Məhkəmə qərarları › İş №2(007)-365/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-365/2025

21.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-365/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 qarşı iddia tələbi və birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh6, Cavabdeh5 ASC, Bakı şəhəri 15 saylı Notariat ofisi və Bakı şəhəri 12 saylı notariat ofisinə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi” “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İmanzadə Türbət Rəşad qızının katibliyi, Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçı) Cavabdeh3, Cavabdeh (birləşdirilmiş iş üzrə iddiaçının nümayəndəsi) Cavabdeh4, Billəşdirilmiş iş üzrə Cavabdeh6 və onun vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə, birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh6, Cavabdeh5 ASC, Bakı şəhəri 15 saylı Notariat ofisi və Bakı şəhəri 12 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İlkin mülki iş üzrə iddia tələbi :

1. İddiaçı cavabdehlər Cavabdeh3, X15 və Cavabdeh4 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh3, X15 və Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi və onların əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ünvan 1 üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına xx.xx.2023-cü il tarixdə qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Mənzilin ona satılması zamanı mənzilin keçmiş sahibi olmuş Sahil adlı şəxs ona bildirmişdir ki, bu mənzilin ondan qabaq da sakinləri olmuş şəxslər - cavabdehlər Cavabdeh3, X15 və Cavabdeh4 mənzildə kirayədə yaşamaqla hər ay kirayə haqqı ödəyir, onlara bir il, yəni 01 iyul 2024-cü il tarixə kimi yaşamaq üçün möhlət verir, onlar ya kirayə haqqı ödəyər, yaxud da kirayə haqqının əvəzi olaraq bir il ərzində hər ay aylıq 700 ipoteka borcunu ödəyərlər. O, cavabdehlərdən Cavabdeh4lə razılıq əldə etmiş və o ailə üzvləri ilə bu mənzildə yaşamaqda davam etmişdir. Lakin cavabdehlər verdiyi vədə əməl etməmiş və mənzili dedikləri vaxtda boşaldaraq ona təhvil verməmişlər, əksinə o, onlardan bu mənzili boşaltmalarını tələb etdikdə onlar barəsində bir sıra orqanlara şikayət etmiş, ona böhtan atmış və şərləmişlər. Cavabdehlər mənzilin əvvəlki sakinləri olsalar da, onlar mənzili Sahil adlı şəxsə alqı-satqı etmişlər. Sahil də aralarında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən ona satmışdır. Həmin şəxslərin onunla hər hansı bir qohumluq əlaqəsi də yoxdur. Cavabdehlər mənzili satmaqla bu mənzilin dəyərini almış və bu səbəbdən də onların mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Bu şəxslərin mənzilində yaşamaqda davam etmələri onun mülkiyyət hüquqlarını pozur, nəticədə o, öz mənzilindən rahat şəkildə istifadə edə bilmir.

Birləşdirilmiş mülki iş üzrə iddia tələbi :

3. Birləşdirilmiş iş üzrə iddiaçı (ilkin iddia tələbi üzrə cavabdeh) Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh6, Cavabdeh5 ASC, Bakı şəhəri 15 saylı Notariat ofisi və Bakı şəhəri 12 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X15 ilə Cavabdeh6 arasında Bakı şəhəri 15 saylı Notariat Ofisində xx.xx.2023-ci il tarixdə bağlanmış AN-İ ******* saylı, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh6-ın adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh6, İddiaçı və "xxxx" (Azərbaycan) arasında 25 iyun 2023-cü il tarixdə Bakı şəhəri 15 saylı Notariat Ofisində bağlanmış 372175-NEDVİJ-3081 saylı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birləşdirilmiş mülki iş üzrə iddia tələbinin əsaslandırıldığı hallar :

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Çinar” İBQ.Musabəyov adına BÇZ tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 10 saylı orderə əsasən ünvan 4 ünvanında yerləşən mənzil həyat yoldaşı X9, ailə üzvləri siyahısında onun Cavabdeh3 və Cavabdeh4 adı qeyd edilməklə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələrləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən mənzil X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, 07 mart 1984-cü ildə X15 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həyat yoldaşı X15 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 2023-cü ildə ailələrinin maliyyə problemləri olduğundan, oğlu Cavabdeh4 təklifi ilə həyat yoldaşının mülkiyyətində olan mənzili lombarda girov qoyaraq, faizlə pul götürmək qərarına gəlmişlər. Oğlu "Tap.az" saytı vasitəsilə lombard kimi fəaliyyət göstərdiyini bildirən, "Emin" adlı şəxs vasitəsilə danışıqlar apararaq, 26000 manat müqabilində mənzili girov qoymaq barədə razılığa gəlmişlər. 26000 manat müqabilində 30000 manat qaytarmaq şərti ilə müqaviləni rəsmiləşdirmək üçün 15 saylı Notariat Ofisinə müraciət edən zaman, əvvəllər tanımadığı, Cavabdeh6 adlı şəxslə aralarında kredit və girov müqaviləsi bağlamaq barədə razılaşsalar da, Notariat Ofisi müqaviləni onların iradə ifadəsinə uyğun deyil, alqı-satqı kimi rəsmiləşdirmişdir. 13 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsində mübahisələndirilən mənzilin 70000 manata alqı-satqı olması qeyd edilsə də, Notariat Ofisində alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra 26000 manat ödəniş edilmiş, həmin məbləğdən də 5000 manat hissəsini 2 aylıq faiz olaraq Eminə geri qaytarmışdır. Bu müqavilədən sonra, Cavabdeh6 müqavilənin onların iradəsinə zidd tərtib olunduğunu bildiyindən, bir neçə gün sonra yəni 12 gün sonra 25 iyun 2023-cü il tarixdə oğluna müraciət edərək, aylıq 2500 manat ödənişin həddindən artıq çox olmasını, ipoteka müqaviləsi rəsmiləşdirilərsə, aylıq ödənişin daha az məbləğdə olacağını bildirdiyindən, X23 Vüqar Nazim oğlu və "xxxx" (Azərbaycan) ASC arasında alqı-satqı və ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. Alqı-satqı və ipoteka müqaviləsində isə evin dəyəri 95000 manat məbləğində qeyd edilmiş, 25 iyun 2023-cü il tarixli kredit müqaviləsində isə illik faiz dərəcəsi 8 faiz olmaqla, 80000 manat kredit verilməsi qeyd edilmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdən etibarən ilk ay 724.12 manat, xx.xx.2023-cü il tarixdən isə aylıq 617.45 manat olmaqla, 10 ay müddətində 6898.62 manat kredit ödənişini şəxsən oğlu Cavabdeh4 həyata keçirmişdir. Bundan sonra, 2024-cü ilin iyun ayında həyat yoldaşı vəfat etdikdən sonra mənzili satmaq qərarına gəlmişlər və bununla bağlı, müqavilənin bağlanmasında iştirak edən X29 ilə görüşmüşdür və bu zaman ona məlum olmuşdur ki, mənzil artıq alqı-satqı olunub, başqa şəxsin mülkiyyətindədir. Borcu ödəmək istəsə belə, artıq mənzili geri almaq mümkün deyildir. Müqavilə xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilsə də, iddiaçı ailə üzvləri ilə birlikdə mənzil alındığı vaxtdan hal-hazırkı vaxtadək, həmin mənzildə yaşamaqda davam etmişlər. Cavabdeh6 mənzilə dair alqı-satqı müqaviləsi bağlanan zaman və ondan sonra da 1 ildən artıq müddətdir bir dəfə olsun iddiaçıya məxsus mənzilə gəlməmiş, mənzilin daxilində hər hansı şəraitlə tanış olmamış, hətta otaqların yerləşmə sxemi barədə məlumatı belə yoxdur. Bundan başqa, mənzilə dair alqısatqı müqaviləsi müqavilənin 70000 (yetmiş min) manata satılması qeyd edilsə də, ünvan 5 ünvanında yerləşən mənzilin real dəyərini əks etdirmir. Mənzilin real bazar dəyəri müqavilə bağlanan anda 70000 deyil, 95000-100000 manat olmuş, hal-hazırda isə təxminən 110 000 manat təşkil edir. Müqavilələrdəki qiymət fərqi də aydın görünür. Mənzilin dəyərinin 12 gün ərzində 25000 manat məbləğində qalxması mümkün deyildir. Bundan başqa, müqavilənin 11-ci bəndinə əsasən alqı-satqı müqaviləsi təsdiq olunduqdan sonra, satıcı daşınmaz əşyanı xx.xx.2023-cü il tarixinədək alıcı Cavabdeh6ə təhvil verməyi öhdəsinə götürməsi qeyd edilmişdir. Lakin, xx.xx.2023-cü il tarixdən 2024-cü ilədək mənzil cavabdehlərə təhvil verilməmiş, cavabdeh isə mənzilin təhvil verilməsi ilə bağlı ona məhkəmədə hər hansı iddia qaldırmamışdır. Eyni zamanda 2023-cü ildən 2024-cü ilin oktyabr ayınadək yaşadıqları, mülkiyyətində olan mənzilin başqa şəxsin mülkiyyətində olması barədə məlumatı olmamış, cavabdeh bu müddət ərzində bir dəfə olsun mənzilə baxmaq üçün, köçmək üçün və ya mənzilin ona təhvil verilməsi üçün onlara müraciət etməmişlər. Qeyd olunanlardan isə müəyyən edilir ki, X16 ilə Cavabdeh6 arasında Bakı şəhəri 15 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi uydurma əqd olmaqla, görünüş üçün bağlanmış, bağlandığı andan isə etibarsızdır. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Göründüyü kimi "niyyət" ifadəsindən istifadə olunub, yəni əqdin uydurma olub-olmadığı niyyətə əsasən təyin olunur. Alqı-satqı müqaviləsinin bağlandığı tarixə qədər satıcının və ya onun qanuni nümayəndələrinin sahəni satmağa, alıcının isə sahəni almağa yönələn hər hansı hərəkət etdiyi müəyyən olunmur. Yəni satıcının qanuni nümayəndəsi satış barədə elan verməyib və ya alıcı axtarmağa yönələn hər hansı hərəkət etməyib, alıcı isə qeyri-yaşayış sahəsi almaq üçün satıcı axtarmağa yönələn hər hansı hərəkət etməyib. Ümumiyyətlə, alıcının motivi və məqsədi bəlli deyil, yəni aydın deyil ki, alıcı sahəni hansı tələbatını ödəmək üçün alıb və oradan hansı məqsədlə istifadə etmək istəmişdir. Alıcı almaq istədiyi sahəyə baxış keçirməmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra indiyə kimi sahə alıcıya təhvil verilməmişdir. Müqavilənin bağlanmasından 2 ildən artıq müddət keçməsinə baxmayaraq, alıcı 2023-cü ilin sentyabr ayında şərikli biznes fəaliyyətinə son qoymaq qərarına gəldikdən sonra, aralarında yaranmış pul mübahisəsindən sonra alıcı sahənin ona verilməsi üçün məhkəməyə müraciət edib. Əgər alqı-satqı həqiqi olsaydı alıcı 2 ildən artıq müddətdə müqavilənin ləğv edilməsini və ödədiyi pulun geri qaytarılmasını tələb edərdi. Bütün bunlar isə onu təsdiq edir ki, alqı-satqı həqiqi deyil, müqavilə satıcının nümayəndəsi ilə alıcının qanuni nümayəndələri arasında görünüş üçün bağlanıb. Hesab edir ki, X15 ilə Cavabdeh6 arasında Bakı şəhəri 15 saylı Notariat Ofisində xx.xx.2023-ci il tarixdə bağlanmış AN-1 ******* saylı, daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh6-ın adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, cavabdehlər Cavabdeh6, İddiaçı və "xxxx" (Azərbaycan) arasında 25 iyun 2023-cü il tarixdə Bakı şəhəri 15 saylı Notariat Ofisində bağlanmış 372175-NEDVİJ-3081 saylı alqısatqı və ipoteka müqaviləsi etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir.

Birləşdirilmiş mülki iş üzrə iddia tələbinə etiraz:

5. Birləşdirilmiş mülki iş üzrə Cavabdeh6 vəkil-nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh3 tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini etmişdir.

6. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 ona və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız sayılması və çıxarışın ləğv edilməsi” tələbinə dair Məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi onunla əsaslandırılır ki, Bakı şəhəri 15 saylı notariat ofisində onunla guya kredit və girov müqaviləsi bağlamaq barədə razılaşsalar da, Notariat ofisi 13 iyun 2023-cü il tarixli müqaviləni onların iradə ifadəsinə uyğun deyil, alqısatqı müqaviləsi kimi rəsmiləşdirmişdir. Daha sonra iddiaçı tələbini mərhum əri X8 onunla Bakı şəhəri 15 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin uydurma əqd olmaqla yalnız görünüş üçün bağlandığını əsaslandırmağa çalışmış və Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4 və s maddələrinə istinad etmişdir. İddia ərizəsinə etiraz edir. İddia tələbinin predmeti mövcud olsa da əsası yoxdur. İddiaçı maddi hüquq normalarına istinad etsə də iddia tələbinin əsaslandırilması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi” ilə satıcı daşınmaz əmlakı satmış, cavabdeh də onu almışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilə bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikasının “Notariat haqqında” Qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini müəyyən etməlidirlər. Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır. Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə müqavilələr isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması ilə təsdiqlənir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən müqavilələr bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının və onun etibarlı olmasının zəruri şərtlərindən biridir. Bu barədəəqdin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. İddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Eyni zamanda müqavilənin bağlanmasından sonra və onun başqa şəxsə şəxsə satılmasından xeyli müddət ərzində müqavilə mübahisələndirilməmişdir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarlılığını şübhə altına alan hallar mövcud deyildir və alqı-satqı müqaviləsi bu cür əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən ona qarşı irəli sürülmüş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir.

7. Birləşdirilmiş mülki iş üzrə Cavabdeh5 ASC-nin nümayəndəsi iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh3 tələbləri üzrə iddia tələblərinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh5 ASC, Bakı şəhəri 15 saylı Xüsusi Notariat Ofisi, Suleymanov Sakhıl, İddiaçı, Bakı şəhəri 12 saylı Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” dair iddia ərizəsi üzrə e-2(007)-3329/2024 saylı iş vardır. Aşağıda qeyd olunan əsaslara görə iddia tələblərini faktiki və hüququ baxımdan əsassız hesab edir. İddia üzrə iddiaçı Cavabdeh3 iddia ərizəsində tərəflər arasında bağlanmış kredit razılaşmasının formal xarakter daşıdığını, həmin əqdin uydurma əqd olduğunu bildirmişdir. Cavabdeh3 bu iddiası ilə bağlı bildirirlər ki, Suleymanov Sakhıl, “Bank VTB(Azərbaycan)” ASC və İddiaçı arasında bağlanmış xx.xx.2023-cü tarixli razılaşma qanunvericiliyin tələbinə uyğun olaraq bağlanmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli 372175-NEDVİJ-3081 saylı, “Alqı-satqı və İpoteka müqaviləsi” tərəflər arasında hüquq və vəzifələr əmələ gətirmişdir. Həmin müqavilədə kredit məbləği, icra müddəti və kreditin hansı formada veriləcəyi müəyyən olunmuşdur. Bu səbəbdən də iddia ərizəsi üzrə iddiaçının razılaşmasını əhəmiyyətsiz əqd olaraq qeyd etməsi əsassızdır. Eyni zamanda müqavilənin etibarsızlığını tələb edən iddiaçı iddia ərizəsində Bank tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin hansı maddəsinin tələbinin pozulduğunu istinad edə bilməmişlər. Çünki Bank tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin şərtlərini pozmaqla bağlanmış müqavilə etibarsız hesab edilə bilər. Bank tərəfindən həmin Məcəllənin bütün tələblərinə riayət edilmişdir, bu səbəbdən də iddia ərizəsi təmamilə əsassızdır və rədd edilməlidir. İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 10.5ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü, əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə görə ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Göründüyü kimi tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş və qanun tələbinə uyğun formada da imzalanaraq qeydiyyata alınmışdır. Bu hallar isə öz növbəsində ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsasın olmadığını sübuta yetirir.

İş materialları:

9. X4 ilə Cavabdeh6 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X4 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 57.4 kv/m olan mənzili tam mülkiyyət üzrə alıcının Cavabdeh6 mülkiyyəyinə verir. Satılan daşınmaz əmlak aşağıdakı hüquqmüəyyənedici sənədə əsasən satıcıya məxsusdur: ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X4na verilmiş reyestr **********93-05101-093015 nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 57.4 kv/m, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi 231306168OS70802 olan arayışa əsasən müqavilə bağlananadək ünvan 6 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Satıcı daşınmaz əmlakı 70000 manat qiymətinə satmışdır. Alıcı isə həmin qiymətə almışdır. Alıcı Cavabdeh6-satıcı X1 tam hissəni (57.4 kv/m) ondan 70000 manat qiymətinə aldı.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların X24 daşınmaz əmlakın Dövlət reyestri”ndən Çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57.40 kv.m olan mənzil xx.xx.2023-cü il tarixində Cavabdeh6 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

11. Satıcı Cavabdeh6, ipoteka saxlayan "xxxx" ASC və alıcı (ipoteka qoyan)-borcalan İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 372175-NEDVİJ-3081 saylı “alqı-satqı və ipoteka müqaviləsi”nin notarial qaydada tədiq edilmiş surətindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX hüquqların X24 Daşınmaz Əmlak tərəfindən 20 iyun 2023-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********93-05101-093015 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın növü mənzil, ümumi sahəsi 57.40, yaşayış sahəsi 39.6, otaqların sayı 2-dir. Daşınmaz əmlakın satış qiyməti 95000 manatdır, daşınmaz əmlakın dəyərinin 150000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 80000 manat məbləğində olan hissəsi kreditor-ipoteka saxlayan tərəfindən kreditor-ipoteka saxlayan və alıcı- ipoteka qoyan-borcalan arasında Bakı şəhərində bağlanmış 25 iyun 2023-cü il tarixli 372175-1-38648 nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.

12. Suleimanov Sakhıl, İddiaçı və Cavabdeh5 ASC arasında bağlanmış “25 iyun 2023cü il tarixli 372175-NEDVİJ-3081 saylı “alqı-satqı və ipoteka müqaviləsinə” əlavə dəyişikliklər edilməsi barədə” xx.xx.2023-cü il tarixli 01 saylı əlavə razılaşmadan görünür ki, tərəflər razılığa gəlmişlər ki, kredit müqaviləsi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun oləraq, Kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə 25 iyun 2023-cü il tarixli, 01 saylı Əlavə Razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş hallarda ipoteka krediti üzrə tələb hüququ müvəkkil bank, yəni Kreditor-ipoteka Saxlayan tərəfindən geri alındığı andan 'Kredit müqaviləsi'nin 1.1-ci bəndi və “Müqavilə’nin 1.6.3-cü bəndi üzrə kredit üzrə illik faiz dərəcəsi 14 (on dörd faiz) % müəyyən ediləcəkdir. Bu razılaşmanın tam və hər hansı hissəsinin etibarsızlığı müqavilənin etibarsızlığına səbəb olmur.

13. Kreditor Cavabdeh5 ASC ilə İddiaçı arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, 372175-1-38648 saylı kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 80000 manat məbləğində illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Kredit borcalana Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387 məhəlləsi, ev 154, mənzil 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX hüquqların X24 Daşınmaz Əmlak tərəfindən 20 iyun 2023-cü tarixində verilmiş qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********93-05101-093015 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir.

14. Kreditor Cavabdeh5 ASC ilə İddiaçı arasında bağlanmış 25 iyun 2023-cü il tarixli 372175-1-38648 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, tərəflər razılığa gəlmişlər ki, kredit müqaviləsi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun oləraq ipoteka krediti üzrə tələb hüququ müvəkkil bank, yəni kreditor tərəfindən hazırki razılaşmanın 2-ci bəndinə göstərilmiş hallarda müqavilənin 1.1-ci bəndi üzrə illik faiz dərəcəsi birtərəfli qaydada 14 (on dörd faiz) % ediləcəkdir.

15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların X24 daşınmaz əmlakın Dövlət reyestri”ndən Çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57.40 kv.m olan mənzil xx.xx.2023-cü il tarixində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

16. Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Nizami rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində yerləşən Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387 məhəlləsi, ev 154, 1 saylı mənzilin mülkiyyətçisinin kim olduğu barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Ünvanda hal-hazırda qeydiyyatda olmaqla yaşayan X15 (xx.xx.1957) (xx.xx.2024-cü il tarixdə vəfat edib), Cavabdeh4 (xx.xx.1998), Cavabdeh3dır (xx.xx.1965).

17. İş materiallarına ödəniş qəbzləri, mobil tətbiqdə aparılan ödənişlərə dair çıxarışlar əlavə olunmuşdur.

18. İş materiallarına “whatsapp” mobil tətbiqində aparılan danışıqlara dair yazışmalar əlavə edilmişdir.

19. İİİ-ЖГ seriyalı, 334933 nömrəli “nikah haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X15 ilə X25 arasında Bərdə rayonu Nazirli kənd sovetində xx.xx.1984-cü il tarixdə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir, ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir

20. AZ-İİ seriyalı, 437187 nömrəli “ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X15 xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş ürək dayanması səbəbindən ölmüş və bu barədə akt qeydləri kitabında 510 nömrə ilə qeyd edilmişdir.

21. Nizami rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 000956 saylı orderdən görünür ki, ünvan 6 ünvanında X9 verilmişdir. Ailə tərkibi barədə məlumatlarda: özü, Cavabdeh3 (arvadı) və Cavabdeh4 (oğlu) adı qeyd edilmişdir.

22. İş materiallarına Cavabdeh4 məxsus ödəniş kartı üzrə xx.xx.2023-xx.xx.2024-cü il tarixli dövrləri əhatə edən hesabdan çıxarış əlavə edilmişdir.

23. İş materiallarına sosial şəbəkədə “girov xidməti” istifadəçisi tərəfindən yerləşdirilmiş reklama dair çıxarış əlavə edilmişdir.

24. Cavabdeh4 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh4 X9 məxsus ünvan 6 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmdəyini bildirmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götümüşdür.

25. Cavabdeh3 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, əri X9 məxsus ünvan 6 ünvanında yerləşən mənzilin satılmasına, bağışlanmasına və ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir.

26. ünvan 8 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi 22, M13, mənzil 7-də qeydiyyatda olan Cavabdeh6 notariat qaydasında təsdiq ediləcək “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” üzrə ödənilməli olan 70000 manat məbləğində pulun müvafiq müqavilə ilə təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 6-də qeydiyyatda olan Cavabdeh4 ödənilməsi üçün MuğanBank” ASC-də olan AZ86MUGA**********00006AZM30 saylı depozit hesabına qəbul olunmasını xahiş edir.

27. İş materiallarına Bakı şəhər 12 saylı Notariat ofisi tərəfindən məhkəmənin sorğusu əsasında göndərilmiş 4Ə-2028 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli “alqı-satqı və ipoteka müqaviləsi” üzrə notariat işi əlavə edilmişdir.

28. X15 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, X2 Sakhılə məxsus ünvan 6 ünvanında yerləşən mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etmdəyini bildirmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götümüşdür.

29. Cavabdeh3 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh6ə məxsus ünvan 6 ünvanında yerləşən mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etmdəyini bildirmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götümüşdür.

30. Cavabdeh4 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh6ə məxsus ünvan 6 ünvanında yerləşən mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etmdəyini bildirmiş, müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və qeydiyyatdan çıxmağı öhdəsinə götümüşdür.

31. İş materiallarına 1 ədəd CD Disk əlavə edilmişdir.

32. Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Taleh Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:05-də ünvan 13-də yaşayan Cavabdeh4 ərizə ilə Nizami RPİ-in 25-ci əlaqədar PŞ-nə müraciət edərək bildirmişdir ki, 12 iyun 2023-cü il tarixdə ona atasının səhhəti ilə təcili pul lazım olduğu üçün “Tap.az” saytında yerləşdirilən ünvandan əldə etdiyi nömrə ilə əlaqə saxlayıb Emin adlı şəxslə əlaqə saxlayıb atasının adına olan yaşadığı ünvanı Emindən lombard qaydaları olaraq etibarnamə əsasında 15 saylı notariat ofisində girova qoyaraq 26000 manat pul götürmüşdür, lakin bir müddət sonra həmin ev banka girov qoyularaq xəbəri olmadan başqa şəxsin adına sənədləşdirilərək 80.000 manat pul çıxarılaraq məcburiyyət qarşısında həmin məbləğin ona ödənilməsi şərti qoyulmuşdur. Cavabdeh4 iddiası mülki xarakter daşıdığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır.

33. X29 tərəfindən xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nizami rayon polis idarəsi 25ci polis şöbəsində verilmiş izahatdan görünür ki, o, izahatda bildirmişdir ki, vətəndaş Cavabdeh4 müraciəti ilə tanış olmuş və bununla bağlı bildirmişdir ki, 2023-cü ilin iyun ayında tanıdığı Emin Quliyevadlı şəxs ona zəng vuraraq Nizami rayonu ərazisində əlimyandıda ev satıldığını bildirmişdir. Əgər almaq istəyən olsa xəbər edərsən. Bir müddət keçdikdən sonra Eminlə əlaqə saxlamış və evə baxmaq olar, əgər xoşlasa özü götürəcəkdir. Emin ona evin şəkillərini göndərmiş və onun da xoşuna gəlmişdir. Emin evi ipoteka yolu ilə almaq istədiyini bildirmişdir. Emin ona evi bir nəfərdən aldığını və alan şəxsin adının Sahil olduğunu bildirmişdir. O, Emil və Sahillə görüşmüş, Sahil ona evi 100000 manata satdığını bildirmiş, onlar 95000 manata razılaşmışlar. Sahil deyib ki, evdə 3 nəfər qeydiyyatda adam var. O, Sahilə bildirmişdir ki, alqı-satqı zamanı onlar razılıq verməlidirlər. Emin və o, evdə qalan Taleh adlı şəxslə görüşmüşlər. Taleh görüş zamanı bildirmişdir ki, o, Daxili Qoşunlarda zabit vəzifəsində işləyir. Danışıq zamanı bildirmişdir ki, ev onların olub, lakin bəzi səbəblərdən Sahilə satıb. Ancaq xahiş edib bildirdi ki, imkan ola bilər ki, mən o evi özümə qaytarım. Mən dedim ki, o, evi mən alıram və icazə verərəm bir il orada kirayədə qalarsınız. Müəyyən müddət keçəndən sonra səninlə mənim aramda ipoteka ilə təzədən adına keçirərik. Biz beləcə razılaşdıq. Evi 95000 manata ipoteka vasitəsilə aldım və ipotekanı yaxınımın oğlu Vüqarın adına götürdük. Çünki onun adına ipoteka götürmək qeyri-mümkündür. Bank 80000 manat evə ipoteka pulu verdi və bizdə 15000 manat ilkin ödəniş etdik. Çünki evi 95000 manata razılaşmışdıq. Bundan sonra Taleh həmin evdə kirayədə qalaraq ödəməyə başladı. Çünki mən onunla belə razılaşmışdıq. Ancaq müəyyən vaxt keçdikdən sonra Talehlə ödəmələrlə bağlı problemlər yaranmağa başladı. Mən dəfələrlə dedim ki, belə yaramaz. Bu ilin may ayının axırlarına yaxın Taleh mənə zəng edib görüşmək istədiyini bildirdi. Görüş zamanı dedi ki, onun işində çox böyük problemlər var və böyük miqdarda da pulun borcuna düşüb. Dediyinə görə Rəşad adlı bir şəxs Talehə 50000 manata yaxın pul atıb aradan çıxıb. İndidə borc sahibləri Talehdən şikayət ediblər. Taleh məndən yalvarıb xahiş etdi ki, ona 9000 manata yaxın pul borc tapım. Özü də bildirdi ki, borcu tez bir zamanda bağlayacaq. Onun bir iş yoldaşıda mənə zəng edib dedi ki, Talehə görə tanışı olan Qarabağ qazisindən 7500 manat pul borc alıb verib Talehə. Mənim Talehə yazığım gəldi ona görə ki, onun valideylərinin hər iki ağır xəstədirlər. Mən də bir olan Allaha xatir ona 9000 manat pul borc tapıb Elmlər Akademiyası parkının içində verdim. Üstəlikdə atası rəhmətə gedən günü mənə zəng edib dedi ki, heç bir doğması ona yaxın durmur və köməklik etmir. Atasını dəfn etməyə pul tapmır. Yalvarıb dedi ki, əmi mənə 1000 manat köməklik elə. Mən də onun adına olan karta 1000 manat pul göndərdim. Sonra müəyyən vaxt keçdikdən sonra Taleh mənə dedi ki, onun qohumu olan Anar adlı şəxs mənimlə görüşmək istəyir. X37 metrosunun yanında Hüseyn cavid parkında görüşdük. Mən orada bildirm ki, Talehi işdən çıxarıblar. Özünün dediyinə görə onların hərbi hissəsində olan bir zabit Qarabağ istiqamətində olduqları vaxt silah gətirib şəhərə. Sonra bunun üstü açılıb və Talehi də guya işdən azad ediblər bununla bağlı. Ancaq təəssüflər olsun ki, Taleh görüşdüyü zaman mənim səsimi qeyri-qanuni olaraq yazıb. Hətta danışıqlarıma dəyişikliklərdə ediblər. Mən çox təəssüf edirəm ki, mən belə bir insana köməklik etmişəm. Bununla bağlı onların evdən çıxarılması ilə Məhkəməyə müraciət etmişəm. Az bir zaman içində onun evdən çıxarılmasını məhkəmə təmin edəcək. Suala cavabda bildirib ki, bankdan pulu Sahil götürüb. Onun Talehə nə verdiyini bilmir. Yaxını olan İddiaçı ipoteka işini onun üçün təmənnasız edib. Həmçinin bildirmişdir ki, səs yazıları dəyişdirilib. Digər suala cavabda bildirmişdir ki, o, cədvəli Talehə ona görə vermişdir ki, o ödənişləri vaxtlı-vaxtında edə bilsin.

34. X19 tərəfindən xx.xx.2024-cü il tarixində Bakı şəhəri Nizami rayon polis idarəsi 25ci polis şöbəsində verilmiş izahatdan görünür ki, o, izahatda bildirmişdir ki, vətəndaş Cavabdeh4 müraciəti ilə tanış oldum və bu barədə qeyd edə bilərəm ki, 2023-cü ilin iyun ayında tanıdığım Elçin adlı şəxs mənə zəng vuraraq bildirdi ki, bir nəfər şəxs var iş görmək fikrindədir. Öz evini isə girov qoyub pul götürmək istəyir. Mən də ona bildirdim ki, əgər belədirsə, həmin şəxslə görüşüb tanış olaq. Mən tanıdığım Rusiya Federasiyasından gələn Sahilə bir nəfərin ev alqı-satqı etməklə pul götürmək niyəti olduğunu dedim. Belə də oldu həmin ərəfədə Elçin, tanışım Sahil və mən Nizami rayonu, E.Süleymanov küçəsinə gedib həmin Taleh adlı şəxslə görüşdük. Taleh mənə bildirdi ki, ona pul lazımdır ki, xaricdən avtomobil gətizdirib burada ticarətlə məşğul olmaq niyətindədir. Həmin işdən gələn gəlirdən bizə də xeyir verəcəkdir. Sözünə sığorta olaraq isə evini girov qoya bilir. Həmin evə baxdıq, hətta Talehin atası da orada olduğu üçün mən atasına oğlunun evi girov qoyub pul götürmək istədiyini bildirdim. Atası da həmin işdən xəbəri olduğunu bildirdi. Talehlə razılaşdıq, elə həmin gün evi girov qoyub pul götürmək üçün Nizami rayonu ərazisində yerləşən 15 saylı notariat kontoruna getdik. Notariat kontorunda Cavabdeh4 ilə Sahil Süleymanlı arasında rəsmi qaydada alqı-satqı müqaviləsi bağlandı. Həmin alqı-satqı müqaviləsinə görə ev 70.000 manat qiymətə qiymətləndirildi. Taleh bizə bildirdi ki, ona 40.000 manat pul lazımdır. Bu səbəbdən həmin məbləğ Sahil tərəfindən Talehə verildi. Buna şahid olaraq Elçin qardaşı Elvin və mən olmuşuq. Biz elə oradan da ayrıldıq. Təxminən 1 aydan sonra Taleh mənə zəng vuraraq bildirdi ki, işləri alınmır, evi ipoteka yolu ilə geri almaq istəyir. Mən də tanıdığım şəxs oldğunu ona bidirdim. Təxminən 2023-cü ilin avqust ayında Talehlə görüşüb ipoteka işinə köməklik edə bilən Mövsüm adlı şəxslə “Park Bulvar” yaxınlığında görüşdük. Talehi Mövsümlə tanış etdim, qalan şərtləri isə Mövsümlə Taleh öz aralarında danışdılar. Mövsüm həmin evi ipoteka yüklü etməyə ona köməklik edəcəyini bildirdi. Təxminən iki həftə sonra Taleh işdən çıxa bilmədiyi üçün Sahil sənədləri hazırlayandan sonra Mövsüm adlı şəxs bizi 12 saylı notariat kontoruna çağırdı və orada Sahil Mövsümün tanıdığı şəxs olan Vüqar, adlı şəxslə alqı-satqı edərək İddiaçı adına ev “VTB” bankda girov yüklü oldu və 80.000 manat evə görə pul ayrıldı. Sahil həmin məbləğdən 40.000 manat Talehə ilk verdiyi pulu və 4000 manat Talehin ona söz verdiyi xeyir gəlirini Talehin razılığı ilə götürdü. Daha sonra bankda və notariat kontorunda olan xərclər çıxılandan sonra Mövsüm mənə bildirdi ki, qalan məsələləri Talehin özü ilə danışıb və mənə 13500 manat pulu və ödəniş cədvəlini, qəbzləri verərək Talehə çatdırmağımı xahiş etdi. Çünki mənim yaşadığım ünvan Talehin yaşadığı ünvanla eyni rayon ərazisindədir. Mən də elə həmin gün axşam Talehlə zəngləşib Nizami rayonu, M.Şərifli küçəsində yerləşən “Araz” adlı marketin yanında görüşüb avtomobilimdə əyləşdik. Mən həmin 13500 manat pulu və mənə verilən sənədləri Talehə verdim. Hətta Taleh mənə ipotekaya köməklik etdiyim üçün həmin məbləğdən şirinlik olaraq 1000 manat pul verdi. Bundan sonra Taleh ödəniş cədvəlinə uyğun olaraq krediti ödəməyə başladı və demək olar ki, mənimlə əlaqə tam olaraq kəsildi. O artıq Mövsümlə əlaqədə olmuşdur. Hazırda polisdə olan şikayətə qədər Talehin nədənsə narazı olduğunu eşitməmişəm. Polisdən mənə zeng gələndən sonra mənə məlum oldu ki, Taleh üzərimizə şər ataraq güya ona 26000 pul verib evini ələ keçirtdiyimizi bildirdiyini öyrəndim. Daha sonra Mövsüm adlı şəxslə danışanda o mənə bildirdi ki, ipoteka məsələsindən sonra hətta Mövsümden Taleh əlbəəl borc pul almışdır. Mən belə hesab edirəm ki, Cavabdeh4 hazırda həmin ipotekanı ödəyə bilmədiyi üçün, həmçinin digər şəxslərə olan borcuna görə sıxıldığı üçün bu yola əl atıb mənim üzərimə şər atır, onun mənim barəmdə göstərdikləri tamamilə şər və böhtan xarakterlidir. Mənim bu məsələlərdə iştirakım ancaq vasitəçilik olmuşdur.

35. İş materiallarına X9 məxsus epikrizlər, ambulator kitabçadan çıxarışlar əlavə edilmişdir.

36. Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh4 Binəqədi Rayon Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il traixdə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Hazırda cinayət işi icraatdadır.

37. Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı polis kapitanı Yusif Yusifzadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “materialın istintaq aidiyyatı üzrə göndərilməsi haqqında” qərardan görünür ki, X26 ərizə ilə Nizami RPİ-in 25-ci PŞ-nə müraciət edərək bildirmişdir ki, 2023-cü ilin dekabr ayında Nizami rayonu Neftçilər metrosunun yaxınlığında Taleh adlı şəxsə oğlu Cəfərli Fəqanı hərbi xidmətə maxe düzəltmək məqsədi ilə 7500 manat miqdarında pul vermiş ,lakin sonuncu vədinə əməl etməmiş dələduzluq yolu ilə ona məxsus olan pulu ələ keçirmişdir. X12 müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olduğundan materialın istintaq aidiyyatı üzrə Nizami RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır.

38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 4/988 nömrəli rəydən görünür ki, Ekspertizaya təqdim olunmuş 01 ədəd “Verbatim” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, sözlərarası və cümlələrarası məntiqi rabitənin pozulması, kəskin fon sıçrayışları və audosiqnalın itməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Mübahisəli fonoqramlar tədqiqata təqdim olunmuş “Honor” markalı mobil telefon vasitəsilə qeydə alınmış “20240622_142130” adlı fayl-fonoqramın hissələridir.

39. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, X32 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

40. xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, Cavabdeh4 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

41. Məhkəmə iclasında iştirak edən cavabdeh (birləşdirilmiş mülki iş üzrə iddiaçı) Cavabdeh3 birləşdirilmiş iş üzrə iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini və ilkin mülki iş üzrə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

42. Məhkəmə iclasında iştirak edən cavabdeh (birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi) Cavabdeh4 birləşdirilmiş mülki iş üzrə iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin edilməsini və ilkin mülki iş üzrə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsi formal olaraq bağlanılmış və həqiqi deyildir. Maddi vəziyyəti ilə əlaqədar evi girov qoyaraq 26.000 manat pul götürmüşdür. Həmin pulun qarşılığı olaraq 30.000 manat pul ödəməli idi. Götürdüyü pula görə ayda 2500 manat ödəniş etməli idi. Sonra isə Emin ona bildirmişdir ki, evi ipotekaya salaq, ayda 600-700 manat ödəniş edərsən. O mənzilin alqı-satqısı barədə yox. Girov qiyulması barədə razılıq əldə etmişdir. Daha sonra Mövsümlə danışıq da isə o, Mövsümün hər hansı məbləğlə gəlir götürməsi barədə danışıq aparmamış, razılıq əldə etməmişdir. Onların özləri arasında olan danışıq olmuşdur. Ümumi razılıq o, olmuşdur kı, o, öz üzərinə düşən 30000 manat məbləğində pul vəsaitini, ödəyəcək, kreditin qalan hissəsini isə onlar ödəyəcəklər. Daha sonra isə o, üzərinə düşən məbləği ödədikdən sonra mənzil onun adına rəsmiləşdiriləcək idi. Həmin mənzilin ipoteka krediti zamanı Emin tərəfindən ona heç bir məbləğ qaytarılmamışdır.

43. Məhkəmə iclasında iştirak edən birləşmişdirilmiş mülki iş üzrə Cavabdeh6 izahatında bildirmişdir ki, evi satın almaqda məqsədi gəlir əldə etmək idi. Belə ki, alıb üzərinə pul qoyub satmaq üçün satın almışdır. Talehdə ilk olaraq alqı-satqı müqaviləsi bağlanılan zaman alqı-satqı barədə razılaşma olmuş, lakin notariusdan çıxdıqdan sonra isə Taleh ona yaxınlaşaraq ona pul lazım olduğunu bildirmiş, ona təklif etmişdir ki, evin alqı-satqı dəyəri olan 70000 manat pul vəsaitinin 40000 manat hissəsini ona borc olaraq versin, üzərində də ona pul verəcək. O da razılaşmışdır. Taleh 30000 manatı ona geri qaytarmışdır. Razılıq bir ay müddətində qaytarmaq barədə olmuşdur. Daha sonra isə özü bildirmişdir ki, gedıb notariusda evi başqasının adına keçirdək. Alqı-satqıdan sonra Mövsümün verdiyi 13500 manat məbləğində pul vəsaitini Eminlə birlikdə Talehə vermişlər.

Şahid İfadələri :

44. Məhkəmə iclasında dindirilən şahid X33 izahatında bildirmişdir ki, Taleh tərəfindən onlar barəsində polisə rəsmi şikayət olmamışdır. Onun barəsində edilən şikayət üzrə polisə izahatında bildirmişdir ki, başına belə işlər gəib. Bu səbəbdən polis onları çağırmış, orada ifadə vermişlər. Hazırda verdiyi ifadəni təsdiq edir. Bildirmişdir ki, makler vasitəsilə Cavabdeh4lə tanış olmuşdur. Taleh ilə onu malkerlər, yəni Elçin və Emin tanış etmişlər. Onlar bildirmişlər ki, Cavabdeh4 evini satıb, girov qoyub biznes fəaliyyəti ilə məşğul olmaq istəyir. Rusiyadan gələn dostu var idi ki, o, iş görmək istəyirdi. Onunla birlikdə onlar evə gedib baxmışlar. Cavabdeh4 atası həmin vaxt sağ idi. Atasına demişlər ki, oğlun bu işlə məşğul olmaq istəyir, ağsaqqal kimi nə deyə bilərsiniz, atası xeyir-dua vermişdir. Evin içərisinə girməmişlər. Padval kimi yerə düşmüşlər, qapı açıldı, evin içərisinə baxmışlar. Notariusa gəlmişlər və Sahilin adına alqı-satqı edilmişdir. 70 min manata alqı-satqı olundu. 40 min manat pulu Cavabdeh4 götürdü və 30 min manatı qaytardı. O, 40 min manatı iş görmək üçün götürdü. Cavabdeh4 evi 70 min manata satmağa razılaşdı. Əslində evi satmırdı, evi girov qoydu, iş görmək məqsədi ilə pul götürürdü. Bildirmişdir ki, faiz götürməyib deyə, Taleh aylıq ödəniş etmirdi, yəni, aralarında aylıq ödəniş barədə razılıq yox idi, gəlirindən olan qazancını verəcəyini bildirmişdir. Bildirmişdir ki, 1500-2000 manat qazanc verəcəm. Qazanc məqsədilə pul götürüb, 40 min manat pulu isə bildirdi ki, alacaqlarım var, alıb, borcumu bağlayacam. 40 min manatdan vergi, bankın xərcləri, notariusun xərcləri çıxılmışdır. Həmin puldan 3000-4000 evin vergisinə, 0.2 faiz kassaya qoyulmasına, 50 manat sığortaya, 50 manat forma 1-ə ödənilib. 40 min manat pula görə Cavabdeh4 Sahilə əvvəlcədən razılaşdırılmış 4000 manat xeyir vermişdir. Qeyd etmişdir ki, iddiaçı bildirir ki, ona 25 min manat pul verilib, 20 min manatı özünə götürüb, 5 min manatı mənə vermib, lakin belə bir şey olmayıb. Tap.az saytında elanım yoxdur. Elçin və Elvin qardaşları var, onlar makler kimi maşın krediti ilə məşğul olurlar, onların vasitəsilə tanış olmuşdur. Bir müddət sonra sonra Cavabdeh4 ona müraciət etdi ki, işləri yaxşı getmir, ipoteka yolu ilə evini geri almaq istəyir. O da, Talehə bildirmişdr ki, ipoteka işləri ilə məşğul olan bir tanışı var, adı Mövsümdür. Onlar üçü-Taleh, o və X46 görüşmüşlər. O, Talehi Mövsümlə tanış etmiş və qalan şərtləri onlar öz aralarında danışmışlar. Onların hansı şərtlərlə razılığa gəlmələri barədə məlumatı olmamışdır. Mövsüm müəllim köhnə hərbiçi olmuşdur. Cavabdeh4 də hərbi də həmin vaxtı işləyirdi. Bir-birilərinə tanışlıq verdilər, tanış hərbiçi dostları çıxdı. Sonradan bilib ki, Sahilə deyiblər ki, ipoteka üçün sənəd hazırla. Sahil ipoteka üçün sənədləri hazırlayıb, arvadının razılığını almışdır. Sonra Sahili ipoteka müqaviləsi bağlamaq üçün çağırıblar. Ona qədər Taleh özünün və valideynlərinin razılıq ərizələrini hazırlayıb Mövsüm müəllimə verib ki, guya ki, evin satılmasına razıdır. İpoteka müqaviləsinin sənədləşdirilməsi 1 ay vaxt almışdır. Sahillə o ipoteka müqaviləsinin bağlanması üçün getmişdir. Notariat ofisində Mövsüm, Sahil olmuş və evi Vüqarın adına bankda girov yülkü etmişlər. Həmin ərəfə Talehə zəng ediblər ki, gəl pulun qalığını götür, lakin o, işdən çıxa bilməyəcəyini bildirmiş və Mövsüm müəllim nə deyirsə onu edin demişdir. İpoteka zamanı Sahil 40000 manat və əlavə razılaşdırılmış 4000 manat məbləğində pul vəsaitini götürmüşdür. Evin ipoteka müqaviləsi ilə satılmasını Cavabdeh4 özü tələb etmişdir. O, Mövsüm müəllimi bank işçisi olaraq tanımışdır. Ümumi dostlarının ipoteka işlərini həll etdiyini bilirdi. Mövsümün bu işdən qazancını dəqiq bilməsə də, yəqin qazancı olub ki, gəlib ipoteka müqaviləsi bağlamaqda iştirak etmişdir. Oradan çıxanda Mövsüm ona 13500 manat və ödəniş cədvəli vermişdir ki, Talehə ver. Mülkiyyətçi Taleh idi, nə olsun ki Sahilin adına alqı-satqı olmuşdur. Evin sahibi o, idi. O ipoteka yolu ilə evi almaq istəmişdir ki, uzun müddət ödəsin və evi öz adına keçirsin. Oda pulu və ödəniş cədvəlini Talehə vermiş və Taleh həmin puldan 1000 manat ona verərək sağ ol demişdir. Həmçinin qeyd etmişdir ki, Mövsüm deyir ki, mən pulun hamısını verib evi ondan almışam. O, ipotekanı ödəyə bilmir, evdən çıxarmasınlar deyə uzadır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında həmçinin bildirmişdir ki, pulun üzərinə qoyulan 15000 manat məbləğində pul vəsaiti pulu verənə qaytarılmışdır. O pulu gətizdirmişdilər. 80000 manatdan 44000 manatı Sahil götürdü və qalanı Mövsümə verdi. Mövsüm isə ona 13500 manat məbləğind pul vəsaiti verdi ki, Talehə versin. Qalan hissə isə Taleh ilə Mövsüm müəllim arasında razılaşdırılmışdır.

45. Məhkəmə iclasında (xx.xx.2025-ci il tarixli) şahid qismində dindirilən X29 izahatında bildirmişdir ki, o, 25-ci PB-də izahat vermişdir və həmin izahatı təsdiq edir. Emin adlı şəxs ona zəng edərək ona demişdir ki, ev var, istəyən olsa xəbər et. Çünki o, Eminə öncədən ev olsa xəbər etməsini bildirmişdir. Sonra Taleh, o və Emin görüşmüşlər. Emin dedi ki, Taleh evi satmaq istəyir. Onlar 95000 manata razılaşmışlar. Evin dəyərinin 15000 manatı ilkin olaraq 15.000 manat ödənilmiş, qalan məbləğ isə bankdan çıxarılıb verilmişdir. O, Emini çoxdan tanıyır. Eminlə o, paqon yoldaşı olubdur. Evi öz adına ala bilmədiyi üçün rəhmətlik dostunun oğlunun adına almışdır. Formal olaraq Vüqarın adına rəsmiləşdirilmişdir. Çünki onun yaşına ipoteka düşmür. Alqı-satqıda Sahil və vüqar iştirak edib, o isə çöldə gözləmişdir. Alqı-satqı məbləğini Vüqar Sahilə vermişdir. O, Sahili iki dəfə, bir sənədləri notariusa verəndə, bir də alqı-satqı zamanı görmüşdür. Taleh ona 5-6 ay kirayədə qalmasına icazə verməsini xahiş etdiyi üçün o, razılaşmışdır ki, 5-6 ay evin 5- 6 ay ipoteka ödənişini o etsin. X3 üçün ona göndərirdi o, ödəyirdi. İpoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı bütün ödənişləri Vüqar ödəmişdir. Səs yazısına münasibətdə bildirmişdir ki, həmin səs yazısı montaj edilmişdir. Heç biri ona aid deyil.

İşin faktiki halı :

46. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh6, Cavabdeh5 ASC, Bakı şəhəri 15 saylı Notariat ofisi və Bakı şəhəri 12 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət etmişdir.

47. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(007)-3490/2024 saylı Qərardadı ilə iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı, Cavabdeh6, Cavabdeh5 ASC, Bakı şəhəri 15 saylı Notariat ofisi və Bakı şəhəri 12 saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş İddiaçı Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə bir icraatda birləşdirilmişdir.

48. X15 xx.xx.2024-cü il tarixində vəfat etdiyindən Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(007)-3329/2024 saylı Qərardadı ilə İddiaçı Cavabdeh3, Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata X10 aid olan hissədə xitam verilmişdir.

49. ünvan 2 ünvanında yerləşən mənzil X8 mülkiyyətində olmuşdur.

50. ünvan 2 ünvanında yerləşən mənzil X15 ilə Cavabdeh6 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 70000 manat məbləğində Cavabdeh6ə satılmış və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixində Cavabdeh6 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

51. Cavabdeh6, ipoteka saxlayan "xxxx" ASC və alıcı (ipoteka qoyan)-borcalan İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 372175-NEDVİJ-3081 saylı “alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən isə sözügdən mənzil 95000 manat məbləğində İddiaçı satılmış və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

52. Mənzilin dəyəinin 15000 manat hissəsi nağd qaydada və 80000 manat hissəsi isə kredit vəsaiti hesabına ödənilmişdir.

53. Cavabdeh5 ASC ilə İddiaçı arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, 372175-1- 38648 saylı kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh5 ASC tərəfindən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387 məhəlləsi, ev 154, mənzil 1 ünvanında yerləşən mənzilin satın alınması üçün 80000 manat məbləğində illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verilmişdir.

54. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387 məhəlləsi, ev 154, mənzil 1 ünvanında yerləşən mənzilin aylıq ipoteka ödənişi 617.45 manat (ilk ödəniş 724.12 manat) təşkil edir və həmin vəsait ilk ödənişdən başlayaraq 9-10 ay Cavabdeh4 tərəfindən həyata keçirilmişdir.

55. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387 məhəlləsi, ev 154, mənzil 1 ünvanında yerləşən mənzildə Cavabdeh6 və İddiaçı yaşamamış, ilk vaxtdan hazırki vaxtadək X15 və ailəsi yaşamışdır.

56. İddiaçı tərəf tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh4 ilə X29 arasında olan danışıqlara dair səs yazısından görünür ki, Arifzadə Mövsüm bildirir ki, “fikrim var idiki, bir il, il yarımdan sonra evi Cavabdeh4 adına keçirdim. Alqı-satqı olan zaman atası və anası qeydiyyatda idi, ancaq Taleh qeydiyyatda deyildi, ona görə onun adına keçirdəcəkdim. Ev indi mənim adamımın, polisin adınadır”. Cavabdeh4 qohumu sual verir- İndi evə görə ödəniş edir, indi belə çıxır ki, ev bunun adına deyil? Arifzadə Mövsüm bildirir ki, yox dövlətdən götürülən pul bağlanan kimi 52 manat girovdan çıxarma pulunu ödədikdən sonra gedib evi girovdan çıxarıb, notariusda alqı-satqı edib keçirir evi öz adına”. Sual elə olur ki? Arifzadə Mövsüm-Bəli, birinci dəfə deyilki. Sual: pulu bankdan kim çıxarıb? Sahil? Cavab-bəli Sahilə çıxarılıb verilib. Ev Eminin anasının adına olub? Yox, mən səhv saldım. Mən əvvəl Eminin biri iki işini görmüşəm anasının adına olub, bu Sahilin adına olub. Sahil 80000 manatı çıxarıb, mən həmin puldan şapka filan götürüb, bunlarla qurtarmışam, özləri öz işlərini görüblər. Elə 12000 manat ancaq hərbiçiyə, polisə gedib. Elə-belə gəlib girmirlərki o qədər summanın altına. Emin əl pulu verəndi, lombard deyil, kiminsə pullarını paylayır faizlə. Cavabdeh4-Emin internetdə elan qoyub, ev lombardı. Arifzadə Mövsüm-elə qoyurlar ki, kimlərisə cəlb etsinlər. Onlar verdikləri pulun 10-15 faizini tuturlar. Arifzadə Mövsüm-evin sənə (Taleh) sənə aid olan sənədləri sənə vermişəm. Taleh-Ödəniş cədvəllərini veribsiniz, ancaq ödəniş cədvəli İddiaçı adınadır, mənə aidiyyəti yoxdur. Vüqar bizim adamdır. Vüqar qoyduq qırağa, eləbil sənlə mən qardaşam sənin evini keçirmişik onun adına. Pul bağlananadan sonra evi sənin adına keçirəcəyik. Birinci dəfə deyilki, ipotekadır. Taleh-birdən Vüqar keçirtmədi? Mövsüm-yox elə bir şey ola bilməz. Biz banka demirik ki, biz aldadırıq, onu desək bizi yaxın qoymazlar. Belədir ki, mən kiməsə deyirəm ki, gəl evi sənin adına keçirib bankdan pul götürüm, sonra bağlayıb səninlə alqı-satqı edirəm. Evin bütün xərcləri ödənildikdən sonra, 21 gün sonra da çıxarış alırsan. Ev heç həmin adamın da deyil, dövlətdə girovdadır. Evin qiyməti 105-110 min manat olar. Ancaq mən o evin qiymətini qaldırmışam, əlimyandıda 120-140 minə qoymuşam. Sual: Qoymusuz satdığa? Mövsüm-hə qoymuşam. Tiktoka videolarla düzəldim qoymuşuq. Sən gedib şikayət eləsən qanuni razılıq əsasında alqı-satqı olub. 3 aydır ödəniş gecikmə ilə edilri, bankdan yığıblar. Vüqar deyirki əmi dedimki, papası ölübdü ev satılır. Talehin qohumu-necə edək ki, bank evi satsın? Mövsüm –qardaş evi satan bizik, mən o pulu bügun sabaha ödəyəcəmki bizə ilişməsinlər, pulu bağlayaq. Evi 120 minə satıb 78 mini pulu bağlayacağıq. Qalan puldan daki 42 mindən min manat xərc çıxar. Emingil bi qadın var idi. Yazığa 12 min manat pul verib 28-30 min pul alıblar. Mən o evi 45 min pul çıxarıb onların əlindən aldım, indi xanım ödəyir. Sənin məsələndə mənə zəng etdiki, şey eləmişik, biz danışdıq. Mən sənə dedim ki, fikriləş mən halallığımı alıb edirəm. Sonra sən dedin başlayaq. Mənim payıma düşən 25000 manat olub, tək özümə düşən deyil, mən ordan paylamışam.

57. X29 tərəfindən tədqiq edilmiş səs yazının montaj edildiyi mübahisələndirildiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və xx.xx.2025-ci il tarixli 4/988 nömrəli rəyə əsasən montaj əlamətləri aşkar edilmədiyi müəyyən olunmuşdur.

Məhkəmə baxışının hədləri:

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

60. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.4. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

61. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 Aprel 2021-ci il tarixli Qərarı.

62. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarı.

63. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və İİ hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun20 iyun 2025-ci il Qərarı.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi :

65. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, ilkin mülki iş üzrə iddia tələbi təmin edilməməli, birləşdirilmiş mülki iş üzrə iddia tələbi qismən təmin edilməlidir.

66. Məhkəmə qeyd edir ki, ilkin mülki iş və birləşdirilmiş mülki işin mahiyyəti, işin müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla ilk öncə birləşdirilmiş mülki iş üzrə iddia tələbinə hüquqi qiymət verilməlidir.

Məhkəmə birləşdirilmiş mülki iş üzrə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir:

67. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, birləşdirilmiş mülki iş üzrə iddia tələbi faktiki olaraq aşağıdakı hissələrdən ibarətdir:

1. “X15 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbi.

2. “Cavabdeh6, İddiaçı və "xxxx" (Azərbaycan) arasında bağlanmış 25 iyun 2023-cü il tarixli “alqı-satqı və ipoteka müqaviləsi”nin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbi.

Birləşdirilmiş mülki iş üzrə iddia tələbinin “X15 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” hissəsi ilə bağlı:

68. Birləşdirilmiş mülki iş üzrə iddiaçı (ilkin mülki iş üzrə cavabdeh) Cavabdeh3 tərəfindən iddia tələbinin hazırki hissəsi müqavilənin aldatma nəticəsində bağlanılması, həmin müqavilələrin bağlanılması zamanı onların iradə ifadələrinin həmin əmlakın alqısatqısına yönəlmədiyi, cavabdeh Süleymanov Sahil ilə mənzili girov qoymaq şərtilə kredit verilməsinə dair razılıq əldə edilməsinə baxmayaraq, müqavilənin alqı-satqı müqaviləsi olaraq rəsmiləşdirilməsi ilə əsaslandırılmışdır.

69. Məhkəmə ilk növbədə birləşdirilmiş mülki iş üzrə iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ olub-olmadığına qiymət verməyi zəruri hesab edir.

70. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

71. Belə ki, yalnız belə hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

73. Belə olan halda məhkəmə mübahisəli müqavilənin bağlanması nəticəsində birləşdirilmiş mülki iş üzrə iddiaçının maraqlarının pozulub-pozulmamasını araşdırmalıdır.

74. İşin müəyyən edilmiş faktiki hallarına əsasən ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2004-cü il tarixli order əsasında ailə tərkibi-Cavabdeh3 (arvadı) və Cavabdeh4 (oğlu) ilə yaşamaq hüququ ilə X9 verilmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixində xüsusi mülkiyyət hüququ ilə X8 adına qeydə alınmışdır. Müqavilə bağlandıqdan sonra X15 vəfat etmişdir. Cavabdeh3 və Cavabdeh4 hazırki vaxtadək həmin mənzildə yaşayırlar. X8 ölümündən sonra Cavabdeh3 və Cavabdeh4 onun vərəsələri olaraq mübahisə obyekti olan mənzili miras əmlak olaraq əldə etməyə (əmlak X8 adına qeydə alındıqdan sonra) gözlənti hüquqları vardır.

75. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh3 X8 vərəsəsi olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir.

76. Məhkəmə birləşdirilmiş mülki iş üzrə iddia tələbinin dəlillərinə-xx.xx.2023-ci il tarixli alqı-satqı müqaviləsinin aldatma nəticəsində bağlanılması, onların iradə ifadələrinin mənzilin girov qoyulması şərtilə kredit göütürülməsinə yönəlməsinə baxmayaraq müqavilənin alqı-satqı olaraq rəsmiləşdirilməsinə münasibətdə aşağıdakıları qeyd edir.

77. Mülki qanunvericiliyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqdlərdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

78. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

79. Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.

80. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur.

81. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

82. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

83. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: I. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; II. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; III. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

84. Yuxarıda qeyd olunan normadan göründüyü kimi aldatma, bir kimsəni qəsdən motivdə (qənaətdə) yanıltmadır. Bu və ya digər əqdin aldatma əsası ilə etibarsız hesab edilməsi üçün bir sıra şərtlərin mövcudluğu zəruridir. Belə ki, müqavilənin qarşı tərəfi (yaxud onun məlumatı daxilində) qəsdən aldadıcı davranış edilmiş olmalı, belə davranış məhz müqavilənin bağlanması ilə əlaqədar olmalı, müqavilə həmin aldadıcı hərəkətin nəticəsində bağlanmalıdır. Dolayısı ilə, əgər aldadıcı davranış olmasaydı müqavilə ya heç bağlanmayacaqdı, ya da tamam başqa şərtlərlə bağlanacaqdı.

85. İşin faktiki hallarından görünür ki, sözügedən müqavilənin bağlanılmasında X8 əvəzinə onun etibarnamə üzrə nümayəndəsi qismində Cavabdeh4 iştirak etmiş və müqavilənin bağlanılmasına qədər bütün danışıqlar onun tərəfindən aparılmış, razılaşma onunla X33 arasında əldə edilmişdir. Yəni, sözügedən müqavilənin bağlanılmasına qədər bütün danışıqlarda və müqavilənin bağlanılmasında ailəni Cavabdeh4 təmsil etmişdir. Bu məqamda o da qeyd edilməlidir ki, işin tədqiq edilən halları ilə Cavabdeh4, ailəni təmsil edərkən, vəkalət verənin-atasının iradəsindən kənar hərəkətlər etməsi müəyyən edilməmişdir.

86. İddiaçı və onun nümayəndəsi qismində məhkəmə iclasında iştirak edən Cavabdeh4 nə qədər də ki, sözügedən müqavilənin alqı-satqı olaraq rəsmiləşdirilməsindən məlumatlı olmadıqlarını bildirsə də, bu məhkəmə tərəfindən ağlabatan və səmimi izahat olaraq qiymətləndirilməmişdir. Qeyd edilən məzmunlu izahat birləşdirilmiş mülki iş üzrə iddiaçı tərəfin iddia tələblərinin təmininə nail olmaq məqsədilə verilmiş izahat olaraq qiymətləndirilmişdir.

87. İlk növbədə ona görə ki, işin müəyyən edilmiş halı odur ki, Cavabdeh3, Cavabdeh4 və X15 tərəfindən notariat ofisinə ünvanlanmış ərizələrə əsasən müəyyən edilmişdir ki, onlar tərəfindən mənzilin alqı-satqısına razılıq verilməsinə dair ərizələr verilmişdir. Həmçinin ağlabatan deyildir ki, notarius tərəfindən tərəflərə onların hüquq və vəzifələri, müqavilənin məzmunu, hüquqi nəticələri izah edilməsin.

88. Yəni birləşdirilmiş mülki iş üzrə iddiaçı tərəf müqavilənin aldatma nəticəsində alqısatqı olaraq rəsmiləşdirildiyini, onların həmin müqavilənin alqı-satqı müqaviləsi olaraq rəsmiləşdirilməsindən məlumatlı olmadıqlarını bildirsələr də, qeyd edilən hal iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, məhkəmə tərəfindən müəyyən edilməmişdir.

89. Hazırki mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, ünvan 5 ünvanında yerləşən mənzilə dair X8 əvəzinə onun etibarnamə üzrə nümayəndəsi qismində Cavabdeh4 ilə Cavabdeh6 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin “alqı-satqı olaraq rəsmiləşdirilməsində” tərəflər arasında bir-birinə münasibətdə aldadıcı hərəkət yoxdur.

90. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, Cavabdeh4 evə dair bağlanılmış müqavilənin alqısatqı olaraq rəsmiləşdiriməsində ailəsinə münasibətdə aldadıcı hərəkətləri olmamışdır.

91. Bununla belə işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx.xx.2023-ci il tarixli müqavilə bağlanılan zaman tərəflərin iradə ifadəsi real alqı-satqı münasibətlərinə daxil olmağa yönəlməmişdir.

92. Məhkəmə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.

93. Mülki qanunvericiliyə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır.

94. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

95. Birləşdirilmiş mülki iş üzrə Cavabdeh6n izahatına və şahid X20 ifadəsinə əsasən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli müqavilə bağlanılan zaman tərəflərin iradə ifadəsi, hüquqi niyyətləri alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticə yaratamaq niyyəti olmadan başqa əqdi pərdələmək üçün əqd bağlamağa yönəlmişdir.

96. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X33 izhatında bildirmişdir ki, o Taleh ilə maklerlər (Emin və Elçin qardaşları) vasitəsilə tanış olmuşdur. Belə ki, maklerlər ona bildirmişlər ki, Taleh evi girov qoyub pul götürmək istəyir. O, bu barədə Sahilə demiş və Sahillə gedib evə baxmışlar, lakin evə daxil olmamışlar. Sahillə onun arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin əslində Taleh evi satmırdı. O, evi girov qoyaraq 40000 mana məbləğində pul vəsaiti götürmüşdür. Sahillə Talehin razılaşmasına əsasən 40000 manat məbləğində pul vəsaitinin üzərində Taleh Sahilə 4000 manat xeyir verməli idi.

97. Cavabdeh6 isə izahatında bildirmişdir ki, ev barədə Emin ona bildirmişdir. O Eminlə gedib evə baxmış, ilk öncə Taleh ilə evin 70000 manata alqı-satqısı barədə razılığa gəlmişdir. Lakin notariat ofisində alqı-satqı rəsmiləşdirildikdən sonra isə Taleh ona demişdir ki, 70000 manat pul vəsaitinin 40000 manat hissəsini ona verim, 30000 manat isə məndə qalsın. O isə əvəzində mənə 4000 manat fayda verəcəkdir. O, Talehlə razılaşmışdır. Alqı-satqı müqaviləsinin bağlanılmasında Elçin və Elcan qardaşları, Emin, o və Taleh olmuşdur.

98. Birləşdirilmiş mülki iş üzrə iddiaçının nümayəndəsi Cavabdeh4 isə iddia tələbinin faktiki halları qismidində məhkəməyə bildirmişdir ki, ona atasının xəstəliyi (müalicəsi və xəstəliyi ilə əlaqədar yarnmış borcların ödənilməsi üçün) ilə əlaqədar 20000 manat məbləğində pul vəsaiti lazım idi. Bunun üçün banka müraciət etmiş, lakin bank tərəfindən ona kredit verilməmişdir. O, “tap.az” saytında girov ilə kredit verilməsinə dair elan ilə tanış olmuş və həmin elanda olan nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs (Elçin adlı) onu Eminlə tanış etmişdir. Emin ondan mənzilin sənədlərini istəmiş, həmçinin anası və atasının razılığının lazım olduğunu bildirmişdir. Emin və Sahil gəlib girişdən evə baxmışlar, evə daxil olmağa ehtiyac olmadığını bildirmişlər. Daha sonra isə ona 25000 manat pul verə biləcəyini demişlər. Birlikdə notariusa getmişlər. Notariusdan çıxdıqdan sonra Emin ona 26000 manat məbləğində pul vəsaiti vermişdir. Aralarında olan razılığa əsəsən o hər ay 2500 manat ödəniş etməli idi. İlk 2 ayın ödənişi olaraq 5000 manat məbləğində pul vəsaitini isə öncədən Eminə ödəmişdir. Daha sonra Emin onunla əlaqə saxlamışdır ki, sənə ayda 2500 manat ödəniş etmək çətin olacaq, gəl evi ipotekaya salaq ayda 700-800 manat ödəniş et.

99. Məhkəmə qeyd edir ki, işin tədqiq edilən halları o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı “tap.az” saytında yerləşdirilmiş “girov ilə kredit verilməsi” təklifinə dair elan vasitəsilə X33 ilə tanış olmuşdur (qeyd edilən hal Quliyev Eminin izahatı ilə də təsdiqini tapmışdır). Nə qədər də ki, iddiaçı tərəf müqavilənin alqı-satqı olaraq rəsmiləşdirilməsindən məlumatlı olmadığını, cavabdeh Süleymanov Sahil isə müqavilə bağlanılan zaman tərəflər arasında olan razılaşmanın evinin alqı-satqısı barədə olduğunu, sonradan aralarında gəlir əldə etmək üçün 40000 manat pul vəsaitinin verilməsinə dair razılaşmanın əldə edildiyini bildirsə də, müəyyən edilmişdir ki, tərəflər arasında əldə edilmiş razılıq ondan ibarət olmuşdur ki, Sahil-Emin tərəfindən Cavabdeh4 verilən pul vəsaitinin təminatı olaraq mübahisə obyekti olan mənzil Cavabdeh6n adına rəsmiləşdirilmişdir.

100. Belə ki, Cavabdeh6n izahatında bildirdikləri-“Cavabdeh4 ilə ilk öncə mənzilin alqısatqısı barədə razılıq əldə etdiyi, notariat ofisindən çıxdıqdan sonra isə Taleh ondan 40000 manat məbləğində pul vəsaiti istədiyi, 70000 manat məbləğində pul vəsaitinin 30000 manatını ona qaytararaq 40000 manat məbləğində pul vəsaitini götürdüyü” məhkəmə tərəfindən ağlabatan olaraq qiymətləndirilməmişdir. Qeyd edilən məzmunlu izahat onun məhkəmədə real alqı-satqı münasibətlərinə daxil olmasına inam yaratmaq üçün verilmiş izahat olaraq qiymətləndirilmişdir. Həmçinin bu izahat işin müəyyən edilmiş digər halları ilə yanaşı, şahid X20 izahatı ilə təkzib olunur. Düzdür ilk məhkəmə iclasında şahid X47 Talehin evi girov qoyduğunu, evi satmaq niyyəti olmadığını bildirsə də, sonra, yəni cavabdeh Sahilin izahatından sonra ifadəsini dəyişsə də, bu məhkəmə tərəfindən məqsədyönlü şəkildə dəyişilmiş izahat olaraq qiymətləndirilmişdir. Həmçinin nəzərə alınmalı olan məqam odur ki, əgər həqiqətən Cavabdeh6n niyyəti evin satın alınması olsa idi, onda nə üçün həmin müqavilənin bağlanılmasından 13 gün sonra ev başqasının adına rəsmiləşdirilirdi.

101. Mübahisə obyekti olan mənzilin Cavabdeh4 verilmiş pul vəsaitinin təminatı olaraq Cavabdeh6n adına rəsmiləşdirilməsi işin mübahisəsiz halı olsa da, işin mübahisəli, yəni müəyyən edilməmiş halı verilən pul vəsaitinin miqdarıdır. Belə ki, qeyd edilən hala dair iddiaçı ona 26000 manat pul vəsaiti verildiyini, cavabdeh tərəf isə 40000 manat məbləğində pul vəsaiti verdiyini bildirsə də tərəflər məhkəməyə qeyd edilən hala dair mötəbər sübut təqdim etməmişlər.

102. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir.

103. Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart” və “X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr” tarixli Qərarlarında qeyd edilmişdir ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir.

104. Yalan əqd aşağıda sadalanan əlamətlərə malikdir: a. pərdələyən (yalan) əqd üzrə hər hansı hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, tərəflərin hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir; b. pərdələmə əqdin hər iki tərəfinin birbaşa qəsdi ilə əhatə olunur; c. pərdələyən və pərdələnən əqdlərdə tərəf kimi eyni subyektlərin iştirakı ilə yanaşı, bu əqdlərin subyekt tərkibinin fərqli olması da mümkündür. Belə ki, bəzi hallarda pərdələnən əqdin tərəfi pərdələyən əqddə iştirak etməsə də, sonuncu əqd ilə gizlədilən məqsəddən məlumatlı olur və onun bağlanmasına yardım edir.

105. Hazırki mülki işdə faktiki olaraq Cavabdeh4 ilə mübahisə obyekti olan mənzilin girov qoyulmaqla pul vəsaiti verilməsinə dair danışıqları aparmış, razılaşma əldə edilmiş şəxs X33 olsa da, o, müqavilənin rəsmiləşdirilməsində iştirak etməmiş, lakin faktiki olaraq müqavilənin bağlanılmasına yardım etmişdir.

106. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 2022 il 18 mart tarixli Qərarında göstərilmişdir ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

107. “Üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq” dedikdə isə yalan əqd tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı başa düşülür.

108. Qeyd edilir ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə hər iki tərəf kənar şəxslərdə real alqı-satqı münasibətlərinə daxil olduqlarına dair görüntü yaratmaq, realda mənfəət əldə etmək məqsədi ilə, həmin əqdə uyğu hüquqi nəticə yaratmaq niyyəti olmadan sözügedən müqaviləni bağlamışlar. Belə ki, həmin müqavilə üzrə Suleimanov Sakhilin məqsədi verilən pul müqabilində əlavə gəlir əldə etmək, iddiaçı tərəfin məqsədi isə ehtiyaclarını ödəmək üçün pul vəsaitini borc olaraq almaq olmuşdur. Həmçinin nə iddiaçı tərəfin mübashiə obyekti olan mənzili satmaq, nə də ki, cavabdeh tərəfin həmin mənzilə mülkiyyət hüququ əldə etmək niyyəti müəyyən olunmamışdır.

109. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

110. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, X15 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə tərəflərin həmin əqdə uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadığından, başqa əqdi pərdələmək üçün bağlanan əqd olduğundan bağlandığı andan etibarsız, yəni arzu olunan hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmayan əqddir.

111. Məhkəmə onu da qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərə həm pərdələnən əqdin xarakteri, həm də hazırki mülki işin faktiki halları nəzərə alınmaqla pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün deyildir.

112. Belə ki, əşyanın yüklü hala gətirilməsi ilə bağlı əqd əşyaya sərəncam xarakterli olmaqla belə əqd Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən notarial qaydada təsdiqlənməlidir. Həmin maddəyə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

113. Digər tərəfdən müəyyən edilmişdir ki, Cavabdeh6 xx.xx.2023-cü il tarixli “alqı-satqı və ipoteka müqaviləsi”nin bağlanılmasından əldə edilmiş pul vəsaiti hesabına Cavabdeh4 verilmiş pul vəsaitini (dəqiq əbləğ müəyyən edilməmişdir) və əlavə olaraq razılaşdırılmış 4000 manat məbləğində pul vəsaitini götürmüşdür.

114. Məhkəmə qeyd edir ki, X15 ilə Cavabdeh6 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən ünvan 5 ünvanında yerləşən mənzilin Cavabdeh6-ın adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli çıxarış ləğv edilməldir. Belə ki, sözügedən müqavilənin etibarsız sayılması, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın da hüquqiliyinə təsir edir və etibarsızlığına səbəb olur.

Birləşdirilmiş mülki iş üzrə iddia tələbinin “Cavabdeh6, İddiaçı və "xxxx" (Azərbaycan) arasında bağlanmış 25 iyun 2023-cü il tarixli “alqı-satqı və ipoteka müqaviləsi”nin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” hissəsi ilə bağlı:

115. İddiaçı Cavabdeh3 tərəfindən iddia tələbinin hazırki hissəsi 25 iyun 2023-cü il tarixli “alqı-satqı və ipoteka müqaviləsi”nin aldatma nəticəsində imzalanması ilə əsaslandırmışdır.

116. İddiaçının nümayəndəsi Cavabdeh4 iddia tələbinin hazırki hissəsinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, xx.xx.2023-cü il tarixli müqavilə bağlandıqdan sonra Emin Quliyev ona müraciət edərək aylıq 2500 manat məbləğində ödənişin çox olduğunu, ipoteka müqaviləsi rəsmiləşdirildiyi halda aylıq ödənişlərin az olacağını bildirdirmiş və onu X29 ilə tanış etmişdir. O, Emin Quliyev və Arifzadə Mövsüm görüşmüşlər və ona ipoteka müqaviləsi bağlayacaqlarını və bu zaman aylıq ödənişlərin 700-800 manat olacağını bildirmişlər və o, da razılıq vermişdir. Daha sonra 25 iyun 2023-cü il tarixində ipoteka müqaviləsi bağlanılmış və Emin tərəfindən ona aylıq ödənişlərə dair qrafik verilmiş, o həmin qrafik üzrə 10 ay aylıq ipoteka ödənişlərini həyata keçirmişdir. 2024-cü ilin iyun ayında atası vəfat etdikdən sonra mənzili satmaq qərarına gəlmişlər və bununla bağlı X21 məlumat vermişdir. X29 isə bildirmişdir ki, ev satılıb kredit bağlandıqdan sonra qalan məbləğ ona ödəniləcəkdir. Bu zaman ona məlum olmuşdur ki, o aldadılmışdır.

117. Məhkəmə ilk növbədə də qeyd edir ki, iddiaçının nümayəndəsi Cavabdeh4 nə qədərdə ki, xx.xx.2023-cü il tarixli müqavilənin bağlanılması zamanı həmin əmlakın başqa şəxsin adına rəsmiləşdirilməsindən məlumatlı olmadıqlarını bildirsə də, işin müəyyən edilmiş faktiki halları o nəticəyə gəlməyə əsas verir ki, o, həmin müqavilənin bağlanılmasından, mahiyyətindən (görünən tərəfindən) tam məlumatlı olmuşdur.

118. Belə ki, müvafiq notariat işində olan Cavabdeh4, X15 və Cavabdeh3 tərəfindən verilmiş ərizələr, məhkəmə iclasında tərəflərin verdiyi izahatlar, şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş səs yazısı onu deməyə əsas verir ki, Suleimanov Sakhıl ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmasından və mənzilin ipoteka ilə yüklü edilməsindən Cavabdeh4 məlumatı olmuşdur (ən azı öna görə ki, ona verilmiş ödəniş qrafikində İddiaçı adı yazılması digər halda onda sual yaratmalı idi).

119. Məhkəmə tərəfindən işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, mübahisə obyketi olan mənzilə dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra Emin Quliyev tərəfindən Cavabdeh4 mənzili ipoteka ilə yüklü edərək aylıq ipoteka ödənişlərini həyata keçirməsininin daha məqsədəmüvafiq olduğu izah edilmiş və bu təklif Cavabdeh4 tərəfindən ağlabatan hesab edilərək razılıq vermişdir. Daha sonra X47 X39 ilə tanış etmiş və onlar (üçü də) görüşüb razılığa gəlmişlər. Razılaşmaya əsasən Cavabdeh4 mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq vermiş, müəyyən müddətdən sonra isə mənzil Cavabdeh4 adına rəsmilədirilməli idi. Daha sonra Suleimanov Sakhıl ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin cavabdeh “Bank VTB (Azərbaycan) ASC ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanılmış və mübahisə obyekti olan mənzil İddiaçı ilə cavabdeh “Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Alqı-satqı müqaviləsi üzrə mənzilin dəyəri 95000 manat olaraq qiymətləndirilmiş, həmin mənzilin dəyərinin 15000 manat hissəsi nağd qaydada notariat ofisinin depozit hesabına qoyulmuş və 80000 manat hissəsi isə cavabdeh “Bank VTB (Azərbaycan) ASC-dən kredit götürülmüşdür. Götürülən kredit vəsaitindən Cavabdeh4 Suleimanov Sakhıl tərəfindən ödənilmiş pul vəsaiti (dəqiq məbləğ müəyyən edilməyib) üzərində əlavə ödənişlə (cavabdehin deməsinə görə 4000 manat) verilmiş, o cümlədən həmin pul vəsaitindən 25000 manat hissəsi isə X29 tərəfindən götürülmüş, X29 tərəfindən isə İddiaçı müqavilənin adına rəsmiləşdirilməsi üçün müəyyən (deməsinə görə 12000 manat) məbləğdə pul vəsaiti verilmişdir.

120. İşin müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, xx.xx.2023cü il tarixli “alqı-satqı müqaviləsi” etibarsız əqddir, həmin müqavilə əsasında cavabdeh İddiaçı mənzil üzərində mülkiyyət hüququ yaranmamışdır.

121. İlk növbədə qeyd edək ki, cavabdeh Suleimanov Sakhilin mübahisə obyekti olan mənzilə dair sərəncam əqdi imzalamağa səlahiyyəti olmasa da, işin müəyyən edilmiş halı odur ki, o sözügedən əqdi Cavabdeh4 razılığı ilə imzalamışdır.

122. Belə ki, işin məhkəmə tərəfindən bütün tədqiq edilmiş halları, o cümlədən cavabdeh Suleimanov Sakhilin izahatı (Taleh ona demişdir ki, gedib müqavilə imzalasın (bu izahat bir daha onu göstərir ki, xx.xx.2023-cü il tarixli müqavilə ilə Sahilin əmlak üzərində mülkiyyət hüququ yaranmamışdır)) ilə müəyyən edilmişdir ki, cavabdeh Suleimanov Sakhil mənzilə dair xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsini Cavabdeh4 razılığı ilə imzalamışdır.

123. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. X40 mübahsiə obyekti olan mənzilə dair İddiaçı İlə alqı-satqı müqaviləsini Cavabdeh4 razılığı ilə imzaladığından onun əmlaka sərəncam verməsi əqdin etibarsızlığına səbəb olmamışdır.

124. Məhkəmə qeyd edir ki, cavabdeh Suleimanov Sahil tərəfindən mübahisə obyekti olan mənzilə sərəncam əqdi bağlaması əqdin etibarsızığı üçün əsas olmasa da, işin müəyyən edilmiş halları ilə müəyyən edilmişdir ki, sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh İddiaçı vicdanlı alıcı olmamış, onun mənzil üzərində mülkiyyət hüququ yaranmamışdır.

125. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsində daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlara etimad göstərmiş şəxsin hüquqları qorunaraq deyilir ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

126. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasınlı tamamlayan Mülki Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır.

127. İşin müəyyən edilmiş, mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh İddiaçı mübahisə obyekti olan mənzilə münasibətdə vicdanlı alıcı deyildir.

128. İlk növbədə qeyd edək ki, ağlabatan deyildir ki, cavabdeh İddiaçı işin halları barədə, mənzilin Sahilə məxsus olmadığı barədə məlumatlı olmamış olsun. İlk növbədə onun tərəfindən ilkin mülki iş üzrə iddia ərizəsinin əsaslandırılmasından görünür ki, ərizədə qeyd etmişdir ki, o, Sahil ilə danışıqlar aparmış, Sahil ona mənzildə əvvəlki sakinlərin kirayədə qaldıqları barədə məlumat vermiş, o da aylıq ipoteka ödənişlərini ödəmələri şərtilə bir il mənzildə yaşamalarına razılıq vermişdir. Həmçinin ərizədə qeyd etmişdir ki, o Cavabdeh4lə razılıq əldə etmişdir və onlar mənzildə yaşamaqda davam etmişlər. Lakin müəyyən edilmişdir ki, İddiaçı ümumiyyətlə gedib evə baxmamış, Cavabdeh4 ilə danışıq aparmamışdır. Hətta aylıq ipoteka ödənişlərinin Cavabdeh4 tərəfindən ödənilməsinə nəzarət X29 tərəfindən həyata keçirilmiş, ödəniş qəbzləri Taleh tərəfindən Mövsümə göndərilmişdir. Yəni İddiaçı mənzil mülkiyyətçisi olaraq mənzil ilə ümumiyyətlə maraqlanmamışdır. Həmçinin cavabdeh Süleimanov Sahil izahatında bildirmişdir ki, alqısatqı zamanı o kassadan pul verilən zaman ona düşən hissəni (44000 manat) götürmüşdür. Alqı-satqı zamanı isə notariat ofisində (içəridə) Sahil və Vüqar olmuşdur. Şahid X33 isə bildirmişdir ki, alqı-satqı zamanı 15000 manat məbləğində olan nağd ödəniş kənardan gətirilmiş, sonra həmin şəxsə qaytarılmışdır. Yəni evin alqı-satqısı üçün ödənilən 15000 manat məbləğində nağd ödəniş alıcı olan İddiaçı tərəfindən ödənilməmişdir.

129. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X17, X20 ifadələri, məhkəmə iclasında tədqiq edilmiş səs yazısı onu göstərir ki, mübahisə obyekti olan mənzil İddiaçı adına formal olaraq rəsmiləşdirilmişdir.

130. Məhkəmə iclasında X29 izahatında bildirmişdir ki, mübahisə obyekti olan mənzili o, satın almış, lakin onun yaşı ilə əlaqədar ona ipoteka krediti verilmədiyi üçün dostunun oğlu olan İddiaçı adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş səs yazısından isə aydın olur ki, X29 bildirir ki, o, İddiaçı mənzilin onun adına rəsmiləşdirilməsi üçün müəyyən məbləğdə (12000 manat) pul vəsaiti vermişdir.

131. Yəni bütün hallarda cavabdeh İddiaçı vicdanlı alıcı olmamış, onun alqı-satqı müqaviləsi bağlanılan zaman iradə ifadəsi real alqı-satqı münasibətlərinə daxil olmağa yönəlməmişdir.

132. Məhkəmə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.

133. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

134. Müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli müqavilə bağlanılan zaman tərəflərin iradə ifadəsi, hüquqi niyyətləri alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticə yartamaq niyyəti olmadan yalnız görünüş üçün əqd bağlamağa yönəlmişdir.

135. Məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə görünüş üçün bağlanan əqdər uydurma və yalan əqd olmaqla, hər ikisi əqdin etibarsızlığının müstəqil əsaslarıdır.

136. Uydurma əqd olaraq ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmayan yalnız görünüş üçün bağlanmış əqddir (MM, 340.1). Yalan əqd isə başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir (MM, 340.2).

137. Uydurma əqddə tərəflərin, ümumiyyətlə, hər hansı hüquqi nəticələr yaratmaq niyyəti olmur. Yalan əqdlər əhəmiyyətsiz olsa da, tərəflərin həmin əqddən kənar başqa bir hüquqi nəticə yaratmaq niyyətləri olur və bu zaman onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir

138. Məhkəmə qeyd edir ki, işin faktiki halı odur ki, əslində mübahisə obyekti olan mənzilə münasibətdə iki razılaşma əldə edilmişdir: pərdələyən əqd və pərdələnən əqd.

139. Pərdələnən razılaşma Cavabdeh4 ilə X29 arasında əldə edilmişdir. Pərdələyən razılaşma isə Suleimanov Sakhıl ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsidir. Pərdələnən əqd ondan ibarət olmuşdur ki, Cavabdeh4 tərəfindən ödəniş həyata keçirildikdən sonra mənzil iddiaçı tərəfin adına keçirilməli idi.

140. Əhəmiyyətsiz əqdlərin bir növü olan yalan əqdlərdə tərəflərin bəyan etdikləri (görünən) iradələri əvvəlcədən danışılmış olur. Belə ki, yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlirlər, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələn müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Başqa sözlə, tərəflərin bağladıqları müqavilədə göstərilən hüquqi nəticəni əmələ gətirmək niyyətləri olmur və bu cür pərdələmə müqavilə tərəflərinin qəsdi ilə əhatə olunur. Bu səbəbdən pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır.

141. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarında da göstərilmişdir ki, “Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

142. Göründüyü kimi, hüquq sistemi qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olan və dürüst davranışları qoruyur. Bu səbəbdən hüquq qaydalarından başqa adlar altında yayınmağı, hüquqa qarşı hiylə işlətməyi, əslində qurulan həqiqi münasibəti pərdələməyi qanun əhəmiyyətsiz sayır və belə hərəkətlərin hüquqi nəticə yaratmadığını bəyan edir. Bu baxımdan edilən aldadıcı davranışın müqavilənin predmetinə, yoxsa tərəflərinə aid olmasının əhəmiyyəti yoxdur.

143. Hazırda müəyyən edilmişdir ki, Suleimanov Sahil ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə ifadəsi real alqı-satqı münasibətlərinə daxil olmağa yönəlməmiş, həmin əqdə uyğun hüquqi nəticə əmələ gətirmək niyyətləri olmamış, mənfəət əldə etmək məqsədi ilə ətrafdakılarda (notarius, ipoteka saxlayan) etibarlı alqısatqı münasibəti görüntüsü yaradaraq əslində digər əqdi pərdələmişlər.

144. Məhkəmə tərəflərin mənfəət əldə etmək üçün görüntü yaratmaq niyyəti ilə əqd bağlamalarına münasibətdə qeyd edir ki, müəyyən edilmişdir ki, cavabdeh İddiaçı müqavilənin bağlanılmasından, mənzilin onun adına rəsmiləşdirilməsindən əldə etdiyi mənfəət X29 tərəfindən ona qeyd edilən razılaşma üçün ödənilən məbləğ olmuş, cavabdeh Suleimanov Sakhilin əldə etdiyi mənfəət isə ən azı öz deməsinə görə verdiyi pul vəsaiti müqabilində 12 gün kimi qısa müddət ərzində 4000 manat vəsait əldə etməsi olmuşdur. Məhkəmə həmçinin İddiaçı adına rəsmiləşdirilən kreditə münasibətdə onu qeyd edir ki, həmin kredit müqaviləsinin təminatı olaraq mənzil ipoteka ilə yüklü edildiyindən o hər bir halda razılaşmadan mənfəət əldə edən tərəf olmuşdur.

145. Məhkəmə pərdələnən və pərdələyən əqdin subyekt tərkibinin fərqli olmasına münasibətdə isə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən əqdin tərəflərinin subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir.

146. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında göstərmişdir ki, “Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir”.

147. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

148. Həmçinin Konsitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən pərdələyən müqavilə yalan əqd kimi əhəmiyyətsiz olsa da, pərdələnən müqavilə müvafiq forma tələblərinə cavab verməzsə etibarsız hesab edilir. Əgər pərdələnən müqavilə Mülki Məcəllənin 405.1-ci və 406.1-ci maddələrində nəzərdə tutulan forma tələblərinə uyğun gəlirsə əsl əqdin qaydaları tətbiq edilməlidir. Başqa sözlə, pərdələyən əqd yalan olduqda, məhkəmə bunu təsbit etməklə işini bitmiş hesab etməməli, araşdırmanı davam etdirərək pərdələnən əqdin də etibarlı olub-olmadığını araşdırmalıdır. Həmin əqd etibarlı olduqda tərəflərin ondan irəli gələn öhdəlikləri çərçivəsində iddia həll olunmalıdır.

149. Bu səbəbdən Mülki Məcəllənin 340.2-ci maddəsinin üçüncü cümləsində göstərilmişdir ki, “yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

150. Pərdənənən əqdə münasibətdə məhkəmə qeyd edir ki, müəyyən edilmişdir ki, əslində faktiki olaraq borclunun razılığı ilə Suleimanov Sakhil ilə X29 arasında tələbin güzəşti olmuşdur. X31 mənzil girovu ilə təmin edilmiş pul tələbi X21 ötürülmüşdür. Lakin pərdələnən əqd üzrə forma tələblərinə riayət ediməmişdir. Belə ki, hazırki mülki iş üzrə pərdələnən əqd Cavabdeh4 ilə X29 arasında yaranmış və mənzil girovu ilə təmin edilmiş borc münasibətləri olsa da, mübahisə obyekti olan mənzil tərəflər arasında mövcud olan əqdin təminatı olaraq deyil, İddiaçı ilə Cavabdeh5 ASC arasında olan öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.

151. Məhkəmə qeyd edir ki, işin faktiki halı odur ki, hər iki əqd üzrə Cavabdeh4 münasibətdə dəyişən vəziyyət kreditorun əvəz edilməsi olmuşdur. Belə ki, ikinci əqd üzrə Cavabdeh4 tərəfindən yenidən məbləğ əldə edilməmişdir. Onun mövcud olan borcu qalmaqda davam etmiş, sadəcə yeni razılaşma üzrə o, mövcud borcu daha uzun müddətə və üzərində X21 əlavə faiz ödəməklə ödəməli olmuşdur.

152. Məhkəmə qeyd edir ki, Cavabdeh4 tərəfindən nə qədərdə ki, X29 ilə arasında olan razılaşmaya əsasən ona əlavə pul ödəmək barədə razılıq olmadığını bildirsə də, bu ağlabatan və inandırıcı deyildir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş səs yazısından da görünür ki, səs yazısında X5 Talehə “görülən işə” görə onun da “halallığını alacağını” bildirdiyini qeyd etmiş, Cavabdeh4 isə səs yazısında etirazı görünməmişdir. Lakin məhkəmə qeyd edir ki, ağlabatan deyildir ki, Cavabdeh4 X21 onun “gördüyü işin müqabilində” 25000 manat məbləğində pul vəsaiti götürməsi barədə razılıq vermiş olsun.

153. Belə ki, cavabdeh tərəfin və şahidin dediyi kimi hesab etsək ki, Cavabdeh4 40000 manat məbləğində pul vəsaiti borc olaraq və ya gəlir əldə etmək məqsədilə verilmiş və həmin vəsaitin isə 4000 əlavə ödənişlə geri qaytarılması barədə razılıq əldə edilmiş, həmçinin mənzil ipoteka ilə yüklü edilməklə krediti götürüldükdən sonra ona 13500 manat pul verilmiş, yəni qarşı tərəfin deməsinə görə Cavabdeh4 ümumilikdə 53500 manat pul vəsaiti əldə etmişdir. Bu zaman sual yaranır ki, nə üçün Cavabdeh4 müqaviləyə əsasən 95000 manat dəyərində, demələrinə görə 120000 manat olan mənzili satıb borcu ödəmək əvəzinə 53500 manat məbləğində pul vəsaitinə görə evin ipoteka ilə yüklü edilməsinə, 80000 manat kredit və əlavə 105.344,14 manat faiz ödəməyə, o cümlədən ipoteka kreditinin rəsmiləşdirilməsi üçün xərcləri ödəməyə razılıq vermişdir.

154. İşin tədqiq edilən halları onu göstərir ki, Emin Quliyev ilə Arifzadə Mövsüm əvvəlcədən əldə edilmiş razılıq üzrə, qazanc əldə etmək məqsədi ilə Cavabdeh4 aldadaraq mənzili ələ keçirmişlər. Belə ki, iddiaçı tərəfin düşdüyü çətin vəziyyətdən suiistifadə edərək, 13 iyun 2023-xx.xx.2023-cü il tarixi kimi qısa bir müddət ərzində Cavabdeh4 verilən pul vəsaitinin müqabilində iddiaçının bildirməsinə görə 5000 manat, cavabdehin bildirməsinə görə 4000 manat pul vəsaiti əldə edilməsi, daha sonra isə mənzilin ipoteka ilə yüklü edilərək ipoteka kreditinin götürülməsi üçün xərclərin Cavabdeh4 ödətdirilməsi, o cümlədən X29 tərəfindən “gördüyü işin müqabilində” 25000 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi, yəni cavabdehin deməsinə görə 40000 manat borc olaraq alınan pul vəsaitinin müqabilində kredit və faiz hesablanmadan, təkcə əlavə xərclərə görə 30000 manatdan çox pul vəsaiti sərf edilməsi, daha sonra isə Cavabdeh4 qarşı mənzildən çıxarılması ilə bağlı tələb irəli sürülməsi bu qeyd edilən halları təsdiq edir. Bu həmçinin vicdanlılıq prinsipinə, ədalət, insaf və mənəviyyat tələblərinə zidd olan hərəkətlər olaraq qiymətləndirilməlidir.

155. Məhkəmə həmçinin onu da nəzərə çatdırmağı zəruri hesab edir ki, X33 ilə X17 gəlir əldə etmək üçün iddiaçının düşdüyü çətin vəziyyətdən istifadə edərək birgə hərəkət etməsi barədə nəticəyə gəlməsi üçün əsas sübutlardan biri, məhkəmə iclasında tədqiq edilmiş səs yazısı olmuşdur. Həmin səs yazısından görünür ki, X29 qeyd edir ki, “bu onun Emin ilə gördüyü birinci iş deyil, bir neçə dəfə belə işlər görmüşlər. Emingil faizlə pul verirlər. Bir dəfə onlar bir qadından 14000 manat pula görə 28000 manat pul vəsaiti almışlar. O, həmin qadına kömək edərək bankdan 45000 manat pul vəsaiti çıxarmış, mənzili onların əlindən almışdır və hər ay qadın həmin məbləği ödəyir”.

156. Məhkəmə həmçinin iddiaçı tərəf tərəfindən mənzilin alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı tələb irəli sürülməsini hüquqdan sui-istifadə olaraq qiymətləndirməmişdir.

157. İlk növbədə iddiaçı tərəf tərəfindən mənzilin etibarsızlığı ilə bağlı iddia qaldırılması o halda sui-istifadə olaraq qiymətləndirilərdi ki, o pul vəsaitini əldə etdikdən sonra heç bir ödəniş etməzdi. Hazırki halda isə ipoteka 9-10 aylıq ipoteka ödənişləri, hər iki alqı-satqı müqaviləsi üzrə xərclər onun tərəfindən ödənilmiş, həmçinin mənzil ipoteka ilə yüklü edilmişdir.

158. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş səs yazısına əsasən məhkəmə Cavabdeh4 məhkəməyə bildirdiklərinin – atasının ölümündən sonra evi satmaq niyyətinə gəldikləri, bundan sonra onlar aldadıqlarını başa düşmələri barədə bildirdikləri real olaraq qiymətləndirilmişdir. Belə ki, səs yazısında görünür ki, X29 bildirir ki, Vüqar ödənişlə bağlı zəng vuranlara (banka) atasının (Talehin) öldüyünü, evi satacaqlarını bildirmişdir. Həmçinin həmin səs yazısından görünür ki, X11 yazısında evin satışı ilə bağlı elan yerləşdirdiyini, evi 120-140 minə satışa qoyduğunu bildirir. Məhz bu qeyd edilən hal digər tərəfin əldə edilmiş razılığı pozduğunu, evi iddiaçının adına keçirmək niyyətləri olmadığını, evi ələ keçirmək niyyətləri olduğunu təsdiq edir. Yəni iddiaçı tərəf hazırki iddia tələbi ilə, yəni müqavilələrin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, hüquqdan sui-istifadə deyildir.

159. İşin faktiki halından görünür ki, iddiaçı tərəf tərəfindən əldə edilmiş razılaşmaya uyğun olaraq hər ay ipoteka ödənişləri həyata keçirilmiş, daha sonra digər tərəfin əldə edilmiş razılıq üzrə hərəkət etmədiyini, mənzili ələ keçirdiyini gördükdən, özünün deməsinə görə 26000 manat, cavabdeh tərəfin deməsinə görə isə 40000 manat məbləğində pul vəsaiti müqabilində 95000 manat dəyərində (ən azı müqavilə üzrə müəyyən edilən) mənzilin itirildiyini gördükdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

160. Məhkəmə hər bir halda qeyd edir ki, cavabdeh tərəfin məhkəməyə bildirdikləri qəbul edildiyi halda belə iddiaçı tərəfin deyil, cavabdeh tərəfin (o cümlədən X17) hərəkətləri hüquqdan sui-istifadə olaraq qiymətləndirilməlidir.

161. Belə ki, cavabdeh tərəfin bildirdiyinə əsasən Cavabdeh4 əlavə 4000 manat üzərində ödəmək şərtilə 40000 manat məbləğində pul vəsaiti verilmiş, daha sonra isə mənzilin ipoteka ilə yüklü edilməsi zamanı götürülən kredit məbləğindən 13500 manat Cavabdeh4 verilmiş, yəni ümumilikdə Cavabdeh4 mənzilin müqabilində 53500 manat məbləğində pul vəsaiti əldə etmişdir. Həmçinin mənzilin ipoteka ilə yüklü edilməsi zamanı çəkilən xərclər onun tərəfindən ödənilmiş, o cümlədən şahid Emin Quliyevin verdiyi izahata əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə də çəkilən xərclər 40000 manat məbləğində pul vəsaitindən çıxılmışdır. Mənzilin aylıq ipoteka ödənişləri də 9-10 ay Cavabdeh4 tərəfindən ödənilmişdir.

162. Məhkəmə qeyd edir ki, hesab etsək ki, iddiaçı tərəf 95000 manat dəyərində olan mənzilin müqabilində 53500 manat məbləğində pul vəsaiti əldə etmişdir, bu zaman onun düşdüyü çətin vəziyyət, çəkilən xərclər, ödənilən aylıq ipoteka ödənişləri nəzərə alındıqda bağlanılan müqaviləni hər bir halda etibarlı əqd olaraq qiymətləndirmək olmaz.

163. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur.

164. Beləliklə, məhkəmə işin tədqiq edilən halları ilə o nəticəyə gəlir ki, Suleimanov Sakhil ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız əqd olmaqla, həmi əqd üzrə mübahisə obyekti olan ünvan 13 ünvanında yerləşən mənzilə İddiaçı mülkiyyət hüququ yaranmasına əsas olmamışdır.

165. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

166. Məhkəmə qeyd edir ki, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir.

167. Odur ki, məhkəmə qeyd edir ki, ünvan 13 ünvanında yerləşən mənzilə dair bağlanılmış xx.xx.2023-cü il tarixli “alqı-satqı və ipoteka müqaviləsi” Suleimanov Sakhil ilə İddiaçı Naazim oğlu arasında bağlanmış alqı-satqı müqaviləsi hissəsində etibarsız hesab edildiyindən, etibarsızlığın nəticələri tətbiq edilməklə Daşınmaz Əmlakın Dövlət Reyestrində ünvan 13 ünvanında yerləşən mənzilə mülkiyyət hüququna dair X8 xeyrinə düzəliş edilməlidir.

168. Məhkəmə pul vəsaitinin qaytarılmasına münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, bağlanılmış hər iki müqavilə üzrə ödənilən pul vəsaitinin miqdarı (X18 Talehə ödədiyi, ikinci razılaşma üzrə Cavabdeh4 ödəməli olduğu) ilə bağlı mübahisə olduğundan və hazırki mülki iş üzrə tələb irəli sürülmədiyindən, həmin ödənişlər ilə bağlı əlavə araşdırmalı olan hallar olduğundan tərəflərin həmin vəsaitlə bağlı ayrıca tələb irəli sürməsi daha məqsədəmüvafiqdir.

169. Məhkəmə ünvan 13 ünvanında yerləşən mənzilə dair Cavabdeh5 ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə münsibətdə isə qeyd edir ki, işin tədqiq edilən halları ilə sözügedən müqavilənin etibarsızlığı üçün əsas müəyyən edilməmişdir. Mülki Məcəllənin 140-ci maddəsinə əsasən ipoteka saxlayanın hüquqları qorunduğundan, ipoteka saxlayanın Suleimanov Sakhilin xeyrinə reyestrə daxil edilmiş qeydin qeyri-dəqiq olması barədə məlumatı olduğu müəyyən edilmədiyindən müqavilə ipoteka saxlayana münasibətdə etibarsız hesab edilə bilməz.

170. Qeyd edilən hal həmçinin onunla da təsdiq edilir ki, tədqiq edilmiş səs yazısında X29 bildirir ki, “biz banka demirik ki, biz aldadırıq, onu desək bizi yaxın qoymazlar”.

171. Odur ki, iddia tələbi Cavabdeh5 ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə təmin edilə bilməz.

İlkin iddia tələbi üzrə mülki işə dair məhkəmənin mövqeyi:

172. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, birləşdirilmiş mülki iş üzrə iddia tələbi təmin edilməməlidir.

173. İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbini” cavabdehlərin onun mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387 məhəlləsi, ev 154, mənzil 1 ünvanında yerləşən mənzildə kirayədə yaşamaları üçün verilmiş möhlət müddətinin qurtarmasına baxmayaraq üzərinə götürdükləriöhdəliyi yerinə yetirməyərək, mənzildn çıxmamaları ilə əsaslandırmışdır.

174. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

175. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

176. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

177. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

178. Belə ki, iddia tələbinin faktiki hallarına əsasən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387 məhəlləsi, ev 154, mənzil 1 ünvanında yerləşən xx.xx.2023-cü il tarixində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə əsasən İddiaçı xüsusi mülkiyyətindədir və hazırda həmin mənzildə cavabdehlər yaşayırlar.

179. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

180. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.

181. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddiaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır.

182. Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

183. Məhkəmə qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır.

184. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır: a. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı; b. Həmin əmlak cavabdehin sahibliyində olmalı; c. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır.

a) Tələb edilən əmlak iddiaçının mülkiyyətində olması:

185. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387 məhəlləsi, ev 154, mənzil 1 ünvanında yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınması üçün əsas Cavabdeh6 ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi olmuşdur.

186. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin hüquqi əsasənı təçkil edən Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

187. Hazırki mülki iş üzrə sözügedən alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, yəni həmin əqd əsasında İddiaçı mübahisə obyekti olan mənzilə mülkiyyət hüququ yaranmadığından, yəni onun müqavilə üzrə iddia olunan subyektiv hüququ yaranmadığından hazırda “cavabdehlərin mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.

Məhkəmə xərcləri :

188. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Cavabdeh3 Qəzənfər qızı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh6 və İddiaçı müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

189. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir.

190. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində vəsait cavabdehlər Cavabdeh6 və İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

Nəticə :

191. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı cavabdehlər X27 və Cavabdeh4 Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-87-ci məhəllə, ev 154,1 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə iddia tələbi təmin edilməməli, birləşdirilmiş mülki iş üzrə iddiaçı X13 iddia tələbi qismən təmin edilməli, X15 ilə Cavabdeh6 arasında Bakı şəhəri 15 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, ünvan 5 ünvanında yerləşən mənzilin Cavabdeh6-ın adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış ləğv edilməli, cavabdehlər Suleımanov Sakhil, İddiaçı və "xxxx" (Azərbaycan) arasında 25 iyun 2023-cü il tarixdə Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış 372175-NEDVİJ-3081 saylı alqı-satqı və ipoteka müqaviləsi qismən, yəni Cavabdeh6 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi hissəsində etibarsız hesab edilməli, ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış ləğv edilməli, Daşınmaz Əmlakın Dövlət Reyestrində ünvan 5 ünvanında yerləşən mənzilə mülkiyyət hüququna dair X8 xeyrinə düzəliş edilməlidir.

192. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddiaçı cavabdehlər X27 və Cavabdeh4 Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-87-ci məhəllə, ev 154,1 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilsin. Birləşdirilmiş mülki iş üzrə iddiaçı X13 iddia tələbi qismən təmin edilsin. X15 ilə Cavabdeh6 arasında Bakı şəhəri 15 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, ünvan 5 ünvanında yerləşən mənzilin Cavabdeh6n adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış ləğv edilsin. Cavabdehlər Suleımanov Sakhil, İddiaçı və "xxxx" (Azərbaycan) arasında 25 iyun 2023-cü il tarixdə Bakı şəhəri 12 saylı Notariat Ofisində bağlanmış 372175-NEDVİJ-3081 saylı alqı-satqı və ipoteka müqaviləsi qismən, yəni Cavabdeh6 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi hissəsində etibarsız hesab edilsin, ünvan 5 ünvanında yerləşən mənzilin İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarış ləğv edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrində ünvan 5 ünvanında yerləşən mənzilə mülkiyyət hüququna dair X8 xeyrinə düzəliş edilsin. Birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh3 iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh3 Qəzənfər qızı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh6 və İddiaçı müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Məhkəmə Ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində vəsait cavabdehlər Cavabdeh6 və İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar