Məhkəmə qərarları › İş №2(007)-3601/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3601/2021

28.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3601/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs3 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tək ana olma faktının müəyyən olunması,uşağın doğum haqqında şəhadətnaməsinin soyad qrafasında Bağırova soyadının,ata qrafasında onun göstərişi ilə adın yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən ərizəçi tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o , Maraqlı şəxs2 ilə 05 dekabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Münasibətləri pisləşdiyi üçün hər ikisi nikahın pozulması ilə bağlı 17 sentyabr 2019-cu il tarixdə ərizə yazmışlar və nikahları 17 oktyabr 2019-cu ildə pozulub.Ərizə yazmamışdan çox bir zaman onlar birlikdə yaşamamışlar, birgə təsərrüfat aparmamışlar.Həmin ərəfələrdə Maraqlı şəxs3lə qeyri rəsmi ailə münasibətlərində olmuşdur. Onların qeyri rəsmi nikahlarından 03 avqust 2020-ci il tarixdə Aysu adlı bir qız övladları dünyaya gəlib. Artıq uşağın bir yaşı tamam olur, lakin uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir.O, qeydiyyat şöbəsinə müraciət edən zaman orada bildirmişlər ki,məhkəməyə müraciət etməlidir.Ona görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən 03 avuqst 2020ci il tarixdə anadan olmuş Aysu adlı qızımın atasının Maraqlı şəxs3 olması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs3 izahat verərək göstərdi ki,o, həqiqətən də ,Yasəmənlə qeyri-rəsmi ailə münasibətində olmuşdur. Aysu onların övladıdır. O, uşağına atalıq etməyə borcludur. Uşağına nə lazımdırsa təmin etməyə hazırdır.Ona görə də ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş üzrə toplanmış sübutları araşdırarıb, onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Nikahın pozulmasına dair şəhadətnamənin surətindən görünür ki,Maraqlı şəxs2 ilə Məmmədova Yasəmən Coşqun qızı arasında bağlanmış nikah 17 oktyabr 2019-cu il tarixdə pozulmuşdur. İş materiallarında olan Bakı 3 nömrəli şəhər Klinik Xəstəxanasından verilmiş doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Ərizəçi 03 avqust 2020-ci il tarixdə saat 23:30-da qadın cinsli uşaq doğmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. İşin hallarından görünür ki, ərizəçi ilə Maraqlı şəxs2 05 dekabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlsar. Münasibətləri pisləşdiyi üçün hər ikisi nikahın pozulması ilə bağlı 17 sentyabr 2019-cu il tarixdə ərizə yazmışlar və həmin gün onların nikahı pozulub. Ərizəçi Maraqlı şəxs2 ilə rəsmi nikahda olsa da onlar uzun müddət ərarvad münasibətlərində olmamışlar.Ərizəçi həmin vaxt Maraqlı şəxs3 qeyri-rəsmi münasibətlərdə olmuş və 03 avuqst 2020-ci il tarixdə onların bir qızı doğulmuşdur. Maraqlı şəxs3 uşağın atası olması faktını təsdiq edir. Maraqlı şəxs2 isə uşaqla bağlı atalığa dair mübahisə açmamışdır. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı müəyyən edir. Qeyd olunan Məcəllənin 308-ci maddəsində qeyd olunur ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə zamanı Ərizəçi,Maraqlı şəxs3 izahatları, eləcə də məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olundu ki, həqiqətən də 03 avqust 2020-ci il tarixdə Ərizəçi tərəfindən doğulmuş qadın cinsli uşağın (anası onu Aysu adlandırmışdır) atası Maraqlı şəxs3dur.Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən olunması uşağa doğum haqqında şəhadətnamə alınması üçün zəruridir. Məhkəmə hesab edir ki, qeyd olunan faktın hüquqi əhəmiyyəti olduğundan və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən bu cür tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 03 avqust 2020-ci il tarixdə Ərizəçi doğulmuş Aysu adlı uşağın atasının Maraqlı şəxs3 olması barədə hüquqi fakt müəyyən olunmalı,qətnamə uşağa doğum haqqında şəhadətnamə verilməsi üçün əsas olmalı,doğum haqqında şəhadətnamənin ata qrafasında Maraqlı şəxs3,ana qrafasında isə Ərizəçi qeydləri aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2.3, 308, 309, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxxxxx 1999-cu il təvəllüdlü Ərizəçidan 03 avqust 2020-ci il tarixdə doğulmuş Aysu adlı uşağın atasının Maraqlı şəxs3 olması barədə hüquqi fakt müəyyən olunsun. Qətnamə uşağa doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Doğum haqqında şəhadətnamənin ata qrafasında Maraqlı şəxs3, ana qrafasında isə Ərizəçi qeydləri aparılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar