.2020-ci il tarixdə bağlanmış və bu barədə 42 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 25-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa - nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq, eləcə də cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflər arasında rəsmi nikah bağlansa da, nikah formal olmuş, etibarlı ailə münasibətlərinin yaranmasına gətirib çıxarmamışdır. Ona görə də iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında nikah Bakı Şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 08.05.2020-ci il tarixdə bağlanmış və 42 nömrəsi ilə qeyd edilmiş nikah etibarsız hesab olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında nikah Bakı Şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində 08.05.2020-ci il tarixdə bağlanmış və 42 nömrəsi ilə qeyd edilmiş nikah etibarsız hesab olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar