Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-361/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı əmrin ləğvi,işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı əmrin ləğvi,işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbi onunla əsaslandırdı ki, yuxarıda göstərilən iddia tələbi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 2(005)-5142/2021 saylı Qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının X4nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 115 ünvanı olduğundan iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarıldı və iddiaçıya izah edildi ki, ərizə ilə aidiyyət qaydalarına riayət etməklə aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilə bilər.Həmin Qərardad müşayiətedici məktubla iddiaçının ünvanına xx.xx.2021-ci il tarixdə göndərilib, onun tərəfindən rəsmi qaydada xx.xx.2021-ci il tarixdə alınıb. İddia tələbi üzrə onu bildirir ki, cavabdeh şirkətdə hüquqlarını müdafiə etdiyi şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə qəbul edilib. İşlədiyi müddət ərzində rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və tam verinə yetirib. Heç bır zaman iş yerində nöqsana vol verməyib. Lakin xx.xx.2021-ci il tarixdə K/248 saylı əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Xitamın səbəbi əmək müqaviləsinin müddətini qurtarması göstərilib. Halbuki cavabdeh tərəfindən verilən əmr əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən məhkəməyə müraciət etməzdən əvvəl Mediasıya Şurasına müraciət etmişdir. Azərbaycan Respublikasının X4 xx.xx.2021-ci il tarixdə rəsmi poçt bildirişini də alsa da 10 gün müddətində cavab verilmədi və heç bir münasibət bildirilmədi. Buna görə də mediator X5 tərəfindən ilkin mediasiya prosesində iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli Arayış verildi. Aşağıdakı əsaslara görə cavabdeh tərəfindən iddiaçının işdən azad olunmağı barədə verilən əmri əsassızdır. Belə ki, onunla bağlanan əmək müqaviləsinə xitam verilərkən əmrin məzmununda Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansı maddəsinə istinad edilməsi göstərilməyib. Digər tərəfdən cavabdeh tərəfindən əmr verilərkən Əmək Məcəlləsinin 87.3-cü maddəsinin tələbi də pozulub. Belə ki, həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xilam verildiyi gün (sonuncu iş günü) verilir.Lakin bu günə kimi əmək kitabçası iddiaçıya təqdim edilməyib və ya əmək kitabçasının götürülməsi barədə ona heç bir məktub göndərilməyib. Bundan başqa cavabdeh təşkilat tərəfindən iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbi də kobud surətdə pozulub.İddiaçını 04 avqust 2021-ci il tarixdən işdən çıxartdıqları təqdirdə istifadə edilməyən əmək məzuniyyətinə görə pul əvəzini yalnız 10 gündən sonra vermişlər. Halbuki Əmək Məcəllənin 83.2-ci maddəsi bunu işəgötürənin vəzifəsi olaraq müəyyən edir. Belə ki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Digər tərəfdən bildirir ki, əmək müqaviləmə xitam verdikdən sonra iddiaçını ərazi üzrə bir sıra borcların ödənilməsinə cəlb ediblər.Qanunsuz işlədiblər.Göründüyü kimi, cavabdeh təşkilat iddiaçı ilə bağlanan əmək müqaviləmə xitam verilərkən Əmək Məcəlləsinin xeyli sayda maddi normalarının pozuntusuna yol verilib.Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının X4nin 04 avqust 2021-ci il tarixli K/248 saylı əmrinin ləğv olunması,İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması,məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və İddiaçı işdən çıxarıldığı üçün 1000 manat mənəvi ziyanın iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi Nümayəndə oğl iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, qanunvericilyin tələbinə uyğun olaraq qərar qəbul olunub, iddiaçının son haqq hesabı ödənilib. Ona əmək kitabçasının qaytarmaq üçün müəssisə tərəfindən iddiaçının ünvanına bildiriş göndərilib, həmin bildiriş və poçt qəbzini iş materiallarına əlavə etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin iddiaçının nümunəvi işçi olması barədə dediklərinə münasibət bildirərək qeyd edir ki, bu düzgün məlumat deyil. İddiaçının nöqsanları olub, bununla bağlı onun izahatları alınıb və həmin izahatlar da tərfindən iş materiallarına əlavə olunub. Qeyd olunanlara sasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: İşəgötürən Azərbaycan Respublikasının X4 ilə işçi İddiaçı arasında bağlanmış 1000 saylı,xx.xx.2020-ci il tarixli əmək müqaviləsinndən görünür ki, İddiaçı Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə qəbul edilib. Əmək müqaviləsinin müddəti tərəflərin razılığı ilə 3 ay müəyyən olunmuşdur. Azərbaycan Respublikasının X4nin xx.xx.2020-ci il tarixli K245 saylı əmri ilə İddiaçı 6 ay staj müddəti ilə Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin Qida təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının X4nin xx.xx.2021-ci il tarixli K248 saylı əmri ilə İddiaçı 04 avqust 2021-ci il tarixdən işdən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsininn 68-ci maddəsinin ikinci hissəsinin “b”bəndinə əsasən(əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilib. İddiaçıya ünvanlanmış 05 avqust 2021-ci il tarixli məktubun məzmunundan görünür ki,o əmək kitabçasını şəxsən gəlib götürməsi və ya onun poçt vasitəsi ilə göndərilməsi barədə razılıq verməsi barədə xəbərdar olunub. Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası;
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada müddətli əmək müqaviləsi bağlanmışdır.Əmək müqaviləsi 3 ay müddətinə bağlansa da hər üç aydan bir tərəflər əmək müqaviləsinə xitam verilməsi üçün təşəbbüs göstərməmiş və bu səbəbdən müqavilənin müddəti 4 dəfə(hər dəfə 3 ay olmaqla)uzadılmışdır.Sonuncu dəfə yəni 04 avqust 2021-ci il tarixdə işəgötürən müddətin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi üçün təşəbbüs göstərmiş və 30 iyul 2021-ci il tarixdə bu barədə işçiyə xəbərdarlıq məktubu göndərmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Qida X3 Tərlan Əhliman oğlu ilə bağladığı əmək müqaviləsinə xitam verərkən əmək müqaviləsinin və əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki,iddiaçının təqdim etdiyi sübutlar iddianın tam və ya qismən təmin olunması üçün yetərli deyil. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2rşı əmrin ləğvi,işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Fikrət Mirzəyev